____________Milli Kitabxana____________
119
ATƏM nümayəndələri qayıtdıqdan sonra nəticə çıxarıb, məsələyə yekun
vurdular. Mən bu nümayəndə heyətinin obyektivliyindən razıyam. O, BMT-yə
geniş məruzə təqdim etmişdir.
Erməni birləşmələri tərəfindən işğal olunmuş Ağdamdan erməni qoşunlarının
təxirə salınmadan çıxarılması haqqında Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar
ağıllı qərar idi. Lakin sonradan məlum oldu ki, Dağlıq Qarabağdakı qüvvələr
idarəedilməzdir və Ermənistan rəhbərliyinə tabe olmurlar. Bunu bizə Yerevandan
dedilər. Əlbəttə, mən belə uydurmalarla razılaşa bilmərəm. Dağlıq Qarabağ
kiçicik bir vilayətdir. Təbiidir ki, o, kənardan kömək edilməsəydi, 7 milyonluq
respublikaya müqavimət göstərmək iqtidarında olmazdı. Lakin bütün dünya
bilməlidir ki, biz bundan sonra müharibə etmək istəmirik, buna görə də
Azərbaycan tərəfindən hərbi rəhbərlik erməni birləşmələrinin komandanlığı ilə
əlaqə yaratdı. Üç gün müddətinə barışıq haqqında razılığa gəldik. Sonra təkrarən
danışıqlar apardıq və barışığı daha 7 gün uzatmağı qərara aldıq. Biz bəlkə bundan
sonra da bu yolla getdik.
- Siz inanırsınızmı ki, bu problemi yaxın gələcəkdə, ümumiyyətlə, həll
etmək olar? Bunu ona görə soruşuram ki, təxminən bir il əvvəl prezident
Elçibəylə görüş zamanı mən bu sözləri ondan da eşitmişdim. Demişdi ki,
uzağı bir ildən sonra münaqişə aradan qaldırılacaq...
- Əbülfəz Elçibəyin hansı mülahizələri əsas tutduğunu söyləmək mənim
üçün çətindir. O, belə bəyanatları bir neçə dəfə vermiş və hər dəfə də qəti
surətdə əmin edirdi ki, üçcə ayın içində qələbə qazanılacaq. Mən onu
qınamıram. Çünki onun nə dövlət fəaliyyəti, nə də siyasi fəaliyyət sahəsində
azca belə təcrübəsi yox idi. Odur ki, özünün ölçüb-biçilməmiş, götür-qoy
edilməmiş əməllərinin bəhrəsini görməli olur.
Parlamentin iclasında mənim seçilməyim məsələsi həll edilərkən
soruşurlar ki, mən Qarabağ münaqişəsinin aradan qaldırılmasına nə kimi
təminat verə bilərəm. Aydın cavab verib dedim: mən peyğəmbər deyiləm və
heç bir təminat vermirəm və heç nə vəd etmirəm. Məsələ olduqca
mürəkkəbdir və əgər onu beş il ərzində nəinki həll edə bilməmiş, əksinə, son
həddədək ağırlaşdırmışlarsa, indi onun həllinin qeyri-adi yollarından
danışmaq ən azı sadəlövhlükdür. Bununla yanaşı qeyd edim ki, hərbi
əməliyyatların bundan sonra da aparılması münaqişədə iştirak edən tərəflərin
hamısı üçün daha dəhşətli faciəyə gətirib çıxaracaqdır. Buna görə də inanıram
ki, xalqların müdrikliyi, nəhayət, öz bəhrəsini verəcəkdir.
- Belə düşünürəm ki, hətta Naxçıvanda olduqda da, siz bu
münaqişədə Rusiyanın rolunu izləyirdiniz. Rusiyanın hərəkətləri sizi
qane edirmi?
- Mən Naxçıvanda da heç bir konkret bəyanat vermirdim. Demişəm və
deyirəm ki, bu strateji məsələdir: Azərbaycanın Rusiya ilə normal, dostluq
əlaqələri olmalıdır. Amma son vaxtlar bu münasibətlər şəxsən məni razı
salmır. Bu, böyük bir siyasi səhvdir ki, hər şeydə günahı Rusiyanın, əvvəlcə
sovet Rusiyasının, sonra da
____________Milli Kitabxana____________
120
indiki Rusiyanın üstünə yıxırdılar. Heç də həmişə hər şey normal olmamışdı,
eləcə də Dağlıq Qarabağ ətrafında baş vepən hadisələrdə Rusiyanın tutduğu
mövqe də. Lakin mən bunu bütünlüklə Rusiyaya aid etməzdim. Zənnimcə,
burada ayrı-ayrı adamların və ya müəyyən strukturların münasibətindən
danışmaq olar. Buna görə də əlbəttə, problemlər var, ola bilsin, iddialar da
var. Buna baxmayaraq, ümidvaram ki, Rusiya indi ABŞ və Türkiyə ilə
birlikdə Qarabağ probleminin dincliklə həllinə ürəkdən çalışır. Burada,
Azərbaycanda belə bir fikir yayılıb ki, Rusiya birtərəfli mövqe tutur. Mən isə,
dövlət məsuliyyəti daşıyan bir şəxs kimi deyirəm: biz köhnə anlaşılmazlıqları
xatırlayıb üzə vurmaqdansa, mehriban qarşılıqlı münasibətlər üçün
imkanlar aramalıyıq.
- Siz artıq neçə dəfə təəssüflə söyləmisiniz ki, Azərbaycandan çoxlu
rus gedib və gedir...
- Ömrümün əsas hissəsi Azərbaycanda keçib, Azərbaycan öz çoxmillətliliyi
ilə səciyyəvidir. Bugünkü Azərbaycan isə
XIX
əsrdə təşəkkül tapmış
Azərbaycana oxşayır, yəni, son illərdə milli tərkibdə güclü dəyişikliklər baş
vermişdir. Xüsusən 1990-cı ilin yanvar hadisələrindən sonra. Rusdilli əhalinin
köçhaköçü də məhz onda başladı. Mən bunu normal hal saymıram. Bütün
sivilizasiyalı ölkələr çoxmillətlidir. Rusdilli əhalinin olması Azərbaycan üçün və
onun gələcəyi üçün olduqca mühüm amildir.
Bir çox azərbaycanlılar rus dilində təhsil almış, öz övladlarına bu dildə
oxumağa imkan yaratmışlar. Mən öz millətimi və öz xalqımı sevirəm, amma bir
çox xalqların nümayəndələri ilə ünsiyyət zamanı rus dilindən istifadə etmişəm.
Bu isə mənə yalnız fayda gətirmişdir.
Mən çalışacağam ki, ruslar, ukraynalılar, yəhudilər və başqa millətlərin
nümayəndələri buradan köçüb getməsinlər, adamlar özlərini azad və rahat hiss
etsinlər. Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlara malik olmalıdır.
Yoxsa, elə düşünürsünüz ki, son illərin hadisələri ilə əlaqədar köçüb getməyə
məcbur olmuş şəxslərin Azərbaycana qayıtması problemi məni narahat etmir?
Biz bunun üzərində fikirləşirik. Çətinlik ondadır ki, bizdə çoxlu qaçqın var -
ermənilər Ağdamı işğal etdikdən sonra qaçqınların sayı daha 200 min nəfər
artmışdır. Lakin mənə elə gəlir ki, əgər biz müharibəni qurtarsaq, əgər adamlar
daimi yaşayış yerlərinə qayıtmağa başlasalar, onda rahat nəfəs alarıq və çox dərd-
sərimizi, vaxtı çatmış problemlərimizi həll edə bilərik. Çoxları öz torpağına
qayıtmaq həsrətindədir, nisgillidir, adamlar qurub-yaratmaq eşqiylə yanırlar.
- Rusiyada, Ukraynada, Qazaxıstanda çoxları indiki dövlətlər
birliyinə nisbətən daha möhkəm ittifaq yaradılmasına tərəfdardırlar. Siz
bu problemə necə baxırsınız?
- Suveren respublikaların yaranması obyektiv tarixi prosesdir. Yalnız
Xalq Cəbhəsi adamların beyninə yeritməyə çalışırdı ki, Azərbaycanın
müstəqilliyinə məhz o, nail olmuşdur. Bu, doğru deyildir. Bu prosesi
dayandırmaq çətin ki, mümkün idi. Lakin bunların hamısını, əlbəttə, ağrısız-
acısız, sivilizasiya-