____________Milli Kitabxana____________
175
Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin,
Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir
Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər
Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla Mirqasımovun, Yusif
Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu bir çox digər
alimlərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın yaratdıqları mənəvi
dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir. Əgər biz bu
tarixi yaxşı təhlil edə bilsək, gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını
çəkdiyim şəxslərin və yüzlərlə başqalarının əsərlərindən mənəviyyata dair
fikirləri mənimsəsələr, həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz
yolla gedəcəkdi.
Eyni zamanda, milli məhdudluq çərçivəsində yaşamaq
olmaz.
Azərbaycanın həmin o dahi şəxsiyyətləri də bu zirvəyə qalxmaq üçün bəşəri
dəyərlərdən istifadə etmişlər. Əgər belə olmasaydı, Nizami Gəncəvi
"İsgəndərnamə" kimi böyük bir poema yazmazdı. Bu poema Homerin
"İliada" poemasından heç də geri qalmır. "İsgəndərnamə" bir tərəfdən tarixi
əsərdirsə, digər tərəfdən dərin fəlsəfi fikirlərlə zəngindir. Ancaq gənclərimiz
bunları bilirlərmi, oxuyurlarmı, bunlardan bəhrələniblərmi? Təəssüf ki, son
illərdə bizim guya, milli azadlıq uğrunda çalışan, o cümlədən Xalq Cəbhəsi
ətrafında toplaşan adamlar, onun aparıcı qüvvələri gənclərimizi bu elmi,
fəlsəfi nailiyyətlərimizdən bəhrələndirmək əvəzinə, onları cılız küçə sözləri
ilə tərbiyələndirmək yoluna düşmüşlər. Biz həm milli tariximizdən aldığımız
mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi
dəyərlərə yiyələnməliyik, o cümlədən, Avropa mədəniyyətindən, Rusiya
mədəniyyətindən, Şərq mədəniyyətindən istifadə etməliyik. Məsələn, böyük
İran tarixini götürün. Bizim qonşu dövlət dünyaya nə qədər dahilər bəxş
etmişdir. Əgər biz bu mənəvi dəyərlərə yiyələnsək, şübhəsiz ki, xalqımızın
bugünkü yolunu təyin etməyimizə köməyi olar. Güman edirəm ki, gənclər bu
məsələlərlə də yaxından məşğul olacaqlar, gənclərlə işləyən təşkilatlar,
idarələr də buna ciddi fikir verəcəklər.
Əsas vəzifələrdən biri də gənclərimiz arasında vətənpərvərlik hissini
geniş təbliğ etməkdir. Bu, təkcə ona görə deyil ki, biz indi müharibə aparırıq.
Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgör öz vətənini, torpağını, xalqını
sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki,
dünyada başqa şeyləri də qiymətləndirə bilməzsən. Indiki dövrümüzdə
vətənpərvərlik ən aktual məsələdir. Torpaqlarımızın bir qismi işğal
olunmuşdur, müharibədə məğlubiyyətlərə uğramışıq. Nə üçün? Məgər
Azərbaycan xalqı bu qədər asizdirmi? Məgər Azərbaycan gəncləri bizə
təcavüz edən qüvvələrdən həm fiziki, həm mənəviyyat, həm vətənpərvərlik
cəhətdən zəifdirlərmi? Hesab edirəm ki, yox.
Demək, burada nə isə var. Bu da ondan ibarətdir ki, böyük səhvlər
buraxılmışdır. Azərbaycanın hakim dairələri, dövlət
orqanları,
ordu
yaratmaqla məşğul olan orqanlar, şəxslər Azərbaycan
____________Milli Kitabxana____________
176
xalqının, onun gənclərinin daxili imkanlarından təəssüf ki, səmərəli istifadə
etməmişlər. Gəlin açıq danışaq. Azərbaycanda siyasi özbaşınalıqlar olduğuna
görə gənclərin bir hissəsi ölkənin bu fəlakətli vəziyyətində özünü kənara
çəkmişdir. Bəzi valideynlər şəxsi hisslərini ümummilli hisslərdən üstün tutaraq
balalarını Azərbaycandan kənara çıxarmışlar, yaxud da orada-burada kizlətmişlər,
orduya getməyə qoymamışlar. Ona görə də belə çıxır ki, 7 milyonluq xalq öz
torpaqlarını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qoruya bilmir. Buna
dözmək olmaz, bunu anlamaq mümkün deyil, bununla razılaşmaq olmaz.
İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş
ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs
vəzifə olmalıdır. Biz xalqımızı, gənclərimizi ədalətsiz müharibəyə dəvət etmirik,
başqa ölkələrin torpaqlarına göz dikmirik, Ermənistan torpaqlarından heç nə ələ
keçirmək istəmirik. Ancaq eyni zamanda torpaqlarımızın zəbt olunmasına
dözməməliyik. Millətini, torpağını sevən hər bir namuslu adam buna razı
olmamalıdır. Ona görə də gənclər gərək hərbi xidmətə getsinlər. Hərbi xidmət
etməyən gənc gələcək həyatında sınaqlardan çıxa bilməz. Bu, tarixən belə
olmuşdur: hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü
edir, çətinlikləri aradan qaldırmaq keyfiyyəti aşılayır. İndi isə hərbi xidmət həm
də vətənimizi, torpağımızı qorumaq deməkdir.
Fərarilik haqqında çox danışırlar. Bilirsiniz, adam dəhşətə gəlir. Son illər bu
salonda bu barədə nə qədər söhbətlər gedib: fərarilik, fərarilik, fərarilik. Axı nə
üçün Azərbaycan oğulları fərari olsunlar? Fərarilik edən hər bir gənc gərək
cəmiyyətin içinə çıxa bilməsin, fərarilik xalqa düşmən olmaq deməkdir. Ancaq
mən bu məsələdə təkcə gəncləri günahlandırmaq fikrində deyiləm. Xahiş edirəm
məni düzgün başa düşəsiniz. Təəssüf ki, son illərdə, elə 1988-ci ildən etibarən,
torpaqlarımıza təcavüz başlandığı vaxtdan Azərbaycanın ordu potensialı
lazımınca toplanaraq istifadə edilməmişdir. Gənclərimiz
orduya cəlb
olunmamışlar,
ordu yaranmamışdır.
Ona görə də respublikamız bu
məğlubiyyətlərə uğramışdır. Yəni günahların çoxu siz gənclərdə deyil, dövlət
başçılarında, ordunu guya, yaratmaq istəyən adamlarda olmuşdur.
Bu dövrdə, 1988-ci ildən sonra cürbəcür dəstələr, batalyonlar
yaranmışdır. Heç bir hərbi təhsili, səriştəsi, biliyi olmayan adamlar ayrı-ayrı
şəxsi məqsədlər naminə bu işə qoşulmuşlar. Onlardan bəzilərinin iç üzü
açılmışdır, bəzilərininki də, şübhəsiz, açılacaqdır. Tarix onların hamısını ifşa
edəcəkdir. Buna şübhə yoxdur.
Bu səbəbdən ordumuz da istənilən səviyyədə olmamışdır. Bir daha
deyirəm, buna görə də Azərbaycan Respublikası öz torpaqlarının
müdafiəsində məğlubiyyətlərə uğramışdır. Bəzən belə fikirlər səslənir
(burada müəyyən həqiqət də var), bu gün burada da deyildi ki, Azərbaycan
gəncləri döyüşdən qaçmırlar. Doğrudur, ancaq qaçanlar da var. Bəlkə də ona
görə qaçırlar ki, heç bir hər-