MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə40/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   36   37   38   39   40   41   42   43   ...   256

____________Milli Kitabxana____________

98

nizi göstərin, namusunuzu, şərəfinizi qoruyun, Azərbaycanın bütövlüyünü



qoruyun, Azərbaycan dövlətini qoruyun. Mən həyatım boyu çox

imtahanlardan çıxmış adamam. Bu gün tam qətiyyətlə deyirəm ki, xalqın

gücü qarşısında heç bir silah üstün gələ bilməz. Xalqın iradəsini heç vaxt, heç

bir silahla qırmaq olmaz.

Ona görə mən də xalqa müraciət edirəm, həmin rayonların əhalisinə,

onların ağsaqqallarına, ziyalılarına müraciət edirəm. Demək istəyirəm ki,

ayağa qalxın, belə cinayətkarlara, belə xainlərə, xalqı, dövləti parçalamaq

istəyən adamlara qarşı öz qüdrətinizi göstərin, cəsarətinizi göstərin və

bölgədə əmin-amanlıq yaradın.

Eyni zamanda Azərbaycan Respublikasının bütün vətəndaşlarına müraciət

edirəm: bizimlə həmrəy olduqlarını bildirsinlər, respublika rəhbərliyinin bu

qanuni, ədalətli hərəkətlərinə qoşulsunlar. Şübhəsiz ki, mən heç kimi bir-biri

ilə davaya, toqquşmaya, vuruşmaya dəvət etmirəm. Mən həmişə sülh

tərəfdarı olmuşam. Bu gün də sülh tərəfdarıyam. Hətta Ermənistanla gedən

bu ağır müharibəni də indi sülhlə qurtarmaq tərəfdarıyam. Ona görə də mən

sizi vuruşmağa, toqquşmağa deyil, sadəcə olaraq vətəndaşlıq mövqeyinizi

bildirməyə dəvət edirəm. İnsanlıq mənəviyyatını, insanlıq şərəfini bildirməyə

dəvət edirəm. Güman edirəm ki, xalqımızın əksəriyyətində bu keyfiyyətlər

itməmişdir, qalır və xalq bunu göstərəcəkdir.

Fürsətdən istifadə edib bir-iki məsələyə də toxunmaq istəyirəm. Son

vaxtlar Azərbaycanda cürbəcür şayiələr yayıdır. Bu barədə öz fikrimi

avqustun 16-17-də Milli Məclisin iclaslarında demişəm. Şayiə yayırlar ki,

guya burada təxribatlar hazırlanır, dövlət çevrilişi olacaq. Gah deyirlər ki,

Əlikram, Mütəllibovla və Mütəllibovun Bakıda olan silahlı qüvvələri ilə

çevriliş edəcəklər. Gah deyirlər ki, bu yaxınlarda naməlum səbəblərə görə

buraya bir çox hərbi hissələr gəlib dolmuşdur, onlar hərbi çevriliş edəcəklər.

Guya Xalq Cəbhəsi yenidən çevriliş edəcək və sairə. Mən xəbərdarlıq etmək

istəyirəm, xalqı agah etmək istəyirəm. Bəli, Azərbaycanın bu ağır dövründə,

daxili sabitliyin pozulduğu bir dövrdə öz şəxsi məqsədlərini güdən Rəhim

Qazıyev kimi və ona bənzər ayrı-ayrı adamlar, şübhəsiz ki, cürbəcür çirkin

hərəkətlərə əl atmaq cəhdindədirlər və bunu edə bilərlər. Ayrı-ayrı qruplar öz

şəxsi məqsədlərinə nail olmaq üçün belə hərəkətlər edə bilərlər.

Ancaq mən belə hesab edirəm ki, Azərbaycan xalqı, Bakının əhalisi bütün

bu hərəkətlərə qarşı öz etirazını, nifrətini bildirəcək və Azərbaycan

dövlətçiliyini qoruyacaq, belə hərəkətlər baş verərsə, ona layiqli cavab

verəcəkdir.

Mən bəzi adamlara demişəm. Şəxsən mənim heç bir silahım yoxdur: nə

topum, nə tapancam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və

xalq mənə ümid bəsləyirsə, xalq mənə bu səlahiyyəti vermişdirsə, xalqı bu

ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq

məni müdafiə edəcəkdir. Ona görə də nə çevrilişdən qorxuram, nə mənə qarşı

terror aktları hazırlayan qüvvələrdən qorxuram. Heç bir şeydən qorxmuram.




____________Milli Kitabxana____________

99

Demişəm və indi də deyirəm: həyatımın bundan sonrakı hissəsini xalqa



bağışlamışam. Xalq onu harada kəsərsə, orada da kəsiləcəkdir. Mən həyatımı

xalqın sərəncamına vermişəm. Hər dəqiqə, hər saat, gecə-gündüz xalqa

xidmət edirəm. Heç bir qüvvəyə xidmət etmirəm. Heç bir qüvvə də mənə

təzyiq edə bilməz.

Həmin o "Lənkəran amilini" saxlayan adamlar açıqca deyiblər ki, bunu

Heydər Əliyevə təzyiq göstərmək üçün saxlamışıq. Başqa qüvvələr açıqca

deyirlər ki, bunu Heydər Əliyevə təzyiq göstərmək üçün etmişik. Nə bilim

Mütəllibov haqqında şayiə yayanlar, onun orada-buradakı silahlı dəstələri,

Mütəllibovu hakimiyyətə gətirmək istəyənlər Heydər Əliyevə təzyiq etmək

üçün, onu devirmək üçün etmişlər. Heç kim məni devirə bilməz. Mən bunu

xalqım qarşısında deyirəm. Mən

xalqın iradəsini yerinə yetirirəm.

Azərbaycan Respublikasının dövlətçiliyini müdafiə edirəm,

onun


bütövlüyünü müdafiə edirəm. Bu yolda heç kəs məni sındıra bilməz,

çəkindirə bilməz, heç kəs də qorxuda bilməz.

Ancaq söhbət təkcə məndən getmir. Mən bir şəxsəm, bir insanam. Ola

bilər ki, mən

olmayım. İndi söhbət Azərbaycan Respublikasının

dövlətçiliyindən, Azərbaycanın müqəddaratından gedir. Lakin ayrı-ayrı

qruplar Azərbaycan Respublikasının müqəddaratını hərraca qoymuşlarsa,

həm də bir neçə ildir ki, qoymuşlarsa və bundan sonra da  qoymaq

istəyirlərsə, mən buna yol verməyəcəm. Bundan ötrü imkanlarım var. Ona

görə də bütün həmvətələrə müraciət edirəm, Azərbaycanın bütün

vətəndaşlarına, bütün siyasi qüvvələrinə, siyasi partiyalara müraciət edirəm.

İndi Azərbaycan Respublikası üçün, Azərbaycanın dövlətçiliyi üçün

birlik, milli həmrəylik, milli birlik, vətəndaş birliyi hava, su kimi lazımdır.

Biz gərək torpaqlarımızı müdafiə edək, gərək işğal olunmuş torpaqlarımızı

geri qaytaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edək, Azərbaycanın

müstəqilliyini qoruyub saxlayaq. Ona görə də aramızda olan, ayrı-ayrı şəxsi

mənafe güdən qüvvələrə xəbərdarlıq edirəm: bütün bu işlərindən əl çəksinlər,

bunların heç bir nəticəsi olmayacaq, onlar heç nəyə nail ola bilməyəcəklər.

Çünki xalq artıq ayılmışdır, ayaqa qalxmışdır. Xalqın gücünün qarşısında heç

bir qüvvə dayana bilməz. Mən də xalqın gücünə arxalanıram. Əgər xalq məni

bu gün lazım bilməsə, sabah getməyə hazıram. Ancaq mənə gələn

məlumatlara görə, xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq

üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə

hazıram.


Mən bu sözləri sizə çatdırmağı özümə borc bildim. Lənkəranın və onun

ətrafında olan rayonların əhalisinə bir daha müraciət edirəm, onları mətin

olmağa, cəsur olmağa, vətəndaş mövqelərini müdafiə etməyə və Əlikram

kimi cinayətkarları təcrid etməyə çağırıram.

Öz hakimiyyətlərini özləri

qursunlar. Bayaq dediyim kimi, Lənkəranda icra hakimiyyətinin başçısı təyin

olunmuşdur. Lənkəran camaatını onu müdafiə etməyə, işləmək üçün ona

şərait yaratmağa çağırıram. Bu gün bütün başqa rayonlara da




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə