____________Milli Kitabxana____________
167
irəli sürdülər. Doğrudur, problemlər çoxdur, bunları həll etmək lazımdır. Iş
burasındadır ki, bizim həyatımız son 70 ildə formalaşmış müəyyən
ideologiya, ictimai-siyasi, sosial-iqtisadi sistem əsasında qurulmuşdur. Təhsil
sistemi də bu əsasda formalaşmışdır. Gənclərin tərbiyə olunması, həyata
hazırlanması sistemi də bu əsasda qurulmuşdur. Bu sistemin, yaşadığımız o
dövrün çox müsbət cəhətləri də, müsbət nəticələri də olmuşdur. Bunları
unutmaq olmaz. Bu 70 ildə ideologiyadan asılı olmayaraq, ictimai-siyasi,
iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının bir neçə nəsli təhsil
almış, böyümüş, yüksək səviyyələrə çatmış, böyük elm və mədəniyyətə sahib
olmuşdur. Bunların hamısı xalqımızın milli nailiyyətləridir və indi bizim
Azərbaycan Respublikasının intellektual potensialını təşkil edir.
Əgər son illərlə anlaşıldığı kimi, bu sistemdə nəsə yaramırsa, ondan
yaxşısını yaratmaq lazımdır, ondan üstün bir formaya keçmək lazımdır.
Təəssüf ki, hazırkı keçid dövründə uzun illər ərzində yaranmış, mövcud
olmuş formalar, sistemlər tədricən dağıdılmış, ancaq bunun yerində onlardan
yaxşısı, səmərəlisi, üstünü qurulmamışdır. Ona görə də bu dövr xüsusən
gənclər üçün çox ağır bir dövr olmuşdur. Əgər biz gənclik dövrümüzdə
cəmiyyət tərəfindən tamamilə qəbul olunmuş bir sistem əsasında oxuyub
böyümüşüksə və bunun nəticəsində də gəlib cəmiyyətdə öz yerimizi tuta
bilmişiksə, bax bu son 5-6 il ərzində təhsil alan, həddi-büluğa çatıb təhsilini
davam etdirən gənclər üçün çox çətinliklər yaranmışdır.
Burada çıxış edən natiqlərdən biri haqlı olaraq dedi ki, indi kitablar da
tapılmır. Əvvəlki kitabların bir çoxundan biz imtina etmişik. Bu, təbii haldır.
Ola bilsin ki, məsələn, fizika, kimya, riyaziyyat elmi üzrə heç bir şey
dəyişilməyib, təbabət elmi üzrə də bir şey dəyişməyibdir. Ancaq ictimai-
siyasi elmlər sahəsində çox şeylər dəyişmişdir. İndi o kitablardan, o
ehkamlardan, o qanunlardan, o ideyalardan, o ideologiyadan imtina etmişik.
Bu tamamilə təbiidir və biz onlara qayıtmayacağıq. Ancaq yenilərini
yaratmamışıq. Burada deyildiyi kimi, xüsusən gənclər üçün kitablar da
yoxdur, onları almaq üçün vəsait də yoxdur. Müəllimlərin oxuduğu
mühazirələrlə, tələbələrə çatdırdıqları biliklə isə kifayətlənmək olmaz.
Problemlər təkcə bunlardan ibarət deyil, çoxdur. Bunların hamısını birdən
həll etmək çətindir. Ancaq bunlar həll olunmalıdır. Biz özümüzü bunlardan
kənara çəkə bilmərik. Əgər dövlət orqanları son illərdə bu məsələlərdən
kənara çəkiliblərsə, hər şeyi özbaşına buraxıblarsa, bununla da gəncliyi
yolayrıcında bax beləcə çaşbaş qoyublarsa, şübhəsiz ki, bu ümumxalq
mənafeyimizə ən böyük zərbədir.
Burada doğru deyildi, çox haqlı sözdür ki, gənclik bizim gələcəyimizdir.
Hər bir millətin, hər bir xalqın gələcəyidir. Indi gənclik bizim üçün daha
böyük əhəmiyyət kəsb edir. Çünki qeyd etdiyim kimi, biz müstəqillik yolu ilə
gedirik, respublikamız müstəqil bir dövlətdir. Əgər bu çətinliklərin
öhdəsindən bu gün birtəhər gəliriksə, gərək elə edək ki, müstəqil dövlətimiz
gələ-
____________Milli Kitabxana____________
168
cəkdə hamar yolla, düz yolla gedə bilsin, gənclərimizin qarşısında daşlar-
qayalar olmasın. Ona görə də bu məsələləri təcili həll etməliyik.
Mən, şübhəsiz, illüziyaya qapılmıram və sizi də aldatmaq niyyətində
deyiləm ki, bu ağır problemlər qısa müddətdə dərhal həll oluna bilər. Ancaq
bir var ki, bu problemlərdən özünü kənara çəkəsən, onları görmək
istəməyəsən, o problemləri yaxına buraxmayasan, bir də var ki, bunları
görəsən, biləsən, onların vacibliyini dərk edəsən və bu problemlərin həlli
üçün çarə tapasan, çıxış yolları axtarasan, tədbirlər görəsən. Mən bildirmək
istəyirəm ki, biz bu yolla gedəcəyik və bu problemlərin həll olunması üçün
bütün imkanlardan istifadə edəcəyik.
Çıxış edənlərdən biri dedi ki, indi müxtəlif təhsil formaları mövcuddur.
Biz, şübhəsiz ki, burada da dünya təcrübəsindən geniş istifadə etməliyik.
Əgər Azərbaycan əvvəllər Sovetlər İttifaqı tərkibində dünya təcrübəsindən
demək olar ki, tamamilə təcrid olunmuşdusa, biz ancaq özümüzün icad
etdiyimiz formalardan istifadə edirdiksə, indi dünya təcrübəsindən istifadə
etməliyik. Aicaq dünya təcrübəsini də götürüb kor-koranə tətbiq etmək,
inanın ki, istənilən nəticəni verməz. Indi litsey yaratmaq, kollec yaratmaq
modaya çevrilib. Bu adlar cazibədardır. Belə təsəvvür yaranır ki, orada hər
şey var, çünki əvvəllər bizdə olmayıb. Bizdə olub orta məktəb, texniki peşə
məktəbi, texnikum, institut.
Doğrudur, inkişaf etmiş ölkələrdə belə təhsil formaları çox yüksək təhsil
verir. Lakin bunlardan necə istifadə edib, necə tətbiq edə biləriksə, gəlin
onları edək. Mənasını, məzmununu dərk etməyib, nəticəsini bilmədən moda
dalınca qaçmaqla bir çox böyük səhvlər buraxa bilərik. Çox təəssüf ki,
Azərbaycanda artıq belə səhvlər buraxılmışdır. Təhsilin bir hissəsi
kommersiya əsasına keçirilmişdir.
İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik. Bu formaların hamısı
Azərbaycanda öz yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq.
Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil
səviyyəsini qaldıra biləcəksə, yaxşı nəticələr verəcəksə, biz bunlar haqqında
düşünməliyik.
Mübaliğəsiz demək olar ki, indiyədək mövcud olan təhsil sistemi
Azərbaycan xalqına çox böyük nailiyyətlər gətirmişdir. Azərbaycanda indi
hamı savadlıdır, savadı olmayanlar təktəkdir. Orta məktəbdə təhsil almaq
hamı üçün açıq olub və heç kəs ondan məhrum edilməyib. Bunun özü böyük
bir nailiyyətdir. Azərbaycan heç də böyük respublika deyil. Amma mənim
xatirimə gəlir, burada 16 ali məktəb fəaliyyət göstərirdi. Təsəvvür edin, 1919-
cu ildə Azərbaycanda ilk dəfə Bakı Dövlət Universiteti yaranıb. Azərbaycan
Demokratik Respublikası bu universiteti yaratmaq üçün professorları,
müəllimləri Rusiyadan dəvət etmişdi. Bakı Universitetində elmi təhsilin
əsasını da bu adamlar qoydular. İndi siz fikir verin, 1920-ci ildən sonrakı
dövrdə Azərbaycanda 16 ali məktəb yaranmışdır. Doğrudur, onla-