MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə43/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   39   40   41   42   43   44   45   46   ...   256

____________Milli Kitabxana____________

105


məyiblərsə, əgər biz də iyun ayının axırlarından son vaxtlara qədər bu işlərdə

müəyyən dərəcədə barışdırıcı mövqedə olmuşuqsa, - baş nazir Surət

Hüseynovun verdiyi vədlərə görə, - beləliklə biz, ümumiyyətlə, vaxt

itirmişik, bu dövrdə isə Əlikram Hümbətov və onun tərəfdarları bu vaxtdan,

bu fürsətdən istifadə edib, həm öz cinayətkar hərəkətlərinin dairəsini

genişləndiriblər, həm də bu məsələni cinayətkarlıq, quldurluq, mafiozluq

istiqamətindən

və məzmunundan artıq müəyyən qədər millətlərarası

münaqişə həddinə, yaxud da ki, qondarma "Talış-Muğan Respublikası"

yaratmaq həddinə gətirib çıxarıblar.

Həm Milli Məclisdə, həm də avqust ayının 13-də keçirdiyimiz

müşavirədə bəzi iradlar tutublar ki, Azərbaycan Respublikası rəhbərlərinin

dövlət orqanlarının mövqeyi məlum olmadığına görə, xalq da çaş-baş

qalmışdır. Bəli, bu iradlar haqlıdır, ola bilər bu, bizim də müəyyən qədər

günahımızdır. Biz günahımızı boynmuza almağa hazırıq. Ancaq mən sizə

proseslərin gedişini, mərhələlərini izah edərkən, yəqin ki, siz və bizi

eşidənlərin hamısı bu günahlarımızın o qədər də böyük olmadığını dərk

edərlər.


Qeyd etdiyim kimi, biz Milli Məclisdə bu məsələni iki gün ciddi

müzakirə etdik, ciddi qərar qəbul etdik. Lakin sonra fikir belə oldu ki, bu

qərarın elan olunması hələ dayandırılsın, çünki Əlikram Hümbətovla əlavə

danışıqlar aparılacaqdır. Bu danışıqlar Gəncədə aparıldı, ancaq nəinki müsbət

nəticə vermədi, hətta daha mənfi hallara gətirib çıxardı və belə bir halda,

srağagün Lənkəranda xalq ayağa qalxdığı dövrdə Əlikram Hümbətov yenə

silahdan, gücdən istifadə etməyə çalışdı. Xalq isə öz iradəsini göstərdi və

srağagün Lənkəranda və onun ətrafında olan rayonlarda Əlikram Hümbətova

bildirdi ki, xalq, əhali bu qanunsuz hərəkətlərə, cinayətkar hallara daha yol

verməyəcəkdir.

Dünən səhərdən vəziyyət daha da gərginləşdi. Dünən səhər bizə

məlumat gəldi ki, Lənkəranın əhalisi toplaşıb Əlikram Hümbətova öz

etirazını bildirir, ondan tələb edir ki, bütün bu əməllərindən əl çəksin,

silahları yerə qoysun. Əhali, yəni oraya toplaşan minlərlə adam bizim icra

hakimi təyin etdiyimiz Dilruba Camalovanı icra hakimiyyətinin binasına

gətirmişdir. Əlikram Hümbətov isə xalqın təzyiqinə dözə bilməyib qaçmış,

ancaq yenə də öz cinayətkar, quduz hərəkətlərini davam etdirmişdir.

O, meydanda dinc əhaliyə, əliyalın silahsız adamlara atəş açmış, onları

qorxutmağa çalışmış, əhali isə bundan qorxmamış və çəkinməmişdir.

Dünən vəziyyət böhran halına gəlib çatdı. Ona görə də biz milli

təhlükəsizlik naziri Nəriman İmranovu, daxili işlər naziri Vaqif Novruzovu,

daxili işlər və milli təhlükəsizlik orqanlarının bir qrup işçisini vertolyotlarla

Lənkərana göndərdik.

Orada vəziyyət çox gərgin olduğuna görə mən dünən Azərbaycan

televiziyası ilə xalqa müraciət etməyə məcbur oldum. Bu müraciət də sizə

məlumdur.  Dünən bizə gələn məlumatlardan, telefon  zəng-




____________Milli Kitabxana____________

106


lərindən, teleqramlardan və ümumi ictimai rəydən məlum olur ki, bu

müraciəti xalq çoxdan gözləyirmiş. Müraciət ümumən bəyənilir, xalq

tərəfindən rəğbətlə qarşılanıb, xalqda canlanma və böyük ümid yaradıbdır ki,

Azərbaycanda daha hakimiyyətsizlik yoxdur, dövlət orqanları fəaliyyətdədir

və respublikanın bu ağır dövründə Azərbaycan dövlətçiliyini qoruyub

saxlamağa iqtidarı var və bundan sonra da olacaqdır. Mən dünəndən indiyə

qədər bu müraciətimizə müsbət əks-səda verən bütün şəxslərə, kollektivlərə,

bütün əhaliyə minnətdarlığımızı bildirirəm. Onların bizimlə həmrəy olması

gücümüzü artırır, bizə daha da ürək-dirək verir, iradəmizi daha da

möhkəmləndirir. Hamını

əmin etmək

istəyirəm ki, biz bu yoldan

çəkinməyəcəyik, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qoruyacağıq və

respublikanın parçalanmasına yol verməyəcəyik.

Dünən Lənkəranda gedən proseslər faciə ilə qurtarmışdır. Əhali, xalq

Əlikram Hümbətovun və onun cinayətkar dəstəsinin əleyhinə qalxdığı vaxtda

Əlikram Hümbətov qaçıb gizləndi. Onu axtardılar. Bir məlumat gəldi ki, o,

meşələrə qaçıb; bir məlumat gəldi ki, başqa yerlərə qaçıb. Sonra isə ora

gedən nümayəndələrimiz məlumat verdilər ki, orada keçmiş Sovet Ordusu

diviziyasının qərargahı Əlikram Hümbətovun əlindədir. Bu, xəyanətkar

Azərbaycan rəhbərlərinin, keçmiş müdafiə naziri Rəhim Qazıyevin fəaliyyəti

nəticəsində olub. Əlikram orada gizlənib. O qərargah böyük hasarla əhatəyə

alınmışdır. Silahlı adamlar heç kimi yaxına buraxmırlar, orada gizlənirlər.

Əhali qərargahı mühasirəyə almışdır. Dünən bütün gecə səhərə qədər

qərargah mühasirədə olmuşdur.

Bir məsələni də sizə çatdırmaq, müdafiə nazirinin müavini Vahid

Musayev haqqında məlumat vermək istəyirəm. Sizə danışdım ki, Rəhim

Qazıyev mənim burada işlədiyim ilk günlərdə onun müdafiə naziri təyin

olunmasını təkidlə təklif etmişdir. Sizə bildirdim ki, sonra Əlikram

Hümbətov mənimlə görüşlərinin ikisində də məhz onun müdafiə naziri təyin

olunması barədə öz fikrini söyləmişdir. Əlikram Hümbətovla görüşdüyümüz

günün sabahısı baş nazir Surət Hüseynov heç bir səlahiyyəti olmadan,

özbaşına gedib Müdafiə Nazirliyində Vahid Musayevi nazir kimi təqdim

etmişdir. Biz bunu təkzib etməyə məcbur olduq. Sonra isə Surət Hüseynov

mənə belə izahat verdi ki, guya Vahid Musayev Əlikramla çox yaxın adamdır

və onun müdafiə naziri kimi təqdim olunmasının əsas səbəbi budur ki, o,

Əlikram Hümbətovu tərksilah edəcək və həmin silahlı dəstələri Azərbaycanın

Müdafiə Nazirliyinə tabe edəcəkdir.

Şübhəsiz ki, mən belə səbatsız hərəkətlərlə razılaşa bilməzdim. Mən buna

yol vermədim. Ancaq sonra Vahid Musayev bir neçə şəxsə müraciət etmişdir

ki, Heydər Əliyev məni qəbul etsin. Mən onu qəbul edəndə söhbətimiz

zamanı həm Rəhim Qazıyevin, həm də Surət Hüseynovun haqqında mənfi

sözlər danışdı və bildirdi ki, guya çox saf niyyətli bir adamdır. Ancaq mən

dedim ki, bunlar məni maraqlandırmır. Mən sizi bundan ötrü qəbul

etməmişəm. Xahiş etmisiniz ki, sizi qəbul edim, deyin görüm nə istəyirsiniz?



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə