MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə42/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   38   39   40   41   42   43   44   45   ...   256

____________Milli Kitabxana____________

103


narahat etməyə bilməzdi. Ancaq bu məsələnin bəzi adamların təklifi ilə guya

sülh, danışıq yolu ilə həll olunması fikrini qəbul edərək çox vaxt itirdik. Bu

müddətdə bəzi adamlar bizə vəd edirdilər ki, məsələ sülh yolu ilə, danışıqlar

vasitəsilə həll olunacaqdır. Həmin dövrdə isə bu adamlara imkan yaranırdı,

bəlkə  də bu adamların özləri də imkan yaratdılar ki, Əlikram və onun

ətrafındakı cinayətkar adamlar daha da quduzlaşsınlar, cinayətkar

hərəkətlərini yerinə yetirə bilsinlər və eyni zamanda siyasi pərdə altında -

"Talış - Muğan Respublikası" yaratmaq, beləliklə Azərbaycanı parçalamaq,

talış köklü Azərbaycan vətəndaşlarını respublikanın başqa hissəsinə qarşı

qoymaq kimi hallara əl atdılar. Bu məsələlərin hamısı sizə məlumdur.

Nəhayət, avqustun 16-17-də bu salonda Milli Məclisin iclasında həmin

məsələlər geniş müzakirə olunaraq qərar qəbul edilmişdir. Ona görə də bu

proseslərin mənbəyi, başlanğıcı və necə deyərlər, aparıcı qüvvələri, onları

dəstəkləyənlər, ilham verənlər, bu xəyanətkar, cinayətkar yola sövq edən

adamlar artıq məlumdurlar. Bir neçəsinin adı çəkilib, bəzilərinin adları ola

bilər, sonra çəkiləcəkdir. Onların adları məlumdur, ona görə də sizin vaxtınızı

almaq istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, avqustun 17-də Milli

Məclis iki günlük müzakirədən sonra Lənkəranda və onun ətrafındakı

rayonlarda baş verən hadisələrə, Əlikram Hümbətovun özünün və onun

silahlı dəstələrinin cinayətkarlıqlarına, ümumiyyətlə, orada gedən proseslərə

öz münasibətini bildirərək bu barədə qəti qərar qəbul etdi. Qərar artıq

məlumdur. Baş nazir Surət Hüseynova tapşırıldı ki, bu qərarın üç gün

müddətində həyata keçirilməsi təmin olunsun.

Təəssüf ki, bu qərarın yerinə yetirilməsi təmin olunmadı. Qərar qəbul

edildikdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda əhali, xalq

Azərbaycanın dövlət orqanlarının bu hadisələrə, proseslərə münasibətini tam

bildikdən sonra ayağa qalxdı, öz hüquqlarını müdafiə etməyə çalışdı,

cinayətkar, qanunsuz hərəkətlərə qarşı etirazını bildirməyə başladı. Beləliklə

də, bu qərarımızın ilk təsiri çox müsbət oldu. Əlikram Hümbətov və onun

ətrafında olan adamlar müəyyən qədər anladılar ki, dövlətlə, xalqla mübarizə

aparmaları, yaxud da dövlətə qarşı təcavüz etmələri artıq mümkün deyildir.

Onlar özlərinin fəaliyyət çərçivəsini yavaş-yavaş dağıtdılar və güman etmək

olardı ki, əgər bizim qərarımız qətiyyətlə yerinə yetirilsəydi və lazımi şəxslər,

tapşırılmış şəxslər bununla məşğul olsaydılar, bəlkə  də qərar tezliklə həyata

keçirilər, cinayətkarlıq, qanunsuzluq hallarına son qoyar və bu bölgədə

sabitliyi təmin edə bilərdik.

Lakin təəssüf ki, belə olmadı. Avqustun 19-da Gəncədə baş nazir Surət

Hüseynov bir müşavirə keçirdi. Əlikram Hümbətov da oraya dəvət olundu,

təmtəraqla qəbul edildi. Bundan conpa isə Əlikram Hümbətov Lənkərana

qayıdaraq orada televiziya ilə böyük təbliğat apardı - həm özü, həm də

ətrafında olan adamlar çıxış etdilər. Gəncədə onların dəstəkləndiklərini,

onlarla həmrəy olduqlarını bildirdilər. Beləliklə də, onlarda yeni bir canlanma




____________Milli Kitabxana____________

104


başlandı. Xalqa qarşı təcavüzü nəinki davam etdirməyə, hətta gücləndirməyə

başladılar.

Biz yenə də bu məsələlərə təmkinli, səbrli yanaşdıq. Çalışdıq adamları başa

salaq ki, belə qanunsuz hərəkətlərin, xalqa, konstitusiyaya zidd hərəkətlərin axırı

yoxdur. Ancaq buna nail ola bilmədik. Fəqət, Lənkəran şəhəri və rayonunun,

Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Lerik rayonlarının əhalisi ayağa

qalxdı, öz hüquqlarını müdafiə etməyə çalışdı. Adamlar Əlikram Hümbətovun bu

çirkin əməllərinə qarşı etirazlarını açıq, cəsarətlə bildirdilər və bu, orada mitinqlər

keçirilməsi ilə başlandı. Srağagün Lənkəran şəhərində böyük mitinq oldu. Bu

barədə mən dünən xalqa müraciətimdə məlumat vermişəm, vaxtınızı alıb təkrar

etmək istəmirəm. Həmin mitinqdə minlərlə lənkəranlı Əlikram Hümbətovu

xəyanətkar, cinayətkar, satqın adam kimi qiymətləndirdi. Onu aradan təcrid

etməyə çalışdılar. O, silah işlətmək istədi, lakin bunu edə bilmədi. Beləliklə də,

xalq müəyyən qədər öz təzyiqini göstərərək, Əlikram Hümbətova sübut etdi ki,

onun əlində nə qədər çox silah olsa da, ətrafında cinayətkar, quldur dəstə olsa da,

xalqın qarşısında dura bilməz. Həm Əlikram, həm də onu dəstəkləyən adamlar

yəqin ki, bunu hiss etdilər. Ancaq Əlikram və onun dəstələri xalqa təcavüz etmək,

ona qarşı silah işlətmək yoluna düşdülər.

Biz əhalinin bu hərəkətini şübhəsiz ki, bəyəndik və bildirdik ki, siz düzgün

hərəkət etmisiniz. Bizim başqa yolumuz yoxdur. Bu proseslər bir neçə aydır ki,

davam edir. Təəssüf ki, əvvəllər, yəni İyun ayına qədər Azərbaycana rəhbərlik

etmiş şəxslər -Azərbaycan prezidenti Əbülfəz Elçibəy, respublika parlamenti,

Milli Məclis və onun rəhbərləri, Nazirlər Kabineti Əlikram Hümbətovun, onu

dəstəkləyən Rəhim Qazıyevin və başqalarının hərəkətlərinə qiymət

verməmişdilər, bu məsələdə barışdırıcı, yaxud da passiv mövqe tutmuşdular.

Sonrakı dövrdə isə, - mən bunu açıq demək istəyirəm, - xüsusən iyun

ayının sonundan başlayan dövrdə baş nazir Surət Hüseynov bu məsələni öz

üzərinə götürmüşdür və Əlikram Hümbətovla yaxın əlaqələri olduğuna görə

bu məsələnin sülh yolu ilə həll olunmasını boyunna almışdır. Biz ona

inanaraq belə hesab etmişdik ki, onsuz da daxilimizdə ağır proseslər çoxdur,

sərhəd bölgələrində müharibə gedir, qan tökülür. Ona görə də burada güc

işlətmək, silah tətbiq etmək, qan tökmək lazım deyil. Baş nazir bu məsələni

həll etməyə söz vermişdir və qoy həll etsin. Lakin bilirsiniz ki, baş nazirin

avqustun 3-də Lənkərana getməsi də bir nəticə vermədi. Sizə bildirdiyim

kimi, avqustun 12-də Əlikram Hümbətovla, baş nazir Surət Hüseynovla

birlikdə bizim apardığımız danışıqların da nəticəsi olmadı. Avqustun 13-də

geniş müşavirə keçirdik. Ondən da bir nəticə hasil olmadı. Nəhayət, avqustun

16-da bu məsələni Milli Məclisin müzakirəsinə çıxardıq.

Sizə bildirmək istəyirəm ki, əgər iyun ayına qədər Azərbaycanın dövlət

başçıları bu məsələyə nədənsə,

-

səbəbini özləri izah edərlər,



-

toxunmayıblarsa, biganə qalıblarsa və o bölgədə xalqın, əhalinin hüquqlarının

pozulmasına lazımi qiymət ver-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə