MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə7/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   2   3   4   5   6   7   8   9   10   ...   256

____________Milli Kitabxana____________

21

həyata keçirilməsinə tam zəmanət veririk. Ancaq bu zəmanət ikitərəfli



olmalıdır. Əgər doğrudan da Ermənistan Respublikası və onun Dağlıq

Qarabağda olan qüvvələri münaqişənin sülh yolu ilə həllini istəyirlərsə, onlar

da buna zəmanət verməlidirlər. Üç böyük dövlət - Amerika Birləşmiş Ştatları,

Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı bu zəmanətin cənab

M.Raffaelliyə verilməsi üçün Ermənistan Respublikasına lazımi təsir

göstərməlidirlər. Biz cənab M.Raffaellinin tezliklə gəlib işə başlamasını

gözləyirik.

Bakı şəhəri,

5 iyul 1993-cü il



____________Milli Kitabxana____________

22

"OSTANKİNO" DÖVLƏTLƏRARASI



TELEVİZİYA ŞİRKƏTİNƏ MÜSAHİBƏ

- Heydər Əliyeviç, gün aydın. Sizi salamlamağımıza şadıq və

icazənizlə birbaşa suallara keçək, suallar isə televiziya tamaşaçılarından

kifayət qədər alınmışdır. Telefon zənglərinin xeylisində əsasən bir

məsələyə toxunulur.: Bu gün Azərbaycandakı ictimai siyasi vəziyyəti

necə qiymətləndirirsiniz və sizcə, ən yaxın zamanda nə etmək lazımdır?

- İndi Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəbdir. O,

həmişə mürəkkəb olmuşdur, lakin bu il iyunun 4-dən sonra, Gəncə

şəhərindəki məlum qanlı hadisələrdən sonra xüsusilə kəskinləşmişdir və o

vaxtdan gərgin olaraq qalır. Baxmayaraq ki, sonralar görülmüş tədbirlər və

bəzi təşkilati tədbirlər, jəni Respublika rəhbərliyindəki dəyişikliklər bu

gərginliyi müəyyən dərəcədə aradan qaldırmışdır. Ən başlıcası isə, zənnimcə,

Respublikamızı ciddi şəkildə hədələyən vətəndaş müharibəsinin qarşısını ala

bilmişik, qarşıdurma müəyyən qədər zəifləmişdir. Bununla belə, vəziyyət

hələ də mürəkkəb olaraq qalır, lakin Ermənistan silahlı qüvvələrinin son üç

gündə Azərbaycan ərazisinə başladıqları hücum bu çətinlikləri artırır.

- Heydər Əliyeviç, Siz necə təsəvvür edirsiniz, vəziyyəti müəyyən

dərəcədə sabitləşdirmək üçün bu gün Azərbaycanda hansı tədbirləri

görmək lazımdır?

- Başlıcası budur ki, biz gərək milli barışığa, bütün siyasi qüvvələrin sıx

birliyinə nail olaq. Biz gərək qarşıdurma amilini, vətəndaş müharibəsinin baş

verməsi imkanını tamamilə aradan qaldıraq. Əlbəttə, Respublikanın özündə

ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün səylərimizi də birləşdirməliyik.

Təbiidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə

müdaxilə ilə bağlı məsələləri də həll etmək gərəkdir.

- Cənab Əliyev, bir çox müşahidəçilər Sizin hakimiyyətə gəlməyinizi

"konstitusiyaya zidd" hal kimi qiymətləndirmişlər. Xahiş edirik,

deyəsiniz, sizcə, siyasətdə elə məqsədlər varmı ki, onların naminə

qanunu pozmaq olar? Bununla bağlı ikinci sual: prezident Əbülfəz

Elçibəyin taleyi necədir, bu gün onun vəziyyəti və perspektivləri necədir,

o, öz istefası ilə razılaşıbmı?

- Əvvəla, deməliyəm ki, daşıdığım vəzifəyə gəlişimi konstitusiyaya zidd

hesab etmirəm. İyunun 15-də parlamentin bir çox deputatlarının, habelə

prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən Azərbaycan Ali

Sovetinin sədri seçilmişəm. Bu, konstitusiyaya tam uyğun olan qərardır.

Bildiyiniz kimi, bundan bir neçə gün əvvəl Ali Sovetin sədri İsa Qəmbərov

istefa vermişdi. Buna görə də mən Azərbaycan Ali Sovetinin sədriyəm.

İkincisi, mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmiş-




____________Milli Kitabxana____________

23

lər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün



ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların

nümayəndələri, nüfuzlu aqsaqqallar mənə müraciət etmişlər. Azərbaycan

prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə -

ajın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon

söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də

imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq, iyunun

9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim.

Vəziyyətin gərginliyini zəiflətmək üçün burada mən Əbülfəz Elçibəylə,

digər siyasi xadimlərlə birlikdə çalışırdım, iyunun 15-də, təkrar edirəm,

parlamentin sədri seçildim. Burada konstitusiyaya zidd, hüquqa zidd heç nə

yoxdur.

İyunun 24-dən başlayaraq, prezidentin vəzifələrinin yerinə



yetirilməsinin mənə həvalə edilməsinə gəldikdə isə, bunu izah etmək olar.

Prezident Əbülfəz Elçibəy İyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç

kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb

getmişdir. Halbuki təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə

idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir,

buradan prezidenti Xalq Cəhbəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar.

O, indiyədək oradadır. Mən İyunun 18-dən 24-dək Əbülfəz Elçibəylə

telefonla daim danışıqlar aparmışam, Azərbaycan Elmlər Akademiyasının

prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük bir qrupu -

akademiklər, professorlar, yazıçılar, aqsaqqallar mənim təşəbbüsümlə oraya

getmişlər. Onlar prezidentlə görüşmüşlər, onu onlar da dilə tutmuşlar ki, o,

Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etməli,

onunla razılaşmalı və indiyədək Kələki kəndində qalır. Prezidentin, demək

olar ki, bütün vəzifələrinin Ali Sovetinin sədrinə həvalə edilməsi haqqında

fərmanı da elə onun özü imzalamış, öz fərmanıyla yalnız vətəndaşlığa qəbul

və qanunların imzalanması hüquqlarını özündə saxlamışdır. Qalan hər şeyi o,

Azərbaycan Ali Sovetinin sədrinə həvalə etmişdir.

Eyni zamanda bu vəziyyət Azərbaycan parlamentinin iclasında dalbadal

bir neçə gün müzakirə olunmuşdur, elə parlamentin üzvləri də təkidlə təklif

edirdilər ki, mən bu vəzifələri öz üzərimə götürüm. Mən razılaşmırdım,

yalnız Əbülfəz Elçibəyin özü belə fərman verdikdən sonra razılaşdım.

Açığını desək, respublika, demək olar, idarəedilməz olmuşdu, çünki

prezident yoxdur; baş nazir yox idi - o, artıq çoxdan istefa vermişdi, tək mən

qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətindən istifadə edərək

həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə

götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirəm.

Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz prezident

vəzifələrini yerinə yetirə bilər.

O ki qaldı Əbülfəz Elçibəyin taleyi barədə ikinci suala, o, Kələki

kəndində yaşamaqda davam edir, onu Xalq Cəbhəsindən olan bir dəstə silahlı

adam qoruyur. O, indi də oradadır, məncə, heç nə



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə