____________Milli Kitabxana____________
171
hallar da olmuşdur. İndi bunlar daha çox yayılmışdır. Bunlar bizim
bəlalarımız, bizi çox narahat edən hallardır. Ancaq bununla yanaşı ümumi
nəticəni götürsək deyə bilərik ki, Azərbaycan Respublikasının gəncləri üçün
geniş miqyasda ali təhsil almaq imkanı yaranmışdır. Eyni zamanda,
xatirinizdədir, o zaman - 1972-1973-cü illərdə Azərbaycandan gənclər böyük
çətinliklə Moskva, Leninqrad, Kiyev şəhərlərinin, Rusiyanın, Ukraynanın,
Belarusiyanın, Baltikyanı respublikaların, Orta Asiya respublikalarının ali
məktəblərinə göndərilirdi. Bəlkə siz gənclər bunu bilmirsiniz, lakin mən bunu
sizə çatdırmalıyam ki, ildə 400-500-600 tələbəni - sonra isə biz bunu 800-
900-ə qaldırdıq -keçmiş Sovet İttifaqının ali məktəblərinə müsabiqədənkənar
göndərmək hüququ almaq respublikanın rəhbəri kimi mənə nə qədər böyük
çətinliklər törədirdi.
Bilirsiniz ki, müsabiqədənkənar qəbul Azərbaycan gənclərinə böyük
güzəştlər verirdi. Sübut etmək lazım idi ki, bəzi obyektiv səbəblərə görə
azərbaycanlı gənclər ümumi müsabiqə yolu ilə Moskva Universitetinin
istənilən fakültəsinə daxil ola bilmirlər. Bunu sübut etmək, buna nail olmaq
lazım idi. Biz bunu etdik. Xatirimdədir, Moskva Universitetinə ildə təxminən
150 nəfər, Leninqrad Universitetinə 100 nəfər azərbaycanlı tələbə
göndərirdik. Böyük tarixi olan Bauman adına ali məktəb var, yüksək
səviyyəli mühəndislər hazırlayan məktəbdir, - oraya, başqa institutlara tələbə
göndərirdik. Təkcə Moskvada 30-dək ali məktəbə tələbələr yollayırdıq.
Keçmiş SSRİ-nin 46-dək şəhərinin 50-yə qədər ali məktəbində bizim
tələbələr təhsil alırdılar. Bütün bunlar Azərbaycan gənclərinin təhsil
səviyyəsinin diapazonunu, yəni onun üfüqlərini nə qədər genişləndirirdi!
Moskvada işləyərkən Baykal-Amur magistralına on günlük səfərə
çıxmışdım. Xabarovsk diyarının Komsomolsk-Amur şəhərində olarkən
böyük bir mağazaya girmişdim. Oradan çıxanda mənimlə görüşmək üçün
çoxlu adam toplaşmışdı. Mənə bir neçə azərbaycanlı gənc də yaxınlaşdı. Bu,
məndən ötrü çox gözəl hadisə oldu. Onları doğma övladlarım kimi
qucaqlayıb öpdüm. Onlar da çox sevindilər və görürdüm ki, mənimlə
görüşməyi necə sevinclə gözləyirdilər. Soruşdum ki, burada nə edirsiniz,
haradan gəlib çıxmısınız. Dedilər ki, siz bizi göndərmisiniz, burada
politexnik institutunda təhsil alırdıq. Bilirsiniz, bu mənim üçün böyük hadisə
idi. Təsəvvür edin, Uzaq Şərq, Xabarovsk diyarı, Komsomolsk-Amur şəhəri,
Azərbaycanın kənd yerlərindən getmiş gənclər orada təhsil alırdılar. Mən
buna çox sevindim. Bəlkə də oranın politexnik institutunun səviyyəsi elə
bizim institutun səviyyəsindədir. Ancaq gedib başqa bir şəhərdə, uzaq
vilayətdə oxumaq, oranın mühiti, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq
məgər Azərbaycan gəncləri üçün zərərlidirmi? Yox.
Xatirimdədir. Moskvada təhsil alan azərbaycanlı gənclərlə bir neçə dəfə
görüş keçirmişdik. Belə görüşlərdən biri MXAT-ın binasında olmuşdu. O
vaxtkı ali təhsil naziri, şəhərin rəhbərləri, Moskvadakı bütün institutların
rektorları, tanınmış professorlar oraya toplaşmışdı. Salon ağzınadək do-
____________Milli Kitabxana____________
172
lu idi. Orada Cəbrayıl rayonunun dağ kəndindən olan bir gənc - adı yadımda
deyil, Moskva Universitetinin humanitar fakültələrindən birinin 4-cü
kursunun əlaçı tələbəsi idi, - rus dilində çıxış edəndə ürəyim dağa döndü. Biz
bu yoldan da istifadə etmişik və güman edirəm ki, düz etmişik. Bundan sonra
da bu yollardan istifadə etmək lazımdır. Amma indi, təsəvvür edin,
Moskvada universitetdə tələbə oxutmaq üçün nə qədər pul vermək lazımdır.
Sankt-Peterburq Universitetində də həmçinin. Bunu bilirsinizmi? Amma o
vaxtlar pul vermək söhbəti yox idi, əksinə, təhsil almağa göndərilən
azərbaycanlı tələbələr təqaüd alırdılar. Bundan əlavə, onlara maddi yardım da
göstərilirdi. Bu mütəxəssislər bizim üçün dəyərli mütəxəssislərdir. Təəssüf
ki, həmin ali məktəblərdə təhsil almış mütəxəssislərdən son illərdə səmərəli
istifadə olunmadı, onlar dağılıb hərə bir tərəfə getdi, qoyduğumuz ənənə də
müəyyən qədər pozuldu.
Biz indi başqa şəraitdə yaşayırıq. Gənclərimizi xaricə - Londona da,
Amerikaya da, Türkiyəyə də, Şərq ölkələrinə, Moskvaya, Sankt-Peterburqa
da göndərməliyik. Beləliklə də gənclərimizin təhsil diapazonunu, müxtəlif
sahələrdə mütəxəssislər hazırlanmasının diapazonunu genişləndirəcəyik və
müstəqil Azərbaycan üçün yeni intellektual nəsil yetişdirəcəyik. Bunu
etməliyik, bu bizim vəzifəmizdir. Bu sizin, bugünkü gənclərin üzərinə
düşmüşdür, siz bu proseslərin iştirakçısısınız. Ona görə də mən güman
edirəm ki, siz birinci növbədə təhsilə fikir verəcəksiniz.
Mən təhsil məsələsi üzərində çox dayandım. Çünki təhsili olmayan gənc,
şübhəsiz, həyatda lazımi yer tuta bilməz. İndi dünya mədəniyyət dünyasıdır,
intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-
texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək
təhsilə, elmə nail olmalıyıq.
Bununla yanaşı istərdik ki, gənclərimiz həm milli ənənələrimiz əsasında,
həm də bəşəri mənəvi dəyərlər əsasında əxlaq, mənəviyyat məsələlərinə çox
fikir versinlər.
Azərbaycanda gənclər arasında cinayətkarlığın artması,
əxlaq
pozqunluğunun olması, sərxoşluğa, narkomaniyaya meylin çoxalması
haqqında məlumatları ürək ağrısı ilə qarşılayırıq. Spirtli içkilərə, narkotik
maddələrə aludəlik gənclərin fiziki sağlamlığına mənfi təsir göstərir, onların
mənəviyyatını korlayır, cəmiyyətin sağlamlığını zəhərləyir. Gənclər bizim
gələcəyimizdir. Azərbaycanın gen fondu gənclərdir. Biz onları hərtərəfli
qorumalıyıq. Onlar özləri də, özlərini valideynləri də onları qorumalıdırlar.
Şübhəsiz ki, dövlət orqanları da bu mənfi halların gənclərə sirayət etməsinin
qarşısını almaq üçün lazımi tədbirlər görməlidirlər. Ancaq bunlar təkcə cəza
tədbirləri olmamalıdır. Birinci növbədə profilaktik tədbirlər görülməli, təlim-
tərbiyə işləri aparılmalı, valideynlər tərəfindən, təhsil ocaqlarında gənclərin
tərbiyəsinə
ciddi fikir verilməlidir. Bunların hamısı birlikdə
şərait
yaratmalıdır ki, gənclərin arasında belə mənfi proseslər yayılmasın, onların
kökü kəsilsin. Bunlar çox təhlükəli hallardır. Əgər hər bir kəs,