____________Milli Kitabxana____________
113
qurtarmaq, xalqı bu çəkişmədən yaranan əziyyətdən xilas etmək lazımdır. Bu
vəzifələri yerinə yetirmək üçün sizin hamınıza müraciət edirəm, bütün
Azərbaycan xalqına müraciət edirəm: Düşünün, anlayın, ayılın. Bilin ki,
Azərbaycan xalqı bir xalq kimi bundan sonra nəinki yaşamalıdır, daha da
qüdrətlənməli, daha da inkişaf etməlidir. Müstəqil Azərbaycan Respublikası
hələ tutmamış qatıqdır. O gərək bərkisin, möhkəmlənsin, gərək öz qüdrətini
toplayaraq daxili potensialından öz xalqının rifahı üçün istifadə edib müstəqil
dövlət kimi gələcək nəsillərə bizdən yadikar olsun. Gələcək nəsillərimiz daim
azad, müstəqil, öz milli ənənələrinə, tarixi ənənələrinə sədaqətli olaraq
yaşaya bilsinlər. Xahiş edirəm, düşünün, fikirləşin. Bütün sahələrdə hər şey
sizin fəaliyyətinizdən asılıdır. Əgər bundan sonra müvəffəqiyyətlərimiz də
olsa, bunlar hamımızın - sizin və bizim müvəffəqiyyətlərimiz olacaqdır.
Uğursuzluqlarımız da olsa, heç kəs özünü kənara çəkə bilməz. Ona görə də
sizə müracət edirəm, bütün Azərbaycan xalqına müraciət edirəm və güman
edirəm ki, xalq, insan daxili gücünü, iradəsini həmişə ağır dövrlərdə büruzə
verir.
Biz, yəni Azərbaycan xalqı böyük imtahan içindəyik və bu imtahandan
ləyaqətlə çıxmalıyıq. Həp bir azərbaycanlı, əgər onun qəlbində doğrudan da
azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə
həmahəng vurursa, bu yolla getməlidir. Ümid edirəm ki, xalqımızın, buraya
toplaşmış rəhbər işçilərimizin əksəriyyəti məhz belə düşünürlər, məhz bu
istiqamətdə hərəkət edirlər və belə də hərəkət edəcəklər.
Bu baxımdan qarşımızda bir siyasi problem də durur. Ayın 29-da
Azərbaycanın prezidenti Əbülfəz Elçibəyə münasibət barədə ümumxalq
referendumu keçiriləcək. Siz bilirsinz, artıq hamıya aydındır ki, iyunun 17-
dən 18-nə keçən gecə Azərbaycanın prezidenti Əbülfəz Elçibəy Bakını tərk
edib və iki aydan artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ordubad
rayonunun Kələki kəndində yaşayır. Şübhəsiz ki, bu, Əbülfəz Elçibəyin öz
işidir. Əlbəttə, indi onun hərəkətlərinə qiymət vermək olar, lakin biz
cavabdeh deyilik. Ancaq xalq tərəfindən seçilmiş adam öz eqoizmini gərək
xalqın mənafeyindən yüksək tutmayaydı. Mən Əbülfəz Elçibəyə o vaxt
telefonla da dedim ki, əgər siz xalqın təəssübünü çəkirsinizsə, xalqın içində
olmalısınız. Əgər həlak olsaydınız da, bir qəhrəman kimi həlak olacaqdınız.
Ancaq gedib kənddə gizlənməklə və deməklə ki, mən hələ prezidentəm,
prezident olaraq qalacağam, - bundan sonra prezident olmaq mümkün deyil.
Mən bununla demək istəmirəm ki, xalq öz iradəsini istədiyi kimi
bildirməsin. Ancaq xalq da başa düşməlidir: əgər prezident iki aydan artıqdır
ki, Azərbaycandan uzaqlaşıbsa, deməli, xalq bilməlidir ki, onun dövründə
buraxılan səhvlər, günahlar, Azərbaycanın bu vəziyyətə düşməsi, ordumuzun
belə bərbad vəziyyətdə olması, - bunun əsas günahkarı Rəhim Qazıyevdirsə,
onunla yanaşı həm də Azərbaycanın rəhbərləri, o cümlədən Azərbaycan
prezidenti günahkardır. Təkcə bu prezident deyil, ondan əvvəlki
____________Milli Kitabxana____________
114
prezident də günahkardır. Bunlar hamısı məlum şeylərdir. Ona görə də
güman edirəm ki, bu referendum layiqli səviyyədə keçməlidir.
Bilirsiniz ki, bu salonda Milli Məclisin üzvlərinin bir çoxu, bəlkə də
əksəriyyəti bu məsələ müzakirə olunarkən dəfələrlə təklif edib ki,
Azərbaycan Konstitusiyasının 121-çi maddəsinin 6-7-çi bəndlərinə əsasən,
Əbülfəz Elçibəy prezidentlik vəzifəsini həyata keçirə bilmədiyinə görə
parlamentin onu bu vəzifədən kənar etməyə ixtiyarı var. Bu həqiqətdir,
parlamentin belə hüququ var. Bu təkliflər əsaslı təkliflər olmuşdur. Fəqət
bilirsiniz ki, mən bu təklifin qəbul olunmasına yol vermədim. Təkcə ona görə
ki, istədim hər şey demokratik şəkildə olsun, xalqın iradəsi ilə olsun. Yada
salmaq istəyirəm ki, 1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy xalq tərəfindən
prezident seçilmişdir. 1992-çi il iyunun 17-də Əbülfəz Elçibəy bu salonda
Qurana, Azərbaycanın Konstitusiyasına and içib ki, prezident vəzifəsini
ləyaqətlə yerinə yetirəcəkdir. 1993-cü il iyun ayının 17-də düz bir il sonra,
Əbülfəz Elçibəy bu vəzifəni ataraq qaçıb Kələki kəndində gizlənmişdir.
İndi xalq qoy özü desin: Nə olmalıdır, nə etməliyik? Əgər xalq yenə də bu
vəziyyətdə yaşamaq istəyirsə, öz fikrini bildirsin. Yaxud başqa vəziyyətdə
yaşamaq istəyirsə, yenə də fikrini bildirsin. Mən bu sözlərimlə nə xalqa, nə
də ayrı-ayrı seçicilərə heç bir təsir və təzyiq göstərmək istəmirəm. Mən ancaq
vəziyyəti danışıram və demək istəyirəm ki, iki aydan artıqdır prezident
yoxdur, mən həm Azərbaycan parlamentinin sədri vəzifəsindəyəm, həm də
Azərbaycan prezidentinin səlahiyyətini həyata keçirirəm. Bu iki vəzifəni eyni
vaxtda aparmaq mənə nə qədər ağır da olsa, mən bunu aparıram və nə qədər
ki, xalq mənə etimad göstərir, o vaxtadək aparacağam. Ancaq Azərbaycan
xalqını, bu böyüklükdə Azərbaycan Respublikasını, müstəqil Azərbaycan
dövlətini şəxsi ambisiyalara görə, eqoizm əhval-ruhiyyəsindən irəli gələn
fikirlərə görə artıq bu vəziyyətdə saxlamaq olmaz. Əgər xalqa Əbülfəz
Elçibəy lazımdırsa, desinlər, gəlsin otursun burada. Əgər lazım deyilsə, -
yəqin ki, bunu əksəriyyət hiss etmişdir, mən də bu fikirdəyəm, Əbülfəz
Elçibəy bir il müddətində də sübut etmişdir ki, o prezidentlik edə bilmir və
Azərbaycanın bu ağır vəziyyətində də kənddə oturmaqla prezidentlik etmək
olmaz, - öz münasibətini bildirsin.
Ancaq mən yenə deyirəm, bütün işlər demokratik əsaslarla getməlidir. Biz
xarici ölkələrdən müşahidəçilər dəvət etmişik. Seçki komissiyaları düzgün
işləməlidir. Buraya İcra hakimiyyətinin başçıları, şəhər və rayon seçki
komissiyalarının sədrləri, bir çox rayonların ictimai təşkilatlarının rəhbərləri,
siyasi partiyaların, təşkilatların, inzibati orqanların nümayəndələri dəvət
olunublar. Tam demokratik şəkildə, tam aşkarlıq şəraitində ölçün-biçin. Eyni
zamanda bir şey hamı üçün hər şeydən üstün olmalıdır: Azərbaycanın
bugünkü ağır vəziyyəti, bu günü və gələcəyi, onun müqəddəratı, Azərbaycan
xalqının bu ağır