MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə28/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   24   25   26   27   28   29   30   31   ...   256

____________Milli Kitabxana____________

72

görüşü hazırlayarkən, bəzi adamlar təklif verdi ki, bu deputatlar olmasın,



ancaq Bakıda yaşayan, bu zonadan bizim çox mötəbər adamlarımız var, -

həm alimlər, elm xadimləri, həm də bizim dövlət orqanlarında yüksək

vəzifələrdə işləyənlər, nazirlər, başqa şəxslər, - ona görə də mən belə hesab

etdim ki, geniş müzakirə, fikir mübadiləsi aparmaq üçün bu adamlardan da

kim istəyirsə, buraya dəvət etmək lazımdır. Mən sizə bu məlumatları verərək,

bu məsələni sizin müzakirənizə verirəm, birinci növbədə deputatların

müzakirəsinə verirəm, sizə müraciət edirəm ki, öz münasibətlərinizi

bildirəsiniz. Açıq-aydın.

Burada televiziya kameraları var, narahat olmayın, onlar qoyulub ki,

burada danışılan şeylərin hamısı əks olunsun, ancaq onların heç birisi

verilməyəcək. Bunun da səbəblərindən biri ondan ibarətdir ki, avqust ayının

6-da mənim iş otağımdan baş nazir Surət Hüseynov Əlikram Hümbətovla

danışdı. Sonra bizə məlum oldu ki, o danışan vaxt orada həmin o təsis

qurultayı keçirilirmiş. Axşam bizə məlum oldu ki, Surət Hüseynov mənim

yanımdan danışdı və o danışığın hər kəlməsi mənə məlumdur, - bizə məlum

oldu ki, Əlikram bu danışıqdan sonra gedib orada məlumat verib ki, mən

indicə Ali Sovetin sədri Heydər Əliyevlə danışdım, baş nazir Surət

Hüseynovla danışdım, onlar da bizim bu tədbiri bəyənirlər və deyirlər ki, biz

etiraz etmirik, bu tədbiri keçirin.

Mən dünən bu sözləri Əlikram Hümbətova dedim. O mənə qayıtdı ki,

mən belə deməmişəm, mən sadəcə olaraq demişəm ki, Heydər Əliyev də,

Surət Hüseynov da demokratiya tərəfdarıdır, ona görə də bir halda ki, onlar

demokratiya tərəfdarıdır, biz demokratik şəkildə bir şey keçiririksə, onlar

buna etiraz eləməz.

İndi hansı düzdür, hansı əyridir, mən bilmirəm, bizə gələn məlumatlar

belə idi, ancaq ona sual verəndə belə dedi. Ona görə mən hesab etdim ki, bu

gün kimin nə sözü var qoy hamısı lentə yazılsın ki, sonra daha heç kəs heç

nəyi dəyişdirə bilməsin, inkar eləyə bilməsin.

Ancaq bir cəhətə sizin nəzər-diqqətinizi cəlb etmək istəyirəm, o da ondan

ibarətdir ki, bu müddətdə ki, həmin proseslər gedir, bir az da qızışır, bizə çox

məktublar gəlib, müraciətlər olub, dəfələrlə mənə iradlar tutulub ayrı-ayrı

istiqamətlərdən, ayrı-ayrı mənbələrdən ki, nə üçün Azərbaycanın dövlət

orqanları Ali Sovet, şəxsən Heydər Əliyev bu məsələlərə öz münasibətini

bildirmir. Bir çoxları deyirlər ki, bu qanunsuzluqları biz görürük, bunlara

müəyyən qədər dözürük, ona görə ki, bunlar Azərbaycanın rəhbərliyi

tərəfindən, o cümlədən Ali Sovetin sədri Heydər Əliyev tərəfindən ya

bəyənilir, ya da bunlara etiraz yoxdur, ona görə də biz öz sözümüzü deyə

bilmirik, bilmirik burada silahlı qüvvə olmalıdır, yoxsa olmamalıdır? Kimsə

silah gücü ilə adam tutmalıdır, yoxsa tutmamalıdır? Biz bunları bilmirik.

