HəMZƏ CƏFƏrov naxçıvan Dövlət Universitetinin professoru



Yüklə 78,96 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü78,96 Kb.
#42078


88                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



HƏMZƏ CƏFƏROV 

Naxçıvan Dövlət Universitetinin professoru, 

tarix elmləri doktoru 

E-mail: hamzacafarov@gmail.com 

 

MÜSTƏQİLLİK DÖVRÜNDƏ DÖVLƏT GƏNCLƏR SİYASƏTİNİN 



FORMALAŞMASINDA HEYDƏR ƏLİYEVİN ROLU 

 

Açar sözlər: Heydər Əliyev, gənclər hərəkatı, gənclər forumu, gənclərlə iş, gənclərin təhsili 

Ключевые слова: Гейдар Алиев, молодёжное движение, молодёжный форум, работа 

молодёжью, образование молодёжи 

Keywords:Heydar Aliyev, youth movement, youth forum, work with youth, education of youth 

 

Hər hansı bir xalq kimi Azərbaycan xalqı üçün də  mühüm tarixi nailiyyət olan dövlət 



müstəqilliyinin qazanılmasından böyük hadisə yoxdur.Müstəqil dövlətçilik çoxəsrlik Azərbay-

can  tarixinin  ən  böyük  hadisəsidir.XX  əsrin  əvvəllərində  Azərbaycanda  qazanılmış  birinci 

dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş mərhələsi yaratmışdı. La-

kin Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli istiqlalının acı taleyi müstəqilliyin qoru-

nub saxlanması və möhkəmləndirilməsinin onu qazanmaqdan da zəruri olması faktını meyda-

na  qoymuşdu.  Azərbaycan  xalqı  üçün  ikinci  dəfə  dövlət  müstəqilliyinə  nail  olmaq  şansının 

ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi 

bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev oldu. 

Hakimiyyətə  ikinci  dəfə  qayıtdıqdan  sonra  Heydər  Əliyevin  çoxşaxəli  fəaliyyətinin 

əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclər-

lə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqti-

sadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması, gənclərin sosial-mənə-

vi  ehtiyaclarının  ödənilməsi,  onların  gələcəyin  layiqli  vətəndaşları  kimi  formalaşması  üçün 

münbit şəraitin yaradılması olmuşdur. Bu da təbiidir.Çünki gənclər xalqın ümidi, onun inkişa-

fının və yüksəlişinin əsas meyarı və barometridir.Hər bir cəmiyyətin maddi-mənəvi tərəqqisi 

gənclər siyasətinin düzgün qurulmasından, gənclərin sosial, psixoloji vəziyyətindən, fəaliyyət 

şəraitindən bilavasitə asılıdır. 

90-cı illərin əvvəllərində sovet imperiyasının, onun məhəng daşı olan kommunist ideo-

logiyasının süqutu ilə yeganə təşkilatı olan komsomolun fəaliyyətinə son qoyuldu. 

Müstəqilliyin ilk dövrlərində əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahi-

də  olunan  milli  oyanış,  sosial-siyasi  fəallıq  gənclərdən  də  yan  keçmədi.«Sovet  imperiyasına 

qarşı  mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının 

ön  sıralarında  gənclərimiz  getmişlər.1988-ci  ildə  erməni  ekstremislərinin  Azərbaycana  qarşı 

başladıqları  hərbi təcavüzü dəf etmək üçün  ilk özünümüdafiə dəstələrinin  yaradılmasında  və 

fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olmuşdur» (6). 

Azərbaycan  gəncliyində  yeni  prinsiplər,  mənəvi  dəyərlər,  həyata  yeni  baxışlar  sistemi 

formalaşmağa başladı.Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə 

bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı.İlk gənclər təşkilatları 

əsasən kortəbii surətdə, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda xalq hərəkatının 

təsiri altında təşəkkül tapmağa başlamışdılar. Lakin «1991-1993-cü illərdə respublikada hökm 

sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, pa-



Ümummilli lider Heydər Əliyev – 90                                                    89 

Tarix və onun problemləri, №2 2013 

 

 



pulizm  meylləri  özünü  büruzə  verdi.  Bu  təşkilatların  bir  çoxu  o  dövrdə  fəaliyyət  göstərən 

müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına düşdü. Azərbaycanın müstəqilliyi, su-

verenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu pro-

sesinin  həyata  keçirilməsi  vəzifələri  gənclərin  ayrı-ayrı  siyasi  partiya  və  qurumların  deyil, 

ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasiətinin hazırlanıb 

həyata keçirilməsi zərurətini ortaya atdı (6). 

Təəssüf ki, həmin dövrdə Azərbaycanda təzahür edən xaos və özbaşınalıqlar, hakimiy-

yət  uğrunda  mübarizələr  və  bütün  bunların  məntiqi  nümunəsi  olan  Qarabağ  savaşında  acına-

caqlı məğlubiyyət və torpaqlarımızın işğalı gənclər arasında bədbinliyin artmasına, vətənpər-

vərlik  və  vətəndaşlıq  hisslərinin  aşılanmasına,  narkomaniya,  cinayətkarlıq  və  digər  neqativ 

hallarının çoxalmasına şərait yaratmışdı. Təbii ki, belə bir şəraitdə cəmiyyətin aparıcı qüvvəsi 

olan gənclərlə bağlı hər hansı bir dövlət siyasətinin aparıldığından söhbət gedə bilməzdi. 

Müstəqil Azərbaycan  Respublikasında gənclərlə iş sahəsində  yaranmış bu boşluq  yal-

nız 1993-cü ilin iyununda cənab Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından 

sonra aradan qaldırılmağa başlandı və gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət 

sahələrindən birinə çevrildi. Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər si-

yasəti təşəkkül tapmağa başladı. 

1993-cü ilin 22 sentyabrında Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən, Res-

publika Ali  Sovetinin  sədri Heydər  Əliyev cənabları gənclərin bir  qrupu ilə görüşmüş,  Azər-

baycan  gəncliyini  ölkənin  ictimai-siyasi  həyatında  daha  fəal  iştirak  etməyə,  ölkənin  taleyinə 

biganə qalmamağa çağırmışdı. 

Gənclərlə iş sahəsində dövlət siyasətinin mühümlüyünü nəzərə alaraq, Azərbaycan pre-

zidenti Heydər Əliyev 1994-cü ilin iyul ayının 26-da bu siyasəti həyata keçirəcək yeni dövlət 

quruluşunun - Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzalandı (4). Ye-

ni  Nazirliyin  qarşısına  qoyulan  əsas  məsələlərdən  biri  böyüməkdə  olan  nəslin  Vətənə,  xalqa 

məhəbbəti ruhunda tərbiyə olunması, gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi eh-

tiyaclarının ödənilməsi, gənc nəslin hərtərfli inkişafı üçün şəraitin yaradılması olmuşdur. Res-

publikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqə-

ləndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi.Bu işi təmin etmək məqsədilə prezident 

Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin 2 fevralında keçirilmiş Müstəqil Azərbaycan 

Gənclərinin I Forumunun xüsusi  əhəmiyyəti  oldu. Forumda gənclərin bütün kateqoriyalarını: 

tələbələri, hərbiçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən 

çox  nümayəndə  iştirak  etmişdi.  Forumun  işində  respublika  prezidenti  başda  olmaqla  bütün 

dövlət orqanlarının rəhbərləri iştirak etmiş, gənclərin irad və təkliflərini dinləmiş, bütün Azər-

baycan gəncliyinin problemlərini yaxından öyrənmişlər. 

Forumda  böyük  nitq  söyləyən  Azərbaycan  prezidenti  gəncliyin  qarşısında  çox  böyük 

vəzifələr  durduğunu,  onun  əsas  vəzifəsinin  isə  özünü  Müstəqil  Azərbaycan  Respublikasının 

inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olması-

na həsr etməkdən ibarət olduğunu qeyd etmişdir (9, s.315). 

Öz çıxışında dövlət başçısı həmçinin gənclərə Azərbaycan Konstitusiyasını öyrənməyi, 

onun  prinsiplərinə  riayət  etməyi  tövsiyə  etdi.Prezident  eyni  zamanda  ölkəmizin  ərazi  bütöv-

lüyünün təmin edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunması, dövlət sərhədlərimizin 

bərpa  olunması  Azərbaycan  gənclərinin  mühüm  vəzifəsi  olduğunu  onların  nəzərinə  çatdırdı 

(9, s.319). Bu vəzifənin yerinə yetirilməsi üçün Ali Baş komandan gənclər arasında hərbi-və-

tənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycan ordusuna, onun daha da möhkəmləndi-



90                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

rilməsinə diqqəti artırmağı tələb etdi və vurğuladı ki, gənclər təşkilatının, gənclərin əsas vəzi-



fəsi  hər  bir  gənci,  hər  bir  Azərbaycan  övladını  orduya  hazırlamaqdan  ibarət  olmalıdır  (9, 

s.321). «Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şə-

rəf  bilməlidir».Prezidentimiz  bu  sözləri  müasir  Azərbaycan  gənclərinin  həyat  defizinə  çevir-

mişdir. 


Hələ  SSRİ-nin  mövcudluğu  dövründə  Azərbaycan  SSR-nin  rəhbəri  işləyərkən  möhtə-

rəm prezident Azərbaycanın gələcəyi haqqında düşünmüş, onun yüksək ixtisaslı zabit kadrlara 

ehtiyacını nəzərə alaraq, bir sıra tədbirlər görmüşdü. 1972-ci ildə onun bilavasitə təşəbbüsü və 

təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına məktəb açılmışdı. Azərbay-

can  milli  ordusunun  yaranmasında  və  təşəkkül  tapmasında  bu  məktəb  çox  böyük  xidmətlər 

göstərmiş, hər il onun 800-900 müdavimi Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilirdi. 

İndi ordumuzda xidmət edən zabitlərin çoxu həmin dövrdə hazırlanan zabitlərdir. 

Təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Heydər Əliyev göstərir ki, 

bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə qalxmaq-

dır. Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri də mənəvi tərbiyə məsələsinin oldu-

ğunu qeyd edən prezident gəncləri ümumbəşəri dəyərləri, Azərbaycan  xalqının  milli-mənəvi 

dəyərlərini  dərindən  mənimsəməyə  çağırmış  və  göstərmişdi  ki,  milli  dəyərlərimizi,  milli  ən-

ənələrimizi, dilimizi, dinimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Öz çı-

xışında dövlət başçısı vətənpərvərlik məfhumunun mahiyyətini açıb göstərmişdi: «Bu sadəcə 

orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur 

vətənpərvərlik» (9, s.324-326). 

Dövlət başçısı öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün gənclərə şərait yarat-

mağı, dövlət quruculuğu prosesində onların potensialından daha səmərəli istifadə etməyi bü-

tün dövlət orqanlarına tövsiyə edirdi. Bunun konkret nəticəsi kimi gənc kadrların dövlət idarə-

etmə strukturlarında məsul vəzifələrə irəli çəkilməsi müşahidə olunmağa başladı. 

İndi ölkəmizin müxtəlif sahələrində - yerli icra hakmiyyəti orqanlarında, bələdiyyələr-

də, nazirlik və idarələrdə yüzlərlə gənc öz vəzifələrini layiqincə yerinə yetirirlər. İdarə başçıla-

rı, nazir müavinləri, nazirlər, millət vəkilləri, siyasi xadimlər arasında Azərbaycan gəncliyini 

ləyaqətlə təmsil edən çoxlu şəxslər vardır. 

1 fevral 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti gənclər təşkilatlarının nü-

mayəndələri ilə görüşündən sonra, onların xahişini yerinə yetirərək 2 fevralın «Gənclər günü» 

elan  edilməsi  haqqında  Fərman  imzalanmışdır  (2;  8;  9,  s.351).  Həmçinin  gənc  istedadların 

«Qızıl kitabı», gənc istedadlara yardım fondu yaradılmışdır.Bütün bunlar prezidentin gənclərə 

göstərdiyi qayğının yalnız cüzi hissəsidir (9, s.352-353). 

Onillik hakimiyyəti dövründə mərhum prezidentimiz özünün humanistlik prinsiplərinə 

daim  sadiq  qalmış  gənc  məhbusların,  ordudan  fərarilik  etmiş  insanlara  qarşı  bir  neçə  dəfə 

amnistiya elan etmiş, onlara ölkəmizin layiqli vətəndaşları üçün imkan yaratmışdır. 

1999-cu  ilin  mart  ayının  2-3-də  Azərbaycan  gənclərinin  ikinci  forumu  keçirildi.  O, 

birinci  forumdan  keçən  3  il  ərzində  görülmüş  işlərə  yekun  vurmaqla  yanaşı  müstəqil  dövlət 

quruculuğu yolunda gənclərin üzərinə düşən vəzifələri müəyyənləşdirdi, ictimai-siyasi həyat-

da gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclik 

problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi (2, s.7-22). 

Mərhum  liderimiz  Heydər  Əliyevin  hakimiyyəti  dövründə  dövlət  gənclər  siyasətinin 

normativ hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində də əməli addımlar 

atılmışdır. 




Ümummilli lider Heydər Əliyev – 90                                                    91 

Tarix və onun problemləri, №2 2013 

 

 



Azərbaycan  Prezidenti  tərəfindən  1999-cu  ilin  iyul  ayının  29-da  imzalanmış  «Dövlət 

Gənclər  Siyasəti»  haqqında  Fərmanında  və  fərmanla  təsdiq  edilmiş  geniş  tədbirlər  planında 

Azərbaycanda gənclər hərəkatının əsas inkişaf mərhələləri, dövlət gənclər siyasətinin əsas isti-

qamətləri, bu siyasətin həyata keçirilməsi sahəsində mövcud olan problemlər və onların həlli 

üçün konkret tədbirlər öz əksini tapmışdır (6). 

Bu fərman ölkəmizin ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərai-

tin yaradılması, dövlət orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi ba-

xımından  tarixi  bir  sənəddir  və  Azərbaycan  gənclər  təşkilatlarının  fəaliyyət  proqramı  kimi 

dönmədən  həyata  keçirilir.Fərmandakı  tədbirlər  planının  icrası  ilə  bağlı  müxtəlif  dövlət  or-

qanları - nazirliklər, dövlət komitələri tərəfindən görülən işlər hər ilin sonunda prezidentə təq-

dim edilir. 

Fərmana  uyğun  olaraq  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin  nəz-

dində  Gənclərin  problemləri  üzrə  Elmi  Araşdırmalar  Mərkəzi,  Respublika  Uşaq  İstirahət  və 

Sağlamlıq Mərkəzi yaradılmış, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı gənclərin üzə 

çıxarılması, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, bədən tərbiyəsi və 

idmanın  inkişafı,  beynəlxalq  əməkdaşlığın  genişləndirilməsi,  gənclərin  idarəetmə  struktur-

larında məsul vəzifələrə irəli çəkilməsi sahəsində səmərəli işlər görülmüşdür (10, s.239). 

1997-2000-ci illərdə ARGİN tərəfindən «Gənc ailə», «Gənclərdə vətənpərvərlik və və-

təndaşlıq  hisslərinin  gücləndirilməsi»,  «Ordudan  tərxis  olunmuş  gənclərin  məşğulluq  proble-

minin həlli», «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemləri-

nin həlli» və digər dövlət proqramları hazırlanmış və onlar respublika hökuməti tərəfindən təs-

diq edilmişdir (10, s.239). 

Eyni  zamanda,  1993-2003-cü  illərdə  prezident  tərəfindən  təsdiq  olunmuş  dövlət  proq-

ramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapmışdır. 

Uşaq və Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hü-

quqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək məqsədi ilə «Dövlət Gənclər si-

yasəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmiş  və  bu  qanun  prezident 

Heydər Əliyevin 6 may 2002-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdi (7). 

14 maddədən ibarət olan Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məq-

sədlərini,  prinsiplərini,  istiqamətlərini,  təşkilati  hüquqi  əsaslarını  müəyyən  edir  və  bu  sahədə 

yaranan münasibətləri tənzimləyir. 

Qanunda yazıldığı kimi, gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin hə-

yatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-

iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.Bu 

siyasət çox geniş bir spektr - gənclərin təhsili, sağlamlığı, intellektual və mənəvi inkişafı, asu-

də  vaxtlarının  təşkili,  problemlərinin  həlli,  hüquqlarının  müdafiəsi  ilə  bağlı  məsələləri  əhatə 

edir.Qanuna əsasən «gənclər» anlayışı 16-35 yaşadək olan şəxslərə şamil edilmişdir (7). 

Gənclər siyasəti ilə bağlı qəbul edilmiş qanun və qərarların əsas məqsədi gənclərin fizi-

ki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılması-

na kömək etmək, respublikanın ictimai-siyasi həyatında onların fəal iştirakına, bacarıqlı gənc-

lərin  üzə  çıxarılaraq  onlarda  idarəçilik  vərdişlərinin  yaradılması,  gənclər  arasında  hüquq  po-

zuntularının, cinayətkarlığın və digər neqativ halların qarşısını almaqdan ibarətdir. 

Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin mühüm bir tərkib hissəsini təşkil edir. 

Gənclər  siysətinin  əsas  məqsədi,  prinsip  və  istiqamətləri  Azərbaycan  Respublikasının  prezi-

denti və Milli Məclis tərəfindən müəyyən edilir. Həmçinin mərkəzi və yerli hakimiyyət orqan-



92                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

ları,  bələdiyyələr  öz  vəzifə  və  səlahiyyətləri  daxilində  bu  siyasətin  həyata  keçirilməsində 



iştirak edirlər. Hal-hazırda Azərbaycan Respublikasında Dövlət Gənclər Siyasətini həyata ke-

çirən idarəetmə strukturları formalaşıb ki, bu strukturlarda yüksək ixtisaslı gənc mütəxəssislər 

çalışırlar. 

Respublikamızda demokratik dövlət quruculuğunun uğurla davam etdirilməsi, gənclər 

siyasətinin  inkişafı  ölkə  gənclərinin  beynəlxalq  əlaqələrinin  təşəkkül  tapmasına  və  möhkəm-

ləndirilməsinə təkan verdi. Azərbaycan Gənclər təşkilatlarının nümayəndələri dünya, Avropa, 

regional səviyyəli müxtəlif səpgili tədbirlərdə iştirak etmək, gənclərlə iş sahəsində dünya təc-

rübəsini öyrənmək və ölkəmizdə tətbiq etmək imkanı əldə etdilər. Ayrı-ayrı milli gənclər təş-

kilatları  müxtəlif ümumAvropa  qurumları  -  Avropa  Şurasının Gənclər Direktorluğu, Avropa 

İttifaqının Gənclər İdarəsi ilə sıx əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır, birgə layihələr və 

proqramlar  həyata  keçirirlər.  2000-ci  ilin  aprel  ayında  Azərbaycan  Gənclər  Təşkilatlarının 

Milli Şurası Avropanın ən nüfuzlu Qeyri-Hökumət Təşkilatı olan Avropa Gənclər Forumuna 

tam hüquqlu, 2002-ci ilin yanvarında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi üzv 

seçilmişdir. Azərbaycan Skautlar Assossasiyası Beynəlxalq Skaut Hərəkatı Təşkilatına, Gənc 

Hüquqşünaslar  Birliyi  Gənc  Hüquqşünasların  Beynəlxalq  Assossasiyasına,  Demokratik  Tə-

ləbə  Gənclər  Təşkilatı  Beynəlxalq  Demokratik  Tələbə  İttifaqına  üzv  qəbul  edilmələri  nəticə-

sində Azərbaycan reallığının, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında 

mühüm vasitə olmuşdur (10, s.243). 

Azərbaycan dövlətinin gənclər siyasətinin ən bariz nəticələrindən biri ölkəmizdə gənc-

lər hərəkatının, müxətlif qeyri-hökumət gənclər təşkilatlarının inkişafıdır.Ümumiyyətlə, vətən-

daş  cəmiyyətinin  ən  vacib  faktorlarından  biri  də  ictimaiyyətin  ən  müxtəlif  təbəqələrinin  öz 

qarşılarına qoyduqları məqsədləri həyata keçirilməkdən ötrü ictimai qurumlarda - Qeyri Höku-

mət  Təşkilatlarında  birləşmək  hüququnun  gerçəkləşdirilməsidir.Son  illər  sıralarında  əsasən 

gəncləri  birləşdirən  QHT-nin  ictimai  qurumların,  fondların,  birliklərin  ölkəmizdə  bərqərar 

olan demokratik dəyərlərin inkişafında xüsusi xidmətləri vardır.Gənclər dünyada qəbul olun-

muş  sivil  və  intellektual  formalardan,  metodlardan  bəhrələnərək,  ölkəmizdə  təşəkkül  tapmış 

demokratik ab-havadan istifadə edərək, gəncliyin müxtəlif problemlərini araşdırır, cəmiyyəti-

mizin sosial-iqtisadi, mənəvi-mədəni inkişafına öz töhfələrini verirlər. 

Əgər  1998-ci  ilin  əvvəllərində  II  Gənclər  Forumu  ərəfəsində  onların  sayı  60-a  yaxın 

idisə (Bakinskiy  raboçi, 1998 27  fevral), bu  gün onların sayı 120-dən artıqdır (10, s.241).Bu 

təşkilatlardan  40-dan  artığı  uşaq,  80-ə  yaxını  isə  gənclər  təşkilatıdır.Onların  bir  çoxu  siyasi 

partiyaların  gənclər  bölməsi  olaraq  siyasi  fəaliyyətlə  məşğul  olsalar  da,  mütləq  əksəriyyəti 

gənclərin spesifik maraqlarını əks etdirərək, sırf gənclərlə bağlı məsələlərlə məşğul olur, müx-

təlif  proqramlar  vasitəsilə  nizamnamə  məqsədlərini  həyata  keçirməyə  çalışırlar.Ölkəmizdə 

fəaliyyət  göstərən  müxtəlif  gənclər  təşkilatlarının  fəaliyyətini  əlaqələndirmək  məqsədilə, 

1995-ci  ildə  Azərbaycan  Gənclər  Təşkilatlarının  Milli  Şurası  yaradılmışdır.Hazırda  AGTMŞ 

milli gənclər hərəkatının inkişafında mühüm rol oynamaqdadır. 

Xatırladaq ki, 2001-ci ildə ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunma-

sında AŞ-nin Gənclər və İdman Direktorluğunun ölkəmizdə gənclər hərəkatını müsbət qiymət-

ləndirən hesabatı da mühüm rol oynamışdır. 

Dövlət  gənclər  siyasətinin  müasir  tələblərə  uyğun  qurulması  ölkə  gənclərini  həyatın 

başqa sahələrində olduğu kimi idman sahəsində də uğurlu nəticələr əldə etməsinə şərait yarat-

dı. Heydər Əliyev siyasətinin layiqli davamçısı, gənclərin və idmançıların lideri İlham Əliye-

vin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə  quruculuq  dövrünü  yaşa- 




Ümummilli lider Heydər Əliyev – 90                                                    93 

Tarix və onun problemləri, №2 2013 

 

 



yan olimpiya hərəkatı görülməmiş inkişaf mərhələsinə çatdı.Bu sahədə uğurla həyata keçirilən 

fəaliyyətin nəticəsidir ki, respublikamızın müxtəlif bölgələrində Olimpiya İdman Komplekslə-

rinin tikintisinə xüsusi diqqət yetirilir, yeni müasir idman qurğuları gənclərimizin istifadəsinə 

verilir.İdmançı gənclərimiz onlara göstərilən diqqət və qayğıya,  yaradılan şəraitə adekvat ca-

vab  verərək,  beynəlxalq  səviyyəli  idman  yarışlarında  bir  sıra  uğurlu  nəticələr  qazanmışlar. 

Xüsusən  2000-ci  il  Sidney  Yay  Olimpiya  oyunlarında  idmançılarımızın  2  qızıl  və  1  bürünc 

medal  qazanmaları  gələcəkdə  idmanımızın  daha  böyük  qələbələr  qazanacağına  ümidlərimizi 

artırdı. Bunu 2003-cü ilin yekunları da bir daha təsdiq edir. Əgər 2002-ci ildə idmançılarımız 

beynəlxalq  yarışlarda  175  medal  qazanmışdılarsa  (10,  s.245),  2003-cü  ildə  bu  rəqəm  188-ə 

çatmışdır (12). 

Gənclərin sevimlisi İlham Əliyev YAP-ın II qurultayında partiya sədrinin I müavini se-

çilməsi, onun olimpiya hərəkatına rəhbərlik etməsi, böyük siyasətdə uğurlar qazanması gənclər-

də böyük ruh yüksəkliyi yaratmış və onlarda gələcəyə inamı daha da artırmışdı. İlham Əliyevin 

Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçilməsi bir daha təsdiq 

etdi  ki,  Azərbaycan  gəncliyi  hələ  90-cı  illərin  ortalarında  İlham  Əliyevi  özünə  lider  seçməklə 

gələcək  yollarını  düzgün  müəyyənləşdirmişdilər.2003-cü  ilin  oktyabrında  Azərbaycan  gəncliyi 

artıq düzgün seçim etdiyini bir daha təsdiq etmiş, ona bütün sahələrdə uğur gətirən ümumilli li-

derimiz Heydər Əliyev cənablarının siyasi xəttini davam etdirən, onun siyasi varisi İlham Əliye-

vi ölkə başçısı seçmişlər. 

Çünki müasir Azərbaycan gəncliyi bu gün yaxşı başa düşür ki, onların firavan yaşayışı, 

ölkənin xoşbəxt gələcəyi  yalnız və  yalnız  Heydər Əliyevin zəngin ideya  irsini dərindən  mə-

nimsəməklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının ətrafında sıx birləşməklə 

bağlıdır. 

2003-cü  ilin  dekabrında  Azərbaycan  son  dərəcə  ağır,  üzüntülü,  adamları  şoka  salan  bir 

itki ilə üzləşdi: ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyev vəfat etdi. Ağır ma-

təm günlərində xalqımızın gecə-gündüz Fəxri Xiyabana axışıb öz böyük oğluna sevgisini gül-çi-

çəklə, göz yaşları ilə ifadə etməsi Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə münasibəti-

ni, sonsuz sevgisini əyani şəkildə göstərdi. Bu ehtiram onu da göstərdi ki, Heydər Əliyev bizim 

üçün keçmiş, bu gün deyil, həm də gələcək deməkdir.Böyük öndərimiz Heydər Əliyevin parlaq 

ideyaları hələ  uzun müddət Azərbaycanın  yoluna işıq salacaq.Xalqımız bu zəngin ideyalardan 

böyük mənəvi güc alaraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin da-

ha firavan gələcəyini quracaq. 

İndi Heydər Əliyev adı hər bir Azərbaycan gəncinin and yeridir. Əməlləri ilə, gördüyü 

işlərlə onun böyük adına layiq olmaq, bu yolda çalışmaq hər bir gəncin əsas vəzifəsi olmalıdır. 

Bu gün ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham 

Əliyev  gənclər  siyasətində  yeni  mərhələnin  başlanğıcını  qoymuşdur.  Dövlət  başçısı  daim 

gənclərə arxalandığını açıq şəkildə söyləmişdir. Gənclərə göstərilən etimadın və dəstəyin nə-

ticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təm-

sil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər. 

 

ƏDƏBİYYAT 

1.Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Bakı, 1989 

2.Azərbaycan gənclərinin II Forumu. Bakı, 2000 

 



94                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

3.Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında Azərbaycan Respublikası 



Prezidentinin Fərmanı. «Azərbaycan» qəzeti, 1996, 22 iyun 

4.Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı. «Azərbaycan» qəzeti, 1994, 27 iyul 

5.Azərbaycan prezidentinin gənclərlə görüşü. Bakı, 1997 

6.Dövlət Gənclər siyasəti haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 

«Azərbaycan» qəzeti, 1999, 30 iyul 

7.Dövlət Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu. «Azərbaycan» 

qəzeti, 2002, 10 aprel 

8.Əliyev H. Müstəqilliyimiz əbədidir. I və II hissələr. Bakı, 1998 

9.Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi. Bakı, 2003 

10.Əliyev V. Heydər Əliyev və müasir gənclik. «Tarix və onun problemləri» jurnalı. 2003, 

№3, s.235-246 

11.Xalqını sevən insan. Bakı, 2001 

12.«Nedelya» qəzeti, 2003, 31 dekabr 

13.Sabaha inamla. Bakı, 2002 

14.Yeni əsrə yeni liderlə. Bakı, 2002 



 

ГАМЗА ДЖАФАРОВ 

профессор Нахчыванского Государственного Университета

доктор исторических наук 

РОЛЬ ГЕЙДАР АЛИЕВА В ФОРМИРОВАНИИ МОЛОДЁЖНОЙ ПОЛИТИКИ 

ГОСУДАРСТВА В ПЕРИОД НЕЗАВИСИМОСТИ 

В статье рассматриваются вопросы возвращения к политической власти общена-

ционального  лидера  Гейдар  Алиева,  политического  положения  в  стране,  роли  Гейдар 

Алиева  в  формировании  молодѐжной  политики  государства,  также  мероприятия,  осу-

ществленные  понаправлению  вовлечения  молодѐжи  к  образованию  и  науки,  моло-

дѐжные форумы и другие. На этой основе делаются определенные обобщения. 

 

HAMZA JAFAROV 

professor of Nakhchivan State University

doctor of historical sciences 

THE ROLE OF THE HEYDAR ALIYEV IN IN FORMING OF THE STATE 

YOUNG POLITICS THE INDEPENDENCE TIME 

In the article is investigated and generalized from historical view coming to power for 

the second time National leader Heydar Aliyev, the role of the Heydar Aliyev in in forming of 

the  state  young  politics  the  independence  time,  political  situation  in  country,  ceremonies 

implemented in the direction to the education and science of youth, youth forums. 

 

Rəyçilər: t.e.d. A.C.İsmayılov, t.e.d. A.C.İsgəndərov 



Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 19 fevral 2013-cı il tarixli qərarı ilə çapa məslə-

hət görülmüşdür (protokol №05).

 

Yüklə 78,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə