MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə38/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   34   35   36   37   38   39   40   41   ...   256

____________Milli Kitabxana____________

94

Bu, yerli əhalini hiddətə gətirir. Yerli əhali tərəfindən Milli Məclisə,



Azərbaycanın rəhbərliyinə müraciətlər olmuşdur. Ona görə də srağagün gecə

bu məsələni müzakirə etdik və belə fikrə gəldik ki, baş nazir Surət

Hüseynova tapşırılsın, - o indi Gəncədədir, - bu işə ciddi yanaşsın və Milli

Məclisin verdiyi tapşırığı yerinə yetirsin, nəhayət, Əlikramın və onun quldur

dəstəsinin bu cinayətkar hərəkətlərinin qarşısını alsın. Eyni zamanda biz o

bölgədən olan deputatların, vəzifəli adamların bir qrupuna göstəriş verdik ki,

bu rayonlara getsinlər. Həmin rayonlarda camaat artıq ayağa qalxmışdır.

Adamlar Əlikram Hümbətovun bu çirkin hərəkətlərinə dözə bilmirlər. Həmin

deputatlara və vəzifəli adamlara tapşırdıq ki, oraya gedib xalqla bir yerdə

olsunlar ki, iğtişaşa, toqquşmaya yol verilməsin. Eyni zamanda öz

imkanlarından istifadə edib Əlikram Hümbətovu bir daha qanuna dəvət

etsinlər, onun ətrafında olan adamlara bir daha başa salsınlar ki, bu qanunsuz

hərəkətlərdən əl çəkmək lazımdır, xalqı parçalamasınlar.

Əlikram Hümbətovun bu qeyri-qanuni hərəkətləri təkcə həmin rayonlarda

sakitliyin pozulması demək deyil. Təəssüf ki, Milli Məclisin qərarında qeyd

edildiyi kimi, bir müddət bundan əvvöl keçmiş müdafiə naziri Rəhim

Qazıyevin çirkin və satqın hərəkətləri nəticəsində Azərbaycan Silahlı

Qüvvələrinin böyük bir hissəsi heç bir hərbi səlahiyyəti, hərbi hazırlığı

olmayan Əlikram Hümbətovun ixtiyarına verilmişdir. O indi bu hərbi

hissələrin hakimi olmuşdur.

Biz bəzi vəzifəli şəxslərlə, o cümlədən baş nazir Surət Hüseynovla da

danışanda deyirlər ki, filan yerdə Hümbətovun briqadası vuruşur, filan yerə

Hümbətovun briqadası getdi. Mən soruşuram, əcəba, bu Hümbətov kimdir,

hansı sərkərdədir? Məgər bu hərbi hissələr Hümbətova babasından, yaxud ulu

babasından qalmışdır? Müharibə getdiyi bir vaxtda Azərbaycanın hərbi

hissələri parçalanmışdır, ayrı-ayrı quldur dəstələrinə, o cümlədən ən böyük

bir hissəsi Əlikram kimi quldura, caniyə verilmişdir. indi onun nazı ilə

oynamaq lazımdır? Bəziləri kimi, onun o tərəfinə-bu tərəfinə keçmək

lazımdır ki, Əlikram Hümbətov istəsə hissəsinin birini Ermənistanla döyüş

bölgəsinə göndərəcəkdir, istəməsə göndərməyəcəkdir? Əlikram Hümbətova

bir söz deyilsə, o bu hissələri saxlayacaqdır? Bu ki, dövlətçilik olmadı. Bu,

qanun olmadı.

Demək, burada ayrı-ayrı quldur dəstələri hərəkət edirlər. Mən isə dövlət

adamı kimi, xalq tərəfindən, Milli Məclis tərəfindən mənə verilən səlahiyyətə

görə, indi Azərbaycanın dövlət başçısı vəzifəsini yerinə yetirən adam kimi,

belə şeylərə, şübhəsiz, dözə bilmərəm. Ona görə də mən prinsipial

mövqeyimi Milli Məclisə də bildirmişəm, sonra ayrı-ayrı müşavirələrdə də

demişəm. Baş nazir Surət Hüseynovla danışıqlarımda da dəfələrlə

bildirmişəm və ondan tələb etmişəm ki, Milli Məclisin qərarını yerinə

yetirsin, bu məsələlərə düzgün münasibət bəsləsin.

Ona görə də biz son nəticəyə gəlib çıxdıq ki, Milli Məclisin qərarı yerinə

yetirilməlidir. Ancaq yerlərdə buna imkan ver-




____________Milli Kitabxana____________

95

mirlər. Xalq ayağa qalxmışdır, öz etirazını bildirir. Bu da təbiidir. Onlar



əliyalın, silahsız, dinclik, əmin-amanlıq istəyən adamlardır. Lakin Əlikram

Hümbətov dövlətə, xalqa məxsus olan silahlı dəstələri əlinə keçirmişdir, bir

qrup adamı əlində oyuncağa çevirmişdir, xalqa qarşı təcavüz edir, kimi istəyir

tutur, kimi istəyir atır. Onun adamları qanunsuz olaraq tutması, onlara təzyiq

göstərməsi Milli Məclisin qərarında əksini tapmışdır.

Son günlər o, nə etmişdir? İki gün bundan əvvəl xəbər gəlir ki, Əlikram

Hümbətov öz dəstəsi ilə İrana səfər etmək istəyir. Hansı səlahiyyətlə, nə

üçün? Kim onu dəvət etmişdir? Mən dünən İran hökumətinə xəbərdarlıq

etdim ki, belə bir quldurun sərhədi keçib İrana getməyə ixtiyarı yoxdur. Onlar

bildirdilər ki, buna heç vaxt yol verməzlər. Ancaq Əlikram Hümbətov buna

nail olmaq üçün Lənkəran rayonunun polis rəisini həbs edir ki, sərhədi

keçmək üçün ona sənəd versin. Başqa adamları da həbs etmişdir.

Bütün bunlar xalqın nifrətinə, etirazına səbəb odur. Dünən Lənkəran

şəhərində izdihamlı mitinq olmuşdur. Lənkəran sakinləri Əlikramın bu çirkin

hərəkətlərinə etirazlarını bildirmiş və tələb etmişlər ki, onlardan əl çəksin.

Astarada və Cəlilabadda da mitinqlər olmuşdur. Əhali mitinqlərdə öz sözünü

demək istəyir. Bəs Əlikram nə etmişdir? Bir tərəfdən silah işlətməyə

çalışmış, o biri tərəfdən dünən lənkəranlıları bir daha təhqir etmiş, onları

aldatmaq üçün, guya içərisində cənazə olan tabut gətirmişdir ki, camaat dəfn

mərasiminə getsin. Lakin xalq bunu duymuş, onun arxasınca getməmişdir.

Adamlar mitinqi davam etdirərək çıxışlarda Əlikramı satqın, xəyanətkar

adlandırmışlar. Lakin Əlikram Hümbətov yenə də öz əməllərini davam

etdirir.

Məni buraya, studiyaya gəlməyə Lənkərandan alınmış həyəcanlı

məlumatlar vadar etmişdir. Məlumat isə belədir: xalq tələb edir ki, Əlikram

Hümbətov nəinki öz çirkin hərəkətlərindən əl çəksin, hətta dövlət orqanları

tərəfindən təcrid olunsun. O isə meydana toplaşmış silahsız adamlara, ali

vətəndaşlara qarşı silah işlətmişdir, atəş açmışdır. Beləliklə də camaatı

qorxutmaq istəmişdir.

Ancaq o, xalqın iradəsi, xalqın gücü qarşısında dura bilməmişdir, qaçıb

başqa yerlərlə öz dəstəsini düzəltmişdir və yenə də xalqa hücum etmək

istəyir. Lakin xalq öz iradəsini bildirmişdir və indi Lənkəran icra

hakimiyyətində xalqın nümayəndələri oturur, xalq tərəfindən irəli çəkilmiş və

bizim təsdiq etdiyimiz Dilruba Camalova bu gün mənim fərmanımla

Lənkəran rayon icra hakimiyyətinin başçısı təyin edilmişdir. O, iş yerində

oturmuşdur, xalq onun ətrafındadır və onu müdafiə edir.

Lakin çox gərgin vəziyyət yaranmışdır. Bizə gələn məlumatlara görə,

Əlikram Hümbətovun yalan vədlərinə, fırıldaqlarına, avantürasına uyan və

onun dəstələrində olan adamların əksəriyyəti ondan imtina etmişdir, onun

əmr verməsinə baxmayaraq, əsgərlərin və zabitlərin əksəriyyəti atəş

açmaqdan boyun qaçırmış və onu tərk etmişdir. Onun Prişibdə, Lənkəranda

olan hissələri onu tərk etmişlər. Mənə indi verilən məlumata görə, Əlikram




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə