____________Milli Kitabxana____________
169
rın çoxu institut idi. İndi onlara universitet, akademiya adı veriblər. Ancaq adı
dəyişdirməklə məzmun dəyişmir. Əgər adlar kimi məzmun da dəyişsəydi, təhsil
səviyyəsi qalxsaydı, elm səviyyəsi qalxsaydı, mən bu dəyişikliklərin hamısına afərin
deyərdim. İndi də etiraz etmirəm. Ad nə olur-olsun, əsas məzmundur. Əsas məsələ
təhsilin səviyyəsidir, nəticəsidir, o təhsil ocaqlarında elmin səviyyəsidir, elmin
nailiyyətidir. Təəssüf ki, indi bunlarla o qədər də fəxr edə bilmərik.
Son illər təhsil, elm sistemində nəinki irəliləyiş yoxdur, hətta çox hallarda geridə
qalmışıq, geriləmişik. Gənclərin təhsil alması əsas məsələdir. Çünki biz müstəqil
Azərbaycan Respublikasında bundan sonra da xalqımızın ümumi təhsil səviyyəsinin
yüksəlməsini qarşımıza əsas vəzifə kimi qoymuşuq. Ümumi təhsil məsələsi xalqın
mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir. Bu isə gənclərin
təhsili ilə - həm orta təhsili, həm də ali təhsili ilə sıx bağlıdır. Ona görə də biz bu
sahəyə çox fikir verməliyik. Güman edirəm ki, gənclərimiz özləri də çalışacaqlar ki,
bütün imkanlardan istifadə edib yaxşı təhsil alsınlar.
Gənclər arasında son vaxtlar elə bir təbəqə yaranıb ki, təhsil onları o qədər də
maraqlandırmır, mədəniyyət də maraqlandırmır. Nədənsə, çox əcaib adət-ənənələr
meydana çıxıb ki, nə qədər mədəniyyətsiz olsan, ədəbsiz olsan, kobud danışsan, bəzən
hətta ədəbsiz sözlər də işlətsən, o qədər də qəhrəman görünərsən, başqalarından
seçilərsən. Bunlar dövrün bəlalarıdır keçib gedən hallardır. Bu adətlər, belə hallar
uzun sürə bilməz, yaşaya bilməz.
Əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində
qurulmuşdur, yüksək tərbiyə üzərində qurulmuşdur. Mən bizim gənclərimizi də bu
yola dəvət edirəm. Güman edirəm ki, müstəqil Azərbaycan Respublikası gənclərinin
yolu da bu yoldur, onlar bu yolla getməlidirlər. Biz də bu yolla getməkdə sizə kömək
edəcək, şərait yaradacağıq.
Təhsil haqqında danışarkən istərdim ki, həm orta məktəblə, həm də ali məktəbdə
təhsil alan gənclərimiz dünya elminin, dünya mədəniyyətinin əldə etdiyi dəyərlərlə
nəinki tanış olsunlar, habelə onu mənimsəməyə şərait yaradılsın, Azərbaycanda milli
azadlıq hərəkatı meydana çıxandan sonra, müstəqillik meylləri artandan sonra hakim
vəzifələrlə olan adamların siyasəti bir müddət bundan ibarət olub ki, Azərbaycan elə
tək Azərbaycandır, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır.
Azərbaycanlılıq bir ondan ibarət olub ki, kim elə Azərbaycan dilini bilirsə-hətta o
qədər də yaxşı bilmirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, bu, elə əsl
azərbaycanlıdır. Ancaq azərbaycanlı əgər öz ölkəsini, öz xalqını bilirsə, öz
mədəniyyətini bilirsə, eyni zamanda dünya mədəniyyətini bilirsə, bəziləri bunu mənfi
bir şey kimi qəbul ediblər. Mən belə hallarla rastlaşmışam.
Siz bilməlisiniz ki, bu XX əsrdə Azərbaycanın inkişafı Rusiya ilə bağlı olmuşdur.
Avropa elmi, Avropa mədəniyyəti Rusiyadan Azərbaycana gəlmişdir. Mən XX əsri
deyirəm, elə XIX əsrdə də belə idi. Müstəqillik haqqında çox cılız çıxışlar edib,
____________Milli Kitabxana____________
170
müstəqilliyi yalnız milli məhdudiyyətdə görən adamlar belə hesab edirlər ki,
hər şey elə təkcə Azərbaycan miqyasında olmalıdır. Ancaq onlar unudurlar
ki, müstəqil Azərbaycan dövlətinin ilk yaradıcılarının (1918-ci ildə
Azərbaycan Demokratik Respublikasını yaradanların) hamısı Rusiyada təhsil
almış adamlar idi. Bizim böyük yazıçılarımızın, şairlərimizin,
bəstəkarlarımızın əksəriyyəti Rusiyada, Avropada təhsil almış adamlar idi.
Böyük bəstəkarımız Üzeyir Hacıbəyəv Sankt-Peterburq Konservatoriyasını
bitirməsəydi, ola bilərdi ki, o klassik musiqinin Azərbaycan, Şərq musiqisi ilə
sintezini yaradıb dünyaya belə gözəl, klassik milli əsaslar üzərində
bəstələnmiş musiqi nümunələri, operalar, simfoniyalar təqdim edə bilməzdi
və xalqımızı ucalda bilməzdi. həm elm sahəsində, həm təhsil sahəsində,
ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din
sahəsində, İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək
gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır. "Dünya" deyəndə
isə bütün dövlətlər nəzərdə tutulur. Orada Rusiya da var, Ukrayna da var,
Almaniya, Fransa, Amerika da var, Şərq ölkələri - İran, Türkiyə, ərəb ölkələri
də var, Hindistan, Çin də var.
XX əsrdə - yaşadığımız bu dövrdə bunlardan məhrum olmağımız
şübhəsiz ki, bizim üçün böyük itkidir. Eyni zamanda bu dövrdə bizim üçün
nəinki cığır, hətta geniş yol olubdur. Biz dünya mədəniyyətinə, dünya elminə
Rusiya vasitəsilə, rus dili vasitəsilə, rus mədəniyyəti vasitəsilə çıxmışıq. İndi
bunlardan imtina etmək lazım deyil. İndi biz eyni istiqamətdə həm Fransada,
həm İngiltərədə, həm Amerikada olan elm, təhsil ocaqları ilə əlaqəyə
kirməliyik. Türkiyə ilə əlaqələrimiz çox genişlənibdir. Bundan istifadə
etməliyik.
Şərq aləmini bilmək üçün İranla da çox böyük imkanlar var, bunlardan
istifadə etməliyik. Ərəb ölkələrindən də istifadə etməliyik. Lakin bu o demək
deyildir ki, Rusiya kimi böyük dövlətin imkanlarından, iki əsr boyu
Azərbaycanın mədəniyyətini zənginləşdirən böyük yollan imtina etməliyik.
Bu, düzgün olmazdı. Ona görə də indi gərək bu məsələlərə həqiqət, gerçəklik
baxımından yanaşaq. Bu da ondan ibarətdir ki, milli ənənələrimizi əsas
götürərək, ümumbəşəri dəyərləri gənclərimizə çatdırmalıyıq.
Yaxın keçmişdə bu sahədə az iş görməmişdik. Xatirinizlə olmalıdır,
Azərbaycanda ali təhsilin inkişafı üçün 70-ci illərlə çox işlər gördük. Həmin
müddətdə beş yeni ali məktəb yaradıldı. Ali məktəblərin maddi-texniki
bazasının inkişafı üçün çox işlər görüldü: universitet, neft-kimya institutu,
tibb institutu və başqa instiqutlar üçün binalar tikdik. Gəncədə Texnologiya
İnstitutu açıldı. Həmin institut Azərbaycan Respublikasında bir çox sahələr
üçün mütəxəssislər hazırlamaqdan ötrü nə qədər böyük imkanlar yaratdı.
Tələbələr üçün yataqxanalar tikildi, universitet, başqa ali məktəblər üçün
cihazlar, başqa müxtəlif ləvazimat alınıb gətirildi. Bütün bunlar
Azərbaycanda ali təhsilin səviyyəsini yüksəltməyə imkan verdi.
Düzdür, ali məktəblərimizdə mənfi hallar, bizi narahat edən