Yəni bizi ittiham edirlər, o cümlədən şəxsən məni ki, nə üçün siz susursunuz,

nə üçün siz öz mövqeyinizi bildirmirsiniz? Mən artıq sizə izah etdim hansı

səbəblərə görə biz indiyə qədər bu məsələyə




____________Milli Kitabxana____________

73

müdaxilə etməmişik və bu məsələ barədə heç bir yerdə heç bir müzakirə



açmamışıq.

Hətta siz bilirsiniz, iyul ayının 15-də Milli Məclisin gündəliyi tərtib olunanda,

Ali Sovetin sabiq sədri İsa Qəmbərov təklif elədi ki, "Talış-Muğan Respublikası"

haqqında məsələni də gündəliyə salaq. Mən bu məsələni gündəliyə salmadım və

dedim ki, İsa Qəmbərov, əgər bu məsələ indiyə qədər müzakirə olunmayıbsa,

indiyə qədər bu məsələ baş verib və indiyə qədər Ali Sovet buna laqeyd qalıbsa,

İsa Qəmbərov özü günahkardır, indi isə İsa Qəmbərov vəzifədən istefa verəndən

sonra, bu gün biz mühüm məsələləri müzakirə etdiyimiz bir vaxtda bu məsələləri

ortalığa atıb gündəliyə salmaq təklifi verəndə ara qarışdırmaq istəyir. Ona görə də

mən qoymadım bu, gündəliyə düşsün, hesab etdim ki, düz də etdim. Çünki bu,

ara qarışdırmaq məqsədi daşıyır.

Bir də qayıdıram, bu səbəblərə görə indiyə qədər fikrimizi açıq deməmişik ki,

bu məsələ öz-özünə həll olunsun, çünki biz hesab etmirdik ki, bu elə böyük bir

problemdir ki, biz buna müdaxilə etməliyik. Ancaq bunlar həll olunmadığına görə

və Əlikram Hümbətovla söhbətimiz nəticəsiz qaldığına görə və Əlikram

Hümbətov təklif etdiyinə görə ki, nə üçün bu deputatlar, burada seçilən

deputatların hamısı ilə biz hesablaşmırıq, ona görə də mən bu görüşü lazımlı

hesab etdim və ona görə də bu görüşdə biz bu gün varıq.

Mən sözlərimi dedim. Təsvir etdim, təfsilatı ilə dedim, istərdim ki, birinci

növbədə deputatlar və onlarla yanaşı iştirak edən, bu bölgə ilə əlaqədar olan

şəxslər öz fikirlərini desinlər, kimin nə sözü var, buyursun. Mən birinci növbədə

deputatlara müraciət edirəm.

...Mən Əhməd

1

müəllimin çıxışı ilə əlaqədar bir neçə söz demək istəyirəm.



Şübhəsiz ki, son illərdə Azərbaycanın ictimai-siyasi həyatında böyük səhvlərə yol

verilib. Əgər Azərbaycan xalqı özündə qüdrət və imkan taparsa, əgər Azərbaycan

xalqı bizə imkan verərsə, mən sizə, bütün azərbaycanlılara  söz  verirəm ki, bu

səhvlərin hamısını aradan qaldıracağıq, amma bizə imkan vermək lazımdır.

Münasibət barədə. Bilirsiniz, respublikanın yüksək vəzifələrinə heç bir

təcrübəsi, heç bir biliyi, heç bir mənəvi haqqı olmayan adamlar gəldiyi halda,

dərəbəylik, özbaşınalıq, şübhəsiz ki, təbii bir hala çevrilmişdir. Məsələn, bir

nazir, daxili işlər naziri kimi istəyir tutur, kimi istəyir döyür, kimi istəyir asır-

kəsir. Əlbəttə, çox pis, sirayətedici xəstəlik əmələ gəlir. Bu xəstəlik başlayır

dövlət orqanlarının bəzi nümayəndələri tərəfindən və dövlət orqanları tərəfindən

buraxılan səhvlər nəticəsində.

Ancaq gəlin tarixə nəzər salaq, mən də azərbaycanlıyam, Azərbaycanda

yaşamışam, həyatımın əksər hissəsi Azərbaycanda keçib. Siz bilirsiniz ki, 14 ilə

yaxın Azərbaycana rəhbərlik eləmişəm.

1

N.Tusi adına Az rbaycan Dövl t Pedaqоji Univеrsitеtinin dоsеnti



hm d  hm dоv.


Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə