Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə3/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   2   3   4   5   6   7   8   9   ...   139

___________________________________________________11 

Azərbaycan prezidenti Heydər Əliyevin  

bəyanatı 

 

Hörmətli dostum, qardaşım, Türkiyənin cümhur başqanı Süleyman 



Dəmirəl! 

Hörmətli mətbuat nümayəndələri! 

Mən iki gündür ki, Türkiyədəyəm. Əziz dostum, qardaşım, Türkiyə 

Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin dəvəti ilə buraya 

qısamüddətli səfərə  gəlmişəm. Mən Türkiyəyə  gəldiyim gündən biz 

bir yerdəyik, bərabərik. 

Çox məmnunam ki, biz səhərdən axşama qədər çox mənalı bir gün 

keçirdik. Məni  ən çox məmnun edən odur ki, biz zəlzələnin baş 

verdiyi mərkəzə getdik, orada fəlakətdən zərər çəkmiş insanları, 

dağıntıları gördük, onlarla söhbət etdik, bu insanların vəziyyəti ilə 

tanış olduq. Bu görüşlər mənim xatirimdə daim yaşayacaqdır. Çünki 

bu fəlakətdən zərər çəkmiş insanlar - Türkiyə dövlətinin, hökumətinin, 

xalqının böyük fədakarlığı  nəticəsində  qısa bir zamanda çadırlarda, 

yığma evlərdə rahat yerləşdirilmiş insanlar - bu faciə nə qədər böyük 

olsa da, dövlətdən, hökumətdən və xüsusən dövlətin başçısından, 

cümhur başqanından çox razıdırlar, onlara minnətdardırlar. 

Bu zəlzələ bizi - Azərbaycanı da çox kədərləndirdi, sarsıtdı, sıxdı. 

Biz bu dərdi sizinlə bərabər çəkdik və onu bu gün də çəkirik. Ancaq 

ən önəmlisi odur ki, Türkiyə hökuməti, dövləti öz qüdrətini, öz 

bacarığını bir daha göstərdi. Qısa bir zamanda çox işlər görülübdür və 

bundan sonra görüləcək işlərin də - nə  iş görüləcək, hansı evlər 

tikibcək - planı vardır. Bu, Türkiyə Cümhuriyyətinin nə qədər böyük 

potensiala, imkanlara malik olduğunu və böyük işlər görməyə 

qabiliyyətli olduğunu göstərdi. Bu məni çox sevindirdi. Türkiyə bizim 

üçün qardaşdır, dostdur, ən yaxın ölkədir. Ona görə  də bu məni çox 

sevindirdi. 

  



___________________________________________________12 

 

Eyni zamanda, dünən həyatımda böyük həyəcanlı bir gün keçirdim. 



Çankaya köşkündə, hörmətli cümhur başqanının iqamətgahında 

Türkiyənin bütün dövlət, hökumət adamlarının, yəni başçılarının 

hüzurunda Türkiyənin demək olar ki, qaymaqları - həm dövlət, 

hökumət başçıları, həm nazirlər, həm də millət vəkilləri, ordu 

nümayəndələri, generallar, elm adamları, rektorlar, professorlar, 

ictimai xadimlər, mətbuat nümayəndələri toplaşmışdılar. Mən neçə 

illərdir ki, Türkiyə ilə dostluq edirəm, burada çox məclislərdə 

olmuşam. Amma bu qədər yüksək səviyyəli, yüksək durumda olan bir 

məclis görməmişdim. Belə bir məclisdə hörmətli dostum, qardaşım 

Süleyman Dəmirəl mənə Türkiyənin, Türkiyə Cümhuriyyətinin 

Atatürk Sülh Mükafatını təqdim etdi. 

Bu mükafatın mənə verilməsi haqqında qəbul olunan qərar 

haqqında məlumatı, sonra isə  əziz dostum, qardaşım Süleyman 

Dəmirəlin bu barədə  mənə  rəsmi məktubunu alarkən çox 

sevinmişdim. Təkcə  mən yox, bütün xalqımız sevinmişdi. Çünki bu 

bizim üçün böyük bir şərəfdir. Dünən bu mərasimdə, yəni bu 

toplantıda - Türkiyənin bütün qaymaqlarını  təşkil edən insanların 

toplantısında bu mükafatın mənə  təqdim edilməsi və  əziz dostum, 

qardaşım, cümhur başqanı Süleyman Dəmirəlin orada çox dərin 

mənalı, dəyərli nitqi və Türkiyə-Azərbaycan dostluğu, mənim 

fəaliyyətim haqqında söylədiyi dərin mənalı sözlər,  şübhəsiz ki, 

mənim üçün tarixi hadisədir. 

Mən bunu dünən də dedim, bu gün də deyirəm ki, bu, təkcə mənə, 

mənim fəaliyyətimə verilən mükafat deyil. Bu, Azərbaycan xalqının 

sülhsevərliyinə, fədakarlığına, Türkiyə ilə dostluq əlaqələrinə verilən 

mükafatdır. Bu, müstəqil Azərbaycan dövlətinə, artıq 8 ildir ki, öz 

müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən Azərbaycan 

dövlətinə verilən mükafatdır. Bu, bütün Azərbaycan vətəndaşlarına 

verilən mükafatdır. 

 



___________________________________________________13 

 

Türkiyənin bir neçə televiziya kanalı bu mərasimi, toplantını 



birbaşa yayıblar. Bu, o cümlədən Azərbaycanda da yayılıbdır. İnsanlar 

böyük heyranlıqla, böyük həvəslə, həyəcanla bu mərasimi seyr 

ediblər, ona sevinilələr, demək olar ki, bayram edirlər. Mən çox 

məmnunam ki, mətbuat nümayəndələri də burada çox önəmli işlər 

görüblər, fəaliyyət göstəriblər, bugünkü qəzetlərdə çox gözəl yazılar 

veriblər. Bunlar hamısı Türkiyə-Azərbaycan dostluğunun, 

qardaşlığının bir daha çox parlaq nümayişidir, göstəricisidir. 

Mən hesab edirəm ki, bu mükafat Türkiyə-Azərbaycan dostluğuna, 

qardaşlığına, bizim bu əlaqələrimizə verilən yüksək qiymətdir. Mən 

bunlara görə təşəkkür edirəm. 

Bu gün mən Gülhanə Hərbi Tiləb Xəstəxanasında müalicə olunan, 

terrordan zərər almış, yaralanmış qazilərlə görüşdüm. Mənim 

həyatımda bu da çox böyük, önəmli bir hadisədir. Mən onları ziyarət 

etdim, həmin insanlarla görüşdüm, söhbət etdim. Onlara Allahdan şəfa 

dilədim, onları Azərbaycana dəvət etdim ki, gəlib ölkəmizdə olsunlar, 

dincəlsinlər. Onlar 22, 23, 24, 25 yaşında olan gənc insanlardır, çox 

gözəl gənclərdir. Mənimlə söhbətdə onların hər biri dedi ki, biz 

vətənimizin - Türkiyənin qorunması, terroristlərin qarşısının alınması 

yolundakı  fəaliyyətimizlə, yəni qəhrəmanlığımızla fəxr edirik. Əgər 

bu gün xəsarət almışıqsa, yaramız varsa, bu bizim üçün çətin bir şey 

deyil.  Əsas odur ki, ölkəmizi, millətimizi, cümhuriyyətimizi müdafiə 

etmişik və bir də əsas odur ki, bizə qazi adı, qəhrəman adı veriblər. Bu 

insanlarla görüşüm məni çox mütəəssir etdi. Mən bundan çox 

məmnunam. 

Mənim Türkiyəyə  qısamüddətli səfərim bu gün sona çatır.  Əziz 

dostum, qardaşım Süleyman Dəmirəl mənə təklif etdi ki, burada yenə 

də qalım. Təbiidir ki, burada nə  qədər qalsam, o qədər də yeni-yeni 

görüşlər, işlər olacaqdır. Ancaq mənim Azərbaycanda işlərim var. Bir 

də ki, mən əziz dostumun, qar- 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə