MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə53/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   49   50   51   52   53   54   55   56   ...   256

____________Milli Kitabxana____________

126


genosidə çevrilmişdir. Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, öz

torpağında qaçqınların sayı bir milyon nəfərə çatmışdır və artmaqda davam

edir.

Azərbaycan xalqı öz müasir tarixinin ağır dövrünü keçirir. Bütün



çətinliklərə baxmayaraq, biz müstəqil demokratik dövlət yaratmaq, bazar

İqtisadiyyatına keçmək, totalitarizmdən və kommunist keçmişindən

həmişəlik xilas olmaq arzusundayıq. Bizə bu işdə sizin böyük ölkənizlə sıx

əməkdaşlıq, sizin köməyiniz labüddür. Göstərilənlərlə əlaqədar olaraq sizdən

xahiş edirəm ki, azadlığı müdafiə aktının yenidən nəzərdən keçirilməsi və

Azərbaycan barəsində ayrı-seçkilik bəndinin ləğv olunması üçün hər şey

edəsiniz. Bu, həm keçmiş SSRİ ölkələri barəsində sizi siyasətinizə uyğun

olardı, həm də ədalət və demokratiya prinsiplərinə cavab verərdi.

Bu məktubla sizə müraciət etdiyim anda erməni silahlı qüvvələri

Azərbaycanın yeni rayonlarının - Cəbrayıl və Qubadlı rayonlarının işğal

olunması üçün öz hücumlarını davam etdirir, yeni-yeni yaşayış məntəqələri

ələ keçirilir, yandırılır və vəhşicəsinə soyulub talan edilir.

Demokratiya və azadlıq idealları, insan hüquqlarına və insanın əsas

hüququ olan yaşamaq hüququna hörmət naminə sizdən xahiş edirəm ki, qan

tökülməsinin dayandırılması və vəhşi təcavüz qarşısında öz günahı olmadan

müdafiəsiz qalan Azərbaycan xalqının müdafiəsi üçün hər şey edəsiniz.



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

2 sentyabr 1993-cü il


____________Milli Kitabxana____________

127


TACİKİSTAN RESPUBLİKASI

ALİ SOVETİNİN SƏDRİ

İMAMƏLİ RƏHMANOV CƏNABLARINA

Azərbaycan xalqı adından və şəxsən öz adımdan sizi və bütün qardaş

Tacikistan xalqını istiqlaliyyət günü münasibətilə təbrik edirəm. Əminəm ki,

ölkələrimizin suverenliyi kimi tarixi nailiyyət Azərbaycan - Tacikistan

münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıracaq, bu

münasibətləri daha səmərəli və zəngin edəcəkdir. Bunun üçün əsas

xalqlarımızın çoxəsrlik qardaşlıq telləridir, mədəni və dini ənənələrinin

yaxınlığıdır.

Bu gün dövlətlərimizin ərazi bütövlüyü, dinc inkişafı və əmin-amanlığı

ciddi təhlükəyə məruz qalmaqdadır. Lakin şübhəm yoxdur ki, Azərbaycan və

tacik xalqlarının müdrikliyi və iradəsi ölkələrimizə nəinki zamanın

sınaqlarına layiqincə cavab verməyə, müstəqil və mütərəqqi inkişaf yoluna

çıxmağa, həm də bütün Avrasiya məkanında sülhün və təhlükəsizliyin etibarlı

təminatçıları olmağa kömək edəcəkdir.

Fürsətdən istifadə edib, sizə uğurlar və möhkəm cansağlığı, tacik xalqına

tərəqqi və əmin-amanlıq arzulayıram.



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

9 sentyabr 1993-cü il


____________Milli Kitabxana____________

128


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN

RESPUBLİKA ALİ SOVETİNİN

SƏDRİ HEYDƏP ƏLİYEVİN

MƏTBUAT KONFRANSINDA

BƏYANATI

10 sentyabr 1993-cü il

Hörmətli qonaqlar! Xanımlar və cənablar!

Bu mətbuat konfransının keçirilməsinə ilk növbədə Avroviziya, habelə

respublika kütləvi informasiya vasitələri nümayəndələrinin xahişi ilə

razılaşmışam.

Buraya gəlmiş xarici müxbirləri konkret olaraq nə maraqlandırması

barədə məlumatım yoxdur, lakin təxminən güman edirəm ki, onlarda əsasən

respublikanın özündəki və onun ətrafındakı vəziyyət, habelə son vaxtlar

Azərbaycanda baş verən proseslər maraq doğrurur.

Bu proseslər artıq hamıya kifayət qədər geniş şəkildə məlumdur. Son

aylar Azərbaycan dünyanın, xüsusən də qonşu ölkələrin informasiya

orqanlarının diqqət mərkəzindədir, hər halda, biz belə hiss edirik. Lakin mən

Avroviziya nümayəndələrinin və başqa jurnalistlərin indiyədək əldə edə

bilmədikləri informasiyanı ilk mənbədən almaq istəmələrini başa düşürəm.

Ola bilsin indi deyəcəklərim əvvəllər deyilənlərin təkrarı olacaq, lakin

bununla belə, həm respublikadakı vəziyyət, həm də onun ətrafında baş verən

hadisələr haqqında qısaca məlumat verməliyəm.

Respublikadakı vəziyyət barədə qısaca onu demək olar ki, son dövrdə bir

tərəfdən müxtəlif siyasi, ictimai qüvvələrin, qrupların fəaliyyəti nəticəsində,

digər tərəfdən respublika rəhbərliyinin buraxdığı ciddi nöqsanlar və səhvlər

nəticəsində, üçüncü tərəfdən isə Ermənistan silahlı qüvvələrinin Azərbaycana

qarşı beş ildən artıq davam edən hərbi təcavüzü üzündən Azərbaycanda

coşğun proseslər baş vermişdir və indi də baş verir. Lakin bu ilin təxminən

may-iyun aylarında həmin proseslər xüsusilə kəskin xarakter almış və bəlkə

də hətta özünün ən yüksək nöqtəsinə çatmışdı. Azərbaycanı vətəndaş

müharibəsi həddinə gətirib çıxaran hadisələr baş vermişdi və bu, müəyyən

dərəcədə özünü əməli şəkildə göstərirdi. Bilirsiniz ki, iyunun 4-də Gəncə

şəhərində faciəli hadisələr baş vermiş, sonra bunun davamı olmuş, hökumət

qüvvələri ilə hakimiyyətə qarşı çıxan qüvvələr arasında təkcə Gəncədə deyil,

Bakı yaxınlığında da toqquşmalar baş vermişdi. Bütün bunlar Azərbaycanda

dövlət böhranına, siyasi böhrana gətirib çıxarmışdır.

Əslində, respublika artıq çoxdandır ki, dərin iqtisadi, sosial-siyasi  böhran

keçirir. Bu böhran ilk növbədə Azərbaycanın



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə