MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə19/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   15   16   17   18   19   20   21   22   ...   256

____________Milli Kitabxana____________

51

- Kişiyə yaraşan sifət deyil. Bir də ki, sərxoşluq etmək məgər



kişilikdəndir?

- Doğma kəndində indi də içməyinə ara vermir.



- İndi prezidentin səlahiyyəti Sizin əlinizdədir. Yeni komandanı necə

təşkil edəcəksiniz?

- İndiyədək bir neçə təyinat olmuşdur. Yüksək vəzifəli şəxslərdən yeni

komanda yaratmaq indi xüsusilə çətindir: hər şej, o cümlədən adamların

qəlbləri də o dərəcədə dağılmışdır ki... Bir də ki, Ali Sovetin sədri vəzifəsinə

təyin edilməyim məndən ötrü gözlənilməz oldu. Mən heç öz komandamı da

hazırlamağa macal tapmadım.



- Heydər Əliyeviç, Siz son illər necə yaşamısınız? Biz ucundan-

qulağından eşidirik. Dedi-qodu çoxdur, həqiqəti isə bilmirik...

- 87-ci ildə, məni Sov.İKP MK Siyasi Bürosundan istefaya "göndərəndə",

özümə söz verdim ki, dövlət fəaliyyətinə bir daha qayıtmayacağam. Uzun

müddət buna əməl etdim, hətta siyasətlə də məşğul olmadım. 1990-cı il

yanvarın 19-da gözlənilmədən Qorbaçov zəng etdi. Məni qəbul etmək,

dinləmək barədə təkidlə etdiyim xahişlərə üç il məhəl qoymamışdı.

Xahişlərim isə şəxsi məsələlərlə bağlı deyildi - məni Qarabağdakı hadisələr

narahat edirdi... Yox, keçmiş "yoldaş" məni qəbul etmirdi ki, etmirdi. İndi

isə, budur... deyir: Bakıda vəziyyət pisdir, Azərbaycana nə isə bir əlac

tapmaq lazımdır. Axı siz onun həyəcanlı-hamar nitqini eşitmisiniz. Buna görə

də başa düşə bilmədim: Ona görə pisdir ki, mən günahkaram, yaxud məndən

kömək istəyir? Sonra söhbət kəskin şəkil aldı, mən təfərrüata varmaq

istəmirəm, lakin biz yenə acılı-ağrılı fikirlərlə ayrıldıq. Ən başlıcası isə, heç

cür təsəvvürümə gətirə bilmirdim ki, o, Bakıya qoşun yeritmək və oradakı

iqtişaşları güc işlətməklə yatırtmaq barədə artıq rəpap qəbul etdikdən sonra

mənə zəng etmişdir. Faciə baş verdi. Bundan sonra bütün gecəni yata

bilmədim. Hey fikirləşirdim. Həhajət, başa düşdüm ki, adamlar fəlakətə düçar

olanda kənarda qala bilmərəm.



- Partiyadan da  buna görəmi çıxdınız?

- Bir il sonra. Azərbaycan partiya MK-sının birinci katibi Mütəllibov...

partiyadan çıxmağımla əlaqədar dərhal mənim fəaliyyətimi yoxlamaq üçün

komissiya təşkil etmişdi. Mənim isə bundan xəbərim yox idi. Bu əsnada

xarici jurnalistlərdən biri zəng edib həmin məsələni şərh etməyimi xahiş edir.

Mən də cavab verdim: axmaq adamdan nə gözləyirsiniz? Mən bəziləri kimi,

qorxaq deyiləm, həm də yenidən Azərbaycanın xalq deputatı idim. Məsələnin

nə yerdə olduğunu öyrənmək üçün Bakıya gəldim. Bir neçə gün sonra isə

Moskvada qiyam baş verdi. Mütəllibov da

onu dərhal müdafiə etdi. Ali

Sovetin sessiyası toplandı. Mən orada çıxış edərək qiyamçıları, ən başlıcası,

onların Azərbaycandakı əlaltılarını ittiham etdim. Mütəllibovun bəzi çirkin

əməllərindən xəbər tutdum və onu prezident seçməkdən qəti şəkildə

çəkindirdim. Məni iclası qəsdən pozmaqda təqsirləndirdilər. Amma

sessiyanın ikinci günü yenə çıxış etdim. Gecə isə...



____________Milli Kitabxana____________

52

Qardaşımın evində qalırdım. Gecənin bir vədəsi xeyirxah bir adam qapını



döydü və mənə dedi ki, ciddi tədbir hazırlanmışdır, evə atəş aça bilərlər. Buradan

gedin. Səhər saat beşdə qardaşımla aeroporta yollandıq. Hara getməli? Moskvaya

qayıtmaq istəmirdim. Buna görə də Naxçıvana uçdum. Hər halda Vətənimdir...

Orada isə mitinq gedirdi. Nə qədər qaçırdım olmadı, adamlar məni Naxçıvan Ali

Sovetinin sədri vəzifəsini tutmağa razı sala bildilər. Adamlar isə az deyildi - 60

min nəfər idi. Qışqırırdılar: "Ə-li-yev!" Bütün günü, mən razılıq verənə qədər,

dağılışmadılar.

- Beləliklə də özünüzə verdiyiniz sözdən geri çəkildiniz...

- İnanın, bu, müstəsna haldır. Mən özüm-özümə  söz  vermişdim... Bilirdim

ki, Naxçıvanda vəziyyət mürəkkəbdir. Muxtar Respublika Azərbaycanın əsas

ərazisindən aralı düşmüşdür. Ermənistanla böyük bir ərazidə sərhədi var.

Əvvəllər Mütəllibov təzyiq edirdi: Bizim parlament prezident seçkilərində iştirak

etməməyi qərara almışdı. Sonra Elçibəy  müxalifət bloku yaratdı. Axı ilk vaxtlar

mənim müavinlərim Xalq Cəbhəsinin adamları idi. Baş nazir də həmçinin.

Günlərin birində məlum oldu ki, onlar ən adi fırıldaqçılar imiş. Qovmaqdan başqa

çarəsi yox idi. Onlar güman edirdilər ki, cəbhəçilərin nümayəndələridirlərsə,

deməli, istədiklərini edə bilərlər. Lakin mən tələbkar adamam. Boyunlarının

ardından vurub yola saldım.

- Rüşvətxorlardan yaxanız qurtardı, amma yanacaqsız və çörəksiz

qaldınız...

- Lakin əvəzində Türkiyə və İran rəhbərləri ilə olan köhnə şəxsi əlaqələr kara

gəldi. Axı biz onlarla qonşuyuq.

Türkiyədən elektrik xətti çəkdik. Ərzaq üçün 10 milyon dollar kredit,

cürbəcür humanitar yardım da aldıq. Qışda şaxta otuz dərəcəni keçirdi. Ağacların

70 faizi kəsilib yandırıldı. Yada salmalı deyil, səhərlər əl-üz yumaq olmurdu, üz

qırxmaq üçün su qızdırmağa belə bir şey tapılmırdı...

- Mən Sizi saqqallı təsəvvür edə bilmirəm.

- Nə deyirsiniz, belə hallar olmuşdur. Xalq Cöbhəsi həmyerlilərimə diz

çökdürmək istəyirdi: fikirləşirdi ki, xalq boğaza yığılacaq və özü Əliyevi kənar

edəcək. Adamlara dedim: Mən sizinləyəm, acından ölsək də, birlikdə öləcəyik.

Lakin inanırdım ki, qışdan çıxacağıq.

- Bəs necə oldu ki, Ermənistanla silahlı münaqişədən yaxa qurtara bildiniz?

- Bizim ümumi sərhədimizin uzunluğu 300 kilometrə çatır. Mən Ermənistan

rəhbərliyi ilə müntəzəm əlaqə saxlayırdım. Onlarla dil tapa bildim. Naxçıvanlılar

elə belə də deyirdilər: hər cür şaxtaya-aclığa dözərik, təki vuruşmayaq.

- Bu gün bütün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?

- Bir daha demək istəyirəm ki, bugünku vəzifəni tutmaq arzucunda deyildim.

Hakimiyyətin ləzzətini görmüşəm - düşünüldüyü qədər şirin deyil. Bəzilərinə elə

gəlir ki, yenidən bu ləzzəti



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə