____________Milli Kitabxana____________
165
Respublikamızın
ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti sizə məlumdur.
Yaxşı bilirsiniz ki, Azərbaycan beş ildən artıqdır müharibə şəraitində yaşayır.
Bu müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamıza qarşı
hərbi təcavüz davam edir. Torpaqlarımızın bir qismi düşmən tərəfindən işğal
olunmuş,
ərazi bütövlüyümüz pozulmuş, müstəqilliyimizə zərbə
vurulmuşdur. Bunların nəticəsində respublikamızın əhalisinin bir qismi öz
evindən-eşiyindən, yerindən-yurdundan, doğma torpağından, kəndindən,
obasından, şəhərindən məhrum olmuş, qaçqın düşmüş və ağır şəraitdə
yaşayır. Ümumiyyətlə, respublikanın əhalisi ağır sosial-iqtisadi, ictimai-
siyasi şəraitdə yaşayır.
Bunların hamısı bizim qarşımızda çox böyük vəzifələr qoyur, Azərbaycan
Respublikasının dövlət rəhbərliyindən çox şey tələb edir. Güman edirəm ki,
biz məsuliyyətimizi dərindən dərk edərək üzərimizə düşən vəzifələrin
ağırlığını, eyni zamanda xalqımız üçün son dərəcə gərəkli olduğunu başa
düşərək əlimizdən gələni etməliyik və hamımız birləşib respublikamızı bu
ağır vəziyyətdən çıxarmalıyıq.
Şübhəsiz ki, əsas vəzifəmiz müharibəyə son qoymaq, işğal olunmuş
torpaqlarımızı geriyə qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək, yerlərindən didərgin düşmüş, qaçqın olmuş Azərbaycan vətəndaşlarını
öz evlərinə, öz yurdlarına qaytarmaqdır. Xalqın sosial-iqtisadi vəziyyətində
azacıq da olsa müsbət dəyişikliklər yaratmaq, İqtisadiyyatdakı dağıntıların
qarşısını almaq, zəngin təbii sərvətlərimizdən, böyük iqtisadi, intellektual
potensialımızdan səmərəli istifadə etmək - bunlar hamısı qarşımızda duran
əsas vəzifələrdir. Yəni həm dövlət orqanları, həm də cəmiyyət qarşısında, hər
bir vətəndaş qarşısında duran vəzifələrdir.
Düzdür, müharibəni Azərbaycan xalqı başlamayıbdır. Müharibə bizim
respublikanı dağıtmaq, onun torpaqlarının bir hissəsini qəsbkarlıqla ələ
keçirmək niyyəti ilə qonşu Ermənistan dövləti tərəfindən başlanmışdır.
Ancaq eyni zamanda bu elə bir böyük müharibə deyildir ki, beş il
müddətində ona əncam, çarə tapılmasın, son qoyulmasın. Demək istəmirəm
ki, bu, asan məsələdir. Bu müharibə təkcə Ermənistanda Azərbaycan arasında
gedən müharibə deyil. Bu müharibəyə böyük xarici qüvvələr qoşulmuşdur.
O, böyük siyasi proseslərlə bağlıdır. Bu müharibə başıbəlalı Azərbaycanı
parçalamaq, yenidən dağıtmaq məqsədi güdən böyük siyasi qüvvələr
tərəfindən başlanıb. Ancaq eyni zamanda bu məsələlərin həllinə ağılla, səriştə
ilə yanaşılsaydı, şübhəsiz ki, biz belə fəlakətli, faciəli nəticələrə gəlib
çıxmazdıq. Nə etməli, görünür, taleyimiz belə imiş. Amma bu, təkcə tale ilə
bağlı deyil. Bütün bunlar, şübhəsiz, obyektiv səbəblərdən çox, subyektiv
səbəblərlə bağlıdır, Azərbaycanda rəhbər dairələrin dövlət, millət, xalq
haqqında düşünməmələrinin nəticəsi olmuşdur və indi biz bunların əzab-
əziyyətini çəkirik, Azərbaycanı bu vəziyyətdən çıxarmağın yollarını arayırıq.
Güman edirəm ki, vəziyyətimiz nə qədər ağır olsa da, nə qədər
____________Milli Kitabxana____________
166
faciəli bir şəraitdə yaşasaq da bədbindiyə uymamalıyıq. Azərbaycan xalqını
əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə
nikbinliklə baxması olmuşdur. Nikbinlik əhval-ruhiyyəsi, özündə olan gücü,
qüdrəti yeri gələndə son həddə qədər toplayıb hərəkətə gətirmək imkanları -
bunlar Azərbaycan xalqını həmişə ağır vəziyyətlərdən çıxarmışdır, güman
edirəm ki, indi də çıxaracaqdır. Bir sözlə, mən istəyirəm siz gənclərdə həm
düşdüyümüz vəziyyət haqqında düzgün təsəvvür olsun, həm də inam olsun,
ümid olsun, nikbinlik olsun. İnam, iradə, güc, qüdrət, daxili mənəviyyat -
bunlar bizim xalqa xas olan keyfiyyətlərdir. Buna görə də mən xalqımızın
qüdrətinə də, cəsarətinə də, mətanətinə də inanıram.
Xalqımızın gücünü bir yerə toplasaq, onun daxili mənəviyyat hissini
oyatsaq, tarixi ənənələrini və tarix boyu göstərdiyi qəhrəmanlıq nümunələrini
bu gün xalqımıza, xüsusən gənclərimizə bir daha çatdıra bilsək, şübhəsiz ki,
xalqımız birləşəcək, səfərbər olacaq, ayağa qalxacaq, birinci növbədə öz
namusunu, şərəfini qoruyacaq, öz atasının, babasının yurdunu qoruyacaq,
torpağını qoruyacaq, özünün bugünkü həyatını, gələcəyini, övladlarının,
nəvələrinin, nəticələrinin həyatını qoruyacaqdır. Mən buna inanıram. Mənim
bu fikirlərim bizim gənclərin gücünə, zəkasına, fitri istedadına və
vətənpərvərlik hisslərinə əsaslanır.
Bizim məğlubiyyətlərimizin və düşdüyümüz ağır vəziyyətin əsas
səbəblərindən biri Azərbaycanda son illər gedən ictimai-siyasi proseslər
nəticəsində gənclərimizdə (şübhəsiz ki, bir qismində) vətənpərvərlik hissinin
müəyyən qədər itməsi, ümumi milli məfhumlara biganəlik və başqa mənfi
keyfiyyətlərin meydana çıxması, bəzən geniş sirayət etməsi ilə əlaqədardır.
Bu da gənclərin özündən asılı deyil. Gənclər həmişə valideynlərinin, onları
tərbiyə edənlərin yaşadıqları mühitin təsiri altında təhsil alıblar, böyüyüblər,
tərbiyələniblər və həyat fəaliyyətinə qoşulublar. Təəssüf ki, son illərdə bu
işlərdə çox
pozuntular
olmuş, təhsil
ocaqlarımızda da işlər yaxşı
getməmişdir. Gənclərimizin tərbiyəsi işi də zəifləmişdir. Bəzi şəxslər
gənclərimizə müsbət nümunələr vermək əvəzinə, mənfi nümunələr təbliğ
ediblər. Buna görə də gənclərdə bəzən çaşbaşlıq əmələ gəlmişdir.
Güman edirəm ki, son illərlə biz hər şeyi gördük. Gənclərimiz də çox şeyi
- bəzi "yenilikləri", bəzi yeni fikirləri, əhval-ruhiyyəni daddılar. Loru dildə
desək, biz çox şeyi dişimizə vurduq və nəyin nə olduğunu artıq anlamağa
başladıq. Mənə belə gəlir ki, bu ağır dövrdən düzgün nəticələr çıxarmağın
vaxtı gəlib çatmışdır. O cümlədən gənclərin təhsili, tərbiyəsi işində, onların
mənəviyyatca formalaşmasında, həyat fəaliyyəti üçün hazırlanmasında
buraxılan səhvlərə gərək daha yol verməyək, gənclər doğru yolla getsinlər,
həyatda öz yerlərini düzgün tapa bilsinlər, həm özləri üçün, həm onları
böyüdən, yetişdirən valideynləri üçün, həm də cəmiyyət üçün, xalq üçün,
dövlət üçün faydalı ola bilsinlər.
Bu baxımdan təhsil məsələləri, şübhəsiz, çox mühüm yer tutur. Burada
çıxış edən gənclərin nümayəndələri bir çox təkliflər