____________Milli Kitabxana____________
155
başqa təşkilatlar da istəyirdi. Çox düşündük, nəhayət, mən o binanın
akademiyanın Əlyazmalar Fonduna verilməsi haqqında qərar qəbul etdim. Nə
üçün? Çünki Əlyazmalar Fondu, əsrlərdən bəri qalmış o kitablar bizim üçün
böyük bir sərvətdir. Onlar burada bu binanın zirzəmilərində pis vəziyyətdə idi.
Onları çıxarıb bir muzey nümunəsi kimi yaxşı saxlayıb istifadə etmək üçün bu
binanı Əlyazmalar Fonduna verdik və onun əsasında elmi institut yaratmaq
haqqında qərar qəbul etdik. Tarixçilərimiz üçün böyük imkan açdıq, şərait
yaratdıq ki, bunlardan istifadə olunsun.
Təəssüf ki, bunlardan lazımi qədər istifadə edilməyib. Bu gün nə üçün bu
mövzuya toxunuram? Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya
yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu
gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına,
respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə də tarixçilərimizin
qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür.
Mən o vaxtlar - Azərbaycanda işlədiyim dövrdə də deyirdim, indi də bu sözlərin
üstündə dururam ki, tarixçilərimiz üçün bütün şəraiti yaratmağa hazıram. Bir
şərtlə ki, bu şəraitin övəzində biz tarixçilərimizdən Azərbaycan tarixini bu gün
üçün, gələcək nəsillər üçün və bütün gələcək üçün yaxşı əks etdirən əsərlər ala
bilək. Odur ki, bu baxımdan bir məsələyə də toxunmaq istəyirik: tarixi təhrif
etmək olmaz. Bu 70 illik sovet dövründə tarix, ümumiyyətlə dünya tarixi, o
cümlədən Azərbaycan tarixi, habelə keçmiş Sovetlər İttifaqının ərazisində
yaşayan digər millətlərin tarixi təhrif edilib. Nə üçün təhrif edilib? Çünki o vaxt
vəziyyət belə idi və bu, çox adi bir hal idi.
Bunu deməklə biz heç də özümüz-özümüzü ləkələmirik. Bu, bizdən asılı
olmayan bir şeydir. Çünki marksizm-leninizi ideologiyası vardı. Hər bir
sistemin ideologiyası olmalıdır. Məsələn, o zaman tarixçilər bir şəxsin fəlsəfi
görüşlərini araşdırarkən, bir əsər yazarkən çalışırdılar ki, bunu marksizm-
leninizm ideologiyasına uyğunlaşdırsınlar. Çalışırdılar bir sənəd tapsınlar ki,
guya Nizami Gəncəvi də marksist-leninçi olmaq istəyirmiş. Axı bu belə
deyildir. Düzdür, məsələn, əgər axtarıb tapsaydılar və layiqincə göstərə
bilsəydilər ki, dünyanın böyük filosofu Höte özünün bəzi fəlsəfi müddəalarını
Nizami Gəncəvinin fəlsəfi fikirləri əsasında izah etmişdir - bu isə tarixi
həqiqətdir - əgər bunu sübut etsəydilər, əlbəttə ki, obyektivlik olardı. Ancaq
bu, bizim tarixçiləri o qədər də maraqlandırmırdı. Bu da onların günahı
deyildir, mən heç kimi təqsirləndirmək istəmirəm. Bu, o zamankı
quruluşumuzun, dövrün ümumi bəlaları idi
Bu fikri tamamlayaraq demək istəyirəm ki, ötən 70 illik dövrdə tariximiz
təhrif edilmişdir, həm XX əsrin, həm XIX əsrin tarixi, həm də ondan əvvəlki
dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir,
amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. İndi isə bir qütbdən o biri
qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər
bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün
bəladır, xalqımızın ən parlaq dövrü yal-
____________Milli Kitabxana____________
156
nız 1918-ci ildən 1920-çi ilədək olan dövrdür. Heç ondan əvvəlki dövrlərə də
fikir verilmir. Əlbəttə ki, "Bir dəfə qalxan bayraq bir daha enməz" fikri dəyərli
sözlərdir. Amma bu sözləri dəfələrlə təkrar etməklə Azərbaycanın müstəqilliyini
təmin etmək mümkün deyildir. Azərbaycanın həqiqi tarixini bu gün xalqımıza,
vətəndaşlarımıza və respublikadan kənarda olub ona maraq göstərən adamlara
çatdırmaq mümkün deyildir.
Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir.
Təəssüf ki, bu ideallaşdırma xəstəliyi 70 illir beynimizə kirmişdir. Bundan xilas
olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-
leninizm elmini, onun prinsiplərini, Marksı, Lenini ideallaşdırmışdırsa, indi də
ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm:
Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük
şəxsiyyətləri XX əsrin əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan
Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş
görmüşlər. Bu, şəksiz-şübhəsizdir. Ancaq gəlin açıq danışaq: belə çıxır ki, bir
vaxtlar deyirdilər, tariximizdə Kommunist Partiyasının, Sovet hökumətinin
tarixindən savayı heç nə yoxdur. Bir müddət də deyirdilər ki, Stalindən, sonra isə
Lenindən savayı heç kəs yoxdur. Burada da deyirlər ki, Məmmədəmin
Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsib bəy
Yusifbəyov, Hacınski, Əlimərdan bəy Topçubaşov, Behbud bəy Şahtaxtinski və
başqaları? Mən bu adların hamısını saymaq fikrində deyiləm, bəlkə də siz bu
adları məndən də çox bilirsiniz. Ancaq bir adamı bütləşdirmək, ideallaşdırmaq
lazım deyildir. Bu xəstəlikdən yaxa qurtarıb tarixin hər bir dövrünü olduğu kimi
yazmaq lazımdır. Bu tarixçilərimizin əsas vəzifəsidir. Azərbaycan müstəqil
dövlət kimi, şübhəsiz ki, öz tarixi, adət-ənənələri ilə və əsrlər boyu xalqın
yaratdığı mədəniyyət əsərləri ilə fəxr edir. Xalqımız qədim xalqdır, böyük tarixə,
böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini,
dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən
çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq
hissini, azərbaycanlılıq hissini yüksəldərik. Müstəqillik dövründə torpaqlarımızı
müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu, çox
gərəklidir, lazımdır.
Tariximizin böyük səhifələrini, intibah dövrünü - XI-XII əsrlərdə Nizamini,
Xaqanini, Fələkini, Məhsətini götürsək, onların hamısının yaradıcılığı geniş
yayılmışdır. Ancaq təkcə bir cəhəti xatırlatmaq istəyirəm. Nizami Gəncəvinin
800 illiyi 1948-ci ildə keçirilmişdir. 1981-ci ildə biz Nizaminin ədəbi irsinin
öyrənilməsi haqqında böyük bir qərar qəbul etdik. Nizami Gəncəvinin 840 illiyini
böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tuturdular ki, 840 il
yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir
şəxsiyyətdir, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun
yubileyi hər il keçirilə bilər.
Təsəvvür edin, əgər biz Nizami Gəncəvini yaxşı tanıyırıqsa,