MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə12/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   8   9   10   11   12   13   14   15   ...   256

____________Milli Kitabxana____________

33

Təşkilatının nüfuzu böyük olsa da, Dağlıq Qarabağla bağlı münaqişənin



dincliklə aradan qaldırılması sahəsində istər ATƏM-in, istərsə də Minsk

konfransının ötən dövrdə gördüyü iş, göstərdiyi səylər, təəssüflər olsun, heç

cür bir nəticə verməmişdir. Biz böyük təəssüflə qeyd edirik ki, bir tərəfdən

həmin dövrdə həm Minsk konfransı, həm də ATƏM münaqişənin dincliklə

aradan qaldırılması istiqamətində fəaliyyət göstərmişdir, digər tərəfdən, bu

dövrdə müharibə getmiş, qan tökülmüşdür, erməni silahlı birləşmələri

Azərbaycan ərazisinə dəfələrlə təcavüzkar basqınlar etmişlər və bu müddət

ərzində Azərbaycan ərazisinin bir hissəsini erməni silahlı birləşmələri işğal

etmiş, ələ keçirmişlər.

Xatırlatmağa dəyər ki, bu müddət ərzində Azərbaycan Respublikası Şuşa

kimi bir şəhəri itirmişdir, yəni erməni silahlı birləşmələri Şuşanı və Şuşa

rayonunu işğal etmişlər. Laçın rayonu da işğal olunmuşdur. Bu, ötən ilin

mayında və cari il martın axırlarında - aprelin əvvəllərində baş vermişdir.

Erməni silahlı birləşmələri Kəlbəcər rayonunu tamamilə zəbt etmiş və

keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini tamamilə ələ keçirərək,

onun hüdudlarından kənara çıxmış, Ağdam, Füzuli, Zəngilan rayonlarında

yaşayış məntəqədərini, hətta Azərbaycanın Qərb hissəsində bəzi əraziləri

tutmuşlar. Bundan belə qənaətə gəlmək olar ki, bu müddət ərzində

beynəlxalq təşkilatların, o cümlədən ATƏM-in və Minsk konfransının səyləri

bir nəticə verməmişdir. Mən bütün bunları sadəcə ötəri xülasə kimi

xatırladıram ki, indi beynəlxalq təşkilatların - Birləşmiş Millətlər Təşkilatının

və ATƏM-in xətti ilə daha səmərəli tədbirlər görülməsinin lüzumunu nəzərə

çarpdırım. Bununla yanaşı qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu erməni

silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra BMT Təhlükəsizlik

Şurasının 822 nömrəli qətnaməsi qəbul edilmiş və bundan sonra ATƏM-in və

Minsk konfransının fəaliyyəti xeyli güclənmişdir. Bizə məlumdur ki, üçtərəfli

sənəd imzalanmışdır, onu Azərbaycan Respublikası, Ermənistan Respublikası

və Dağlıq Qarabağ icmalarının nümayəndələri imzalamışlar və bu sənəd

əsasında ATƏM-in Minsk konfransı erməni silahlı birləşmələrinin Kəlbəcər

rayonu ərazisindən çıxarılmasından başlayaraq münaqişənin artıq əməli

surətlə, dincliklə aradan qaldırılmasına dair plan təklif etmişdir.

Bu planın, ATƏM-in və Minsk konfransının cədvəlinin iyun ayında

həyata keçirilməsi nəzərdə tutulmuşdu, lakin həmin ayda baş vermiş məlum

hadisələrlə əlaqədar planın həyata keçirilməsi təxminən bir aylığa təxirə

salınmışdır. Bildiyiniz kimi, biz Minsk konfransının sədri cənab Raffaellinin

və onun nümayəndə heyətinin iyulun 5-də Azərbaycana gəlmək niyyətində

olduğu barədə xəbər almışdıq və nümayəndə heyətini qarşılamağa hazır idik.

Amma indi müəyyənləşdirildiyi kimi, cənab Raffaelli öz səfərini yenə də

hansısa bir anlaşılmazlığa görə, səhih informasiya olmadığına  görə,  iyulun

9-dək təxirə salmışdır. Biz bu-




____________Milli Kitabxana____________

34

nunla da  razılaşdıq, çünki ATƏM-in, Minsk konfransının fəaliyyətinə böyük



ümidlər bəsləyirdik və indi də bəsləyirik.

Biz ikinci proqramı iyulun 9-da aldıq, lakin proqramın elə həmin gündə də

həyata keçirilməsi ümumən baş tutmadı. Nəhayət, iyulun 9-dan 10-na keçən gecə

cənab Raffaelli öz nümayəndə heyəti ilə birlikdə Bakıya gəldi və iyulun 10-da

danışıqlarımız başladı.

Deməliyəm ki, danışıqlarımız qarşılıqlı anlaşma, açıqlıq ruhunda, əməli ruhda

gedirdi və biz, əlbəttə, gördük ki, cənab Raffaellinin nümayəndə heyəti nəzərdə

tutulmuş proqramın və hazırlanmış cədvəlin əməli surətdə yerinə yetirilməsini

təmin etmək arzusundadır. Cənab Raffaelli buraya öz səfərinin ııpoqpamını

Bakıya gəlməzdən əvvəl göndərmişdi, o mənada ki, ayın 9-da gəlməlidir. Lakin

sonra hər şey bir gün sonraya keçirildi. Bakıda Azərbaycan rəhbərliyi ilə görüş,

sonra Yerevana səfər, Ermənistan rəhbərliyi ilə görüş, oradan da  Bakıya

qayıtmaq və Ağdamda olmaq, Ağdamdan Xankəndiyə getmək. Xankəndilə

olmaq, Ağdamdan keçib Bakıya qayıtmaq və bu arada nümayəndə heyətinin

fəaliyyətinə yekun vurmaq planlaşdırılırdı.

Lakin biz bu proqramı minnətdarlıqla qəbul etdik və onu həyata keçirməyə

başladıq. İyulun 10-da ətraflı söhbətimiz oldu, biz bütün məsələlərlə qarşılıqlı

anlaşma olduğunu gördük. İyulun 11-də cənab Raffaelli öz nümayəndə heyəti ilə

birlikdə Yerevanda oldu və axşam tərəfi Bakıya qayıtdı, iyulun 11-də axşam biz

yenidən görüşdük. Cənab Raffaelli bizə Ermənistan rəhbərliyi ilə, prezident

Levon Ter-Petrosyanla, başqa şəxslərlə danışıqlarının nəticələri barəsində

məlumat verdi və qarşıya iyulun 12-də Ağdama, habelə Xankəndiyə səfər

məsələsi çıxdı.

Lakin bu zaman qarşıya problem çıxdı. Onu Ermənistan tərəfi, ələlxüsus,

cənab Raffaellinin dediyi kimi, indi Qarabağı idarə edən şəxslər irəli

sürmüşdülər. Onlar bildirmişdilər ki, Ağdamdan Xankəndiyə getmək mümkün

deyildir, çünki guya orada erməni silahlı birləşmələrinin tutduqları mövqelərdə

bütün sərhəd minalanmışdır, buna görə də Xankəndiyə Ermənistandan keçib

getmək lazımdır. Bu məsələ cənab Raffaelli hələ Yerevanda olarkən onun

qarşısına qoyulmuşdu. Yerevandan Laçın dəhlizi vasitəsilə Xankəndiyə getmək

variantı təklif olunmuşdu. Əlbəttə, cənab Raffaelli və onun başçılıq etdiyi bütün

nümayəndə heyəti bununla razılaşmamışdı, o, hələ Bakıda olarkən bunu bizə

bildirmişdi və Yerevandan qayıtdıqdan sonra da  demişdir.

Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Ona görə də iyulun 11-də axşam

çox böyük vaxt sərf etdik ki, gərək Xankəndiyə Ağdamdan keçməklə necə

getmək olar, çünki nümayəndə heyəti ayın 12-də Ağdamda olmalı idi. Lakin

erməni tərəfi məsələni qəti qoyanda ki, orada ərazi minalandığına görə

təhlükəsizliyə təminat vermir, Xankəndiyə Azərbaycanın Füzuli rayonundan

keçərək getmək variantı təklif edildi. Lakin Ermənistan tərəfdən cavab alındı ki,

orada da  hər yer minalanmışdır. Əlbəttə, biz buna inanmadıq və indi də

inanmırıq. Zənnimcə, cənab Raffaelli də deyəcək ki, o özü də buna inanmırdı.

Bununla belə, bəyanat verilmişdi ki, erməni tərəfi təhlükəsizliyi təmin etmir.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə