MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə18/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   14   15   16   17   18   19   20   21   ...   256

____________Milli Kitabxana____________

48

murdular. Bu, adamın qəlbini riqqətə gətirir və unudulmazdır. Xalqa isə elə



minnətdaram ki, bunu ifadə etməyə söz tapmıram! Axı mən Naxçıvana gəldikdə

on minlərlə adam meydana axışdı və bütün günü bir ağızdan mənim familiyamı

ucadan çəkib tələb edirdilər ki, mən əməli dövlət fəaliyyətinə qayıdım. Məgər

mən imtina edə bilərdimmi? Əlbəttə, mən çox böyük bir ölkənin - SSRİ-nin

rəhbərlərindən biri olduqdan sonra Naxçıvanın rəhbəri olmaq sanki elə bir iş

deyildi... Amma məsələ əsla miqyasda deyildi. Əgər mən insanlara lazımamsa,

əgər onlar mənə ümid edirlərsə, deməli, mənim borcum sırada durmaqdır,

fəaliyyət göstərməkdir.



- Lakin hər halda, rəhbər vəzifə...

- Bu illər ərzində Naxçıvana rəhbərlik etməyin nə demək olduğunu yalnız o

kəslər qiymətləndirə bilərlər ki, bunu özləri görmüş olsun. Biz blokada şəraitində

yaşayırdıq. Digər tərəfdən, Xalq Cəbhəsi hökuməti bu blokadanın aradan

götürülməsi üçün tamamilə mümkün olan tədbirləri qəsdən görmürdü. Onlar

məndən qorxur və riyakarlığa bax ki, ümid edirdilər - Naxçıvanın müsibəti məni

hörmətdən salacaq və yenə də hakimiyyətdən uzaqlaşdıracaqdır. Halbuki,

Elçibəyin özü əslən Naxçıvandandır. Görün, siyasət nə olan şeydir! Amma

əllərindən bir iş gəlmədi. İstədiklərinə nail olmadılar. Hərçənd dolanmaq, özü də

şaxtalı-boranlı qışda dolanmaq bizim üçün asan olmadı. Ev-eşikləri isitmək üçün

meşələrin 70 faizə qədərinə balta çalındı - yenə də kifayət etmədi. Hamı kimi,

mən də soyuqdan, suyun yoxluğundan əzab-əziyyət çəkdim. Amma nə edəsən?

Mən həmyerlilərimə elə bəri başdan dedim: Əgər soyuqdan və ya aclıqdan ölmək

lazım gəlsə, onda hamımız birlikdə öləcəyik. Lakin əminəm ki, bu faciə baş

verməyəcəkdir. Belə də oldu. Mən öz köhnə şəxsi əlaqələrimdən istifadə edərək,

Türkiyə və İran rəhbərliyi ilə yardım haqqında, kredit, humanitar kömək, elektrik

enerjisi ilə təchizat və digər məsələlər haqqında razılığa gəlməyə müvəffəq

oldum... Sülh rejimi haqqında Ermənistan rəhbərləri ilə də razılığa gələ bildim.

Öz adıma artıq heç bir şey çıxmayaraq, deyə bilərəm və həyatda fəxr etməyə

həqiqətən dəyər ki, mən həmin müddət ərzində Naxçıvanı müharibədən qorudum.



Bəlkə, indi sülhü Azərbaycana qaytara biləcəksiniz?

- Təkrar edirəm, mən heç nə boyun olmuram. Lakin münaqişəni aradan

qaldırmaq üçün imkanlar var.

- Bəs İqtisadiyyatı sağlamlaşdırmaq üçün necə?

- Daha doğrusu, İqtisadiyyatı dirçəltmək üçün. Axı o qədər dağıtmış, o qədər

soyub-talamışlar ki, heç deyiləsi deyildir. Sənayedə də, kənd təsərrüfatında da

vəziyyət son dərəcə bərbaddır. Camaat özünə bir tikə çörək pulu qazana bilmir,

cəmiyyətə lazım olan məhsulu istehsal edə bilmir. Başlıca səbəblərdən biri budur

ki, bütün səviyyələrdə rəhbər vəzifələrdə peşəkarlar naşılarla ucdantutma əvəz

edilmişdi. Əgər kənd müəllimi, deyək ki, iri bir üzümçülük təsərrüfatına rəhbərlik

edirsə (nə var ki, o, Xalq cəbhəsinin üzvüdür), dünənki bazar alverçisi isə bütöv

bir sahənin başında durursa, buna nə ad verəsən, burada nədən danışasan?




____________Milli Kitabxana____________

49

- Deməli, kadrlar kütləvi surətdə təzələnəcəklər?

- Bu, çox mürəkkəb və kifayət qədər ağrılı sualdır. Çünki elə köhnə

kadrlar arasında da hamı öz yerində deyildir. Bəlkə də, yeni kadrlar arasında

da öz vəzifələrinə layiq olanlar var. Yaxşı məlum olan bir meyar var -

praktika. Yeri gəlmişkən, mənim bu barədə ayrı heç bir fikrim yoxdur. Söz

düşmüşkən, onu da deyim ki, mən Naxçıvanın rəhbəri olarkən xalq

cəbhəçilərini rəhbər vəzifələrə respublikada birinci olaraq təyin etmişdim.

Başqa məsələdir ki, bir müddətdən sonra onların paxırı, fırıldaqçı olduqları

üzə çıxdı və buna görə də belələrini vəzifədən uzaqlaşdırmaq lazım gəldi.

Məhz bundan sonra Xalq Cəbhəsi mənim əleyhimə qalxdı. Onlar elə

düşünürdülər ki, əgər kimsə onların adamıdırsa, deməli, o hər şey elə bilər.



- Problemləriniz doğrudan da başdan aşır. Hər şeydən göründüyü

kimi, Siz asudə vaxtı ancaq arzulaya bilərsiniz. Əgər asudə vaxtınız olsa,

Siz onu necə keçirərdiniz? Nə kimi məşğuliyyətiniz var?

- Məşğuliyyət barəsində yalnız keçmiş zamanda danışmaq olar. Həyat

sevimli əyləncə və qalan məşğuliyyət üçün imkan vermirdi. Halbuki mən

uşaqlıq illərində şer də yazır, şəkil də çəkirdim. Başlıca arzum arxitektor

olmaq idi. Həmin ixtİsas üzrə hətta bir az oxumuşdum da, lakin sonra bu

arzumdan əl çəkməli oldum. Hərçənd o, qəlbimdə qalır. Yeri gəlmişkən,

Azərbaycanın rəhbəri olarkən şəhərsalma sahəsində az iş görmədim.

Ümumiyyətlə, geridə qalmamağa, arxitekturada baş verən hadisələri izləməyə

çalışırdım. Qoy sizə həyatımdan maraqlı bir əhvalatı danışım. Bir dəfə

ölkənin görkəmli ustaları Moskvaya, Arxitektor evinə toplaşmışdılar. Mənə

söz verdilər. Sonra da başıma toplaşıb təəccüblə soruşdular: Siz arxitekturanı

haradan belə dərindən bilirsiniz? Özünü tərifləmək olmasın, arxitekturadan,

gözümdə qalan arzumdan söhbət getdikdə belə hallar mənim üçün son dərəcə

xoşdur.


- Bəs indi başlıca arzunuz hansıdır?

- Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzum

yoxdur. Bügün varlığımı, bütün qüvvə və bacarığımı mən bu amala həsr

etmişəm.


- Allah eləsin ki, bu arzunuz tez bir zamanda həyata keçsin.

"Rossiyski fermer"

Söhbəti

Vasif Səmədov

aparmışdır



3 avqust 1993-cü il


____________Milli Kitabxana____________

50

"MƏN SİZƏ HEÇ NƏ BƏD ETMİRƏM"



"SOBESEDNİK"İN MÜXBİRİNƏ

MÜSAHİBƏ

- Heydər Əliyeviç, doğru deyirlərmi ki, Siz yoqa ilə məşğul

olursunuz? Ona görə də bu qədər işləyirsiniz?

- Mənim haqqımda çox şey deyirlər. Lakin hamısına inanmaq lazım

deyil... O ki, qaldı gündə 14-16 saat işləməyimə, gənclik illərindən özümü

buna alışdırmışam. İndi yaşımın o vaxtı deyil ki, vərdişlərimi dəyişim.



- Belə işləmək üçün necə də sağlam olmaq lazımdır! Üstündən iki ay

keçsə də, hər halda yetmiş illiyiniz münasibətilə Sizi təbrik edirik. Yəqin

heç vaxt papiros çəkməmisiniz, içkiyə meyl etməmisiniz?

- Təbrik üçün sağ olun. Papirosa gəldikdə, çəkməmişəm. Spirtli içkilərə

də meylim olmayıb.

- İsteriya vəziyyətində olan dövləti necə idarə etmək olar?

- İndi Azərbaycanda vəziyyət belədir: İqtisadiyyat büsbütün dağılmışdır.

O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağla gətirmək olmaz.

Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox

qaçqın var.. Sənaye və kənd təsərrüfatı istehsalı, tikinti sıfır həddindədir.

Adamlar harada işləsin, nə ilə dolansın, ailələrini necə saxlasınlar? Axı

keçmiş SSRİ-nin heç bir Respublikasında belə vəziyyət yoxdur. Əlbəttə,

Elçibəyin başçılıq etdiyi əvvəlki rəhbərlik də öz işini görmüşdür. Onların bir

"müqəddəs" prinsipləri vardı: pəhbər vəzifəni yalnız Xalq Cəbhəsindən olan

tuta bilərdi: dövlət işi səriştəsiz adamlara, ali aşpaza belə etibar olunurdu.

Bunun tək bircə nəticəsini deyim: 35 nəfərin ölümü ilə qurtaran Gəncədəki

iyun hadisələri zamanı şəhərə 23 milyard rubl zərər dəymişdir. Bütün bunlar

üçün keçmiş rəhbərlik ciddi cavab verməli olacaq.

- Çoxları artıq həbs olunmuşdur. Ali Sovetin keçmiş sədri İsa

Qəmbər, keçmiş baş nazir Pənah Hüseynov. Əbülfəz Əliyev isə doğma

Kələki kəndində məskən salmışdır.

Yeri gəlmişkən, by kənd

Naxçıvandadır. Sizin Vətəninizdə...

- Beş barmağın beşi də bir olmur.



- Onun sonuncu (bəyanatından xəbəriniz varmı? Azərbaycan

ərazilərini, o cümlədən də Laçını qaytarmaq təklifi ilə Ermənistana

müraciət etmiş və bildirmişdir ki, təklif qəbul olunarsa, o zaman Dağlıq

Qarabağ Respublikasını tanıyar.

- Mən bunu birinci dəfədir eşidirəm. Amma belə demək istərdim: indən

belə onun hansısa sərxoş hərəkətlərinə fikir vermək istəmirəm. Mən bir neçə

dəfə onunla telefonla danışmış və Bakıya qayıtmasına çalışmışam. Şəxsi

təhlükəsizliyinə təminat vermişəm. Ancaq...



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə