MüSTƏQİLLİYİMİZ



Yüklə 4.42 Mb.

səhifə1/256
tarix21.06.2018
ölçüsü4.42 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   256


______________________

MÜSTƏQİLLİYİMİZ

ƏBƏDİDİR

_____________________




____________Milli Kitabxana____________

2

ç ı x ı ş l a r



n i t q l ə r

b ə y a n a t l a r

m ə k t u b l a r

m ü s a h i b ə l ə r

AZƏRNƏŞR

BAKI-1997


____________Milli Kitabxana____________

3

MÜSTƏQİLLİYİMİZ



________________________

ƏBƏDİDİR

________________________

b i r i n c i  k i t a b

________________________

iyun, 1993 - may, 1994

_________________________

AZƏRNƏŞR

BAKI-1997


____________Milli Kitabxana____________

4

BBK 32



Ə 56

Buraxılışına məsul

RAMİZ MEHDİYEV

HİDAYƏT ORUCOV

Ə 56

ƏLİYEV HEYDƏR

Müstəqilliyimiz əbədidir. - B,: Azərnəşr, 1997. 608 səh.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin

çoxcildlik əsərlərinin birinci cildinə bu dahi şəxsiyyətin xalqın istəyi və

xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ilin iyunundan 1994-cü

ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri,

müsahibələri və s. toplanmışdır. Bu materiallarda ölkəmizin həmin dövrünün

ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər müdrikliklə, obyektiv

şəkildə təhlil olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən

kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin

dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin

başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.

Ə

97



)

07

(



651

0801000000



M

elansız


BBK 32

ISBN 5-552-01677-7

©Azərnəşr, 1997



____________Milli Kitabxana____________

5

NƏŞRİYYATDAN

XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik qazanaraq milli

dövlətçiliyini qurmaq imkanı əldə etmişdir. 1918-20-ci illərdə mövcud olmuş

Azərbaycan Demokratik Cümhuriyyəti məlum səbəblərdən süquta uğrasa da,

əsrin sonlarında - 1991-ci ildə tarixi ədalət yenidən bərpa edildi. SSRİ

imperiyası dağıldı və Azərbaycan xalqı öz tarixi haqqına - milli müstəqilliyə

nail oldu. Lakin müstəqillik digər keçmiş sovet respublikaları ilə müqayisədə

Azərbaycana böyük qurbanlar və çətinliklər bahasına başa gəldi. Xalqımızın

uğrunda


əsrlərlə ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət

müstəqilliyinə mane olmaq, onun mübarizə əzmini qırmaq üçün ən məkrli

siyasi təxribatlar mexanizmi işə salındı. Ermənistanın Azərbaycan

torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı

vətəndaş müharibəsi girdabına sürükləmək cəhdləri, daxili və xarici düşmən

qüvvələrin gənc, müstəqil respublikamıza qarşı ideoloji-siyasi və hərbi

təxribatları son 7-8 ildə Azərbaycanın hansı çətinliklər və tarixi sınaqlarla üz-

üzə gəldiyini göstərir. Lakin bütün bunlar xalqımızın mübarizliyini, gələcəyə

inamını, milli-mənəvi mətanətini sarsıda bilmədi. Azərbaycan xalqı qədim və

şərəfli tarixinin bu keşməkeşli və ziddiyyətli dönəminə də mərdliklə sinə

gərdi, azadlıq, demokratiya yolundan dönmədi.

1993-cü ilin iyun hadisələri, AXC - Müsavat iqtidarının siyasi

səriştəsizliyi nəticəsində qardaş qanı axıdılması, ölkənin real parçalanma və

vətəndaş müharibəsi həddinə çatdırılması yuxarıda qeyd etdiyimiz təxribatlar

zəncirinin xüsusilə təhlükəli bir həlqəsi idi. Məhz xalqın belə bir ağır

məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar




____________Milli Kitabxana____________

6

missiyasıyla böyük siyasətə qayıdışı, xalqın istəyi və arzusu ilə yenidən ölkə



rəhbərliyinə gəlişi Azərbaycanda illərlə davam edən anarxiyaya,

başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı

siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl

və qarətlərinə, özbaşınalıq və dərəbəylik əməllərinə son qoydu. Böyük

şəxsiyyətin siyasi müdrikliyi, uzaqgörən siyasəti sayəsində artıq əldən

getməkdə olan dövlət müstəqilliyimiz, milli azadlığımız qorunub saxlandı.

Heydər Əliyev yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik

təcrübəsi, Azərbaycan xalqının milli maraq və ideallarına bağlılığı ilə

ümummilli rəhbər olduğunu bütün dünyaya, eyni zamanda, daxili-xarici

bədxahlara bir daha sübut etdi. Ümumxalq sevgisi, inamı və dəstəyi ilə,

qanuni demokratik yolla hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycanda

daxili ictimai-siyasi sabitliyin yaradılması, tarazlı və uğurlu xarici siyasət

yeridilməsi, cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması, dövlət

müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, hüquqi və

dünyəvi dövlət quruculuğu uğrunda yorulmaz fəaliyyəti son dövr tariximizin

ən şərəfli səhifələridir. Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyin daimi

və dönməz xarakter alması, müstəqil və uğurlu daxili-xarici siyasət,

respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində

sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin

nəticəsidir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə get-gedə artan nüfuzu,

daxili sabitliyə nail olunması, yürüdülən müstəqil daxili, xarici siyasət,

ölkədə aparılan demokratik islahatlar düşmən dairələri xalqımıza və

respublikamıza qarşı növbəti təxribatlara əl atmağa sövq etdi. 1994-cü ilin

oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri,

xalqımızın və

dövlətçiliyimizin əvəzedilməz lideri prezident Heydər Əliyevin həyatına sui-

qəsd təşəbbüsləri artıq ən yeni tariximizin qara ləkələri kimi keçmişə

gömülmüşdür. Bu təxribatlar müdrik dövlət başçımızın son dərəcə tədbirli,

təmkinli, səbatlı və uzaqgörən siyasəti sayəsində baş tutmadı. Həmin gərgin

və narahat hadisələr zamanı bütün Azərbaycan xalqı bir nəfər kimi öz

dövlətçiliyi və qanuni Prezidenti ətrafında səfərbər oldu və düşmənin məkrli

niyyətlərinin qarşısı alındı. Milli dövlətçiliyimizin və ümumən xalqımızın bu

parlaq tarixi qələbələri də məhz böyük siyasətçi, müdrik şəxsiyyət Heydər

Əliyevin adı ilə bağlıdır.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   256


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə