MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə60/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   56   57   58   59   60   61   62   63   ...   256

____________Milli Kitabxana____________

142


işlətməliyəm-zibillənibdir. Daxili işlər orqanları, polis orqanları ayrı-ayrı

səriştəsiz, ləyaqətsiz adamlar, böyük vəzifələr tutmuş adamlar tərəfindən

siyasətə cəlb olunub, burada əcaib proseslər meydana çıxıb, hətta inkişaf

tapıb.


Dünyanın heç bir ölkəsində, o cümlədən demokratiya nöqteyi-nəzərindən,

dövlətçilik baxımından ən inkişaf etmiş ölkələrdə polis orqanları siyasətə

qoşulmur, siyasətdən kənarda durur, heç bir siyasi tədbirdə, siyasi proseslərdə

iştirak edə bilməz. Onlar dövlətə xidmət edir, dövlətin möhkəmlənməsinə,

dövlət orqanlarının fəaliyyətinin təmin olunmasına xidmət edirlər. Bu,

Amerikada da belədir. İngiltərədə də, Fransada da, Türkiyədə də, İranda da

və başqa ölkələrdə də belədir.

Lakin yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhval-

ruhiyyə, hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən adam,

peşə hazırlığı olmayan adam və mənəviyyatca pozğun mövqelərdə duran

adamlar burada cürbəcür təşkilatlar yaradıb - "Boz qurd" təşkilatı, "Boz qurd"

fəxri adı... Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə

xidmət etmək, ictimai asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə

aparmaq əvəzinə bəzən cinayətkarlar yuvasına döndü, burada cürbəcür siyasi

proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən

kənar səviyyədə siyasi proseslər meydana çıxdı. Təəssüf ki, Azərbaycanın o

vaxt ümumi mühiti elə idi ki, onlar bizim  informasiya orqanları  tərəfindən

təbliğ edilirdi, hətta bəzi adamlar tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul

olunurdu. Şübhəsiz ki, onlar da elə o səviyyədə olan adamlar idi.

Mən Türkiyənin dövlət rəhbərləri ilə dəfələrlə söhbət aparmışam. "Boz

qurd" ümumiyyətlə Türkiyədə meydana gəlmiş bir hərəkatdır. Şübhəsiz ki,

biz demokratik prinsiplərə riayət edərək heç bir ictimai-siyasi hərəkatın

meydana gəlməsinə etiraz etməmişik və etiraz etmirik. Ancaq "Boz qurd"un

məkanı, vətəni olan Türkiyədə heç vaxt polis "Boz qurd"a qoşulmayıbdır.

Polis orqanlarında "Boz qurd" heç bir fəaliyyət göstərməyibdir. İndi görün nə

qədər iyrənc, dəhşətli və gülməli haldır ki, burada daxili işlər naziri özbaşına

belə bir fəxri ad müəyyənləşdirib. Yaxşı polis işçisinin ən yüksək fəxri adı

"Boz qurd" adı idi. Bu, nə qədər əcaibdir!

Yaxud Azərbaycanda ən yüksək poliqrafik səviyyədə cürbəcür qəzetlər

çıxırdı. Ancaq mənaca, məzmunca yox, şəkillərinə görə, poliqrafiya icrasına

görə yüksək səviyyədə. Bu da, şübhəsiz, xüsusi məsrəf, yəni xüsusi vəsait

tələb edir. Belə bir qəzet, "Boz qurd" qəzeti bu binada çıxırdı. Əgər polisin

işinə, Daxili İşlər Nazirliyinin fəaliyyətinə aid problemləri işıqlandırmaq

lazım idisə, nazirlik daxili qəzet də çıxara bilər. Vaxtı ilə Daxili İşlər

Nazirliyində belə qəzet çıxırdı, indi, şübhəsiz ki, ondan da yüksək səviyyədə

qəzet buraxmaq olar. Amma "Boz qurd" qəzet çıxarıblar, bir nömrədə beş

yerdə daxili işlər nazirinin şəklini verib, yaxud da cürbəcür belə iyrənc işlərlə

məşğul olublar. Peşəkar polis işçilərini dağılıb, polisdən heç bir məlumatı

olmayan cürbəcür adamları buraya toplayıb insanlara əziyyət ver-



____________Milli Kitabxana____________

143


mək, adamları incitmək, vətəndaşları, cəmiyyəti belə ağır vəziyyətə salmaq

nəyə yarayar! Ola  bilərmi ki, daxili işlər naziri həm nazir vəzifəsini yerinə

yetirsin, həm də gedib mitinqlərdə çıxış etsin? Bu, hansı demokratiya

qanunlarına uyğundur, hansı dövlət qanunlarına uyğundur? Bunların hamısı

yaramaz hallardır.

Mən bu məsələlərin üzərində çox dayanmaq istəmirəm. Çünki bunlar nə

qədər böyük zərbə, öz mahiyyətinə görə nə qədər çirkin olsa da, polis

orqanlarına, daxili işlər orqanlarına nə qədər ləkə vurmuş olsa da, inda bu

barədə çox danışmağa layiq məsələlər deyildir. Mən bunları deməklə

münasibətimizi bildirmək və qeyd etmək istəyirəm ki, Azərbaycanın

müstəqilliyi və Azərbaycan dövlətinin özü güclü Daxili İşlər Nazirliyi, güclü

polis orqanları ilə təmin olunmalıdır. Azərbaycanın dövlət röhbərliyi belə bir

orqanın yaranması və inkişaf etməsi üçün səy göstərəcəkdir. Bu sizdən də

çox asılı olacaqdır. Şübhəsiz ki, biz Daxili İşlər Nazirliyinin, polis

orqanlarının qanun çərçivəsində tam fəaliyyət göstərməsi üçün şərait və

imkanlar yaradacağıq. Ancaq Daxili İşlər Nazirliyi orqanları, onun qoşun

hissələri, polis orqanları bu imkanlardan qanun çərçivəsində, dövlət

mənafeyinə, Azərbaycanın milli mənafeyinə, Azərbaycan vətəndaşlarının

hüquqlarının qorunması mənafeyinə uyğun surətdə səmərəli istifadə

etməlidirlər.

Ona görə də siz özünüz son illərdə sizin orqanlarda gedən prosesləri

obyektiv, doğru-düzgün təhlil etməlisiniz, sizi ləkələyən, işinizə maneçilik

törədən, peşə sahənizə zərər vuran bütün hallardan xilas olmalısınız, onları

kənarlaşdırmalısınız. Daxili

İşlər Nazirliyinin tərkibində,

onun şəxsi

heyətinin tərkibində, birinci növbədə rəhbər işçilərin fəaliyyətində mənəvi

dəyərləri möhkəmləndirməlisiniz, inkişaf etdirməlisiniz və beləliklə də,

Daxili İşlər Nazirliyinin bütün sistemlərində, yuxarıdan aşağıya qədər -

nazirliyin rəhbərliyindən polis nəfərinə qədər sağlam əhval-ruhiyyə, sağlam

mənəviyyat yaratmalısınız.

Polis orqanlarının fəaliyyəti bir tərəfdən polis işçilərinin, Daxili İşlər

Nazirliyi işçilərinin biliyindən, bacarığından, peşə səviyyəsindən asılıdırsa,

digər tərəfdən bu orqanlarda möhkəm, dəmir nizam-intizamdan asılıdır. Bu

nizam-intizam nə qədər möhkəm olsa, nə qədər sağlam olsa, nə qədər

qanunlara istinad etsə, eyni zamanda nə qədər ədalətli olsa, sizin işiniz də bir

o qədər səmərəli olacaqdır. Bunlarla yanaşı polis orqanları işçilərinin hər biri

yüksək mənəviyyat nümunəsi olmalıdır. Siz bilməlisiniz ki, polis orqanlarına,

Daxili İşlər Nazirliyinin işçilərinə xüsusi səlahiyyətlər verilir. Qanun onlara

öz fəaliyyətini həyata keçirmək üçün xüsusi səlahiyyətlər verir.

Ancaq bu səlahiyyətlərdən ədalətlə, qanun çərçivəsində, cəmiyyətin,

dövlətin, vətəndaşların mənafeyini qorumaq naminə istifadə etmək lazımdır.

Təəssüf ki, indi mövcud olan hal on il, iyirmi il bundan qabaq da olub, amma

son dövrlərdə bu, çox ifrat səviyyəyə gəlib çatıb: polis orqanları işçilərinin öz

vəzifələ-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə