MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə23/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   19   20   21   22   23   24   25   26   ...   256

____________Milli Kitabxana____________

61

İyunun 16-da Surətin qoşunları Xalq Cəbhəsinin hərbi birləşmələri ilə



qarşılaşdı. Döyüş getdi, ölənlər oldu. Təbii ki, mən qardaş qırğınına yol verə

bilməzdim. Axı onsuz da bu illər ərzində xalqın qanı çox tökülmüşdü. Mən

Surətlə razılığa gəldim ki, onun qoşunları Bakıya girməyəcək, paytaxtda döyüş-

qırğın olmayacaqdır. Sonrasını özünüz bilirsiniz. Gəncə hadisələrini təhqiq etmək

üçün komissiya yaradıldı və komissiya belə bir qənaətə gəldi: Xalq Cəbhəsi

özünün liderləri simasında cinayət törətmişdir. Sonra Milli Məclisin sessiyası

çağırıldı. Əsas müqəssirlər deputat toxunulmazlığından məhrum edildi və həbsə

alındılar. Mən Bakıya bax, belə qayıtmışam.



A.P.: - Bəs bundan sonra nə etməli? Ölkə çapılıb-talanmış, cəmiyyət

parçalanmış, ona təfriqə salınmış, o, ruhdan düşmüşdür. İndi xalqı hansı

ideya birləşdirəcək? Əzab verilmiş, haldan düşmüş cəmiyyəti hansı

fəlsəfə, hansı ideologiya birləşdirəcək? Siz özünüz yaxın keçmişdə

kommunist ideyasının təbliğçisi olmuşsunuz, lakin indi bu ideya daha

yoxdur. Xalq Cəbhəsinin ikiəlli yapışdığı liberal ideya bir az əvvəl puça

çıxmışdır. Adamlar hansı ideyanı qəbul edəcəklər?

H.Ə.: - Yalnız milli barışıq ideyasını, ayrı heç bir ideyanı yox! Bunun

daha mənası yoxdur – sən hansı partiyaya mənsubsan, neçə yaşın var, hal-əhvalın

necədir. Bizi dəhşətli həddən yalnız ümummilli barışıq uzaqlaşdıra bilər. Bunu

xalq başa düşür, hərbçilər, kommersantlar, müəssisə direktorları başa düşürlər.

Biz heç kəsi təqib etməyəcək, gözümçıxdıya salmayacağıq. Əgər sən liberalsansa,

əgər sən Xalq Cəbhəsinin üzvüsənsə, səni heç kəs təqib etməyəcək, sənə gözün

üstə qaşın var, deməyəcəklər. Xalqa xidmət elə, xalqın yolunda özünü fəda elə.

Bax, budur ideya, budur fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat

və incəsənət xadimləri, din xadimləri formalaşdıracaqlar!

A.P.: - Bəs rəsmi Rusiya Bakıda baş vermiş hadisələrə, sizin siyasətə

qayıtmağınıza necə münasibət göstərdi?

H.Ə.: - Hələlik heç cür. Təkcə Ruslan Xasbulatov məni Ali Sovetin sədri

vəzifəsinə seçilməyim münasibətilə təbrik edib. Rəsmi Moskva susur. Xalq

Cəbhəsi Rusiya əleyhinə siyasət aparır, hər şey edirdi ki, Rusiya ilə

Azərbaycan yaxınlaşmasınlar. Deyəsən, bu Moskvanı da qane edirdi, Siz

Rusiyaya olan münasibətimi bilirsiniz. Azərbaycan Rusiya ilə iqtisadi,

mədəni, coğrafi-siyasi cəhətdən bağlıdır. Biz sadəcə qonşu deyilik, bizim bir

tariximiz var. Təkrar edirəm: Rusiya ilə bugünkü münasibətlər məni razı

salmır, lakin mən qəti əminəm ki, münasibətlərimiz hökmən inkişaf

etdiriləcəkdir.

A.P.: - Dağıdılmış xalq təsərrüfatı necə olacaq? Siz hansı iqtisadi

modeli irəli sürmək niyyətindəsiniz? Məsələ burasındadır ki,

Azərbaycanın tərəqqisini məhz sosialist modeli təmin edirdi.

H.Ə.: - Bizim xalq təsərrüfatının dirçəlişini mən bazar münasibətlərində

görürəm. Sivilizasiyalı bazarın bütün formalarında, sahibkarlıqda,

kommersiya banklarında, xarici kapitalın  cəlb  edilməsində, o cümlədən

MDB ölkələrində toplanmış




____________Milli Kitabxana____________

62

müsbət cəhətlərdə görürəm. Azərbaycan bazarının qapıları bizimlə qarşılıqlı



surətdə faydalı əməkdaşlıq etmək istəyənlərin hamısının üzünə açıqdır. Xalq

Cəbhəsi Azərbaycanın sərvətlərini - qızılını, neftini, var-yoxunu xalq üçün

qətiyyən sərfəli olmayan şərtlərlə, dəyər-dəyməzinə satırdı. Görünür, yaxşı

rüşvət almışdılar.

Mən əmr verdim ki, dünyanın ən iri neft şirkətləri ilə bağlaşmalar

dayandırılsın, çünki onlar mənə şübhəli görünürdü. Bununla əlaqədar, dünya

mətbuatında böyük hay-küy qopdu. Mən şirkətlərin nümayəndələrini qəbul

edib bildirdim: "Bu, bağlaşmaların kəsilməsi demək deyil. Biz ekspertiza

keçirəcəyik, əgər ekspertiza bağlaşmaların qarşılıqlı surətdə faydalı olduğunu

aşkara çıxararsa, onda bağlaşmalar inkişaf etdiriləcəkdir".



A.P.: - Heydər Əliyeviç, sizin 70 yaşınız var. Siz həyat məktəbi keçmiş

siyasətçisiniz, zəngin təcrübəyə maliksiniz. Həyatın hər üzünü görmüsünüz.

Surət Hüseynov 34 yaşındadır. O siyasətdə təzədir. Onu ölkədə yüksək

vəzifələrə milli faciə, müharibə gətirib çıxarmışdır. Siz necə birgə fəaliyyət

göstərirsiniz? Sizin psixoloji qarşılıqlı fəaliyyətiniz, birgə siyasi praktikanız

necə təşəkkül tapmışdır?



H.Ə.: - Surət Hüseynov Yevlaxda iri bir zavod direktoru olub, deməli

istehsalatçıdır. İqtisadiyyatın problemlərini bilir. Mən ona baş nazir vəzifəsini

təklif etdim və əminəm ki, əl-ələ verib işləyəcəyik. Mən bütün təcrübəmi

onunla bölüşəcəyəm. Əlbəttə ki, bizim üçün başlıca problem təcrübəli işçilər,

ağıllı və vicdanlı mütəxəssislər yığmaqdır.

"Azərbaycan",



12 avqust 1993-cü il


____________Milli Kitabxana____________

63

BİLƏSUVAR, CƏLİLABAD, MASALLI,



LƏNKƏRAN, ASTARA, YARDIMLI

VƏ LERİK RAYONLARINDAN SEÇİLMİŞ

XALQ DEPUTATLARI VƏ HƏMİN RAYONLARDAN

OLAN RƏHBƏR İŞÇİLƏR VƏ ZİYALILARLA

GÖRÜŞDƏ GİRİŞ SÖZÜ

13 avqust 1993-cü il

Bu axşam biz bir neçə mühüm məsələ ilə əlaqədar məsləhətləşmək və

fikirlərimizi bölüşmək məqsədilə sizi narahat etmişik, buraya dəvət etmişik.

Düzdür, indi iş vaxtı deyil, gecdir, ancaq by gün Azərbaycanın həyatı elədir

ki, səhər-axşam, gecə-gündüz yoxdur. Hər halda biz bu rejimlə işləyirik, ona

görə də mən güman edirəm ki, məhz by gec vaxtda bu toplantını yığmağımızı

siz qanuni hesab edərsiniz.

Məsələ bundan ibarətdir. Artıq bəllidir ki, son aylar Azərbaycan

Respublikasının cənub zonasında olan rayonlarda, yəni Astara, Lənkəran,

Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında bəzi proseslər

gedir. Bu proseslər həm o rayonların əhalisini, həm də Azərbaycanın

ictimaiyyətini narahat edir, çünki bu proseslər neqativ xarakter daşıyır. Bu

proseslər qanun pozuntuları ilə əlaqədardır, bəzi insanların hüquqlarını pozur

və ümumiyyətlə, Azərbaycanda gərgin olan ictimai-siyasi vəziyyəti daha da

gərginləşdirir.

Bunların nə vaxt başlandığını mən sizə dəqiq deyə bilmərəm, ola bilsin ki,

burda iştirak edən şəxslər bunu məndən yaxşı bilirlər, çünki bildiyiniz kimi,

mən buraya İyun ayının ortasında gəlmişəm. O vaxta qədər Naxçıvanda

yaşamışam və Azərbaycanın ayrı-ayrı regionlarında gedən proseslər

barəsində o qədər də məlumatım olmayıbdır. Bura gəlib işə başlayandan

sonra bu barədə Ali Sovetdə məlumat almışam. Mən Ali Sovetin sədri kimi,

işə başlayandan sonra Ali Sovetə bu məlumatlar vaxtaşırı gəlirdi, ancaq

bilirsiniz ki, o vaxtlar bizim başımız həddindən artıq qarışıq idi.

İyun ayının 4-də Gəncədə baş vermiş qanlı hadisələr, demək olar ki,

bizim vaxtımızı aldı, o hadisələrin müəyyənləşdirilməsi, təhlil, müzakirə

olunması, bildiyiniz kimi, iyul ayının 16-na qədər çəkdi. İyul ayının 15-16-da

biz Gəncədə baş vermiş qanlı hadisələri Milli Məclisin iclasında müzakirə

etdik, iyul ayının 16-da qərar qəbul etdik. Eyni zamanda, bildiyiniz kimi, o

günlərdə Azərbaycan Respublikasının daxili vəziyyətində sabitlik

pozulduğuna görə, cürbəcür qüvvələrin qarşıdurmasının mövcud olduğu bir

dövrdə, Ermənistanda gedən müharibədə də uğur-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə