____________Milli Kitabxana____________
109
Siz, bütün Azərbaycan əhalisi əmin ola bilər ki, biz Vətən yolunda, xalq
yolunda, Azərbaycanın suverenliyi, bütövlüyü yolunda həlak olan, canını
qurban verən, şəhid olan adamların hər birinin şücaətini, qəhrəmanlığını heç
vaxt unutmayacağıq. Onlar həmişə, daim xalqın yaddaşında yaşayacaqlar.
Lakin bu faciəyə baxmayaraq, orada səhərə qədər fəaliyyət göstərən
inzibati orqanlarımız təəssüf ki, lazımi nəticəyə gələ bilməmişlər. Bizə
verilən məlumatlardan belə aydın olur ki, Vahid Musayev guya Əlikramın o
quldur yuvasında olaraq, sonra bizim nazirlərlə əlaqə saxlayaraq onun oradan
çıxmasını, yəni qan tökülmədən, əlavə hərbi əməliyyat aparılmadan
çıxmasını təmin etməyə söz vermiş, əhali qərargahı əhatəyə alıb səhərə qədər
mühasirədə saxlamışdır. Guya belə məlum olmuşdur ki, Əlikram Hümbətov
gəlib təslim olacaqdır. Lakin bizə verilən məlumatlara görə o, hamını aldadıb.
Səhərə yaxın oradan üç maşın çıxıbdır. Guya bu maşınlar nəzarət altında
imiş. Onların birində Əlikram və onun bir-iki nəfər adamı çıxıb qaçıbdır və
aldığımız məlumatlara görə, Lənkəranın meşələrində gizlənir. İndi orada
axtarışlar gedir.
Əlikram Hümbətov guya ona daim tabe olan silahlı qüvvələri, -məsələn,
Prişibdə onun bir polku var, onu deyə bilmərəm, ancaq bəzi adamlar bunu
bizim beynimizə yeridiblər, - həmin o silahlı qüvvələrin hamısı ondan imtina
edibdir. Onun qərargahında, o quldur yuvasında olan əsgərlərin çoxu
silahlarını təhvil verib çıxıb, ətrafında olan başqa adamların çoxu ondan
imtina edib, uzaqlaşıbdır. Ancaq bir qrup, sayca az da olsa, silahlı adamlar,
onunla bilavasitə cinayət etmiş adamlar Əlikramla bərabər qaçıblar (düzdür,
onun şəxsi qoruyucuları da, başqaları da tutulubdur). Onlar qaçıblar, indi
axtarışlar gedir və güman edirəm ki, oradakı inzibati orqanlarımız və buradan
gedən qüvvələr onu axtarıb tapacaqlar və o, ədalət məhkəməsi qarşısında
cavab verəcəkdir. Nəinki o, həm də ona havadarlıq edənlər, ona istiqamət
verənlər - ya Ayaz Mütəllibov olsun, Rəhim Qazıyev olsun, yaxud da ki,
başqaları olsun - onun başını sığallayan adamların hamısı cavab verəcəkdir.
Buna heç kəsin şübhəsi olmasın.
Dünən bizi qorxudurdular ki, guya Ağcabədi zonasında həmin o hissədən
olan batalyonlar var, onlar guya Əlikram Hümbətovun göstərişi ilə döyüş
bölgələrini tərk edib çıxırlar. Ancaq bu yalandır. Orada olan döyüşçülər,
əsgərlər, Azərbaycanın övladları öz yerlərindədirlər, fəaliyyət göstərirlər və
onların da hamısı Əlikram Hümbətovdan imtina edibdir.
Bunların hamısı onu göstərir ki, Əlikram Hümbətov heç bir kəsdir. Biz
bunu dəfələrlə demişik ki, o, ayrı-ayrı qrupların əlində bir alətdi, bir silahdır.
Dünən televiziya ilə müraciətimdə bildirdim ni, o hətta İrana keçmək
niyyətində olmuşdur. Mən İran hökumətinə, İranın səfirliyinə xəbərdarlıq
elədim. Onlar dedilər ki, siz narahat olmayın, İranda onu heç kəs qəbul edə
bilməz. Ancaq belə şayiələr yaranır ki, guya bir tərəfdən onu Moskva
dəstəkləyir, nə bilim, kiminsə, haranınsa, agentidir, bir tərəfdən
İran
dəstəkləyir. Bunların hamısı yalandır. Mən demi-
____________Milli Kitabxana____________
110
şəm - nə Rusiya dövləti, nə İran dövləti belə bir quldur adamla təmasda ola
bilməzlər.
Ancaq Rəhim Qazıyev kimi, Ayaz Mütəllibov kimi adamlara və onlarla
birgə olanlara lazım idi ki, belə bir mif, belə bir əhval-ruhiyyə, camaatda
vahimə yaratsınlar, əhalini qorxutsunlar və beləliklə, bizə təzyiq etsinlər.
Mən dünən televiziya ilə müraciətimdə dedim. Bir də deyirəm ki, bunların
hamısı indi Azərbaycanda vəziyyəti düzəltmək üçün, daxili sabitlik yaratmaq
üçün, cəbhələrdə vəziyyəti düzəltmək üçün apardığımız tədbirlərə mane
olmaq və şəxsən mənə, Heydər Əliyevə təzyiq göstərmək məqsədi güdür.
Mən dəfələrlə demişəm, bu gün bir daha bəyan edirəm ki, heç bir kəs
mənə təzyiq edə bilməz. Mən öz iradəmdən, - bu isə xalqın iradəsidir, bir
namuslu vətəndaş kimi mənim şəxsi iradəmdir, istifadə edərək Azərbaycanın
bu vəziyyətdən çıxması üçün son damla qanıma qədər çalışacağam və heç kəs
də məni qorxuda bilməz.
Görürsünüz, iki aydır bizim başımızı aldadırlar ki, Əlikram Hümbətov
belə olsa, elə olsa, nə bilim, dünya dağılacaqdır. Heç bir şey olmadı. Düzdür,
üç adam canını qurban verdi, şəhid oldu. Ancaq lazımdır ki, o qan Vətəni
qoruyarkən tökülsün. Düzdür, bu Azərbaycan övladları Vətəni ermənilərdən,
başqa düşmənlərdən qorumaq üçün yox, daxili düşmənlərimizdən qorumaq
üçün, Azərbaycanın dövlətçiliyini saxlamaq üçün həlak olublar, şəhid
olublar. Bu, Vətənin Vətən olmasını bir daha sübut edir.
Bir daha qeyd edirəm ki, biz qəbul etdiyimiz qərarı həyata keçirəcəyik.
İradəmiz möhkəmdir və Azərbaycanda sabitliyi təmin edəcəyik, Azərbaycanı
bu ağır vəziyyətdən çıxaracağıq. Kim ki, bu yolda bizə mane olacaq, o bizim
düşmənimizdir, xalqımızın düşmənidir. Güman edirəm ki, bu gün bu
proseslər başa çatacaqdır. Bir daha qeyd edirəm ki, Əlikram Hümbətov kimi
quldurun ətrafında yaranmış mif artıq dağıldı, xalq ona öz münasibətini
göstərdi. Lənkəran rayonunun İcra hakimi Dilruba Camalova fəaliyyətdədir.
Qadın bir çox kişilərdən, minlərlə kişidən qeyrətli çıxdı. Başqa rayonlara -
Astara rayonuna da, Cəlilabad rayonuna da, Biləsuvar rayonuna da icra
hakimləri artıq təyin olunubdur. Digər rayonlara da təyin ediləcək. Bu
rayonlarda Azərbaycanın qanuni hakimiyyəti dünən, bu gün bərpa olunub və
bərpa olunacaqdır. Azərbaycan dövlətini, dövlətçiliyini bütün bölgələrdə
təmin etməyə heç kəs mane ola bilməz.
Düzdür, biz heç də belə fikirdə deyilik ki, bunlar asan yolla gedəcək.
Müqavimətlər də olacaq. Son vaxtlar yaranmış cürbəcür quldur dəstələri
Azərbaycanın bəzi regionlarında cinayətkar işlər görürlər. Məsələn, Yevlaxda
bir banda yaranıb, iki dəfə gedib Balakən rayonuna, orada insanlara təcavüz
edib və süni olaraq azərbaycanlılarla avarlar arasında qarışıqlıqlar yaradıbdır.
O dəstə kimin tərəfindən idarə olunur - adamlar bunu da bilirlər. Ancaq orada
nə avar, nə də azərbaycanlı bir-birinə qarşı durmayacaqdır. Və heç bir yerdə
durmayacaqdır. Azərbaycanda millətlər arasında, etnik qruplar arasında heç
kəs münaqişə, yaxud