MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə67/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   63   64   65   66   67   68   69   70   ...   256

____________Milli Kitabxana____________

157


yaxud da Qərb ölkələrinin, o cümlədən İngiltərənin kitabxanalarında,

muzeylərində vaxtilə onun yaradıcılığını təhlil edən alimlər müəyyən əsərlər

yazmışlarsa, Azərbaycanda 1948-ci ildən sonra dahi şairimizin əsərləri lazımi

səviyyədə çap olunmamışdır. Nizami Gəncəvinin əsərlərinin Moskvada rus

dilində nəşr olunması barədə qərar qəbul edilmişdir. Lakin sonra öyrəndik ki,

"Xudojestvennaya literatura" nəşriyyatında bu əsərlər çap olunmamışdır.

Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq xalqıma xidmət kimi deyə

bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə

daxil olan əsərlərin rus dilində -ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim.

Lakin Moskvada mənə dedilər ki, Nizaminin əsərlərinin rus dilinə tərcüməsi

istənilən səviyyədə deyildir. O zaman Mirzə İbrahimovdan və başqalarından

xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm, görün nə etmək olar ki,

Nizami Gəncəvinin əsərləri rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar

isə buna etiraz edirdilər. Axı rus dili böyük dildir, Rusiya böyük dövlətdir.

Rusiyadan kənarda, başqa dövlətlərdə də rus dilində oxuyurlar. Əgər

məktəblilərimiz ingilis, fransız, alman dillərində dərs keçirlərsə, bu, böyük

nailiyyətdir, əgər rus dilində də təhsil alırlarsa, bu da böyük nailiyyətdir.

Nizaminin əsərlərini böyük çətinliklə Moskvada nəşr etdirdik. Sonra mən

Bakıya gələrkən Nizami muzeyinə getdim və gördüm ki, şairin beş əsərinin

hamısı orada nümayiş etdirilir.

Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd

edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi

keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq

üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi

baxımdan da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə yaxın vaxtda biz

onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik.

Demək istəyirəm ki, bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz

Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük

filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş

mütəfəkkirlər kimi tanıtmalıyıq. Gələn il Füzulinin 500 illiyi tamam olacaq.

Biz bu yubileyə yaxşı hazırlaşmalıyıq. Biz Füzulini təkcə "Leyli və Məcnun"

poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof kimi, böyük alim kimi

dünyaya tanıtmalıyıq. Təkcə ədəbiyyatçılar və yaxud Yazıçılar Birliyi deyil,

bütün elm xadimlərimiz bu sahədə işləməlidirlər.

Yenə də qeyd edirəm, tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa

çatdırmalıyıq.

Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd

etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğrurdu, Azərbaycanı nə

qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki

məzarını tapdıq. İndi oııyıı məzarı oraya gedən adamlar üçün bir

ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir

şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq,

şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şair-



____________Milli Kitabxana____________

158


lər haqqında danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim,

filosofdur. Eyni zamanda böyük alimlərimiz - Bəhmənyar, Nəsirəddin Tusi

və başqalarını qeyd etmək istəyirəm.

Müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun.

Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil. Bir çox nəsillərin

işidir, bununla məşğul olmaq lazımdır. Xalqımızın böyük şəxsiyyətlərinin

həm yaradıcılığını, həm də Azərbaycan xalqı qarşısındakı xidmətlərini daim

tədqiq etmək, şübhəsiz ki, mühüm vəzifələrdən biridir. Məsələn, Mirzə Fətəli

Axundov kimi şəxsiyyətlərin. Gələn il Abbasqulu Ağa Bakıxanovun 200

illiyi, bu il Abbas Mirzə Şərifzadənin 100 illiyi, Ülvi Rəcəbin 90 illiyi, Əlağa

Vahidin 100 illiyi tamam olur. Bunlar Azərbaycanın böyük şəxsiyyətləridir.

Mən böyük şəxsiyyətlərimizin hamısını yada salmaq fikrində deyiləm. Yalnız

bəzilərinin adlarını çəkərək öz fikirlərimi ifadə etmək istəyirəm.

Tariximizdə hər bir şəxsiyyətin öz yeri var. Bu fikrə bir də qayıtmaq

istəyirəm ki, tarixi təhrif etmək lazım deyil. 1920-ci ildən başlayaraq

müstəqillik əldə etdiyimiz vaxtadək Azərbaycan xalqı böyük bir tarixi yol

keçmişdir. Bu dövrdə xalqımız yüksəlmiş, onun mentaliteti, təhsil səviyyəsi

qalxmışdır. Azərbaycanda böyük elm, mədəniyyət yaranmışdır. Ölkənin

sənayesi, kənd təsərrüfatı inkişaf etmişdir. Bu dövrü tarixdən silmək olarmı?

Hansı siyasi-iqtisadi sistemin, ideologiyanın olmasının fərqi yoxdur.

Şübhəsiz, bu dövrün çox qaranlıq səhifələri də var -37-38-çi illər, elə 20-ci

illərin əvvəlləri, 30-cu illər, repressiya illəri, qanunsuzluq, insan hüquqlarının

pozulması, Azərbaycan xalqına böyük zərbələr vurulması. Bunlar həqiqətdir.

Eyni zamanda o da həqiqətdir ki, bu dövrdə əzab-əziyyətlərlə, çətinliklərlə

yanaşı, Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdır. Əgər 70 il ərzində

yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil

dövlət kimi yaşaya bilərdimi?

Azərbaycanda savadsız adam tapmaq çətindir. Ətrafdakı Şərq ölkələrinə baxın,

orada nə qədər savadsız adam var. Azərbaycanda ali təhsil səviyyəsi çox yüksəyə

qalxmışdır. Dünənə qədər ali məktəblərimizi bəyənmirdilər. Düzdür, ali məktəblərin

işində çoxlu nöqsan var, xüsusən rüşvətxorluq və sair kimi çirkin hallap var. Bu,

həqiqətdir. Ancaq bütün bunlarla yanaşı, ali məktəblərimizin yaranması və inkişaf

etməsi bu gün üçün nə qədər böyük nailiyyətdir! İndi siz başqa ölkələrin ali

məktəbləri ilə müqayisə etdikdə görə bilərsiniz ki, biz ötən dövrdə böyük nailiyyətlər

əldə etmişik. Bunları itirmək olmaz.

Eləcə də şəxsiyyətləri itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da,

Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir, Nəriman

Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq

Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən

fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov

səviyyəsinə qalxmaları üçün bəlkə  də on illərlə siyasi fəaliyyət göstərmələri

lazımdır. Nəriman Nərimanov öz dövrü-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə