MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə58/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   54   55   56   57   58   59   60   61   ...   256

____________Milli Kitabxana____________

137


keçirmək istəyənlər,

şübhəsiz, Azərbaycanın daxili sabitliyini pozan

adamlardır. Biz onlara qarşı ciddi mübarizə aparacağıq, Azərbaycanda qayda-

qanunun möhkəmlənməsini təmin edəcəyik və belə adamlara Azərbaycanda

yer olmayacaq.

S u a l: Cənab sədr, Moskvada Rusiya və Azərbaycan baş

nazirlərinin müavinləri Aleksandr

Şoxin və Abbas Abbasovun

imzaladıqları müqavilədən Azərbaycan nə qazanır və nə itirir? Bu

müqavilə hansı tərəfin xeyrinədir? Çox sağ olun.

Ca v a b: Bu müqavilə həm Azərbaycanın, həm də Rusiyanın xeyrinədir.

Birinci növbədə Azərbaycanın xeyrinədir.



S u a l: Yoldaş Əliyev, indi belə bir fikir var ki, regionun gələcək

taleyi slavyan və türk amilindən asılıdır. Sizin fikrinizcə, həmrəylik

hansı ideologiyada mümkündür və tarixi keçmişə əsaslanaraq sizə elə

gəlmirmi ki, indiki reallıq slavyan-türk alyansının yaranmasına imkan

verəcək? Çox sağ olun.

C a v a b: Ola  bilsin ki, bu sual sizin öz fikrinizdir, lakin əgər bizim

region haqqında danışırsınızsa, şübhəsiz ki, Rusiya ilə Türkiyə arasında

münasibətlərin yaxşı olması Azərbaycan ilə Ermənistan arasındakı hərbi

münaqişənin həllinə çox kömək edəcəkdir. Ancaq bu regiondakı bütün

məsələləri bu iki ölkənin alyansı ilə bağlamaq o qədər də doğru olmazdı. Ola

bilər, bu sizin şəxsi fikrinizdir, mən buna etiraz etmirəm. Amma yenə də

deyirəm, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması ümumən

Qafqazda mövcud olan problemlərin, xüsusilə hərbi münaqişələrin aradan

qaldırılmasına kömək edəcəkdir.

S u a l: Cənab Heydər Əliyev, sizin Moskvaya səfəriniz təsadüfənmi,

yaxud nədənsə Türkiyə baş nazirinin

oraya səfəri ilə üst-üstə

düşmüşdür. Bu səfərləri Rusiya - Azərbaycan münasibətlərinin nizama

salınmasında Azərbaycan və Türkiyənin birgə səyləri kimi

qiymətləndirmək olarmı? Çox sağ olun.

C a v a b: Bu səfərlər təsadüfən eyni vaxta düşmüşdür. Bunlar

əvvələcədən, yəni danışıqlar əsasında planlaşdırılmış səfərlər deyil. Ancaq,

şübhəsiz ki, bu imkandan istifadə edərək Türkiyənin baş naziri Tansu Çillərlə

orada, Moskvada görüşdüm və biz lazımi çərçivədə fikir mübadiləsi apardıq.

Mənə belə gəlir ki, bu, həm Rusiya - Türkiyə münasibətləri üçün, həm də

Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibətləri üçün faydalıdır.



S u a l: Sizcə Avropa dövlətlərinin, Avropa Birliyinin qaçqınlara

göstərdiyi yardım nə dərəcədə hiss edilir? Sizin fikrinizcə, belə yardıma

ehtiyac varmı?

C a v a b: Mən dedim ki, həmin dövlətlər tərəfindən belə yardım, belə

təşəbbüs yoxdur. Hər halda biz başqa ölkələrdən hələ belə yardım almamışıq.

Lakin əgər belə təşəbbüs olarsa, biz onu məmnuniyyətlə qəbul edərik.

Diqqətinizə görə sağ olun.




____________Milli Kitabxana____________

138


BƏSTƏKAR ARİF MƏLİKOVA

Hörmətli Arif Cahangir oğlu!

Sizi anadan olmağınızın 60 illiyi münasibətilə səmim-qəlbdən təbrik

edirəm.


Qırx ildən çoxdur ki, çoxşaxəli yaradıcılığınız çağdaş Azərbaycan musiqi

mədəniyyətini zənginləşdirməkdədir. Böyük fitri istedadın məhsulu olan

"Məhəbbət əfsanəsi" baletiniz xalqımızın milli musiqisini dünyaya tanıdan

şah əsərlərdəndir. Sizin yaradıcılığınız ulu mədəniyyətimizi bütün əzəməti ilə

aləmdə təmsil edir.

Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə,

gənclərimizin estetik tərbiyəsində indən sonra da mühüm xidmətlər

göstərəcək, qədim və zəngin ənənələri olan milli musiqi mədəniyyətimizə

parlaq səhifələr yazacaqsınız. Sizə xoş anlar, xoş günlər, xoş illər

arzulayıram.

Dərin hörmətlə,

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

14 sentyabr 1993-cü il




____________Milli Kitabxana____________

139


AZƏRBAYCAN RESPUBLİKASI

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ

KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ ÇIXIŞ

20 sentyabr 1993-cü il

Hörmətli zabitlər, Daxili İşlər Nazirliyinin əməkdaşları, polis işçiləri!

Azərbaycan Respublikası öz tarixinin ağır mərhələsini keçirir. Bu mərhələnin

nə qədər ağır, məsuliyyətli, çətin olduğu aydındır və əsas səbəbləri də

məlumdur. Bildiyiniz kimi, beş ildən artıqdır ki, Azərbaycan Respublikası

Ermənistanın silahlı qüvvələri tərəfindən hərbi təcavüzə məruz qalmış və

nəticədə torpaqlarımızın bir qismi işğal olunmuş, şəhərlərimiz, qəsəbələrimiz,

kəndlərimiz dağılıb viran olunmuş, yüz minlərlə həmvətənimiz, vətəndaşımız

qaçqın düşmüşdür.

Son dövrdə Azərbaycan böyük sosial-iqtisadi, ictimai-siyasi böhran

içərisindədir. Şübhəsiz ki, bu böhranın əsas səbəblərindən biri Azərbaycanın

beş ildən artıq bir müddətdə müharibə vəziyyətində olması, eyni zamanda,

son illərdə onun həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatında özündən

asılı olan və olmayan mütəmadi dəyişikliklərdir. Bunların hamısı Azərbaycan

Respublikasını çox ağır vəziyyətə salmışdır. Şübhəsiz ki, bu ağır vəziyyət

respublika vətəndaşlarının həyat tərzini gərginləşdirmiş, çətinləşdirmiş və

respublikada ümumi gərgin bir vəziyyət yaratmışdır.

Eyni zamanda, son dövrün ən əlamətdar hadisəsi ondan ibarətdir ki,

Azərbaycan Respublikası müstəqil dövlət olmuşdur. Azərbaycan xalqı indi artıq

öz həyatını müstəqil dövlət çərçivəsində, öz arzu və niyyətləri əsasında qurmaq

imkanına malik olmuşdur. Beləliklə, bir tərəfdən Azərbaycan müstəqil dövlət

kimi böyük imkanlar əldə edibsə, ikinci tərəfdən bu imkanlardan istifadə etmək

həddindən artıq çətinləşmiş və ağırlaşmışdır. Ona görə də indi Azərbaycan

Respublikasının hər bir vətəndaşı qarşısında, Vətənini sevən, ona xidmət etmək

istəyən hər kəs qarşısında böyük və məsuliyyətli vəzifələr durur.

Azərbaycan Respublikasının müstəqil dövlət olması tarixi bir hadisədir. Biz,

Azərbaycanın indiki nəsli, bu imkanlardan bütün sahələrdə səmərəli istifadə

etməliyik. Bunun üçün çox iş görülməlidir. Təəssüf ki, Azərbaycan öz

müstəqilliyini əldə edəndən sonra - əslində bu, az vaxt deyil, - müstəqilliyi

möhkəmləndirmək, daimi etmək, müstəqillik əsasında respublikada həm siyasi-

iqtisadi sistemi, həm cəmiyyəti tənzimləmək məsələləri çox axsayıb, hətta demək

olar ki, həyata keçirilməyib və bu dövr Azərbaycan xalqı üçun daha da ağır,

əziyyətli dövr olmuşdur.

Azərbaycan Respublikasının dövlət atributlarından biri də, Azərbaycanın

Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr

və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir

neçə



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə