MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə25/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   21   22   23   24   25   26   27   28   ...   256

____________Milli Kitabxana____________

66

və nəhayət, həmin 5 nəfərdən ibarət nümayəndə heyəti mənim yanıma gəldi -



şeyx, Hüseynağa Qəniyev, bağışlasınlar, o birilərinin ad-familiyaları yadımdan

çıxıb, - söhbət elədik, bir neçə təkliflər yazılı surətdə mənə verildi, mən qəbul

etdiyimiz şəxslərin yanında Lənkərana telefon  etdim, Əlikram Hümbətovla

danışdım və onu dəvət etdim. Dedim ki, mən nümayəndələri qəbul etmişəm,

söhbət etmişəm, ancaq lazımdır ki, siz özünüz gələsiniz burada danışaq, o söz

verdi ki, gələcək, bir müddətdən sonra gəldi. Gəldi, görüşdük, təkbətək təxminən

4 saat söhbət elədik.

Söhbətimizin bir qismi, demək, söhbətin əsas mövzusu Əlikram Hümbətov

tərəfindən yönəldilirdi, mən də sərbəstlik verdim ki, Əlikram Hümbətov bütün

fikirlərini açsın, desin, mən də onlara münasibət bildirə bilim, söhbətin bir 30

faizi, əgər vaxt etibarilə götürsək, Azərbaycanda olan vəziyyətə, qanunsuzluğa,

özbaşınalığa, keçmiş iqtidarın günahlarına, səhvlərinə həsr olunmuşdu. Təxminən

35 faizi də həsr olunmuşdu bizim Qarabağda gedən müharibəyə və bununla

əlaqədar ordumuzda olan bərbad vəziyyətə, ordunun pis şəraitdə olmasına, başqa

məsələlərə.

Ən nəhayət, söhbətin son mövzusunu Əlikram Hümbətov həsr etdi belə bir

mövzuya ki, Azərbaycanda inzibati ərazi bölgüsünə baxılmalıdır, inzibati ərazi

bölgüsü müəyyən olunmalıdır. Mən çalışdım aydınlaşdıram ki, inzibati ərazi

bölgüsü nə deməkdir, nə istəyir. Azərbaycanın ərazisi müəyyən rayonlara,

şəhərlərə bölünüb və bu tarixən artıq məlumdur. On illərlə, bəlkə də 50-60-70

ildir ki, belə bir inzibati ərazi bölgüsü var və ola bilər ki, həyat bəzən bu inzibati

ərazi bölgüsünün müəyyən yerlərdə dəyişdirilməsini tələb edir, bunlara baxıla

bilər, amma ümumən Azərbaycanda inzibati ərazi bölgüsünə baxılmasını və

bunun yenidən təyin olunmasını, şübhəsiz ki, nə anladım, nə də qəbul edə bildim

və dedim ki, mən bunu başa düşmədim. Axırda gətirib çıxartdı "Talış-Muğan

Respublikası" mövzusuna. Mən istəmədim bu barədə söhbət aparım, - mən

olan

şeylərin hamısını açıb sizə səmimi deyirəm ki, bu prosesləri nə cür



apardığımızı biləsiniz, - mən istəmədim bu söhbəti davam etdirim, dedim ki,

bu mövzu hüquqi bir mövzu deyil, bu barədə mən danışmaq istəmirəm, ancaq

bir halda ki, siz bu mövzuya toxunursunuz, bizim baş nazir Surət Hüseynovla

şərtimiz var, mən də şərtə sadiq bir adamam.

Şərtimiz də ondan ibarətdir ki, Surət Hüseynovla Heydər Əliyev belə

qərara gəliblər ki, ikisi birlikdə Əlikram Hümbətovla həmin bu mövzu

haqqında söhbət aparsınlar. O gün də baş nazir Surət Hüseynov Bakıda

deyildi, Gəncədəydi, ona görə də mən dedim ki, gəlin, söhbətimizi bununla

tamamlayaq, siz qayıdın öz yerinizə, bir neçə gündən sonra baş nazir Surət

Hüseynov Gəncədən Bakıya qayıdacaq, mən onunla danışaram, müvafiq vaxt

təyin edərik, sizi dəvət edərik, gələrsiniz bu barədə birlikdə söhbət edərik.

Mən bu məsələ barəsində sizinlə tək söhbət eləmək istəmirəm.

Bununla da bizim söhbətimiz tamamlandı. Mən bizim bu görüş haqqında

mətbuat orqanlarına heç bir məlumat vermədim, çünki bunun əhəmiyyəti də

yox idi, bu, sadəcə işgüzar bir görüş idi, bö-



____________Milli Kitabxana____________

67

yük əhəmiyyət kəsb edən bir şey deyildi, ancaq sonra eşitdik ki, Əlikram



Hümbətov bəzi mətbuat orqanlarına, informasiya orqanlarına məlumat verib

ki, Heydər Əliyevlə görüşüb, 4 saat söhbət eləyib, filan mövzulara baxılıb,

bəzi şeylərdə fikir birliyi olub, bəzi şeylərdə fikir ayrılığı olub, - öz işidir.

Beləliklə, mən yenə deyirəm, görüşümüz bununla da bitdi. Sonra

nümayəndə heyəti mənim yanımda olanda - Allahşükür Paşazadə, Hüseynağa

Qəniyev və başqa şəxslər, - mən danışdım Hümbətovla və danışdıq ki,

gələcək, ancaq sonra gəlmədi, bu məsələlər də elə müəyyən qədər közərən bir

səviyyədə qaldı.

Ona görə də mən artıq sizə məlumat verdim ki, biz baş nazir Surət

Hüseynovla birlikdə qərar qəbul etdik ki, baş nazir bu işlərlə məşğul olacaq

və bu proseslərin tamamlanmasına və bunlara son qoyulmasına təminat

verəcək. Dediyim kimi, avqust ayının 2-də nazirlər, avqust ayının 3-də baş

nazir orada müşavirə keçirdi. Avqust ayının 4-də Surət Hüseynov mənə

məlumat verdi ki, orada məsələlərin hamısı haqqında qarşılıqlı anlaşma olub

və iki gün içərisində oradan bəyanat veriləcəkdir ki, bu proseslər əsassızdır

və beləliklə də bu məsələlər bitir. Ancaq iki gün keçdi, heç bir şey olmadı.

Sonra avqust ayının 5-də axşam bizə məlumat gəldi ki, Əlikram

Hümbətov öz silahlı qüvvələri ilə Cəlilabad rayonunun prokurorluq işçilərini

həbs edib Lənkərana aparıb. Bu, böyük həyəcan doğurdu. Təəssüf ki, mən

qeyd edirəm, Əlikram Hümbətovda silahlı qüvvələr var, şübhəsiz ki,

qanunsuz silahlı qüvvələrdir və o, silahlı qüvvələrdən də istədiyi kimi istifadə

edir. İstədiyi adamı həbs edir, istədiyi adamı buraxır, bu da inzibati orqanlar

tərəfindən laqeydliklə qəbul olunur. Belə bir hadisə də baş vermişdi və axşam

bu siqnallar bizə böyük həyəcanla gəldi çatdı. Biz yığışdıq - baş nazir Surət

Hüseynov, mən, daxili işlər naziri, milli təhlükəsizlik naziri, respublikanın

baş prokuroru, - bir az müzakirə elədik məsələni, biz elə bu məsələni

müzakirə eləyərkən yenə də siqnallar gəldi ki, orada Cəlilabadda qarşıdurma

var, əgər onlar buraxılmasa, ola bilər qan tökülsün, filan olsun. Hətta sonra

axşam belə bir şayiə gəldi ki, Allahşükür Paşazadəyə sui-qəsd hazırlanır, ya

nə olur. Mən telefonla şeyxi axtardım, tapdım, onunla danışdım, dedi ki, mən

Lənkəranla əlaqəyə girmək istəyirəm, girə bilmirəm və biz təşkil elədik ki,

şeyx Lənkəranla əlaqəyə girsin, sonra mənə telefon eləyib dedi ki, yaxşı ki,

mən danışdım, çünki orada kimsə deyib ki, şeyxi burada həbs eləyiblər, onun

qohum-əqrabası tökülüb gəlib, bu məsələ burada yat-yut oldu.

Ancaq bu axşam bizə bir belə məlumat gəldi ki, ondan bir gün öncə

Əlikram Hümbətov Azərbaycanda, xüsusən Bakıda yaşayan, o bölgədən olan

bir 50 nəfər adama dəvətnamə göndərib, avqust ayının 6-da orada "Talış-

Muğan Respublikası"nın yaradılması ilə əlaqədar təsis konfransı, ya

qurultayı, adı nədir onun bilmirəm, keçirir. Biz xəbərdarlıq elədik ki, elə

şeylərə yol verilməsin. Avqust ayının 6-da prokurorların tutulması ilə

əlaqədar olaraq



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə