___________________________________________________2
__________________
MÜSTƏQİLLİYİMİZ
ƏBƏDİDİR
__________________
___________________________________________________3
__________________________________________________
MÜSTƏQİLLİYİMİZ
______________________
ƏBƏDİDİR
___________________
İYİRMİ ÜÇÜNCÜ KİTAB
____________________________
noyabr, 1999-dekabr, 1999
__________________________________
AZƏRNƏŞR
BAKI-2008
___________________________________________________4
ç ı x ı ş l a r
•
n i t q l ər
__________________________________
b ə y a n a t l a r
•
m ü s a h i b ə l ə r
_________________________________
m ə k t u b l a r
•
m ə r u z ə l ə r
_______________________________
m ü r a c i ə t l ə r
•
f ə r m a n l a r
__________________________________
AZƏRNƏŞR
BAKI-2008
___________________________________________________5
BBK 32
Ə56
Buraxılışına məsul
RAMİZ MEHDİYEV
ƏLİYEV HEYDƏR
Ə 56 Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2008, 480 səh.
Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin çoxcildlik əsərlərinin
oxuculara təqdim olunan bu cildində ölkədaxili ictimai-siyasi məsələlərə,
xarici
səfərlərə və görüşlərə dair materiallar, dünyanın görkəmli dövlət və hökumət
başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, tanınmış şəxsiyyətlərə məktubları
verilmişdir. Burada, eyni zamanda ATƏT-in İstanbul sammitində və Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə nitqləri, dövlət və hökumət başçıları
ilə apardığı danışıqlar, xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
vasitəsilə nəql edilməsinə dair Azərbaycan, Cürcüstan və Türkiyə respublikaları
arasında imzalanmış sənədlər nəşr edilmişdir. Həmçinin, Azərbaycan ilə Bolqarıstan,
Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf
etdirilməsi barədə imzalanmış sənədlər, informasiya vasitələrinə verdiyi
müsahibələr toplanmışdır.
Azərbaycan yazıçılarının bir qrupu, dünya şöhrətli alim İhsan Doğramacı, dahi
musiqiçi Mstislav Rostropoviç ilə görüşlərdəki söhbətləri, bələdiyyə seçkiləri ilə
əlaqədar Azərbaycan xalqına müraciəti və s. öz əksini tapmışdır.
BBK-32
2008
)
07
(
651
0801000000
−
−
M
© Azərnəşr, 2008
___________________________________________________6
BEYNƏLXALQ ATATÜRK SÜLH MÜKAFATI
KOMİSSİYASININ SƏDRİ, ATATÜRK DİL VƏ TARİX
QURUMUNUN RƏHBƏRİ, PROFESSOR RƏŞAD GƏNC
İLƏ GÖRÜŞDƏ SÖHBƏT
2 noyabr 1999-cu il
Heydər Əliyev: Rəşad bəy, sizi bir daha salamlayıram. Çox
məmnunam.
Rəşad Gənc: Sayın cümhur başqanım, Sizə hörmət və ehtiramımı
bildirirəm. Bir daha xoş gəlmişsiniz! Sizi burada görməkdən
həqiqətən çox məmnunam. Bizim iki cümhur başqanımız vardır.
İkincisini də burada görmək həqiqətən bizi çox şad etdi. Sizi sağ-
salamat gördük və yenə də çox sevindik. Sizə Allahdan cansağlığı və
çox uzun ömür diləyirəm.
Cənab prezident, Beynəlxalq Atatürk Sülh Mükafatımızı aldığınıza
görə də Sizə xüsusi təşəkkür edirəm.
Heydər Əliyev: Çox sağ olun. Siz Azərbaycanın böyük
dostusunuz. Biz də sizi çox sevirik. Mən bizim böyük elçi vasitəsilə
sizə həmişə salamlarımı yetirmişəm.
Rəşad Gənc: Cənab prezident, Sizin salamınızı həmişə alıram.
Mən də Sizə hər zaman hörmət və ehtiramımı bildirirəm.
Heydər Əliyev: Çox təşəkkür edirəm. Atatürk Sülh Mükafatının
mənə verilməsi haqqında qəbul etdiyiniz qərar mənim üçün tarixi bir
qərardır. Mən bilirəm ki, bu qərarı qəbul etmək o qədər də asan bir iş
deyildi. Çünki siz bir çox namizədlərdən birini seçməli idiniz. Sizin bu
barədə mənə münasibətiniz də, bu işə səs verməyiniz də çox
önəmlidir. Bilirəm ki, sizin bu mükafat komissiyasının başqanı kimi,
buna Baş nazir rəhbərlik edir.