MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə61/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   57   58   59   60   61   62   63   64   ...   256

____________Milli Kitabxana____________

144


rindən şəxsi məqsədlər üçün, şəxsi mənafelər üçün istifadə etməsi halları

geniş yayılıbdır. Polis orqanı gərək xalq tərəfindən hörmət edilən bir orqan

olsun, polis işçisi gərək xalq tərəfindən, kütlə tərəfindən, ictimaiyyət

tərəfindən sevilsin, ona hörmət edilsin. Bu da o halda ola bilər ki, polis işçisi,

Daxili İşlər Nazirliyinin hər bir nümayəndəsi, nazirliyi təmsil edən şəxs

əvvələn qanuna riayət etsin; ikincisi, qanunçuluğun nümunəsi olsun;

üçüncüsü, yüksək mənəviyyat nümunəsi olsun; dördüncüsü, hər bir vətəndaş

hiss etsin ki, polis işçisinin simasında, onun şəxsiyyətində dövlətin

qanunçuluğunu, dövlətin yüksəkliyini görür. Çünki polis işçisi, daxili İşlər

Nazirliyinin işçisi dövləti təmsil edən bir şəxsdir.

Ona görə də siz bu mənfi halları, ümumiyyətlə, bizim cəmiyyəti, o

cümlədən polis orqanlarını hörmətdən salan, xalq arasında tamamilə əsaslı

olaraq polis orqanları barəsində mənfi fikir yaradan halları içərinizdən çıxarıb

atmalısınız. Rüşvətxorluq, vəzifədən sui-istifadə etmək, insanlara qanunsuz

təzyiq göstərmək, zor işlətmək və yaxud başqa hallar polis orqanlarının iş

praktikasından, yəni əməli fəaliyyətindən tamamilə kənar olunmalıdır. Siz bu

hallarla mübarizə aparmalısınız. Bir daha qeyd edirəm, sizin fəaliyyətinizin

səmərəli olması üçün, böyük bir dövlət orqanı kimi yüksək hörmətə layiq

olmağınız üçün və dövlətə sədaqətlə xidmət etmək üçün bunlar əsas

amillərdir. Siz gərək bunları biləsiniz və düşünəsiniz. Əlbəttə, bu mənfi

halların mövcud olması, sirayət etməsi və necə deyərlər, bir xəstəlik kimi

yayılmasıiın obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər şübhəsiz

ki, son dövrlərlə Azərbaycanda gedən ictimai-siyasi proseslər, İqtisadiyyatın

dağılması, qanunçuluğun pozulması və yüksək dövlət orqanlarının özünün

qanuna zidd hərəkətləri, vəzifədən sui-istifadə etmək hallarıdır. Bu da polis

orqanlarında belə hallar yaranmasına səbəb olmuşdur. Subyektiv səbəblər isə

ayrı-ayrı polis orqanları, daxili işlər orqanları işçilərinin xalqa, öz dövlətinə,

vətəninə, torpağına xidmət etmək üçün yox, ancaq şəxsi məqsədlərini, şəxsi

mənafeyini təmin etmək üçün bu peşəyə, bu vəzifələrə gəlməsindən ibarətdir.

Mən rica edirəm ki, bu məsələlər üzərində düşünəsiniz, başa düşəsiniz ki,

polis orqanlarının, daxili işlər orqanlarının işçiləri üçün dövlət tərəfindən

bütün maddi və mənəvi şərait yaradılıb və bundan sonra da yaradılacaqdır.

Ancaq hər bir insan üçün yüksək mənəviyyat ən ali amil olmalıdır. O

cümlədən və xüsusən dövlət işçiləri üçün, polis orqanlarının işçiləri üçün.

Biz sizin işinizi, bu ağır vəziyyətdə fəaliyyətinizi görürük, izləyirik və

qiymətləndiririk. Son müddətdə biz, yəni dövlət rəhbərləri Daxili İşlər

Nazirliyi ilə, xüsusən onun rəhbərliyi ilə sıx əlaqədəyik, sizin işinizi yüksək

səviyyəyə qaldırmağa çalışırıq və bundan sonra da bu istiqamətdə hərəkət

edəcəyik. Biz yaxşı bilirik ki, beş ildən artıq davam edən müharibədə Daxili

İşlər Nazirliyinin yüzlərlə əməkdaşı - zabitlər, polis nəfərləri torpağımızı

qoruyarkən şəhid olmuşlar, qəhrəmanlıq gös-



____________Milli Kitabxana____________

145


tərmişlər, Azərbaycan Respublikasının tarixinə milli qəhrəman kimi daxil

olmuşlar. Bunların hamısı yüksək qiymətləndirilir. İndi də torpaqlarımızı

qorumaqda, Ermənistanın təcavüzünün qarşısını almaqda Daxili İşlər Nazirliyi

əməkdaşlarının, zabitlərinin fəaliyyəti gözümüzün qabağındadır. Biz həm qoşun

hissələrinin, həm də sahələrlə işləyən əməkdaşlarınızın fəaliyyətini yüksək

qiymətləndiririk. Əmin ola bilərsiniz ki, əhali də, vətəndaşlar da, bütün

Azərbaycan ictimaiyyəti də bunu indən belə daha yüksək qiymətləndirəcəkdir.

Biz Daxili İşlər Nazirliyinin rəhbərliyinə, nazir Vaqif Novruzova, onun

müavinlərinə, kollegiyaya tam etimadla yanaşırıq, güvənirik, sizin hamınıza

etimad göstəririk, güvənirik və güman edirik ki, hamınız birlikdə bu etimadı

doğrultmağa çalışacaqsınız. Bunun üçün sizə əlavə kömək göstərəcək, əlavə

imkanlar da yaradacağıq.

Ancaq biz sizdən daha fəal iş gözləyirik, daha səmərəli iş, cinayətkarlığa

qarşı daha kəskin mübarizə gözləyirik və hesab edirik ki, Daxili İşlər

Nazirliyinin imkanlarından, potensialından hələ lazımi səviyyədə istifadə

olunmayıb. İndi Azərbaycanda ayrı-ayrı gizli silahlı dəstələr mövcuddursa və

bizim böyük potensiala malik olan Daxili İşlər Nazirliyinin orqanları bu

dəstələri meydana çıxarıb tərksilah edə bilmirlərsə, qanunu pozan, gizli silah

saxlayan adamları məsuliyyətə cəlb elə bilmirlərsə, şübhəsiz ki, bu,

fəaliyyətsizliyi göstərir, yaxud da ki, bəzi orqanların, bəzi şəxslərin bu

məsələlərə həmrəy olduğunu göstərir. Mən bunu başqa cür qiymətləndirə

bilmərəm.

Ayrı-ayrı bandalar var, biri Azərbaycanın o bölgəsində, biri bu

bölgəsində. Onların adları da  sizə məlumdur. Nə cür ola bilər ki, böyük bir

dövlətə güvənən, arxalanan daxili işlər orqanları, polis orqanları ayrı-ayrı

bandalardan gücsüz olsun, yaxud onlara üstün gələ bilməsin? Buna inanmaq

olmaz. Demək, burada nə isə var. Ayrı-ayrı cinayətkarlar sizin tərəfinizdən

uzun müddət axtarılır, ancaq tapılmır. Mən özüm-özümə sual verirəm.

Axtarılırmı? Lazımi əməliyyatlar keçirilirmi, yoxsa yox? Suallara yəqin ki,

siz cavab verməlisiniz. Daxili İşlər Nazirliyindən, onun rəhbərliyindən, bir

nazir kimi Vaqif Novruzovdan bu məsələləri çox ciddi tələb edirik və bir

neçə dəfə Milli Məclisdə də, ayrı-ayrı müşavirələrimizdə də nazirin

qarşısında çox böyük tələblər qoymuşuq. Ancaq nazir təkbaşına bir şey elə

bilməz. Əgər biz nazirliyin rəhbərliyinə, sizə arxalanırıqsa, nazirliyin

rəhbərliyi də gərək bütün şəxsi heyətə, zabitlər heyətinə, bütün polis heyətinə

arxalansın. Hamınız birlikdə çalışıb bu cinayətkarları meydana

çıxarmalısınız.

Vətəndaşlar Azərbaycanda cinayətkarlığın geniş yayıldığından çox

narazıdırlar, çox narahatdırlar. Bu da  təbii haldır. Biz də narahatıq. Nə üçün

biz gərək orada-burada silahlı qoruyucu qüvvələr saxlayaq? İndi biz

Azərbaycanda tam əmin-amanlıq yaratmalıyıq ki, insanlar rahat yaşaya

bilsinlər, bütün təbii tələblərini  həyata  keçirməyə imkan tapsınlar. Bunları

siz təmin



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə