MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə16/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   12   13   14   15   16   17   18   19   ...   256

____________Milli Kitabxana____________

41

2-si və 4-də Ağdama hücum başlandı, bəzi kəndlər işğal olundu. Sonra biz



onları geri aldıq. Zənnimcə, indi bütün bunları təhlil etməyin mənası yoxdur.

Belə


qısa

müddətdə beynəlxalq

qüvvələrin və ayrı-ayrı dövlətlərin

müdaxiləsini təhlil etməyə də indi heç bir zərurət yoxdur. Sizə məsləhət

görərdim ki, bütün 5 ildə, axırıncı il, yeni hökumət hakimiyyətdə olan zaman

ötən ildən başlayaraq, Azərbaycanda yeni prezident olan dövrdə nə baş

verdiyini, nə qədər torpaq itirildiyini, nə qədər adamın həlak olduğunu, neçə

kəndin işğal edildiyini, nə qədər adamın qaçqına çevrildiyini və həmin

dövrdə xarici dövlətlərin, beynəlxalq ictimai təşkilatların bu hadisələrə necə

təsir göstərdiklərini təhlil edəsiniz. Bunu nə vaxt aydınlaşdırsanız, onda

sualınıza cavab verərəm.

Nejla  Sammakia"Assoşieytedpress" agentliyi: Mənim birinci sualım

cənab Raffaelliyədir. Sizin Dağlıq Qarabağ və Ağdama səfəriniz zamanı hər

iki tərəf atəşin müvəqqəti olaraq dayandırılmasına tam riayət edirdimi?

İkinci sual: izah edə bilərsinizmi ki, qoşunların çıxarılması cədvəli və

sizin təklif etdiyiniz üçtərəfli təşəbbüs barəsində Dağlıq Qarabağ

nümayəndələrinin etirazı nədən ibarət idi?



M.R a f f a e l l i: Cavabım ümumi səciyyə daşıyacaq. Dağlıq Qarabağın

etirazı əslində cədvəl, hadisələrin xronologiyası və bu cədvəldə göstərilən

müddətlər barəsində deyildi, cədvəldəki konkret müddəalarla bağlı idi.

Məsələn, müqavilədə belə bir müddəa var: azərbaycanlılar Kəlbəcərə

qayıdarkən özləri ilə yalnız yüngül silah götürə bilərlər. Soruşmaq istəyirəm:

ermənilərin etirazından danışarkən siz nəyi nəzərdə tutursunuz? Ermənilərin

(Dağlıq Qarabağ ermənilərinin) fikrincə, bu müddəa ikimənalı xarakter

daşıyır. Onun izahatı bundan ibarətdir ki, hansı silah növlərinin ağır silah

növlərinə aid olduğu ATƏM-in sənədlərində göstərilir. Bizim cədvəldə bu

müddəa o deməkdir ki, azərbaycanlılar Kəlbəcərə qayıdarkən onlar, ATƏM-

in sənədlərində göstərildiyi kimi, özləri ilə ağır silah götürmək hüquna malik

deyildirlər. Bu, orada tam aydın şəkildə izah edildi.

Erməni tərəfinin ikinci etirazı belədir: minaların olması və ya olmaması

üçün kim cavabdehdir? Axı hər yer minalanmışdır. Erməni tərəfi sual verir:

Yaxşı, bəs minalar partlasa və bədbəxt hadisə baş versə, onda necə? Biz

cavab verdik ki, minalar Kəlbəcər rayonu ərazisindədir. Lakin izah etdik:

minalardan danışarkən ermənilərin Kəlbəcər rayonu ərazisində qoyduqları

minaları nəzərdə tuturuq. Mən nümayəndə heyətinin üzvü cənab Bekmanın

terminologiyasından istifadə edirəm, erməni tərəfi minalanmış yerlərin

xəritəsini verməli və minaların zərərsizləşdirilməsinə kömək etməlidir.

Dağlıq Qarabağın axırıncı etirazı belə bir müddəaya aiddir: ATƏM-in

müşahidəçilərində hadisələrin mahiyyətini izah edən sənəd olmadığı halda,

onlar bu cür şəraitlə necə səmərəli iş  apara bilərlər? Nümayəndə heyətimizin

üzvlərindən birinin




____________Milli Kitabxana____________

42

dediyi kimi, bunun cavabı belədir ki, bu təlimat sənədi tezliklə



göndəriləcəkdir. Hazırda ATƏM bu işlə məşğuldur. İş başlayan kimi,

ermənilər həmin sənədi cədvələ uyğun olaraq alacaqlar.

Beləliklə, deyə bilərəm ki, Dağlıq Qarabağın bütün etirazlarını asanlıqla

aradan qaldırmaq mümkündür.



N.S a m m a k i a: Sualımın birinci hissəsinə cavab vermədiniz. Hər iki

tərəf atəşin dayandırılmasına əməl edirdimi? Qoşunların çıxarılması nə vaxt

həyata keçiriləcək?

M.R a f f a e l l i: Cədvəlin həyata keçirilməsindən əvvəlki cavabımda

danışdım. Biz öz məktubumuzda dəqiq tarixi göstərmişik. Bununla əlaqədar

Dağlıq Qarabağ öz razılığını bildirməlidir.

H.Ə l i y e v: Vaxtımız bitdi. Cənab Raffaellidən xahiş etmək istəyirəm

ki, o, öz missiyasını hökmən axıra çatdırsın. Biz çox gözləmişik - tam bir il.

ATƏM son vaxtlar ərzində hələlik nəticələr əldə etməmişdir. Biz gözləyirik,

daha 5-b gün də gözləməyə hazırıq. Ümidvaram ki, biz ATƏM-in və Minsk

konfransı nümayəndə heyətinin təqvimini yerinə yetirməyə başlayacağıq.

Diqqətinizə görə sağ olun.




____________Milli Kitabxana____________

43

MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ



ƏLAHƏZRƏT MƏHƏMMƏD HÜSNÜ MÜBARƏK

CƏNABLARINA

Hörmətli cənab prezident!

Sizi və bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından milli

bayram - İnqilab gününün ildönümü münasibətilə səmim-qəlbdən təbrik edir,

şəxsən Sizə və qardaş Misir xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik

arzulayıram.

Mən uzun illər boyu Azərbaycan və Misir xalqları arasında mövcud olan

dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki,

xalqlarımız arasındakı hərtərəfli və faydalı münasibətlər daha da inkişaf

edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edib Sizə, ailənizə və Misir xalqına öz dərin ehtiramımı

bildirirəm.

Hörmətlə,



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

21 iyul 1993-cü il


____________Milli Kitabxana____________

44

BMT TƏHLÜKƏSİZLİK ŞURASININ



SƏDRİNƏ

SURƏTİ: BMT-nin BAŞ KATİBİNƏ

Hörmətli cənab sədr!

Suveren Azərbaycan dövlətinin ərazicə parçalanmasına yönəldilmiş

erməni təcavüzünün davam etdirilməsi və gücləndirilməsi nəticəsində

ölkəmdə yaranmış gərgin vəziyyət məni bu məktubla Sizə müraciət etməyə

vadar edir.

Beynəlxalq hüququn prinsiplərinə və normalarına sadiq olan Azərbaycan

ona Ermənistan Respublikası tərəfindən zorla qəbul etdirilmiş qanlı

münaqişənin dincliklə aradan qaldırılmasında ATƏM-in vasitəçiliyinə,

beynəlxalq təhlükəsizlik və əməkdaşlıq ideyalarını əsas tutaraq və bu

beynəlxalq təşkilatın üzvlərinin hüquqlarına və vəzifələrinə arxalanaraq

razılıq vermişdir. Uzun və çətin nizamasalma prosesi gedişində Azərbaycan

hökuməti münaqişənin dincliklə aradan qaldırılmasına çalışaraq və

maksimum çeviklik və konstruktivizm nümayiş etdirərək, qan tökülməsini

dayandırmaq və danışıqların möhkəm əsasını yaratmaq yollarının gərgin

axtarışını aparmışdır. Lakin Ermənistanın dünya birliyi və Azərbaycan

qarşısında öz öhdəliklərini kobudcasına pozması sülh səylərimizi boşa

çıxarır.

Minsk konfransı haqqında ATƏM-in Nazirlər Şurasının qərar qəbul etdiyi

gündən bir ildən çox keçmişdir, lakin bu ideya reallıqdan indi həmişəkindən

daha uzaqdır. Əgər bir il bundan əvvəl biz Nazirlər Şurasının qərarının qəbul

edildiyi vaxtdakı vəziyyəti bərpa etməyin və bununla da Minsk konfransına

çıxmağın yeganə mümkün yolu kimi Şuşa və Laçının azad olunmasının

zəruriliyindən danışırdıqsa, indi Azərbaycan ərazisinin 17 faizindən çoxu

erməni təcavüzkarı tərəfindən qəsb edilmişdir. Qarabağın bütün dağlıq

hissəsi, Azərbaycanın Laçın rayonu (onun cənub hissəsi 1992-ci ilin

mayında, şimal hissəsi isə 1993-cü ilin aprelində tutulmuşdur), Kəlbəcər

rayonu, Naxçıvan Muxtar Respublikasının, Qazax, Füzuli, Zəngilan, Ağdam

rayonlarının kəndləri işğal olunmuşlar. Cəmi 503 yaşayış məntəqəsi qəsb

edilmişdir, qaçqınların və köçkünlərin ümumi sayı 567 min nəfərdir.

Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək haqqında xəyanətkar qərarlar

qəbul edilməsində ifadəsini tapan siyasi təcavüzdən başlayan və sonra

emissarlar, terrorçular və silahlar göndərilməsinə keçən Ermənistan bu gün

Azərbaycan torpağında genişmiqyaslı hərbi əməliyyatlar aparır, ATƏM-in və

BMT-nin çağırış və qərarlarına,

o

cümlədən də işğal qüvvələrini



Azərbaycandan çıxarmağı birmənalı tələb edən Təhlükəsizlik Şurasının 822

nömrəli  qətnaməsinə  məhəl qoymur. Erməni tərəfinin va-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə