MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə63/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   59   60   61   62   63   64   65   66   ...   256

____________Milli Kitabxana____________

149


bəblərə görə biz məğlubiyyətlərə uğrayırıq. Dediyim kimi, torpağımızın bir

hissəsi əlimizdən gedib, lakin bu gün şəksiz-şübhəsizdir ki, Azərbaycan xalqı

əsrlər boyu torpağını qoruduğu kimi, indi də Azərbaycanın qeyrətli, namuslu,

cəsarətli oğulları Vətəni qoruyaraq şəhid olurlar, canlarını qurban verirlər. Bu

müddətdə minlərlə həmvətənimiz həlak olub. Onların çoxu döyüşərək, cəsarət,

qəhrəmanlıq göstərərək, xalqına, torpağına sədaqətli olaraq dünyasını tərk edib.

Bu, bizim üçün bir tərəfdən faciədirsə, digər tərəfdən Azərbaycan xalqının

qüdrətini, mətanətini, cəsarətini bir daha nümayiş etdirən amildir. Azərbaycan

torpaqlarını müdafiə edərək həyatlarını qurban vermiş, şəhid

olmuş


həmvətənlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah onlara rəhmət

eləsin, qəbirləri nurla dolsun.

Bu gün biz müdafiə vəziyyətindəyik, ancaq xalq ümidlərini itirmir.

Azərbaycan xalqı öz torpaqlarını geri qaytarmalıdır, ərazi bütövlüyünü bərpa

etməlidir. Xalqımız öz suverenliyini, öz müstəqilliyini qorumağa qadir xalqdır.

Təəssüf ki, Azərbaycan xalqının içində, mənəviyyatında olan imkanlardan bu

dövrdə istifadə olunmayıbdır. Aparıcı adamlar, siyasi rəhbərlər, dövlət adamları,

yaxud özlərini sərkərdə adlandıranlar da

olubdur, ancaq onlar xalqın böyük

qüdrətindən, böyük imkanlarından istifadə edə bilməyiblər. Lakin bunların hamısı

müvəqqəti xarakter daşıyır. Bir də deyirəm, xalqımız qüdrətli xalqdır, əsrlər boyu

ciddi imtahanlardan keçmişdir, bu imtahandan da çıxacaqdır və mən buna şübhə

etmirəm ki, Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz

torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını

özü quracaqdır.

Ancaq bu o qədər də asan iş deyil. Bunun üçün hamı birləşməli,

Azərbaycan xalqının gücü bir yerə toplanmalı, hamı bir hədəfə vurmalıdır.

İndi gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını versin, öz borcunu

versin. Hamı borcludur. Heç kəs deyə bilməz ki, borclu deyil. Xalqın

övladları bu torpaqla doğulub dünyaya gəliblərsə, atalarımızın, babalarımızın

ruhu bizim üçün müqədləs və əzizdirsə, öz borcumuzu verməliyik. Bu,

hamının borcudur. Təəssüf ki, bəzi adamlar belə hesab edirlər ki, kimsə qoy

gedib torpağı müdafiə etsin, amma o birisi öz şəxsi işi ilə məşğul olsun.

Kimsə vuruşsun, o birisi isə kənarda dursun, gözləsin görək nə olur.

Son illərin ən əcaib hadisəsi ondan ibarətdir ki, Azərbaycanın bu ağır

dövründə birləşib torpaqlarımızı qorumaq, millətimizin, xalqımızın şərəfini

qorumaq, tariximizi qorumaq əvəzinə ayrı-ayrı qruplar, ayrı-ayrı şəxslər bu

fürsətdən istifadə ediblər, vəzifə, məqam hərisliyinə düşüblər, öz şəxsi

mənafelərinə, şəxsi məqsədlərinə nail olmağa çalışıblar. Meydana gündə bir

siyasətçi çıxıb, ancaq sonra iç üzləri açılıbdır. Təəssüf. Ancaq yəqin ki,

xalqımız bunları da görməlidir. Yəqin ki, cəmiyyətin içində olan bu ünsürlər

də meydana çıxmalı idilər.

Heç də bu fikirdə deyiləm ki, Azərbaycanı bürümüş bulanıq su indi artıq

durulub, yox bu su hələ çox bulanıqdır. Biz bulanıq göl içindəyik. Bəli,

hamımızın gücü ilə gərək bu palçıqdan, bu-



____________Milli Kitabxana____________

150


lanıq sudan çıxaq, təmizlənək. Gərək hər kəs birinci növbədə xalqın ümumi

mənəviyyatına sədaqət göstərərək öz mənəviyyatını nümayiş etdirsin və xalqı

bu vəziyyətdən çıxarmağa kömək etsin.

Bu sahədə biz çox tədbirlər görməliyik. Qarşımızda vəzifələr çoxdur.

Ancaq şübhəsiz ki, tək mən, yaxud da ki, mənimlə bərabər bir neçə adam

bunların hamısının öhdəsindən gələ bilməz. Xalq birləşməlidir. Xalqın ağlı,

zəkası, biliyi birləşməlidir. Elə etməliyik ki, bu ağır müharibə vəziyyətindən

çıxaq. Mən indi bunun çıxış yolları haqqında danışmaq istəmirəm. Biz həm

siyasi fəaliyyəti gücləndirməliyik, həm respublikamızın müdafiə qüdrətini

möhkəmlətməliyik, həm də ordu sıralarında, yaxud da ayrı-ayrı yığma

batalyonlarda olan quldurları kənarlaşdırıb sağlam qüvvələri toplamalıyıq.

Ancaq hamımız gərək bilək ki, indi Azərbaycan Respublikası qan

içindədir. Respublikamız öz müstəqilliyini qorumaq üçün çox işlər

görməlidir. Müstəqillik təkcə siyasi xarakter daşımır. Müstəqillik tək ondan

ibarət deyildir ki, bizi beynəlxalq təşkilatlar tanıyıblar. Müstəqillik birinci

növbədə odur ki, işğal olunmuş torpaqlarımız geri qaytarılsın. Ona görə də

hamı birləşməlidir. Hamı ayağa qalxmalıdır. Hamı səfərbər olmalıdır.

Rəhmətlik Səməd Vurğunun dahiyanə sözləri daim yadıma gəlir. O vaxt, 41-

ci, ya da 42-ci ildə o dedi ki, müsəlləh əsgərəm mən də bu gündən. O vaxt biz

ümumi sovet vətənini qoruyurduq. İndi biz öz doğma torpağımızı, müstəqil

Azərbaycan dövlətini qoruyuruq, ona görə də peşəsindən, vəzifəsindən asılı

olmayaraq indi hər kəsdə, hər vətəndaşda bu hissiyyat daha güclü olmalıdır,

Güman edirəm ki, biz buna nail ola biləcəyik, hamımız birləşib bu ağır

müharibə vəziyyətindən çıxa biləcəyik.

İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük

tarixi bir hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki,

biz bununla fəxr etməliyik. Eyni zamanda bu tarixi nailiyyəti

qiymətləndirməliyik, əlimizdə möhkəm saxlamalıyıq. Bu müstəqillik

dünyada, o cümlədən keçmiş sovetlər birliyində əsrin ikinci yarısında,

xüsusən 70-ci, 80-ci illərdən başlayaraq gedən ictimai-siyasi proseslərin

məntiqi nəticəsidir.

Biz müstəqilliyi silahla, dava ilə, üsyanla əldə etməmişik. Bu müstəqillik

tarixi prosesdir, onu ictimai-siyasi proseslər əsasında əldə etmişik. Qoy heç

kəs deməsin ki, kimsə bir qəhrəman kimi bu müstəqilliyin sərkərdəsidir,

yaxud müstəqilliyi əldə edən bir siyasi xadimdir. Müstəqillik heç kəsə, heç

bir təşkilata mənsub deyildir. Müstəqillik xalqa mənsubdur Bu, tarixin,

taleyin xalqa bəxş etdiyi böyük bir nemətdir. Biz bunu qiymətləndirməliyik.

Ancaq müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki,

müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək,

möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır. Bu sahədə çox iş

görməliyik. Təəssüf ki, müstəqillik əldə ediləndən indiyə qədər iş

görülməyibdir. "Müstəqillik, müstəqillik" deyə bağıran adamlar   belə hesab

edirlər ki, onlar bu



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə