MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə65/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   61   62   63   64   65   66   67   68   ...   256

____________Milli Kitabxana____________

153


sında heç bir xidməti olmayan adama səs verdilər. Şübhəsiz ki, bu, təbii hal

deyildi. Ancaq o adam kiməsə lazım idi, Azərbaycanın o vaxtkı kommunist

rəhbərliyinə lazım idi. Buna görə də imkan vermədilər ki, məsələn, alim seçilsin,

ya da  böyük bir dövlət xadimi, mədəniyyət xadimi seçilsin, yaxud yaxşı bir

hüquqçu seçilsin ki, gəlib burada sözünü desin. Elə adamlar seçildilər ki, onlar

da, şübhəsiz, Azərbaycan parlamentində Azərbaycanın ictimai-siyasi intellektual

mənzərəsini, məzmununu təmsil edə bilmədilər.

Ona görə də biz (mən şəxsən öz tərəfimdən deyirəm) demokratiyaya geniş yol

açacağıq. Azərbaycan bundan sonra öz dövlətini demokratik prinsiplər əsasında

qurmalıdır və dövlət orqanları cəmiyyətdə demokratik prinsiplərin bərqərar

olması üçün təminat yaratmalıdırlar. Ancaq gərək alimlərimiz də, ziyalılarımız da

kənarda qalmasınlar, çalışsınlar, çarpışsınlar, həyatımızın bu ağır dövründə

biganəlik etməsinlər. Əgər onların sözü bir dəfə qəbul olunmayıbsa, ikinci dəfə

gəlsinlər, ikinci dəfə qəbul olunmayıbsa, üçüncü dəfə gəlsinlər. Anar burada

şikayətləndi, mən onun şikayətləri ilə razıyam. Çünki doğrudan da belədir - bu,

həqiqətdir. Ancaq bu da o demək deyil ki, inciyib kənara çəkilsin. Heç birimizin

inciməyə ixtiyarımız yoxdur.

Burada mən bir çıxışdan belə başa düşdüm ki, mən kimdənsə inciməliyəm.

Bilirsinizmi xalqdan heç kəs inciyə bilməz. Ola  bilər, ayrı-ayrı adamlardan

inciyəsən. Ancaq incikliyi saxlamaq lazım deyil, kinli olmaq da lazım deyil.

Çünki xalqımızın bu ağır dövründə gərək bu hisslər kənara atılsın. Labüdlük

hissiyyatı var. Hamımızın şüurunda bu hissiyyat gərək hakim mövqe tutsun. Biz

bu ülvi hissiyyatla yaşamalıyıq.

Güman edirəm ki, mən fikirlərimi sizə çatdıra bildim. Azərbaycan

Respublikası bundan sonra bütün demokratik prinsiplərə sadiq qalacaq, onların

həyata keçirilməsini təmin edəcəkdir və hamımız birlikdə Azərbaycanı böyük bir

demokratik respublika kimi dünya demokratiyasına uyğun səviyyəyə çatdıraraq

dünya mədəniyyətinə, dünya ictimaiyyətinə tanıtdıra biləcəyik.

Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz

ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən

proseslərlə - həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan

Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü

işlər yüksək qiymətləndirilibdir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq

bir mərhələsidir. Bu mərhələni biz layiqincə qiymətləndirməliyik və mən də bu

gün sizin qarşınızda bunu bildirmək istəyirəm. Bəli, 1918-ci il may ayının 28-də

Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük

siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən

qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir.

Düzdür, bu demokratik respublika çəmi 23 ay fəaliyyət göstərdi, sonra isə

təslim oldu. Mən bu fikrə yenə qayıdacağam. Biz tariximizi həmişə obyektiv

təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq.

Təəssüf ki, əvvəlki dövrlərə




____________Milli Kitabxana____________

154


aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif edilir. Əgər o vaxt

bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir.

Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq biz

deməliyik ki, demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə,

Fətəlixan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski və

başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət

kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər. Eyni zamanda

onların fəaliyyətinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki,

Azərbaycan 20-ci il aprel ayının 28-də qızıl ordu tərəfindən işğal olundu.

Hələ həmin işğala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib

çatmışdı. Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş

dəfə dəyişib, bu dövlətdə, bu parlamentdə beş partiya iştirak edib: Müsavat

Partiyası, İttihad Partiyası, Əhrar Partiyası, Sosialist Partiyası, hətta

Daşnaksütyun Partiyası. Bu parlament sistemi dövlətin yaşamasına imkan

vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr,

çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən

bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o

dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir

mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını

da bilməliyik ki, o səhvləri daha buraxmayaq.

Bununla əlaqədar olaraq mən tarixçilər haqqında bir neçə kəlmə  demək

istəyirəm. Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən

dövrdə - 70-ci illərdə və 80-ci illərin əvvəllərində dəfələrlə onlara müraciət

etmişdim ki, bizim tariximiz - həm qədim tariximiz, həm orta əsrlər tariximiz,

həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə

yazılmayıb. Tarixçilərin yadındadır ki, mən alimlərlə dəfələrlə görüşmüşdüm,

hər dəfə də öz narahatlığımı bildirirdim. O vaxtlar Sovetlər İttifaqının

çərçivəsində başqa respublikalarla öz işimizi müqayisə edirdik. Həmin

respublikaların tarixçilərinin işləri ilə tanış olarkən daha da narahat olurduq

ki, nə üçün onlar öz tarixlərini yaxşı yaza bilirlər, biz isə yaza bilmirik.

Düzdür, bunun müəyyən obyektiv səbəbləri var idi. Məsələn, bəzi

xalqların əsrlər boyu yaxşı tarixçiləri olub. Onlar tarixi yazıblar, sonrakı

nəsillər üçün böyük tarixi abidələr qoyublar. Bunlar bizdə də var. Məsələn,

bizim Əlyazmalar Fondunda çox dəyərli, zəngin məlumat verən kitablar var.

Amma məsələ tək bunda deyildir. Dünyanın ən böyük kitabxanalarında,

muzeylərində tariximizi əks etdirən çox zəngin kitablar, əlyazmaları, tarixi

sənədlər var. Ancaq bizim tarixçilərimiz onlardan səmərəli istifadə edə

bilmirlər. Ola bilər ki, Sovetlər İttifaqında yaranmış şərait də buna imkan

vermirdi. Lakin yadınızdadır ki, bizim Ali Sovetin binası (mən təzə binanı

nəzərdə tuturam) hazır olanda köhnə bina haqqında cürbəcür müraciətlər

olmuşdu. Bir nazirlik istəyirdi ki, bu binanı ona verək, deyirdilər ki, bu bina

rəhmətlik hacı Zeynalabdin Tağıyevdən bizə yadigar qalıb,




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə