MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə21/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   17   18   19   20   21   22   23   24   ...   256

____________Milli Kitabxana____________

55

- Əgər belədirsə, əvəzini görəcəksiniz. Yeri gəlmişkən, yəqin Siz



Allaha inanmırsınız...

- Əvvəllər bu barədə sadəcə olaraq düşünmürdüm. İndi inanıram.



- Nə vadar etmişdir?

- Yəqin ki, yaş. Bundan əlavə, son vaxtlar mənə əziz olan çox adamı

itirmişəm. Həyat yoldaşım Zərifə Əzizovna 85-ci ildə vəfat etmişdir.

Moskvada Novodeviçye qəbiristanında dəfn

olunmuşdur. Tanınmış

oftolmoloq idi. Üstəlik, musiqi də bəstələyir, gözəl piano çalır, oxuyurdu. Biz

otuz il birlikdə ömür sürmüşdük... Bu yaxınlarda böyük qardaşlarım və bacım

dünyalarını dəyişmişlər. Ailədə səkkiz uşaq idik. Atam dəmir yolunda fəhlə

idi, gecə-gündüz işləyirdi. Bizi anamız boya-başa çatdırmışdır. Məndən

böyük qardaşlarımdan biri akademik idi, Azərbaycanda Elmlər

Akademiyasını yaratmışdı, o biri rəssam idi. Məni də ki, tanıyırsınız. Kiçik

qardaşlarım və bacılarım sağdırlar. İndi Bakıda onlardan birinin mənzilində

yaşayıram. Uşaqlarından birinin çox da  böyük olmayan otağını məndən ötrü

ayırmışlar. Orada taxt var. Mənə bəs edir.



- Bəs uşaqlarınız nə ilə məşğuldurlar?

- İki uşağım var. Qızım Sevil Şərqşünaslıq İnstitutunun aspiranturasını

bitirmişdir. Oğlum İlham isə Moskva Dövlət Beynəlxalq Münasibətlər

İnstitutunu qurtarmışdır. İki dil bilir, İngiltərəyə getməyə hazırlaşırdı, lakin

buraxmadılar. Bax, budur, bizim keçmiş sistemin yaramazlığı: atasını

vəzifədən götürdülər, oğluna da  mane oldular. İndi hansısa bir şirkətdə

məsləhətçi işləyir. Kürəkənim əks-kəşfiyyatla işləyirdi. Polkovnik idi, adı da

yaxşılığa çəkilirdi. Məni vəzifədən çıxaran kimi,

onu da  işdən

uzaqlaşdırdılar.



- Sizin ailə həyatınızın sevinc içində keçdiyini demək çətindir. Bütün

müdrikliyinizi səfərbər edib məsləhət verin: bu çətin dövrdən necə

salamat çıxaq?

- Düşünəcəyəm.



Söhbəti

Mixail Serlyukov

aparmışdır

"Azərbaycan",



10 avqust 1993-cü il


____________Milli Kitabxana____________

56

BOLİVİYANIN PREZİDENTİ



ZATİ-ALİLƏRİ CƏNAB

XAYME PAS SAMORAYA

Hörmətli cənab prezident!

Sizi və Boliviya xalqını milli bayram - Müstəqillik gününün elan edilməsi

münasibətilə səmim-qəlbdən təbrik edirəm. Şəxsən Sizə və bütün Boliviya

xalqına sülh, xoşbəxtlik, ölkənizə tərəqqi və əmin-amanlıq arzulayıram.

Hörmətlə,



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası

Ali Sovetinin sədri

10 avqust 1993-cü il

SİNQAPUR RESPUBLİKASININ

PREZİDENTİ

ZATI-ALİLƏRİ CƏNAB Vİ KİM VİYƏ

Hörmətli cənab prezident!

Sinqapur Respublikasının milli bayramı - Milli İnqilab günü münasibətilə

Sizi və bütün Sinqapur xalqını səmim-qəlbdən təbrik edirəm. Fürsətdən

istifadə edərək bütün Sinqapur xalqına çiçəklənmə, sülh və əmin-amanlıq

arzu edirəm.

Hörmətlə,

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

10 avqust 1993-cü il



____________Milli Kitabxana____________

57

EKVADORUN PREZİDENTİ ZATİ-ALİLƏRİ



CƏNAB RODRİQO BORXA SEVALOSA

Hörmətli cənab prezident!

Sizi və bütün Ekvador xalqını milli bayram - Müstəqillik günü

münasibətilə səmim-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edib şəxsən Sizə və Ekvador xalqına sülh, əmin-

amanlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

10 avqust 1993-cü il

KONQO RESPUBLİKASININ PREZİDENTİ

ƏLAHƏZRƏT GENERAL DANİEL SASSU

NQESSO CƏNABLARINA

Hörmətli cənab prezident!

Konqo Respublikasının milli bayramı - İnqilab günü münasibətilə şəxsən

sizi və bütün Konqo xalqını böyük məmnuniyyətlə səmim-qəlbdən təbrik

edir, sizə və xalqınıza ən xoş arzularımı yetirir, ölkənizə sülh, əmin-amanlıq

və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

12 avqust 1993-cü il



____________Milli Kitabxana____________

58

YAZIÇI ALEKSANDR PROXANOVLA



MÜSAHİBƏ

A.P.: - Heydər Əliyeviç, indi aydındır ki, Azərbaycanın ən yeni

tarixində daha bir dövr başa çatır. Xalq Cəbhəsinin il yarımlıq

"hökmranlığı" sanki bir saatın içində qurtardı. Bu "hökmranlıq" elə bil

tüstü kimi çəkilib getdi. Siz bunu nə ilə izah edirsiniz? Bu dövr

Azərbaycan üçün nə demək idi?

H.Ə.: - Bu, respublikanın qara günə qoyulması, dağıdılması demək idi.

Onlar hər şeyi - təsərrüfatı da, mənəviyyatı da , psixologiyanı da

viran

qoymuşlar. Ən dəhşətlisi bu idi ki, adamlar daha əlini ağdan qaraya vurmur,



işləmirdilər. Elə işləmək imkanının özü də yox olub getmişdi. Bilirsinizmi,

biz Lənkəranda boş yerlərdə, çöllü-biyabanlıqda misilsiz, barlı-bərəkətli

tərəvəz plantasiyaları yaratmışdıq.

O

yerləri "Ümumittifaq bostanı"



adlandırırdılar. Orada əla faraş pomidor, xiyar, digər bostan məhsulları

əkilib-becərilir və bütün bu nemətin hamısı Norilskə, Upala, Moskvaya

göndərilirdi. Respublika olduqca böyük məbləğdə gəlir götürür, Rusiyanın

sənaye mərkəzləri isə dadlı-ləzzətli tərəvəz alırdılar. Yadımdadır, Finlandiya

prezidenti Urxo Kekkonen bu yerlərə istirahətə gəlmişdi və plantasiyalara

heyran qalmışdı. Bəs hanı indi bu plantasiyalar? Hər şey başlı-başına

buraxılmış, bərbad hala salınmışdır - yenə əvvəlki düzəngahlığa, çöllü-

biyabanlığa çevrilmişdir. Camaat işsizdir.

Yaxud götürək üzümü. Aleksey Nikolayeviç Kosıgin üzümçülərə çox

kömək edirdi. Biz üzüm istehsalını ildə 2 milyon tona çatdırmışdıq. Abşeron

üzümü mənim görüb daddığım bütün sortlar içərisində ən dadlı üzümdür.

Abşeron torpaqları quru, isti, qumsal torpaqlardır, üzüm bu isti torpaqlara

uzanaraq onların hərarətini, şirəsini-şəkərini canına çəkir. Hər şey məhv olub

getdi! Bu il biz olsa-olsa 400 min ton üzüm yığa biləcəyik...

Camaat daha işləmir, dolanmaq üçün xırda ticarətə girişmişdir. İran

qulaqlarının dibində, Türkiyə də lap yaxındır. Vecsiz malları qalaq-qalaq alıb

alverlə dolanırlar. Amma di gəl ki, bir şey istehsal etmirlər! Sumqayıtın

kimya müəssisələrinin yarısı dayanmışdır! Neft hasilatı kəskin şəkildə

azalmışdır!.. Hakimiyyətə gələnlərin nə təsərrüfat, nə idarəetmə işlərindən, nə

də siyasətdən başları çıxırdı! Kiçik elmi işçi, yazıçı olan bu adamlar dövlətin

nə demək olduğunu başa düşmürlər. Halbuki özləri azadlıqdan, hürriyyətdən

və haqq-ədalətdən dəm vurur, bunlardan ağızdolusu danışırlar, axırı nə oldu -

hamılıqla oğurluğa qurşandılar! Xalq bütün bunları görürdü və buna görə də

çox məyus olmuşdu! İş-gücləri küçələrə düşüb "Mersedes"lərdə ora-bura

çapmaq və boşboğazlıq etmək idi. Elə hey danışır, dil boğaza qoymurdular!

Mənəviyyatsızlar, əxlaqsızlar, açıq-aşkar oğrular çox idi, lap çox!




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə