MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə39/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   35   36   37   38   39   40   41   42   ...   256

____________Milli Kitabxana____________

96

Hümbətov göstəriş verib ki, Ağcabədi tərəfdə guya onun tabeliyində olan



hissələr geri çəkilsinlər. Beləliklə, onlar mənə təzyiq göstərmək istəyirlər:

görürsünüz, belə hallar bu işə gətirib çıxarır. Mən o adamlara dedim və bu

gün xalqın qarşısında da bildirirəm: vətənimizi Əlikram Hümbətov kimi

canilərin, quldurların yolu ilə müdafiə etməməliyik. Mən belə hesab edirəm

ki, bölgələrdə vuruşan əsgərlərin, zabitlərin hamısı Azərbaycan xalqının

mətin oğullarıdır. Onlar Azərbaycan Ordusunun əsgər və zabitləridir.

Azərbaycan dövlətini müdafiə

edirlər, Azərbaycan Respublikasının

torpaqlarını qoruyurlar.

Ona görə də bu bəhanələri gətirib yenə də Əlikram Hümbətova bəzi

şəraitlər yaratmaq istəyən adamlara bu gün xalq qarşısında cavab verirəm.

Güman edirəm və tam əminəm ki, Əlikram Hümbətovun fikirlərini ola bilsin

ki, ancaq onun ətrafındakı mafioz qruplar bölüşdürür. Heç kəs bu fikirlərlə

həmrəy ola, onun arxasınca gedə bilməz. Heç bir ağıllı adam o cür avantürist,

cani, vətəninə xəyanət edən adamın arxasınca gedə bilməz. Rəhim Qazıyev

kimi adamlar və başqa havadarlar onu əllərində adət etmişlər. Mən bunu

Milli Məclisdə dedim. Azərbaycanı parçalamaq istəyən xarici və daxili

düşmənlərimiz Əlikram Hümbətovu alətə çevirmişlər. O, bunun icraçısıdır.

Ancaq onun ətrafında olan adamların tam əksəriyyəti sağlam adamlardır,

Azərbaycan vətəndaşlarıdır. Azərbaycana sədaqətlə xidmət etməlidirlər və

bu, onların borcudur.

Mən birinci növbədə hərbi hissədə qulluq edən əsgərlərə müraciət edirəm:

milliyyətindən, siyasi mənsubiyyətindən, dilindən asılı olmayaraq siz,

Azərbaycanın vətəndaşlarısınız. Əlikram Hümbətov Azərbaycan xalqına

xəyanət etmiş adamdır. Güman edirəm ki, orduda olan bütün əsgərlərimiz,

zabitlərimiz, könüllülərimiz mənim sözlərimi eşidirlər və onlar, şübhəsiz ki,

belə avantüradan, bu

cür fırıldaqçılardan uzaq

olacaqlar. Cəbhədə

komandanlıq edən, Lənkəran bölgəsindən olan general Zaur Rzayev dünən

də, bu gün də telefonla zəng edib şəxsən bildirmişdir ki, o özü və

tabeliyindəki bütün qoşunlar, o cümlədən Lənkəran bölgəsində olan əsgərlər

Əlikram Hümbətovun bu xəyanətkar hərəkətlərini pisləyirlər, etirazlarını

bildirirlər və bəyan edirlər ki, onlar cəbhədə Azərbaycan torpağını,

Azərbaycanı qoruyurlar və bundan sonra da  mətanətlə qoruyacaqlar. Mən

həm Zaur Rzayevə, həm də cəbhədəki bütün əsgərlərimizə, zabitlərimizə

minnətdarlığımı bildirirəm və əminəm ki, onlar heç vaxt Əlikram Hümbətov

kimi avantüristlərin hərəkətlərinə uymayacaqlar.

Bayaq dediyim kimi, onun ətrafında olan, indi Lənkəranda, Cəlilabadda,

Astaradakı hərbi hissələrlə qulluq edən adamların əksəriyyəti ondan imtina

etmişdir. Mən həmin zabitlərə, əsgərlərə müraciət etmək istəyirəm. Onlara

bildirmək istəyirəm ki, gözlərini açsınlar, ayılsınlar, ağı qaradan seçə

bilsinlər. Bilsinlər ki, onlar üçün, birinci növbədə vətən, əziz torpaq,

Azərbaycanın dövlətçiliyi, milli birliyimiz lazımdır. Əlikram Hümbətov isə

bütün bu məfhumların əleyhinə çıxan adamdır. Ona



____________Milli Kitabxana____________

97

havadarlıq edən, onu dəstəkləyən adamlar da təəssüf ki, bu yola düşmüşlər.



Ona görə də mən həmin bölgədə olan bütün əsgərlərə və zabitlərə müraciət

edirəm və elə bilirəm ki, onlar bu gün mənim səsimi eşidirlər. Onlara atalıq

qayğısı ilə müraciət edirəm, Azərbaycan dövlətinin başçısı kimi müraciət edirəm

ki, Əlikram Hümbətovun bu avantürist, fırıldaqçı hərəkətlərindən əl çəksinlər.

Biz onların hamısını doğma övladımız kimi qəbul edirik. Onların hamısını

bağrıma basıram. Hamısı Azərbaycanın bayrağı altında, müstəqil Azərbaycan

dövlətinin yaşaması və möhkəmlənməsi uğrunda çalışmalıdır, döyüşməlidir, öz

cəsarətlərinin göstərməlidir.

Əlikram Hümbətov və onun ətrafındakı mafioz dəstələr öz çirkin niyyətlərini

həyata keçirmək üçün bir məsələ ortaya atmışlar: guya "Talış Respublikası"

yaratmaq istəyirlər. Bilirsiniz, bizim Azərbaycan vahid Azərbaycandır. Onun

vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək Azərbaycanda heç

vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya

atılmış şeydir. Talış köklü

olan adamların hamısı azərbaycanlı kimi,

Azərbaycanın ləyaqətli vətəndaşları kimi yüz illərlə Azərbaycanın vahid ailəsində

yaşamışlar, birləşmişlər, bir-birinə qovuşmuşlar. Onları bir-birindən ayırmaq

olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı

buna heç kəs yol verməz. Ona görə də bizim, şəxsən mənim talış köklü adamların

hamısına həmişə böyük hörmətim olub, o bölgənin adamlarına şəxsən mən,

nəinki mən, bütün Azərbaycan rəhbərliyi böyük hörmət və rəğbətlə, qayğı ilə

yanaşmışıq və bundan sonra da bu, davam edəcəkdir.

Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra

bilməz. Əlikram kimi şəxslər talış köklü adamlar üçün təhqirdir və kim onu

özünə bir rəhbər kimi, yaxud lider kimi qəbul edirsə, o, özünü mənəvi

cəhətdən, siyasi, milli cəhətdən təhqir edir. Belələri varsa, onlar da

ayılmalıdırlar və məsələləri özləri araşdıraraq bütün bu çirkin işlərdən

uzaqlaşmalıdırlar. Nəinki uzaqlaşmalı, həm də etiraz səslərini ucaltmalıdırlar,

həmin adamları təcrid etməlidirlər, Azərbaycanın birliyinə kömək

etməlidirlər.

İndi Lənkəranda gərgin vəziyyət yaranmışdır, həm də təkcə Lənkəranla

yox, ətraf rayonlarda da. Sizə məlumat verdim ki, orada xalq ayağa qalxıb.

Əlikram Hümbətov atəş açsa da, silah işlətsə də xalqın gücü qarşısında

dayana bilməmişdir, qaçıb kənarda qüvvə toplayır. Yəni yenə xalqa təcavüz

etmək istəyir.

Mən ən əvvəl Əlikram Hümbətovu və onun ətrafında olan adamları

xəbərdar edirəm: əgər onlar belə cinayətkar hərəkətlərini bundan sonra da

davam etdirsələr, gələcəkdə daha böyük cəzaya məhkum ediləcəklər. Əgər

onlar bu hərəkətlərindən əl çəksələr, bizim bağışlamaq üçün böyük ürəyimiz

var. Mən bunu bildirirəm.

Eyni zamanda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad,

Biləsuvar rayonlarının əhalisinə müraciət edirəm: ayağa qalxın, öz insanlıq

mənliyinizi göstərin, vətəndaşlıq mənliyi-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə