MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə33/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   29   30   31   32   33   34   35   36   ...   256

____________Milli Kitabxana____________

83

həmin illərdə daim böyük iftixar hissi ilə qeyd etmişik ki, Azərbaycanın



neftçiləri - həm alimləri, həm də neft sənayesində çalışanlar böyük sovetlər

ölkəsinin hər yerində fəaliyyət göstəriblər və öz təcrübələrini, bilik və

bacarıqlarını yeni-yeni neft yataqlarının aşkara çıxarılmasına sərf ediblər və

bununla da, Azərbaycan neftçilərinin şan-şöhrətini aləmə yayıblar.

Bütün dünyaya məlumdur ki, ilk dəfə dənizdə qara qızıl çıxarılması

Azərbaycan neftçilərinin fəaliyyəti nəticəsində həyata keçmişdir. 1949-cu

ildə Neft daşlarında ilk quyunun fontanından sonra dənizdə neft çıxarılması

təcrübəsindən bütün dünya istifadə etmişdir. Bu sahədə Azərbaycan

neftçilərinin xarici ölkələrdə fəaliyyəti tarixdən heç vaxt silinməyəcəkdir.

Sirr deyildir ki, Sovet İttifaqı 1920-1940-cı illərdə yeni bir dövlət kimi öz

sənayesini məhz Azərbaycan, Bakı neftinin sayəsində inkişaf etdirə bilib.

İkinci dünya müharibəsində Sovet İttifaqının döyüş qüdrətini təmin etmək

üçün neft və neft məhsulları strateji rol oynayırdı və o vaxt ölkənin bu

məhsullara olan ehtiyacının 75 faizdən çoxunu Bakı verirdi.

Bütün bunlar tarixi həqiqətdir. Ancaq illər ötdükcə tarixi daha düzgün

anlayır, ona daha real qiymət veririk. Bir daha təkrar edirəm, əgər 1920-ci ilə

qədərki dövrü biz xarici ölkələrin Azərbaycan neftini istismar etdiyi bir dövr

kimi qəbul etmişiksə, əgər son 70 illik dövrü yaxın illərin mətbuatında belə

qələmə verməyə çalışıblar ki, guya bu dövrdə Azərbaycan nefti vəhşicəsinə

talan olunub, Azərbaycan xalqına, dövlətinə heç nə çatmayıbsa, indi biz yeni

bir mərhələdəyik. Bu tarixi dövrlərə düzgün qiymət verərək lazımi nəticə

çıxarmalı, ibrət dərsi alaraq işi düzgün təşkil etməliyik.

Mən bu sözlərlə heç də indi Azərbaycanda neft çıxarılmasının, bu sahədə

elmi tədqiqatların inkişafına təsir göstərmək fikrində deyiləm. Mən, sadəcə

olaraq, bir neçə məqamları yala salıram və məqsədim ondan ibarətdir ki, bu

gündən işimizi daha da səmərəli quraq.

Bir həqiqət də ondan ibarətdir ki, son dövrdə, xüsusən 60-70-ci illərdə

Azərbaycanın neft sənayesinin potensialı çox güclü inkişaf etmişdir. Neft

sənayesi indi iri həcmli əsas fondlara malikdir, alimlərimiz, geoloqlarımız,

neftçilərimiz quruda və dənizdə yeni-yeni zəngin neft yataqları aşkar ediblər.

Bu sərvətlərdən istifadə olunması, şübhəsiz ki, birinci növbədə, Azərbaycan

xalqının, müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını

təmin etmək üçün çox mühüm amildir.

Neft yataqları torpağın təkində

olan

ən zəngin sərvətlərdəndir.



Azərbaycanın neft yataqları, dediyim kimi, bir əsrdən çoxdur ki, istifadə

olunur, dünyanın bir çox ölkələrinə göndərilir. Ancaq yerin təkində neft

sərvətləri hələ çoxdur və ondan səmərəli istifadə olunması indiki və gələcək

nəsillərin müqədləs borcudur. Neft sərvətimiz, ilk növbədə, müstəqil

Azərbaycan Respublikasının inkişafı, xalqının sosial-iqtisadi vəziyyətinin

yaxşılaşdırılması, vətəndaşların maddi rifahının yüksəldilməsi üçün istifadə

olunmalıdır. Məhz buna görə də bugünkü top-



____________Milli Kitabxana____________

84

lantıda mən bu sözləri deməyi özümə borc bilirəm. Biz əgər bu gün bir sıra



xarici ölkələrin şirkətləri ilə yeni əlaqələr qurub respublikanın neft

yataqlarından daha səmərəli istifadə olunması mərhələsinə qədəm qoyuruqsa,

deməli, hər addımımızı ölçüb-biçməliyik. Allahın, taleyin xalqa bəxş etdiyi

bu zənginlikdən ağılla, düşüncə ilə istifadə olunmalıdır.

Şübhəsiz ki, neft yataqlarının istismarında iqtisadi marağı olan xarici ölkə

şirkətlərinin mənafeyi təmin edilməlidir. Mən açıq deyirəm, Azərbaycan

dövlətinin bu sahədə mövqeyi tam aydın, mənfəətlər isə qarşılıqlı olmalıdır.

İlk növbədə, dövlətin, xalqın mənafeyinə üstünlük verilməlidir, eyni

zamanda, xarici şirkətlərin iqtisadi mənafeyi ödənilməli və bu işlər qarşılıqlı

fayda, qarşılıqlı anlaşma zəminində təşkil olunmalıdır.

Son illərdə Azərbaycanda baş verən proseslərdə, mətbuat səhifələrində,

ayrı-ayrı ictimai-siyasi xadimlərin çıxışlarında belə fikirlər söylənilib ki,

əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən vəhşicəsinə,

insafsızcasına dağıdılıb, Azərbaycan xalqına bu sərvətlərindən heç nə

çatmayıb. Yəqin ki, belə hallar olub və bundan sonra biz buna yol verə

bilmərik. Təəssüf ki, son dövrdə Azərbaycanın neft sənayesi səriştəsiz

rəhbərlərin əlinə keçib və bu işlərdə dərin məsuliyyət duya bilməyən həmin

adamların fəaliyyəti nəticəsində bəzi müqavilələrin hazırlanmasında səhvlərə

yol verilib.

Məhz buna görə də biz iyun ayının 24-də xarici şirkətlərlə demək olar ki,

bağlanmaq ərəfəsində olan müqavilələrin müvəqqəti olaraq dayandırılması

qərarını qəbul etdik. Bu heç də o demək deyil ki, biz bu şirkətlərlə müqavilə

bağlamaqdan imtina edirik, yaxud bu şirkətlərin Azərbaycanda fəaliyyət

göstərməsinin qarşısını alırıq. Yox. Sadəcə olaraq, biz bu məsələləri daha

dərindən araşdırmaq istəyirik. Təkrar edirəm, Azərbaycanın ən böyük sərvəti

olan neft yataqlarının bundan sonra xalqın inkişafı naminə istifadə

olunmasının daha səmərəli təşkilinə çalışırıq. Başqa heç bir məqsədimiz

yoxdur və ola da bilməz. Ona görə də 24 iyun tarixli qərarımızdan sonra

xarici mətbuatda cürbəcür yazılar və ayrı-ayrı şirkətlər tərəfindən narazılıqlar

bizim üçün anlaşılmaz oldu. Çalışdıq ki, onların hamısına izahat verək və

belə güman edirik ki, anlaşılmazlığı aradan qaldıra bildik.

İndi biz bu məsələnin yeni mərhələsini başlayırıq. Qarşımızda mühüm

məsələlər durur. Təəssüf ki, neft və qaz hasilatı son illər kəskin surətdə

azadıb. Bunun müəyyən obyektiv səbəbləri var. Ancaq əsas səbəb işin

yarıtmaz təşkili, neft sənayesinə lazımi diqqət verilməməsi, neft sənayesində

potensial imkanlardan səmərəli istifadə olunmamasıdır. İndi Azərbaycanda

ildə 10 milyon ton neft, 6 milyard kubmetr qaz çıxarıdır. Şübhəsiz, vəziyyət

bizi narahat etməyə bilməz. On il əvvəl Azərbaycanda 14-15 milyon ton neft

və təxminən 14-15 milyard kubmetr qaz çıxarılırdı. Mənim bildiyimə görə,

70-ci, 80-ci illərdə neftçilərimizin, geoloqlarımızın, alimlərimizin, elmi

institutlarımı-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə