MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə24/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   20   21   22   23   24   25   26   27   ...   256

____________Milli Kitabxana____________

64

suzluqlar oldu. Ermənistanın silahlı qüvvələri bu fürsətdən istifadə edib bizim



Qarabağda bir neçə yaşayış məntəqəsini, kəndləri işğal etdilər, yandırdılar, ən

nəhayət, iyul ayının 23-də Ağdam şəhəri də işğal olundu.

Ona görə bu məsələlər də bizim başımızı çox qatmışdı, biz güman edirdik

ki, Lənkəranda, bir Lənkəranda yox, bu zonada, adlarını çəkdiyim rayonlarda

yerli əhali özü, bu rayonların ağsaqqalları, ziyalıları, nüfuzlu adamları, işbilən

adamları, bilikli adamları, hörmətli adamları özləri bu məsələləri yəqin ki,

dərk edəcəklər, bu məsələləri öz yoluna qoyacaqlar və bəlkə də bu məsələlərə

dövlət tərəfindən müdaxilə olunmasına ehtiyac yoxdur. Bir tərəfdən başımız

çox qarışıq olduğuna görə bu məsələlərlə məşğul ola bilmədik, ikinci

tərəfdən də biz belə fikirdəydik ki, yerli əhali özü, hər bir rayonun qabaqcıl

adamları bu məsələləri özləri həll edəcəklər.

Belə bir qənaət ondan irəli gəlirdi ki, bildiyimiz kimi, o rayonlarda, bizim

Azərbaycan Respublikasının o rayonlarında tarixən çox ziyalı adamlar

yaşayıb, mötəbər adamlar yaşayıb. Bu rayonlar, xüsusən Lənkəran və onun

ətrafında olan rayonlar ağayana bölgələr olublar Azərbaycanda. Orada

həmişə qanun-qayda, nizam-intizam olubdur və həm orada, həm də

Azərbaycanın başqa yerlərində, xüsusən respublikanın paytaxtı Bakıda bu

rayonlardan çox mötəbər adamlar yaşayır, yüksək dövlət vəzifələri tuturlar,

elmdə, təhsildə, mədəniyyətdə böyük rol oynayırlar, onların da böyük nüfuzu

var, hətta Azərbaycanın indi artıq tək Azərbaycanın deyil, bütün, Qafqazın

müsəlmanlarının dini rəhbəri, böyük din xadimi, bizim hörmətli şeyximiz

Allahşükür Paşazadə də bu bölgədəndir. Ancaq bir Paşazadə deyil, burada

bizim hörmətli akademiklərimiz var, professorlarımız var, böyük ad-sanı olan

elm xadimlərimiz var, mədəniyyət xadimlərimiz var. Belə güman etdik ki,

hamı birləşib bu məsələləri müəyyən qədər özləri həll edərlər.

Ancaq sonrakı dövr və bu proseslərin davamı göstərdi ki, bizim

arzularımız çin olmadı, yerinə yetmədi və biz bu işlərlə məşğul olmaq

məcburiyyətində qaldıq... Bu məsələlər haqqında biz - baş nazir Surət

Hüseynov və mən vaxtaşırı fikir mübadiləsi aparmışıq. Dəfələrlə həmin

məsələlərin yoluna qoyulması haqqında eyni fikirdə olmuşuq və baş nazir

Surət Hüseynov bu bölgədə özünün böyük imkanları olduğunu bildirərək

demişdir ki, bu məsələlərin hamısını həll etmək mümkündür. Ən nəhayət, bu

söhbətlərimizin nəticəsində biz belə qərara gəldik ki, baş nazir Surət

Hüseynov bu bölgəni ziyarət edəcəkdir. Oraya gedib vəziyyətlə yerində tanış

olacaq, bu məsələlər həll ediləcək və problemlər aradan götürüləcəkdir.

Biz bunu da nəzərə alırdıq ki, orada gedən prosesləri bəzi şəxslər bu

faktorla əlaqələndirirlər ki, o zonanın, o rayonların sosial-iqtisadi vəziyyəti

çox ağırdır, son illərlə o zonaya respublikanın dövlət dairələri tərəfindən

lazımi qədər diqqət yetirilməyib, qayğı göstərilməyib, əhalinin bəzi hallarda

yaşayışı çox ağırdır, bəzi təbii dəyişikliklər, iqlim dəyişiklikləri, eyni

zamanda bu bölgəyə, bu rayonlara diqqətsizlik orada sosial-iqtisadi vəziyyəti

gərginləşdirib və guya bu proseslər sosial-




____________Milli Kitabxana____________

65

iqtisadi vəziyyətin gərginləşməsi nəticəsində meydana çıxıb. Ona görə də biz



- baş nazir Surət Hüseynov və mən bu məsələləri müzakirə edərkən belə fikrə

gəldik ki, doğrudan da belə bir səfər səmərəli ola bilər; sosial-iqtisadi

problemlərə yerində baxılar, lazımi tədbirlər görülərdi və beləliklə də, əhali

də, xalq da və bu işlərdə marağı olan şəxslər də bilərdilər ki, bu bölgəyə

lazımi qədər diqqət yetirilməyibsə də, indən belə bunların hamısı olacaqdır,

lazımi zəmanət veriləcəkdir. Ona görə də baş nazir ora getməzdən bir gün

qabaq Azərbaycan Respublikasının bir qrup nazirləri, yüksək vəzifəli şəxsləri

ora göndərildi ki, orada vəziyyəti araşdırsınlar, aydınlaşdırsınlar və sonra baş

nazir bu məsələlərə yerində baxa bilsin.

Bildiyiniz kimi, belə bir tədbir avqust ayının 2-3-də keçirildi. Biz güman

edirdik ki, həmin tədbirdən sonra bu proseslərə son qoyulacaq və bölgədə

sabitlik yaranacaqdır. Təəssüf, ondan sonra keçən dövr göstərdi ki, biz burada

da gözlədiyimiz nəticəyə gəlib çata bilmədik. Orada bu proseslərin müəyyən

qədər aparıcısı sizə məlum olan Əlikram Hümbətovdur. Əlikram Hümbətov -

mən bilmirəm, əvvəllər o nə vəzifədə olub, ancaq indi də nə vəzifədə

olduğunu başa düşmürəm, - özünü orada ali baş komandan elan eləyib, o

mahalın başçısı elan eləyib. Hər halda heç bir əsası olmadan özünə cürbəcür

hüquqlar götürüb.

Təəssüf ki, bizim yerli dövlət orqanları, inzibati orqanlar, hüquq-mühafizə

orqanları da bir növ istər-istəməz qeyri-qanuni hərəkətlərə ya tabe olurlar, ya

biganə qalırlar, ya da ki, diqqət vermək istəmirlər, ona görə də o şəxs orada

istədiyini edir. Ona görə də biz bu proseslərlə maraqlanarkən bir neçə dəfə

bizim Azərbaycanın bu bölgəsindən olan hörmətli adamlar ilə söhbətlər

apardıq. Birinci növbədə bizim hörmətli din xadimimiz şeyx Allahşükür

Paşazadə, sonra bir neçə şəxslər, bəzi şəxslər öz təşəbbüsləri ilə bizimlə, o

cümlədən mənimlə gəlib görüşüb öz fikirlərini demişdilər və bildirmişdilər

ki, onlar gedib bu məsələlərin düz yolda, düz istiqamətdə getməsini təmin

edəcəklər. Mən də şübhəsiz ki, sizə bildirdiyim kimi, belə hesab edirdim ki,

elə bizim bu hörmətli adamlarımız bu məsələləri həll edərlər, ona görə hər

dəfə


xeyir-dua verirdim, deyirdim ki, gedin, işləri görün, aparın,

məsləhətləşin, hər halda hər şey doğru olmalıdır, düzgün olmalıdır.

Bir dəfə şeyx Allahşükür Paşazadə mənə telefon  etdi və bildirdi ki, biz

Lənkəranda olduq, orada bir toplantıda iştirak etdik, orada bizi - bir 5 nəfəri

nümayəndə heyəti müəyyən ediblər və istəyirlər ki, sizinlə görüşək və orada

olan təklifləri sizə təqdim edək. Ondan əvvəl mən bir dəfə həmin Əlikram

Hümbətova telefon  etdim və maraqlandım ki, o nə edir, nə üçün belə işlər

görür, o mənə dedi ki, gəlib mənimlə Bakıda görüşəcək və mənə məlumat

verəcək. Ancaq sonra vaxt keçdi, gəlmədi. Bir dəfə mənə məlumat çatdı ki, o

gəlib Bakıya, baş nazir Surət Hüseynovla görüşüb, qayıdıb gedib. Mən yenə

də, şübhəsiz ki, səbirlə gözlədim



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə