MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə64/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   60   61   62   63   64   65   66   67   ...   256

____________Milli Kitabxana____________

151


müstəqilliyin qəhrəmanıdırlar və müstəqillik Azərbaycan üçün artıq bütün

şəraitləri yaradıbdır. Bax buna görə də Azərbaycan belə vəziyyətə düşübdür. Son

illər Azərbaycanda gedən proseslər təəssüf ki, respublikanın iqtisadiyyatına,

sosial həyatına, elminə, mədəniyyətinə çox böyük zərər vurub.

Burada çıxış edən natiqlər bəzi fikirlər söylədilər. Mən onlarla razıyam. Lakin

bu fikirlər də Azərbaycan Respublikasının həyatına həmin proseslərin vurduğu

zərərlərin hamısını əks etdirə bilmir. İndi biz müstəqillik şəraitindən istifadə

edərək, Azərbaycan Respublikasının iqtisadi, sosial, intellektual, elmi, mədəni

potensialından səmərəli istifadə edərək nəinki vurulan zərərləri aradan götürməli,

həm də daha yüksək səviyyəyə qalxmalıyıq. Biz müstəqillik şəraitində

həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf

etdirməli, qurub-yaratmalıyıq.

Azərbaycan bundan sonra hansı yolla gedəcək, hansı iqtisadi-siyasi sistemi

seçib inkişaf edəcək? İndi bu sual qarşıda durur. Bu yolun eniş-yoxuşlarını,

çətinliklərini dərk etməyən adamlar, sadəcə olaraq, şüarlarla yaşamışlar. Buna

görə də onlar bu yolun daha da genişlənməsi, yəni müstəqillik yolunun çoxşaxəli

olması lüzumu, daha da müvəffəqiyyətlə irəliyə getmək lüzumu meydana çıxan

kimi öz cılız fikirlərini ortaya atır, başqalarını günahlandırmağa çalışırlar ki, yox,

siz bizim müstəqilliyimizi əldən vermək, geri qaytarmaq istəyirsiniz

.

Mən Milli Məclisin iclaslarında da öz fikrimi bildirmişəm, sizin



qarşınızda da bunu deməyi özümə borc bilirəm ki, Azərbaycan müstəqillik

yolundan dönməməlidir. Azərbaycan ilk dəfə əldə etliyi bu tarixi fürsəti əldən

verməməlidir, nəyin bahasına olursa-olsun müstəqilliyini qoruyub saxlamalı

və müstəqil dövlət kimi inkişaf etməlidir. Buna Azərbaycan Respublikasının

təbii sərvətləri, iqtisadi, elmi-mədəni, intellektual potensialı imkan verir.

Lakin bu potensialların bəziləri qurumuş vəziyyətdədir, bəziləri durğun

haldadır. Bunları canlandırmaq, hərəkətə gətirmək, inkişaf etdirmək,

bunlardan səmərəli istifadə etmək lazımdır. Təəssüf ki, müstəqillik haqqında

çox bağıran adamlar bu milli sərvətlərimizi həm görməyiblər, həm də

onlardan istifadə etməyi bacarmayıblar, yaxud da ki, istifadə etmək

istəməyiblər.

Dediyim kimi, çox vacibdir ki, respublikamız müstəqil bir dövlət kimi

hansı siyasi, ictimai, iqtisadi sistem üzrə gedəcəkdir. Bizim yolumuz

demokratiya yoludur, biz demokratiya yolundan dönməməliyik. Bizim

yolumuz siyasi plüralizm yoludur, biz bu yoldan dönməməliyik. Biz

Azərbaycanda çoxpartiyalı sistem, çoxpartiyalı cəmiyyət üçün şərait

yaratmalıyıq. Əmin olun ki, mən bu mövqeyimdən dönməyəcəyəm.

Azərbaycanda insan azadlığı, təşəbbüs azadlığı, din azadlığı, dil azadlığı,

sahibkarlıq azadlığı - bütün azadlıqlar təmin olunub. İnsan hüquqları, insan

haqları qorunmalıdır. Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının

hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir. Azərbaycan

keçmiş kommunist rejiminə, sosialist siste-




____________Milli Kitabxana____________

152


minə, keçmiş iqtisadi-siyasi sistemə qayıtmamalıdır. Mən Azərbaycanda

yenidən fəaliyyətə başlamışam, bu mövqedə dururam və güman edirəm ki,

Azərbaycan vətəndaşlarının əksəriyyəti belə fikirdədir və ziyalılar da yəqin

ki, bu fikirləri qəbul edərlər. Bilirəm ki, ziyalıların əksəriyyəti bu fikirlərlə

yaşayır.

Ancaq bu prinsiplərin gerçəkliyini təbliğ etmək, onları həyatımızın bütün

sahələrində tətbiq etmək asan məsələ deyil. Çünki bəzən ayrı-ayrı qüvvələr,

ayrı-ayrı şəxslər öz şəxsi məqsədlərinə nail olmaq üçün bu prinsiplərdən sui-

istifadə edirlər. Bəzən də, siz bunun şahidi olmusunuz, demokratiyanı

özbaşınalıq kimi, qanunsuzluq kimi, xaos kimi anlayan adamlar, hətta dövlət

başında olan adamlar Azərbaycanı gətirib bu ağır vəziyyətə salıblar.

Lakin bu prinsipləri həyata keçirmək üçün xalqın, millətin qabaqcıl

qüvvələri, ağıllı, zəkalı, elmli adamları, ziyalı adamları siyasi meydana

çıxıblar, siyasi, ictimai fəaliyyətdə olublar. Son illəri, yəni təkcə bu bir ili,

Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrü yox, 90-cı ili, 89-cu, 88-ci,

ondan qabaqkı illəri götürün. Bu dövrlərdə böyük bir qarmaqarışıqlıq

içərisində doğrudan da milli azadlıq uğrunda mübarizə aparan qüvvələrlə,

şəxslərlə yanaşı, bu şəraitdən öz şəxsi məqsədləri üçün sui-istifadə edən

adamlar da  meydana çıxdılar. Bəzi hallarda onlar üstün gəldilər. Mən

Moskvada yaşayırdım. 88-ci ildə Bakının Azadlıq meydanında yüz minlərlə

adamın iştirakı ilə keçirilən mitinqlərin sədası bəzən oraya da gəlib çatırdı...

Sonra bu meydan bizim ziyalıları da cəlb etdi. Ancaq təəssüf ki, bundan

sonra həmin proseslərdən ayrı-ayrı adamların şəxsi məqsədləri üçün istifadə

olundu. Ona görə də xalq hərəkatdan müəyyən qədər uzaqlaşdı, soyudu.

Mən demirəm ki, daim gərginlik olmalı idi. Ancaq bu, xalq azadlıq

hərəkatı idi. Torpaqları qorumaq əzmi ilə yaşayan Azərbaycan xalqının öz

təzahürünü meydanlarda tapan coşğunluğu, həyəcanı, narahatlığı bundan

sonra ayrı-ayrı qüvvələr tərəfindən bir yandan söndürüldü, bir yandan da

təzyiq altına alındı. Digər tərəfdən də meydana elə adamlar çıxdılar ki, bu

hərəkatdan öz mənfur məqsədləri üçün istifadə etməyə çalışdılar və təəssüf

ki, bir çoxları buna nail oldular.

Azərbaycanda demokratiya prinsiplərini bərqərar etmək, tətbiq etmək

üçün respublikamızın və dövlət orqanlarının ziyalılara çox böyük ehtiyacı

var. Burada bəzi natiqlər Azərbaycan parlamentinin tərkibi haqqında öz

fikirlərini söylədilər. Doğrudur, kiminsə dediyi kimi, vaxtilə norma

qoyulurdu - neçə nəfər kolxozçu, neçə nəfər fəhlə olmalıdır. Bunlar artıq

tarixə keçmiş hallardır. Şübhəsiz ki, həqiqi demokratiya bu yolla təmin edilə

bilməzdi. Lakin sonrakı parlament seçkilərində (mənim xatirimdədir. O

vaxtlar Moskvada idim, sonra Naxçıvana gəldim) bəzi qəzetlərlə oxuyurdum

ki, səkkiz nəfərin namizədliyi irəli sürülüb. Onların arasında professor da ,

akademik də var idi. Məsələn, Ziya Bünyadov kimi məşhur akademik də var

idi. Amma seçicilər nədənsə bir nəfər tanınmayan və Azərbaycan xalqı qarşı-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə