MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə57/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   53   54   55   56   57   58   59   60   ...   256

____________Milli Kitabxana____________

135


nistan silahlı birləşmələrinin bu cür son dərəcə təhlükəli, avantürist,

təcavüzkar hərəkətləri münaqişəni beynəlmiləlləşdirməyə doğru aparır. Buna

nə İran, nə də Türkiyə biganə qala bilməz.

S u a l: Elçibəyin vaxtında Qərbin aparıçı firmaları ilə bağlanmış neft

sazişlərinin taleyi necədir? Azərbaycan üzərinə götürdüyü öhdəlikləri

yerinə yetirməyə hazırdırmı?

C a v a b: Görünür, sizin düzgün məlumatınız yoxdur. Əbülfəz Elçibəyin

vaxtında heç bir saziş imzalanmamışdır. ABŞ-ın, İngiltərənin və başqa

ölkələrin neft şirkətləri ilə danışıqların özü də uzun müddət, bir ildən çox və

hətta iki il davam etmişdir. Əlimizdə olan yeganə sənəd Azərbaycan tərəfdən

bir şəxsin - Azərbaycan Neft Şirkəti prezidentinin imzaladığı bəyannamədir.

Həmin bəyannamədə Qərbin neft şirkətləri ilə heç bir konkret razılaşma

nəzərdə tutulmamışdır. Lakin, bununla belə, biz neft yataqlarının birlikdə

işlənməsi haqqında sazişlərin layihələrində ciddi səhvlər və çatışmazlıqlar

aşkar etmişik. Bunlara bir tərəfdən, ola bilsin, işi bilmədiklərinə görə, yaxud

qəsdən, Azərbaycan tərəfi, o biri tərəfdən isə Qərbin neft şirkətləri yol

vermişlər. Həmin şirkətlər danışıqları daha sivilizasiyalı şəkildə, hər iki

tərəfin mənafeyini nəzərə almaqla aparmalı idilər. Buna görə də biz sadəcə

olaraq həmin sazişlərin layihələrinin hazırlanmasına dair işi dayandıraraq

müstəqil ekspertlər dəvət etmişik. Yeri gəlmişkən, əiların arasında

İngiltərənin, ABŞ-ın nümayəndələri də var. Hazırlanmış bütün layihələri

onların iştirakı ilə təhlil etmişik.

Zənnimcə, sazişlərin dayandırılması haqqında söhbətlər bilərəkdən,

Azərbaycanın yeni rəhbərliyi haqqında xaricdə yanlış pəj yaratmaq, atdığımız

düzgün addımı gözdən salmaq məqsədi ilə aparıdırdı. İndi hamıya aydındır

ki, biz heç bir sazişi dayandırmamışıq, çünki belə sazişlər, ümumiyyətlə,

olmamışdır.

Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki

nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur. Dövlət adamları kimi bizim

vəzifəmiz milli sərvətimizə son dərəcə qənaətlə və qayğı ilə yanaşmaqdır. Elə

bilirəm ki, öz xalqının, öz Dövlətinin mənafeyini müdafiə edən bütün

ölkələrin rəhbərləri də belə hərəkət edərdilər. Bu proses indi davam edir,

əminəm ki, həmin məsələnin ən düzgün həllini tapacağıq. Hər halda demək

istəyirəm ki, ilkin hesablamalara görə, əvvəllər nəzərdə tutulanlarla

müqayisədə indiki layihələrdə xarici neft şirkətləri ilə birgə fəaliyyət

nəticəsində Azərbaycanın əldə edəcəyi mənfəət təqribən 17 milyard dollar

artacaqdır. İndi siz özünüz üçün nəticə çıxara bilərsiniz.

S u a l: Bu gün atəşkəsin son günüdür. Azərbaycanın bölgədəki son

rayonu da  ermənilərin əlinə keçərsə və İran Azərbaycan torpaqlarına

daxil olarsa, onda nə olacaq? İkinci sualım belədir: Beyləqan və İmişli

şəhərlərində 200 mindən çox qaçqın var. Oktyabrın 3-də isə seçkilər

keçiriləcək. Bu adamlar neçə səs verəcəklər? Artıq qış yaxınlaşır,

çadırlardan başqa onların heç nəyi yoxdur. Qışı neçə keçirəcəklər?



____________Milli Kitabxana____________

136


C a v a b: Bu gün atəşkəsin son günüdür, ancaq biz danışmışıq, atəşkəs

davam edəcəkdir. Mən sizə məlumat verdim ki, sabah, yəni sentyabrın 11-də

Moskvada bizim nümayəndələr görüşəcəklər və atəşkəsin davam etməsi üçün

danışıqlar aparacaqlar. Ümidvaram ki, bu danışıqlar müsbət nəticə verəcək və

atəşkəsin müddətini davam etdirə biləcəyik. Ona görə də narahat olmaq lazım

deyil. Əgər atəşkəs dayansa, yəni atəş yenidən başlansa, sərhədləri qoruyan

İran əsgərlərinin nə edəcəklərinə gəldikdə isə, narahatlığa ehtiyac yoxdur. O

ki qaldı qaçqınlara, onlar təkcə Beyləqanda deyildirlər. Mən sizə dedim ki,

bir milyona yaxın qaçqın var. Ancaq onların yerləri, yurdları var, yəni onlar

bir yerdə yaşayırlar, bir yerdə otururlar və onlara qayğı göstəririk. Avqustun

29-da keçmiş prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında

referendum keçirilərkən həmin qaçqınlar səs verdilər. Buna tam əmin ola

bilərsiniz. Ona görə də oktyabrın 3-dəki prezident seçkilərində də onlar səs

verəcəklər. Mən sizə məsləhət görürəm ki, o gün həmin yerlərdə də olun, öz

gözünüzlə görün ki, necə olacaq. İranlıların oraya gəlib qaçqınlara qayğı

göstərməsi haqqında isə dedim, lakin rus dilində olduğundan bəlkə də yaxşı

tərcümə edilmədiyi üçün siz yaxşı başa düşmədiniz. Biz hər bir dövlətin

Azərbaycan torpağında qaçqınlara qayğı göstərməsini, kömək etməsini çox

minnətdarlıqla qəbul edərik. O cümlədən də Türkiyənin köməyini. Buyurun,

gəlin.


S u a l: Hörmətli sədr, Moskva danışıqlarının yekunları Azərbaycan -

Ermənistan münaqişəsinin uğurla aradan qaldırılması üçün ümidverici

perspektivlər açır. Mümkünsə deyin, ölkə daxilində sabitliyə nail

olmaqdan ötrü hansı tədbirlər nəzərdə tutulur? Sağ olun.

C a v a b: Bilirsiniz, ölkə daxilində sabitliyi təmin etməkdən ötrü

tədbirlərimiz çoxdur. Ancaq çox yaxşı olardı ki, sabitliyi pozmağa çalışan

qüvvələr anlasınlar ki, öz şəxsi mənafelərini, məqsədlərini, bəzən millətin, xalqın,

dövlətin, ölkənin mənafeyinə zidd olan məqsədlərini kənara qoymalıdırlar. Əgər

buna nail ola bilsələr, mənə belə gəlir ki, sabitliyi təmin etmək üçün xüsusi

tədbirlərin görülməsinə ehtiyac olmayacaq. Siz Azərbaycanda yaşayırsınız, yaxşı

bilirsiniz ki, sərhəd bölgələrində nə qədər təxribatçı qruplar işləyir, onların

təxribatı nəticəsində biz nə qədər böyük zərər çəkirik. Yəqin eşitmisiniz, son

vaxtlarda Qubadlı rayonunda, ondan sonra Sumqayıtda, Bakıda onların bir hissəsi

həbs olunmuşdur. Bu cinayətkar qrupun üzvləri həbs olunarkən bəziləri özlərini

öldürmüşlər. Belə quldur dəstələrini, belə qrupları ayrı-ayrı adamlar öz şəxsi

məqsədlərini həyata keçirmək üçün yaratmışlar. Təəssüf ki, bəzən adamlar adını

siyasətçi qoyub hakimiyyət uğrunda mübarizə apararkən siyasi, yaxud ictimai

imkanlarının məhdud olduğunu bilərək, məqsədlərinə ancaq bir yolla - silahla,

təxribatla nail olmağa çalışırlar.Deməli, vəzifə tutmaq istəyirdilər. Lakin gərək

biləydilər ki, bacarığına, səriştəsinə görə vəzifə tutmaq, yaxud iş başına gəlmək

olar. Ancaq özünə silahlı dəstə, quldur dəstəsi düzəldən, onun

vasitəsilə

terrorçuluqla məşğul olan, xalqı əzib-incidən, beləliklə də vəzifə tutaraq öz

şəxsi, çirkin mənafelərini həyata




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə