____________Milli Kitabxana____________
115
vəziyyətdən çıxması. Ona görə də bütün icra hakimiyyəti başçılarından,
rayon, şəhər sovetlərinin sədrlərindən, Azərbaycanın rəhbər işçilərindən,
seçki komissiyaları üzvlərinin hamısından xahiş edirik, - vaxt azdır, baş
qarışıqdır, qarşıya hər gün yeni məsələlər çıxır, adi məsələləri həll
etməyimizə imkan vermir, - qalan günlərdə bu işi daha yaxşı təşkil etmək
lazımdır. Avqustun 29-da referendum keçirilməlidir. Azərbaycan xalqı gərək
öz gələcək müqəddəratını həll etsin. Onun müqəddəratı öz əlindədir, öz
sözündən asılıdır. Mənim sizə müraciətim ondan ibarətdir ki, bu günlərdə
referendumun hazırlanmasını, keçirilməsini lazımi, layiqli səviyyədə təşkil
edəsiniz, demokratik prinsiplər əsasında düzgün aparasınız və düşünəsiniz ki,
ayın 29-da Azərbaycan üçün yeni bir mərhələ açılır. Biz bu iki aydan artıq
dövrü çox ağır vəziyyətdə, həddindən artıq ağır vəziyyətdə keçirmişik. Ancaq
əgər ayın 29-da biz bu məsələni düzgün, doğru, demokratik şəkildə həll edə
bilməsək daha da ağır ola bilər.
Mən yenə də deyirəm: baxmayaraq ki, referenduma yarım milyard rubl pul
xərclənmişdir, baxmayaraq ki, bu ağır vəziyyətimizdə həm mərkəzdə, həm də
yerlərdə olduqca çox adamlar bu işə cəlb olunublar, yəni belə vəziyyətimizdə
adamlar daha zəruri işlərlə məşğul olmaq əvəzinə referenduma hazırlaşırlar, seçki
komissiyalarında işləyirlər, bülletenlər hazırlayırlar, yazırlar, pozurlar,
vətəndaşlara dəvətnamələr göndərirlər və sairə, - təsəvvür edin ki, bu
Azərbaycana nə qədər zərər vurur, - ancaq biz bunların hamısına dözürük, xalq da
dözür. Şəxsən mən də parlamentin sədri kimi buna razı olmuşam ki, heç kəs
deməsin burada demokratiyaya zidd bir şey olub. Ancaq indi o Kələki kəndində
Əbülfəz Elçibəyin özünün qəlbində, doğrudan da, Azərbaycan xalqının dərdi
olsaydı, o imkan verməzdi ki, biz bu vəziyyətə düşək. O, birillik fəaliyyəti ilə
xalqı gətirib bu vəziyyətə saldı. Indi də iki aydan artıqdır ki, qaçıb Kələki
kəndində gizlənib, Azərbaycan xalqını bu vəziyyətə gətirib. Təsəvvür edin, axı
bir adam nədir ki, ondan ötrü xalq bu vəziyyətə düşsün. Ola bilər, mənim bu
sözlərimi indi Əbülfəz Elçibəy də eşidir, yaxşı olardı ki, eşitsin. Mən ona bir
insan kimi həmişə hörmət etmişəm, hörmət edirəm. Ancaq o bilməlidir ki, öz
şəxsi ambisiyası ilə xalqı bu vəziyyətə salmamalıdır.
Referendum keçirilməlidir. Yolun çox hissəsini keçmişik, azı qalıb. Bu
gün ayın 24-dür, dörd gündən sonra, avqustun 29-da referendumdur. Xalq öz
sözünü deməlidir. Xalq necə yaşamaq istəyirsə, qoy desin, əgər indiyə
qədərki kimi, bundan da pis yaşamaq istəyirsə, qoy desin. Əgər xalq
doğrudan da ağır vəziyyətdən xilas olmaq istəyirsə, qoy onu da desin.
Nəhayət, bütün bu məlumatları sizə verərək, öz fikirlərimlə sizi tanış
edərək, sizində bölüşərək bir daha bildirmək istəyirəm: Azərbaycanın bu
vəziyyətdən çıxmağa imkanı var, Azərbaycan dövlətçiliyi qorunacaqdır,
Azərbaycan xalqının hüquqları qorunacaqdır. Biz, - mən öz adımdan
deyirəm, Həm Azərbaycan parlamentinin sədri, həm də prezidentin
səlahiyyətini həyata keçirən adam kimi deyirəm ki, ətrafımda olan adamlarla
birlikdə biz
____________Milli Kitabxana____________
116
Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik. Bilin ki, qəti, ciddi addımlar
atacağıq, Azərbaycanda - həm Bakıda, həm də bütün başqa bölgələrdə -
şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə sabitlik yaratmağa çalışacağıq,
cinayətkarlarla mübarizəni gücləndirəcəyik, Azərbaycanı bu ağır vəziyyətdən
çıxarmağa qadirik və çıxaracağıq. Buna əmin ola bilərsiniz. Mənim dünənki
müraciətimdən sonra əhalidən, xalqdan aldığım həmrəylik hissləri mənə daha
çox güc verir. İnanın ki, mənim gücüm daha da artıb və bilin ki, mən bunun
hamısını Azərbaycanı bu vəziyyətdən çıxarmağa sərf edəcəyəm. Buna heç
kimin şübhəsi olmasın. Mən xalqa müraciət edərək sizin qarşınızda deyirəm
ki, bəli, biz xalqı bu ağır vəziyyətdən çıxaracaq, sabitlik yaradacağıq.
Lənkəranda yaranmış həmin o mif haqqındakı fikir dünən, bu gün
pozuldu və gördünüz ki, bizi qəti aldımlar atmağa qoymurdular. Qəti addım
atan kimi bu, öz nəticəsini verdi. Düzdür, şəhidlər də verdik, ancaq
Azərbaycanın müstəqilliyi yolunda biz çox şəhidlər vermişik. Ola bilər,
bundan sonra da verək, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, Azərbaycan
Respublikasının bütövlüyü hər bir adamın həyatından qat-qat yüksəkdir,
mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın
dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban
verməyə hazıram. Sizə söz verirəm və güman edirəm ki, hamımız birlikdə bu
vəziyyətdən çıxa biləcəyik.
Sizə çatdırmaq istədiyim sözləri dedim. Bilmirəm, müzakirəyə, çıxışlara
ehtiyac varmı? (Salondan səslər: Yoxdur): Əgər məsələ aydındırsa,
vəzifələr aydındırsa,
onda bəlkə vaxt itirməyək. Nəriman
İmranov
Lənkərandan səhər tezdən çıxıb. Mən müşavirəni bir qədər ləngitdim ki,
dedim bəlkə o, daha geniş məlumat verə bilər. Ancaq mən oradan aldığım
məlumatlar əsasında ümumi vəziyyəti sizə çatdırdım.
Bu gün canlı yayım gedir, bütün xalq bunu eşidir. Əlavə məlumatlar
televiziya ilə verilər. Ona görə də gəlin bununla görüşümüzü qurtaraq. Mən
indi dövlət başçısı vəzifəsini icra edən adam kimi sizin hamınıza ümid
bəsləyirəm. Xalq gözünü bu salona dikib, bizə dikib və gələcək günlərimizin
müqəddəratı bizim hamımızın birliyindən, ümumi iradəmizdən asılıdır.
Hamınıza cansağlığı, işinizdə müvəffəqiyyət, uğurlar arzulayıram. Sağ olun.