____________Milli Kitabxana____________
123
zar yaradılması sahəsində fəaliyyəti gücləndirmək gərəkdir. Çoxları isə bizim
artıq bazar şəraitində olduğumuzdan danışaraq özlərini də, ətrafdakıları da
çaş-baş salırlar. Mən belə hesab edirəm ki, biz iqtisadi mənada bazara deyil,
olsa-olsa adi bazara malikik, o da ki, çox bəsitdir. Bəs bu adi bazarı iqtisadi
bazara necə çevirməli? Bax, məsələ də bundadır. Bax, burada yada salmaq
lazımdır ki, bazar İqtisadiyyatının və əmək bazarlarının infrastrukturlarını,
texnologiyaları, vergi sistemlərini ardıcıl surətdə yaratmaq və bir çox digər
məsələləri yoluna qoymaq lazımdır. Biz intellektual ehtiyatlar olmadığı
təqdirdə də işin öhdəsindən gələ bilməyəcəyik.
- Sizin bu vəzifədə hər hansı səfəriniz nəzərdə tutulurmu?
- Mən hələ heç nəyi nəzərdə tutmamışam. Yalnız daxili problemlərlə
məşğulam. Bir tərəfdən, müharibə davam edir, təxminən bir milyon adam öz
torpağında qaçqına çevrilmişdir, digər tərəfdən, hüquqi özbaşınalıq baş alıb
gedir, qanunsuz yaradılmış silahlı dəstələr var. Bu problemlərin hamısı ilə
hesablaşmaq və onların üzərində işləmək gərəkdir. Lakin xalq mənə inanır.
Bu isə ən başlıca məsələdir. Buna görə də belə düşünürəm ki,
həmvətənlərimin etimadını doğruldacaq və ölkəni sabitliyə gətirib
çıxaracağam.
Söhbəti
Vitali Tretyakov
aparmışdır.
"Nezavisimaya qazeta"
24 avqust 1993-cü il.
Azərbaycan",
30 avqust 1993-cü il
____________Milli Kitabxana____________
124
MÜHARİBƏ QURBANLARININ MÜDAFİƏSI
ÜZRƏ BEYNƏLXALQ KONFRANS (Cenevrə,
30 avqust –1 sentyabr 1993-cü il) İŞTİRAKÇILARINA
MÜRACİƏT
Müharibə qurbanlarının hüquqlarının müdafiəsi işində göstərdiyiniz
xeyirxah cəhdlərə görə Sizə dərin təşəkkürümü bildirərək hamı tərəfindən
qəbul olunmuş, tanınmış beynəlxalq hüquq normalarına bizim sadiqliyimizi
bir daha təsdiq edirəm. Bütün dünyaya məlumdur ki, Azərbaycan
Respublikası artıq beş ildən çoxdur ki, Ermənistan Respublikası tərəfindən
təcavüzə məruz qalmışdır. Problem heç də yalnız onda deyil ki, Azərbaycan
Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına
düşmüşdür. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənində qaçqın
olmuş, minlərlə adam bu gün də ermənilərin əlində
girov kimi
saxlanmaqdadır.
Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz
müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri
lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın
şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də
qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür.
Sizə müraciət edərək, bu yaxınlarda mən Azərbaycan Respublikasının
imzaladığı müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə
Konvensiyasının əvəzsiz qiymətini bir daha qeyd etmək istərdim.
Səmim-qəlbdən əmin olduğumu bildirirəm ki, Sizin konfrans müharibə
burulğanına salınmış günahsız adamların çəkdiyi əziyyətləri qismən də olsa
azaldacaq, qəbul edəcəyiniz qərarlar isə bu mühüm işlərin həyata keçirilməsi
üçün səmərəli mexanizmə çevriləcək.
Öz tərəfimdən hamınıza səbir, dözüm və xeyirxah əməllərinizdə
yorulmadan işləməyi arzulayır və əmin edirəm ki, Azərbaycan xalqı özgə
torpaqlarına heç vaxt qəsd etməyəcək, xalqlar arasında dostluq və qarşılıqlı
anlaşmanın daha da möhkəmlənməsinə çalışacaqdır.
Dərin hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
31 avqust 1993-cü il
____________Milli Kitabxana____________
125
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ BİLL KLİNTON CƏNABLARINA
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ VİTSE-
PREZİDENTİ ALBERT QOR CƏNABLARINA
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI KONQRESİNİN
SPİKERİ TOMAS FOLİ CƏNABLARINA
Hörmətli cənablar!
Sizə 1992-ci ilin dekabrında ABŞ konqresi tərəfindən qəbul olunmuş
azadlığı müdafiə haqqında məlum aktla əlaqədar müraciət edirəm. Həmin
akta uyğun olaraq keçmiş Sovet İttifaqı respublikalarına yardım göstərilir və
bu akt Azərbaycan Respublikasına belə yardım göstərilməsini qadağan edir.
Azərbaycan xalqı, habelə erməni - azərbaycanlı münaqişəsi haqqında
həqiqəti bilənlərin hamısı bunu çox böyük ədalətsizlik və ya yolverilməz
anlaşılmazlıq kimi qarşılamışlar. Mənə məlum olduğuna görə, Azərbaycan
barəsində bu ayrı-seçkilik tədbiri Azərbaycan tərəfindən Ermənistanın
uydurma "blokadası" ilə əlaqədar nəzərdə tutulmuşdur. Həmin tədbir Qərbin
kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən aparılan yaxşı təşkil
olunmuş təbliğat kampaniyasının bəhrəsidir və onun gerçəkliklə heç bir
əlaqəsi yoxdur.
Əvvəla, Ermənistan Respublikasının digər dövlətlər (Türkiyə, İran,
Gürcüstan) ilə sərhədləri var və bu sərhədləri Azərbaycan blokadaya almaq
iqtidarında deyildir. İkincisi, söhbət Azərbaycan ilə Ermənistan arasında
nəqliyyat kommunikasiyalarından gedir ki, onlar da beş ildən çoxdur.
Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində dağılmışdır.
Bundan nəinki Ermənistan, həm də Naxçıvan Muxtar Respublikasında
yaşayan azərbaycanlılar böyük əziyyət çəkirlər. Biz bu kommunikasiyaların
bərpası üçün öz tərəfimizdən hər şeyi etməyə hazırıq. Lakin bundan ötrü atəşi
dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır.
Azərbaycan münaqişənin dincliklə aradan qaldırılmasına, ATƏM-in
Minsk prosesinə öz sadiqliyini dəfələrlə təsdiq etmişdir. Ancaq hər dəfə
ATƏM-in Minsk qrupu çərçivəsində müvəffəqiyyətlər nəzərə çarpmağa
başladıqda,
onlar Ermənistan tərəfindən təcavüzkar əməllərlə alt-üst
olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın geniş
ərazilərinin işğalı BMT Təhlükəsizlik Şurasının 822 və 853 nömrəli məlum
qətnamələrində öz təsdiqini tapmışdır. Bu qətnamələr yerinə yetirilməmiş
qalmışdır. Üstəlik, Ermənistan beynəlxalq birliyə meydan oxuyaraq, BMT
nizamnaməsinə, Helsinki yekun aktına, ATƏM-ə məhəl qoymayaraq, öz
təcavüzünü davam etdirir. Onun təcavüzü genişlənərək, Azərbaycan xalqına
qarşı əsl