MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə20/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   16   17   18   19   20   21   22   23   ...   256

____________Milli Kitabxana____________

53

dadmaq  istəmişəm. İstəmirəm. Hakimiyyətdən çəkilməyə də hazıram.



Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd mən o

adamlardan deyiləm ki, deyəm: Siz məni seçin, dərhal müharibəni qurtarım və

yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız, - yox! Mən Elçibəy deyiləm.

Milli Məclisin - bizim Ali Sovetin deputatları məndən soruşurlar ki, bizə nə vəd

edirsiniz? Birmənalı cavab verdim: heç nə! Mən peyğəmbər deyiləm və sabah nə

olacağını da bilmirəm. Bəlkə daha da pis olacaq. Lakin bir şeyi bilirəm: bu

dəhşətli anda hər şeyi atıb getmək - adamlara xəyanət etmək deməkdir.

- Sizin ən ağır yükünüz müharibədir. Necə bilirsiniz, onu tezliklə

qurtarmaq üçün real imkan varmı?

- Burada olduğum ilk dəqiqələrdən başlayaraq ancaq münaqişənin dinc yolla

aradan qaldırılması barədə düşünürəm. İndi qarabağlılar strateji baxımdan

əhəmiyyətli bir sıra yüksəklikləri ələ keçirmişlər və danışıqlar sanki onlara lazım

deyildir. Ermənistan rəhbərliyi isə özünü elə aparır ki, guya Dağlıq Qarabağ

xadimlərinə təsir göstərə bilmir. Lakin nə qədər müharibə aparmaq olar? Adamlar

mənasız yerə həlak olurlar. Bu barədə daha danışa bilmirəm...

- Deyəsən, Azərbaycanın əvvəlki rəhbərliyi Türkiyədən başqa heç kimi

sevmirdi. Hər halda Türkiyədə istehsal edilən məhsulların, açıq deyim ki,

heç də yüksək keyfiyyətli olmayan məhsulların axını məhz bunu təsdiq edir.

Bəs lap deyək ki, keçmiş SSRİ-nin "qardaş" respublikalarının dostluğu necə

oldu?

- Mən bu barədə demişəm, özü də tamamilə rəsmi şəkildə: Azərbaycan

keçmiş SSRİ-nin istisnasız olaraq bütün respublikaları ilə yaxşı münasibətlər

saxlamalıdır.



- Ermənistanla da ?

- Hamı ilə.



- Rusiya prezidenti ilə şəxsi münasibətləriniz necədir?

- Hələlik şəxsi əlaqəmiz olmayıb. Boris Nikolayeviç həmişə səfərlərdə olur.

Lakin, hesab edirəm ki, hər şey normal olacaqdır. Yeltsinə böyük hörmətim var.

Onun da problemləri başından aşır. Özü də çox ağır problemlərdir. Lakin

deməliyəm ki, o, zəif adam deyil. Siyasətçi üçün isə bu, mühüm keyfiyyətdir.

- Heydər Əliyeviç, haradasa on il əvvəl Siz bazar münasibətləri haqqında

bəlkə də eşitmək belə istəməzdiniz.

Əslində, hamımıza ağlasığmaz

görünürdü - bu, faktdır. "Qərbin bu törəməsinə" Sizin münasibətinizi

bilmək maraqlı olardı.

- Prinsip etibarilə hesab edirəm ki, iqtisadiyyatın başqa yolu yoxdur.

İndiyədək mövcud olan və bizim yeganə düzgün sistem hesab etdiyimiz sistem

özünü doğrultmadı. Əlbəttə, biz bazarı qaydaya salmalıyıq. Lakin bunu ağılla

və... ehtiyatla etmək lazımdır.

-

Tabeliyindəkilərin rüşvətxorluğa qurşanmaları barədə verilən

məlumatlara Elçibəyin necə yanaşdığını mənə danışıblar, deyirmiş ki,

qorxmaq lazım deyil. Doyandan sonra dayanacaqlar. Bu da reallıqdır. Belə

məlumatlara Siz necə yanaşmaq niyyətindəsiniz?



____________Milli Kitabxana____________

54

- Onu deyim ki, keçmiş prezidentin baş prokuroru həbsxanada oturur. İndi



həmin vəzifəyə təyin etdiyimiz adama bu barədə ən ciddi göstərişlər

verilmişdir.



- Sizinlə Bakıda söhbət edib neft barədə soruşmamaq mümkün deyil.

Küveytin şöhrətini kölgədə qoyacağınız gün nə vaxt gələcək?

- Bu sual çoxlarını maraqlandırır.

İyun ayında keçmiş baş nazirin səyləri sayəsində bir çox xarici şirkətlərlə

respublikamız arasında neftə dair bəyannamə hazırlanıb imzalanmışdı. Mən

Ali Sovetin sədri seçildikdən sonra Nazirlər Kabinetindən bir neçə nəfər

yanıma gələrək dedilər ki, bu məsələdə qaranlıq qalan çox şey var. Xaricdə

hay-küy qaldırdılar, guya əsrin sövdələşməsi pozulur. Biz izah etdik ki, heç

nəyi pozmaq niyyətində deyilik, sadəcə olaraq məsələni araşdırmaq istəyirik.

Axı bəyannamədən sonra növbə müqavilələrindir və əgəp hər şey

qaydasındadırsa, onda həmin müqavilələr imzalanacaqdır. Lakin məni

şübhəyə salan o idi ki, bütün bunlar, necə deyərlər, üstüörtülü, tələm-tələsik

edilmişdi. Axı neft Azərbaycanın sərvətidir, təkcə bizim deyil, həm də

nəvələrimizin və onlardan sonra gələnlərin sərvətidir. Gələcək nəsillərimiz

barədə düşünməmək olarmı?



- Sizə kələk gəlmək olmaz?

- Heç cəhd göstərmək də lazım deyil.



- Sizin barənizdə çox şey məlumdur. Həm də heç nə məlum deyil. Siz

kommunist ideallarına inanırdınız. Bu gün nəyə inanırsınız?

- Haqq-ədalətə. Mən ki, qayıtmışam, deməli, təcrübəm, zəkam, biliyim

adamlara lazım olmuşdur. Deməli, dünya xali deyil, haqq və ədalət var. Axı,

məni istefaya göndərməklə insafsızlıq etmişdilər. Sevdiyim, inandığım

adamların 95 faizi birdən-birə mənə arxa çevirdi. Çünki başqa adam gəlmişdi

və fərdi maşının, bağın əldən çıxmamasının, uşaqların yerbəyer edilməsinin

və i.a. qayğısına qalmaq lazım idi. Onlar vicdanlarını bu şeylərə satdılar.

- Belə şeyi bağışlamaq olar?

- Mən onların hamısının günahından keçmişəm.



- Bəs Siz adamlara hansı keyfiyyətlərinə görə hörmət edirsiniz?

- Ağlına, elminə, ziyalılığına görə.



- Bəs uşaqlıqda kim olmağı arzulayırdınız?

- Şer yazırdım. Şəkil çəkirdim. Rəssam olmaq arzusunda idim, lakin sonra

fikrimdən daşındım və memarlıq fakültəsinə daxil oldum. Müharibə başlandı,

dərslər kəsildi. Halbuki mən tikmək istəyirdim. Özü də gözəl binalar tikmək

istəyirdim!

- Deməli, Siz xarakter etibarilə yaradıcı adamsınız? Həyatınız boyu

heç nə dağıtmamısınız?

-

Bakıdakı uçuq-sökük daxmaları dağıtmışam. Adamlar həmin



daxmalarda yaşamır - zillət çəkirdilər. Biz həmin adamları abad mənzillərə

köçürdük. Həyatım boyu yaxşı çox şey tikmişəm. Uçurduqlarım isə adamlara

mane olanlar idi... Adamlar bunu unutmamışlar.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə