MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə22/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   18   19   20   21   22   23   24   25   ...   256

____________Milli Kitabxana____________

59

Bəs Qarabağ? Onlar bu müharibədə qalib gəlmədilər, münaqişəni siyasi



yollarla söndürmədilər! Çox kəndlərimizi, çox torpaqlarımızı itirdik! Dünən

yanıma bir kolxoz sədri gəlmişdi. Deyirdi: "Əlbəttə, dəhşətdir ki, orada

minlərlə baş mal-qara, minlərlə hektar torpaq itirdik, amma ən böyük

rüsvayçılıq budur ki, biz ata-babalarımızın müqəddəs saydığımız məzarlarını

itirdik. İndi düşmən bu məzarları murdarlayır, onların üstündə öz qələbələrini

bayram edir!".

Fevral ayında mən Elçibəylə görüşdüm. Səkkiz saat danışdıq. Mən ona

dedim: "Belə siyasət uğursuzluğa məhkumdur". O, çox düşüncəsiz cavab

verdi: "Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar.

Toplamazlar, biz onları işdən çıxarar və yerlərinə başqalarını qoyarıq".

Dedim: "Harda görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz. Onun

üzərində eksperimentlər aparırsınız?" Bu, Gəncədə birbaşa cinayətlə

nəticələndi, qanla qurtardı. Buna görə də xalq onları rədd etdi!..

A.P.: - Bilirəm ki, Naxçıvanda, balaca bir respublikada siz qayda-

qanun yaratmağa, layiqli həyat səviyyəsini qoruyub saxlamağa müvəffəq

oldunuz. Sizin üçün, əgər belə demək caizsə, "Naxçıvana sürgünlük" nə

demək idi?

H.Ə.: - Xalq Cəbhəsinin yeni peyda olmuş başçılarının biri televiziyaya

çıxıb, lovğa-lovğa bildirmişdi: "Əgər lazım gələrsə, mən Naxçıvana gedib

Əliyevin başına güllə çaxaram!" Mənə qarşı iki dəfə qəsd təşkil etdilər, iki

dəfə məni öldürmək istədilər. Amma oxları daşa dəydi, niyyətləri baş

tutmadı. Onlar Əliyevə divan tutmaq üçün Naxçıvanı blokadaya aldırdılar.

Bizi ərzaqdan, neftdən məhrum etdilər. Elektrik enerjisini büsbütün kəsdilər.

Bizdə soyuqlar və aclıq başlandı. Südəmər körpələr xəstəxanalarda soyuqdan

donub ölürdülər. Camaat bağ-bağatı qırıb od qalayırdı. Ev-eşiyi isitmək üçün

meyvə ağaclarının 70 faizini kəsib doğradılar. Nə qədər meşə qırıldı. Lakin

mən də sağ qaldım, xalq da.

İran və Türkiyə rəhbərləri ilə aramızda şəxsi dostluq münasibətləri

yarandı. İran prezidenti öz təyyarəsini Naxçıvana göndərdi. Mən onunla

Tehrana gedib, yardım barəsində razılığa gəldim. Biz elektrik xətti çəkdik və

İrandan enerji almağa başladıq. Eləcə də yanacaq və ərzaq... Türkiyə

prezidenti Dəmirəlin özü mənə 100 milyon dollar kredit təklif etdi. O da öz

prezident təyyarəsini göndərdi və mən onun yanına, Ankaraya uçdum. Mən

Türkiyəyə yol çəkdirdim, Araz çayı üstündən körpü saldırdım və mal

təchizatını təşkil etdim. Lakin başlıca nailiyyətim budur ki, mən Ermənistanla

silahlı münaqişəyə yol vermədim. Vəziyyət çox gərgin idi, ciddi hadisələr baş

verirdi, lakin mən çıxış yolu tapdım, nəticədə torpağımız al-qana boyanmadı.

Mən çox sadə yaşayır, aza qane olurdum, məişət şəraitimiz ağır idi. Bu

sözlərim xalqıma da  aiddir. Lakin biz sağ qaldıq və əmin-amanlığımızı

qoruyub saxladıq. Bakıdan yanıma tez-tez adamlar gəlir, dilə tuturdular ki,

siyasətə qayıdım. Lakin mən istəmirdim. Xalq Cəbhəsinin siyasətinə

qoşulmaq istəmirdim. Çünki bu siyasət fəlakətə doğru aparırdı.



____________Milli Kitabxana____________

60

A.P.: - Siz indi "Yeni Azərbaycan" Partiyasının liderisiniz. Mən bilən,



onun artıq 100 min nəfər üzvü var. Siz hər halda Bakıya qayıtmısınız,

siyasətə qoşulmusunuz, sizinlə birlikdə partiyanız da siyasət meydanına

atılıbmı?

H.Ə.: - Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya

tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə

görə gəldim. Başa düşəndə ki, xalqım vətəndaş müharibəsi həddindədir, onda

mən buraya gəldim. Vətəndaş müharibəsi isə xalqın məhv olması, dövlətin sonu

deməkdir! Odur ki, gəlməyə bilməzdim. Təkrar edirəm: Mən buraya partiya ilə

birlikdə yox, tək, ürəyimin hökmü ilə gəldim ki, xalqıma ən dəhşətli fəlakətdən

yaxa qurtarmaqda kömək edim.

A.P.: - Mən bilirəm, sizi şəxsən Elçibəy çağırıb, sizi Xalq Cəbhəsi dəvət

edib. İndi isə siz onu siyasətdən uzaqlaşdırmısınız. Burada ziddiyyət

yoxdurmu?

H.Ə.: - ... Xalq Cəbhəsi gördü ki, işlər fənadır, sonları çatmaqdadır və xalq

onları sadəcə olaraq didib-dağıdacaqdır. Buna görə də Elçibəy məni çağırmağı

qərara aldı ki, vəziyyəti xilas edim. O, Naxçıvana mənə zəng vururdu, lakin mən

dəstəyi götürmürdüm. O, yenə zəng vurdu. Mən dəstəyi yenə də götürmədim.

İyunun 7-də onlar Bakıdan mənə təyyarə göndərdilər. Mən təyyarəni geri

qaytartdırdım. İyunun 8-də onlar təzədən təyyarə göndərdilər. Mən Elçibəylə

telefonla danışdım və Bakıya getməkdən imtina etdim. İyunun 9-da Surətin

qoşunları Bakının 100 kilometrliyində idi. Elçibəy yenidən mənə təyyarə

göndərdi. Yalvarıb-yaxardı ki, Bakıya gəlim, mən razılaşdım.

Nə gizlədim, oraya gedib fəlakətli vəziyyəti görməyə qorxurdum, buna

baxmayaraq, başa düşürdüm ki, hökmən getməliyəm, çünki xalqın taleyi həll

olunurdu. Xülasə, mən Bakıya gəldim və biz Elçibəylə bir neçə saat danışdıq. O,

mənə baş nazir vəzifəsini təklif etdi. Onun silahdaşları Pənah Hüseynov hələ də

həmin vəzifədə qalmaqda idi. Mən imtina etdim. Onların hamısı Elçibəyin yanına

toplaşdılar və məni dinlədilər. Mən onların cinayətkar idarəetmə üsulu barəsində

nə düşünürdümsə, hamısını üzlərinə dedim. İsa Qənbərov dözməyib dilləndi:

"Biz elə düşünürdük ki, siz bizə məsləhət verəcəksiniz, siz isə bizə ittihamnamə

oxuyursunuz!" Bəli, məhz belə idi.

İyunun 11-də İsa Qəmbərov Ali Sovetin sədri vəzifəsindən istefa verdi,

deputatlar mənə bu vəzifəni tutmağı təklif etdilər. Mən boyun qaçırdım. Onlar

məni dilə tutmaqda davam etdilər.

Mən dedim: "Gəlin sessiyanı bir neçə günlüyə təxirə salaq. Mən Surət

Hüseynovla görüşmək istəyirəm". Mən onunla tanış deyildim və təyyarə ilə

Gəncəyə, onun yanına getdim. Biz Surətlə, yalan olmasın, bütün gecəni danışdıq.

Səhərisi o, məni şəhərə apardı. Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb

külə dönmüş mənzilləri gördüm, cinayətin izlərini gördüm. Bakıya qayıdıb Ali

Sovetin təklifini qəbul etdim və iyunun 15-də sədr vəzifəsinə seçildim. Mən bunu

yalnız bir məqsədlə - vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə

etdim.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə