MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə69/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   65   66   67   68   69   70   71   72   ...   256

____________Milli Kitabxana____________

161


linski o dövrdə böyük teatr, mədəniyyət xadimi kimi fəaliyyət göstərərək bu

yolda öz həyatını qurban vermişsə, indi mədəniyyət xadimləri nə üçün

həyəcan təbili çalmırlar ki, mədəniyyətimiz batır, dağılır.

Deyirlər ki, sağ olsun filankəslər mədəniyyətə kömək edirlər. Lakin mən

bunu bu şəkildə qəbul edə bilmirəm. Necə yəni, dövlətin teatrı təmir etməyə

imkanı yoxdur? Bu, nə məsələdir? Mən hələ görməmişəm, deyirlər ki, ayrı-

ayrı adamlar özlərinə üçmərtəbəli bağ evləri, binalar tikdirmişlər. Allah

sağlıqlarına qismət eləsin, heç kəsə paxıllığım yoxdur. Ancaq birinci növbədə

teatr tikmək lazımdır. Xalq üçün, onun mədəniyyətinin inkişafı üçün teatrın

nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirsiniz. Bir daha deyirəm, o dövrdə,

ötən əsrin sonunda və XX əsrin əvvəlində qabaqcıl fikirli, xalqın mədəniyyəti

haqqında düşünən, həm də imkansız adamlar teatrın qayğısına qalırdılarsa,

indi dövlətin bizim əlimizdə olduğu bir vaxtda nə üçün qayğını hiss etmirik.

Hacı Zeynalabdin Tağıyevə Allah rəhmət eləsin, vaxtilə teatr binası

qoyub getmişdir. Sonra isə o bina dağıldı. İndi yenidən tikinti işləri yaxşı

gedir, ancaq binanın memarlığına baxanda narahat oldum. Axı Azərbaycanın

böyük memarlıq, rəssamlıq məktəbi var. 800-900 il bundan əvvəl

Azərbaycan memarları bütün Şərqdə məşhur olan abidələr yaratmışlar.

Əcəmi Naxçıvaninin yaratdığı abidələr təkcə Naxçıvanda deyil, Şərq

ölkələrinin bir neçəsində indi də qalmaqdadır. Şirvanşahlar sarayını tikən

memarlar öz işlərinə əsl milli təfəkkürlə yanaşmışlar. Bəs indikilər? Yeni

tikilməkdə olan teatr binasında Azərbaycan memarlığının bir nümunəsini də

görə bilmədim. Həmin binanın hansı üslubda tikildiyini başa düşmədim.

Musa Nağıyevə Allah rəhmət eləsin, bu binanı qoyub getmişdir. Gözəl

binadır. Azərbaycan xalqı ondan istifadə edir. Memarlıq baxımından burada

da qarmaqarışıqlıq çoxdur, mən bunu təhlil etmək istəmirəm. Ancaq

Azərbaycan xalqının memarlıq, incəsənət nümunələri burada çoxdur. Səhv

etmirəmsə, bu bina 1913-cü ildə tikilmişdir. Əgər Musa Nağıyev, binanı

tikdirərkən bu məsələyə fikir vermişsə, indi 1992-1993-cü illərdə tikilən yeni

bina niyə milli memarlıq üslubunda olmasın?

Güman edirəm ki, dediklərimi düzgün qəbul edəcəksiniz. Tənqidi fikirlər

çox oldu, lakin bu, ünvansız tənqiddir. Eyni zamanda, sizə də, mənə də,

başqalarına da aiddir. Bəlkə də mən özümə bəraət qazandıra bilərəm ki, on

ildən çox müddətdə burada olmamışam, ancaq fikrən burada olmuşam. Bir

sözlə, elmimiz, mədəniyyətimiz yaşamalı, inkişaf etməlidir.

Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq

istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son

qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı İqtisadiyyat

olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının

tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar,

Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu

akademiyanın çərçivəsində Azərbaycan elmi çox

inkişaf etmişdir.

Akademiyanın fəaliyyətini tənqid etmək də olar, naqis cəhət-




____________Milli Kitabxana____________

162


lər də var. Ancaq ümumən götürüldükdə şübhəsiz ki, elmin keçdiyi inkişaf

yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq

asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq,

sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi?

Əlbəttə, yox.

Son bir il ərzində akademiya haqqında fikir söyləyənlər özləri əvvəllər

akademiyada işləmiş adamlar idi. İki gün əvvəl Ziya Bünyadovla söhbət edirdim.

Dedim ki, günahlar hamısı səndədir. Çünki kimdən söz düşürsə, deyir ki, o

mənim aspirantım, laborantım olub. Dedim ki, yaxşı, o adamları sən belə

öyrətmişdin, nədir? (Salonda gülüşmə) Yeganə bir şeylə təsəlli tapır: Əbülfəz

Elçibəy deyib ki, Ziya Bünyadova dəyməyin, o mənim müəllimim olub. (Salonda

gülüşmə).

Bir daha deyirəm ki, dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix,

insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə

tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil

olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət

göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf

etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda

qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək

istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar

xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür

kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali

təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir. Şübhəsiz ki,

bazar iqtisadiyyatına keçdiyimiz indiki şəraitdə burada müəyyən çətinliklərlə

rastlaşacağıq. Ancaq güman edirəm ki, bunların öhdəsindən gələ bilərik.

Bu gün buraya, sadəcə olaraq, sizinlə görüşmək üçün gəlmişəm. Lakin

mən belə başa düşdüm ki, siz buraya prezident seçkiləri ilə əlaqədar

toplaşmısınız. Mən sizə açıq demək istəyirəm, buna inanın, dəfələrlə də

demişəm, - Azərbaycanda yenidən böyük bir vəzifə tutmaq arzusunda

olmamışam. Bilirsiniz ki, 1982-ci ilin dekabrında Azərbaycandan getmişdim.

1987-ci ilin oktyabrın sonunda tutduğum vəzifələrdən - Siyasi Büronun üzvü,

SSRİ


Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən azad

edilmişdim. Ondan sonrakı illər məndən ötrü ağır, çətin dövr olmuşdur.

Ancaq bu ağır, çətin dövrdən, imtahanlardan da çıxdım, iradəm qırılmadı,

əqidəmdən dönmədim.

Mənə qarşı böhtançılıq kampaniyası başlayanda bu işə qoşulanlar az idi,

xalq isə Azərbaycanda işlədiyim dövrdəki fəaliyyətimə lazımınca qiymət

verirdi. Buna görə də mən Azərbaycan xalqına minnətdaram. Düzdür, xalqın

belə nümayəndələrinin bəzən sösi çıxmırdı, bəzən onlara imkan vermirdilər.

Ancaq mən bunu qəlbən hiss edirdim. Azərbaycan xalqı məni böyüdüb, geniş

ictimai-siyasi fəaliyyətlə məşğul olmağım üçün yol açmış, uzun illər mənə

böyük etimad göstərmişdir. Həyatımın ağır dövründə də daim Azərbaycan

xalqının mənə olan müsbət münasibətini, hörmətini, uzaqda olsam da,

duymuşam, hiss etmişəm. Bu tellər heç



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə