MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə62/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   58   59   60   61   62   63   64   65   ...   256

____________Milli Kitabxana____________

146


etməlisiniz. Ona görə də sizə belə yüksək etimad göstərilir, ona görə də siz

xüsusi statusa malik olan, xüsusi rütbələri və xüsusi geyimi olan, silah

gəzdirmək hüququ və başqa səlahiyyətləri olan adamlarsınız. Bunları sizə

elə-belə vermirlər ki, başqa vətəndaşlardan fərqlənəsiniz. Ona görə verirlər

ki, siz qalan bütün vətəndaşların hüquqlarını, rahat yaşayışını, əmin-

amanlığını qoruyasınız. Bunun üçün də cinayətkarlarla mübarizə aparmaq,

istintaq işini, axtarış işlərini, bütün tədbirləri gücləndirmək lazımdır. Bunların

hamısı sizdən tələb olunur və bilməlisiniz ki, əgər kimsə bu tələblər

səviyyəsində deyilsə, o, şəxsiyyətindən, keçmiş xidmətiidən asılı olmayaraq,

kənara çəkilməlidir. Yenə də deyirik: biz polis orqanlarında, Daxili İşlər

Nazirliyində xüsusi peşə hazırlığı olan, bilikli, təcrübəli, təhsilli, eyni

zamanda yüksək mənəvi keyfiyyətlərə malik adamlara güvənirik. Əgər kimsə

bu keyfiyyətlər səviyyəsinə qalxa bilmirsə, bu tələblərə cavab verə bilmirsə,

şübhəsiz ki, onlar kənara çəkilməlidir və rəhbərlik onları öz sıralarından

çıxarmalıdır.

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca

sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat

Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını

təmin etməlidir. Biz dəfələrlə demişik ki, Azərbaycanda demokratik

prinsiplər əsasında dövlət qurulur, demokratiyanın inkişafına tam şərait

yaradılıb, bundan sonra da yaradılacaq, Azərbaycanda siyasi plüralizm,

çoxpartiyalı sistem əsasında demokratik dövlət qurmaq niyyətindəyik. Eyni

zamanda, Azərbaycanın İqtisadiyyatı bazar iqtisadiyyatı istiqamətində inkişaf

etməlidir.

Hazırda iqtisadiyyat dağılıb, bərbad haldadır. Bizim sənaye, kənd

təsərrüfatı potensialından demək olar ki, heç 20 faizi səviyyəsində istifadə

olunmur. Bunun bir səbəbi də ondan ibarətdir ki, dövlətə, yaxud xalqa, yaxud

da ayrı-ayrı şəxslərə mənsub olan əmlakın oğurlanması, dağıdılması halları

mövcuddur. Siz bunların qabağını almalısınız. Biz demokratiyanı inkişaf

etdirərək, siyasi plüralizmə şərait yaradaraq, demokratik dövlət qurmaq

əzmində olaraq, eyni zamanda həm cəmiyyətdə, həm də dövlətdə nizam-

intizamı möhkəmlətməliyik. Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq

deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-

intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət

orqanlarına hörməti, dövlətin vətəndaşlara hörməti, sayğısı və qayğısıdır.

Bunların əsasında biz Azərbaycanda demokratik dövlət qurmaq yolu ilə

gedirik və demokratik cəmiyyət təşkil olunmasını istəyirik.

Bu sahədə Daxili İşlər Nazirliyi orqanlarının, polis orqanlarının çox

böyük vəzifələri var, sizin üzərinizə çox böyük məsuliyyət düşür və siz qanun

çərçivəsində hərəkət edərək bu prin-




____________Milli Kitabxana____________

147


siplərin həyata keçirilməsini təmin etməlisiniz. Amma heç kəsin də qanunu

pozmasına, özbaşınalıq etməsinə, hərc-mərclik yaratmasına, vətəndaşların

hüququnu pozmasına yol verməməlisiniz.

Güman edirəm ki, siz və sizinlə birlikdə Azərbaycan Respublikasının

bütün polis işçiləri, Daxili İşlər Nazirliyinin əməkdaşları öz məsuliyyətinizi

yaxşı dərk edirsiniz. Ümidvar olduğumuzu bildirmək istəyirəm ki, öz

vəzifənizi namusla, şərəflə yerinə yetirəcəksiniz. Hamınıza, sizin şəxsinizdə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına, polis

işçilərinə ağır, şərəfli və müstəqil Azərbaycan üçün çox mühüm olan işinizdə

uğurlar arzulayıram.




____________Milli Kitabxana____________

148


AZƏRBAYCAN RESPUBLİKASI

ELMLƏR AKADEMİYASINDA

ZİYALILARLA GÖRÜŞDƏ ÇIXIŞ

21 sentyabr 1993-cü il

Hörmətli ziyalılar, əziz dostlar və həmvətənlər! Uzun fasilədən sonra

Azərbaycan ziyalıları ilə görüşmək mənə nəsib olduğu üçün məmnun

olduğumu bildirmək istəyirəm və görüşdə iştirak etdiyinizə görə, burada çıxış

edən natiqlərin mənim haqqımda dediyi sözlərə görə hamınıza ürəkdən

təşəkkür edirəm.

Ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Mən

həyatım boyu belə düşünmüşəm, belə fikirləşmişəm. Ona görə, bəlkə  görüş

sizin üçün də əhəmiyyətlidir, ancaq mənim üçün həddindən artıq dəyərlidir.

Çünki uzun müddət belə bir imkandan məhrum olmuşdum. Yalnız qəlbim,

ürəyim həmişə Vətəndə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan

ziyalılarla, onların yaradıcılığı, işləri ilə bağlı olmuşdur. Ancaq indi

yanyanayıq, üz-üzə durmuşuq. Bu mənim üçün böyük hadisədir. Təşəkkür

edirəm.


Bu gün, şübhəsiz ki, hər bir kəsi, o cümlədən ziyalıları ən çox

maraqlandıran və eyni zamanda ən çox

narahat edən Azərbaycan

Respublikasının indiki vəziyyətidir. Bu hər bir Azərbaycan vətəndaşını

düşündürür, narahat edir və ən çox, şübhəsiz ki, ziyalıları, intellektual

səviyyəli adamları düşündürür. Bizi də, sizi də düşündürür. Azərbaycan öz

həyatının çətin və ağır bir dövrünü yaşayır, böyük imtahanlardan keçir. Bu

imtahanlar müəyyən mənada bizim əsrin əvvəlində başlayıbsa, XX əsrin

sonunda daha ciddi bir xarakter alıb. Bu imtahanların çox ağır dövrü indiki

mərhələdir. Bizim belə əzab-əziyyətə düşməyimizin səbəbləri çoxdur. Bunun

obyektiv səbəbləri də, subyektiv səbəbləri də var.

Mən bu səbəbləri xarakterizə etmək məqsədində deyiləm, buna imkan da

yoxdur. Şübhəsiz ki, bunlarla siz də, biz də bərabər məşğul olmalıyıq. Bu,

çox vacibdir. Ancaq bir neçə kəlmə deməyə ehtiyac duyuram. Birincisi,

şübhəsiz ki, bizim respublikanı bu ağır vəziyyətə salan Ermənistan silahlı

qüvvələri tərəfindən Azərbaycana qarşı beş ildən artıq davam edən hərbi

təcavüzdür və bu təcavüzün nəticəsində Azərbaycan torpaqlarının bir

qisminin işğal olunması, Azərbaycan vətəndaşlarının, sakinlərinin bir

qisminin yurdunu-yuvasını itirməsi, qaçqın düşməsidir. Bu müddətdə

Azərbaycanın nəinki torpaqları işğal edilib, əsrlər boyu yaranan şəhərlər,

kəndlər, qəsəbələr, binalar, insanların yaşayışı üçün lazım olan qurğular

dağılıb viran olur, yandırılır. Bir çox insanlar ağır həyat şəraiti keçirir.

Azərbaycan Respublikası, Azərbaycan xalqı qəsbkarlıq etmir, başqa

respublikanın, başqa xalqın, başqa dövlətin torpaqlarına göz dikmir, hücum

etmir, yalnız müdafiə olunur. Ancaq bəzi sə-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə