MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə30/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   26   27   28   29   30   31   32   33   ...   256

____________Milli Kitabxana____________

76

lib. Biri xəlvət avtomat alır və bu da adi hala çevrilib. Amma tank, BMP, zirehli



maşın, başqa şeylər bu adamın əlinə necə düşüb? Kim bunu eləyib? Kimsə dövlət

adamları bunu eləyib.

Gəlin bu gün səmimi olaq, gəlin bu gün açıq olaq, heç kəs heç kəsdən

çəkinməsin, kimin nə sözü var desin, kimin ürəyində nə var desin, hamısını

çıxaraq, ataq ortaya, danışaq. Azərbaycanlı kimi hamımız bu məsələni bərabər

həll edək. Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu

azərbaycanlılığı anadangəlmə qəbul etmişik, indi ayrı-seçkilik salmağa nə əsas

var? Kimsə bunu eləyib, hansısa bunu eləyib. Bir qrup adamlar, məclis üzvləri də

buna səs veriblər. Amma bunlar hamısı düzələcək, haqq-ədalət yerini alacaq,

bunu indi biz eləyə bilməsək, bizdən sonra edəcəklər, ədalətsizlik uzun ömür sürə

bilməz. Ədalət həmişə ədalətsizliyə qalib gəlir.

YEKUN SÖZÜ

Beləliklə, müzakirədə 26 nəfər çıxış etdi. Və demək olar ki, hamı eyni

fikirdədir. Natiqlər düzgün qiymət verirlər bu hadisələrə. Qeyd edim ki,

müşavirəni başlayarkən mən bu proseslərin gedişi haqqında və qarşımıza çıxan

məsələlərə baxışımız haqqında geniş məlumat verdim. Ancaq qiymət verməkdən

çəkindim və istədim ki, bura dəvət olunmuş şəxslərin və xüsusən Əlikram

Hümbətovun dünənki tələbi əsasında çağırılmış deputatların fikirlərini öyrənim.

Deputatlar öz sözlərini desinlər. Bu bölgədən, yəni 7 rayondan deputat

seçilənlərin əksəriyyəti buradadır və onların da çox hissəsi çıxış etdi. Mən qəsdən

Məclis üzvlərinə söz vermədim. Deyəsən 2 nəfərdən savayı. Çünki onların

Məclisdə həmişə çıxış etməyə imkanları var. Ancaq mən yenə deyirəm. Dünən

Əlikram Hümbətov bir söz işlətdi ki. Məclisdə olan adamlar heç nədir. Siz

deputatlarla danışın. İndi budur, biz də deputatlarla danışırıq. Özü də, tək

deputatlarla yox, o bölgənin burada, bu salonda olan nümayəndələri ilə,

ziyalılarla, alimlərlə, müəllimlərlə, həkimlərlə də danışırıq. Burada 150-170

nəfərə qədər adam var. Və mən burada başqa bir fikir duymadım, başqa bir fikir

meydana çıxmadı, ona görə də hesab edirəm ki, Hümbətov Əlikramın bu təklifi

yerinə yetirildi, bu tələbi yerinə yetirildi. Biz fikir mübadiləsi apardıq. Özümüz

üçün hər şeyi aydınlaşdırdıq. Çıxış edənlərin əksəriyyəti bizə irad tutdular ki,

indiyə qədər biz bu məsələyə öz münasibətimizi bildirməmişik. Camaat, əhali,

xüsusən o bölgədən olan əhali çaş-baş qalıbdır. Bəzi hallarda fikirləşiblər ki,

bəlkə  Azərbaycanın rəhbərliyi də belə bir quruma tərəfdardır. Tamamilə ədalətli

olaraq bizə irad tutdular ki, mətbuatda bu barədə heç bir şey deyilməyibdir.

Bunlar əsaslı iradlardır. Ancaq səbəbini mən aydınlaşdırmışdım və bir də qeyd

etmək istəyirəm. Biz sadəcə olaraq istəmirdik ki, bu məsələ geniş yayılsın.

Güman edirdik ki, bu məsələni birinci növbədə onu başlayanlar özləri həll

edəcəklər, özləri bu işdən əl çəkəcəklər. Ikinci növbədə bu

bölgədən olan

deputatlar, nüfuzlu adamlar, ziyalılar, hörmətli adamlar məsələni yoluna

qoyacaqlar. Üçüncü də mən sizə dedim ki, bizim baş nazir Surət Hüseynovla

danışıqlarımız olmuşdu və baş nazir də ümidvar



____________Milli Kitabxana____________

77

etmişdi ki, bu məsələ yoluna qoyulacaq. Baş nazirin, nazirlərin avqust ayının 2-3-



də həmin bölgəyə səfərindən sonra biz güman edirdik ki, bu məsələlərə son

qoyulacaq. Bu səbəbdən də biz indiyə qədər məsələnin üstünü açmamışıq, yəni

ona öz münasibətimizi bildirməmişik, mətbuatda, televiziyada bu məsələnin

işıqlanmasına yol verməmişik. Ancaq indi məsələlərin hamısı açıldı və aydın

oldu. Hamı danışandan sonra mən də, öz fikrimi deyə bilərəm. Bəli, Azərbaycanı

parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən,

bəlkə  də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur. Dağlıq

Qarabağda 5 il bundan öncə başlanan proseslər Azərbaycanı parçalamaq yolunda

atılan ilk addım idi. Təəssüf ki, Azərbaycanın rəhbərləri, Azərbaycanın ağıllı

adamları, Azərbaycanın ziyalıları bu proseslər başlayan kimi onların qarşısını

almadılar və bu, bir müharibəyə çevrildi. Müharibə getdikcə genişləndi,

Azərbaycanı idarə edən adamlar bu müharibəni apara bilmədilər və çox vaxt

satqınlıqlara yol verdilər. Və beləliklə də indi Azərbaycan torpaqlarının 17 faizi

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Bu, Azərbaycanın

parçalanması prosesinin bir cinahıdır. O biri cinahı həmin bu gördüyümüz

məsələdir. Başqa cəhətlər burada bəzi natiqlərin söylədikləri fikirlə bağlıdır. Ona

görə də bu məsələyə belə sadə yanaşmaq olmaz ki, guya Əlikram Hümbətov bir

sərsəm adamdır, yaxud da anlaşılmaz adamdır, bunu özbaşına eləyir. Xeyr. Bu

böyük bir planın Azərbaycanı dağıtmaq, Azərbaycanı məhv etmək, Azərbaycan

xalqını yox etmək planının tərkib hissəsidir. Təəssüf olsun ki, keçmiş dövrlərdə

olduğu kimi, əsrlər boyu olduğu kimi, indi də Azərbaycanın öz içində

xəyanətkarlar az deyil. Bu xəyanətkarlar Əlikram kimi adamları ortaya salır və

Azərbaycanı parçalamaq istəyirlər. Öz şəxsi mənsəblərinə çatmaq üçün, öz şəxsi

məqsədlərinə nail olmaq üçün, vəzifə tutmaq üçün, hakimiyyətə gəlmək üçün.

Bəli, Lənkərana tez-tez gedib gələn adamların, yaxud Lənkəranla heç əlaqəsi

olmayan, lakin iki gündən bir Lənkərana baş çəkən adamların məqsədi budur.

İstəyirlər ki, bu faktordan istifadə eləyib vəzifə tutsunlar. Bir faktor alınmadı,

ikincisindən istifadə etsinlər, o da alınmadı, üçüncüsündən istifadə etsinlər. İki

gün bundan öncə Moskvadan bura gəlmiş böyük bir hərbçi generalla görüşdüm.

Rusiyanın Ali Sovetinin üzvüdür, general-polkovnikdir, keçmişdə müdafiə

nazirinin müavini olub, desant qoşunlarının rəhbəri olub. Deyir mən yaxşı

tanıyıram Azərbaycanı da, Ermənistanı da. Deyir ki, vaxtı ilə öz torpaqlarınızı

qorumadınız. Mən deyirəm görürsünüz də, biz necə məğlub olduq. Deyir, məğlub

olmadınız, sizin torpaqlarınızı öz adamlarınız satdılar. Xəyanət etdilər. Həmin

xəyanət bu gün də davam eləyir. Orda da davam eləyir, başqa yerdə də davam

eləyir. Və bu xəyanəti eləyən adamlar o qədər alçaq, o qədər ləyaqətsiz

adamlardır ki, öz şəxsi mənafeləri üçün, öz şəxsi məqsədləri üçün bu xalqı ağır

vəziyyətə gətirib çıxardılar. Mənim fikrim budur. Kim başqa fikirdədirsə, öz

işidir. Mən ötən müddətdə çox cəhdlər etdim. Burada bəzi natiqlər deyirlər ki,

danışıq aparmaq lazımdır, filan eləmək lazımdır. Bəli, mən də belə fikirdəyəm.

Və mən indiyədək



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə