MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə11/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   7   8   9   10   11   12   13   14   ...   256

____________Milli Kitabxana____________

30

təqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil



olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. İndi başqa

zəmanədir. Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm.

Lakin demokratikləşdirmə, siyasi plüralizm yolu ilə, bazar İqtisadiyyatı

yolu ilə, bütün ölkələr - həm Qərb, həm də Şərq ölkələri açıq olmaq yolu ilə

getməli olan azad müstəqil dövlət kimi Azərbaycan, şübhəsiz bütün ölkələrlə

bərabərhüquqlu, qarşılıqlı surətlə faydalı münasibətlər saxlamalıdır. O

cümlədən də, əlbəttə, qonşularla. Təbii ki, Rusiya böyük ölkədir.

Azərbaycanın şimal qonşusudur. Üstəlik onu da yaddan çıxarmaq olmaz ki,

Rusiya və Azərbaycanı bir-biri ilə az qala iki yüz illik tarix bağlayır. Bütün

bu dövr ərzində həm mədəniyyətdə, həm elmdə, həm təhsildə, həm

İqtisadiyyatda, həm də adamların şəxsi həyatında mövcud olan qarşılıqlı

münasibətlər mühitini əslində elə bu əlaqələr yaratmışdır. Belə hesab edirəm

ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin indiyədək mövcud olan

səviyyəsi qənaətbəxş deyildir. Tarixi əlaqələri, qarşılıqlı iqtisadi mənafeləri,

hamımızın birlikdə yaşadığı regionun mənafelərini əsas tutaraq bu səviyyəni

qaldırmaq lazımdır. Mən əməli fəaliyyətimlə bu yolla gedəcəyəm.



- Heydər Əliyeviç, ənənəyə uyğun olarağ, bugünkü proqramda Sizin

yekun sözü söyləməyiniz üçün bizim bir dəqiqə vaxtımız var.

- Əvvəla, mən bugünkü televiziya görüşü üçün sizə təşəkkürümü

bildirirəm, ikincisi isə, bu imkandan istifadə edərək, bütün televiziya

tamaşaçılarını Azərbaycanın vəziyyətini başa düşməyə çağırıram. Əlbəttə,

Rusiyada, keçmiş Sovet İttifaqının digər respublikalarında, uzaq xarici

ölkələrlə yaşayan bütün azərbaycanlılara, təkcə azərbaycanlılara deyil,

Azərbaycanın bütün sabiq vətəndaşlarına üz tutaraq, onları qayıtmağa, bu

çətin dövrdə Azərbaycanın həyatına fəal qoşulmağa çağırıram.

Bir vaxtlar ali təhsil almaq üçün Azərbaycandan Rusiyaya, Ukraynaya,

Belarusa, başqa respublikalara olduqca çoxlu adam göndərilmişdi, onların bir

çoxu böyük alim, mütəxəssis, biznesmen olmuş və indi hər biri öz bölgəsində

layiqli yer tutur. Mən istərdim ki, onlar - istər azərbaycanlılar, istərsə də

Azərbaycanın sabiq və ya indiki vətəndaşları onun həyatına böyük maraq

göstərsinlər. Mən hazırda Rusiya ordusunda, Ukrayna ordusunda, Belarus

ordusunda xidmət edən hərbi qulluqçulara da  müraciət edirəm. Bir vaxtlar

biz ali hərbi məktəblərə oxumağa xeyli azərbaycanlı göndərmişdik, onların

bir çoxu həmin ordularda xidmət edir. İndi onların Azərbaycana qayıtmasına

lüzum, böyük tələbat var, biz gərək bu ağır vəziyyətdən birlikdə çıxaq. Mən

bütün televiziya tamaşaçılarına və bu çıxışın təşkili üçün "Ostankino"

şirkətinə özlərin minnətdarlığımı bildirirəm və bütün xeyirxah adamların bu

ağır vaxtda Azərbaycan

xalqına mənəvi kömək edəcəklərinə ümid

bəsləyirəm.

"Azərbaycan",

6 iyul 1993 cü il



____________Milli Kitabxana____________

31

FRANSA RESPUBLİKASININ PREZİDENTİ



ƏLAHƏZRƏT FRANSUA MİTTERAN

CƏNABLARINA

Hörmətli cənab prezident!

Milli bayramınız olan Bastiliyanın alınması günü münasibətilə Sizi

ürəkdən təbrik edir, Sizə və bütün fransız xalqına səadət və tərəqqi

arzulayıram.

Demokratik cəmiyyət, bazar İqtisadiyyatı yaratmaq yolunu seçmiş

Azərbaycan

xalqı öz suveren dövlətini qurur və bütün dünyada

demokratiyanın və azadlığın əsl dayağı və mücəssəməsi olan Sizin böyük

ölkənizə böyük ümidlə baxır.

Fürsətdən istifadə edərək, Sizi əmin edirəm ki, Azərbaycan və Fransa

arasında münasibətlərin xalqlarımızın rifahı naminə daha yaxşı inkişaf etməsi

üçün öz tərəfimdən hər şeyi edəcəyəm.

Hörmətlə,

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikası prezidentinin

səlahiyyətlərini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

13 iyul 1993-cü il



____________Milli Kitabxana____________

32

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN



SƏLAHİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN

SƏDRİ HEYDƏR ƏLİYEVİN

VƏ ATƏM-in DAĞLIQ QARABAĞA DAİR

MİNSK KONFRANSININ SƏDRİ

MARİO RAFFAELLİNİN BİRGƏ

MƏTBUAT KONFRANSINDA BƏYANATI

14 iyul 1993-cü il

Salam, hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

Bugünkü mətbuat konfransımız ATƏM-in Dağlıq Qarabağa dair Minsk

konfransı nümayəndələrinin son günlər bölgəmizə, Azərbaycana,

Ermənistana səfərinin yekunlarına həsr olunmuşdur. Rus dilinə tərcümə

olunduğundan ümidvaram ki, cavablarımızın rus dilində olmasına etiraz

etməyəcəksiniz, lakin, şübhəsiz suallar həm Azərbaycan dilində, həm də rus

dilində, eləcə də başqa dillərlə verilə bilər.

Mən sizi danışıqlarımız haqqında və əldə olunmuş nəticələr haqqında

qısaca hali edəcəyəm, sonra sizə ATƏM-in Minsk konfransının sədri cənab

Raffaelli məlumat verəcək və bundan sonra biz suallarınıza cavab verməyə

hazır olacağıq. Zənnimcə, üzrlü hesab edərsiniz ki, dünənə təyin edilmiş

mətbuat konfransı keçirilməmişdir. Bu onunla əlaqədardır ki, birgə, yəni

bizim cənab Raffaelli ilə birlikdə hazırladığımız və cənab Raffaellinin Dağlıq

Qarabağdan, Xankəndidən axşam saat 6-da Bakıya qayıtmasını nəzərdə tutan

cədvəl, cənab Raffaellinin dediyi kimi, bəzi texniki səbəblər üzündən və hava

şəraiti ilə bağlı səbəblər üzündən pozulmuşdur. Buna görə də onlar bu gün

gəlib çıxmışlar.

Biz görüşdükdə cənab Raffaelli Xankəndidə apardığı danışıqların

yekunları haqqında məlumat verdi. Biz fikir mübadiləsi keçirərək,

görüşlərimizə ümumən yekun vurduq və budur, sizin görüşünüzə gəlmişik.

Bilirsiniz ki, ATƏM çərçivəsində Minsk konfransı öz fəaliyyətinə 1992-ci

ilin əvvəllərində başlamışdır və istər bu konfrans, istərsə də bütövlüklə

ATƏM Dağlıq Qarabağ hadisələri ilə əlaqədar Ermənistanla Azərbaycan

arasında yaranmış münaqişəni dincliklə aradan qaldırmaq məsələləri ilə

məşğul olur. Cənab Raffaelli və onun başçılıq etdiyi nümayəndə heyəti ilə

görüş zamanı bizim ötən dövrdə Minsk konfransının fəaliyyətini, əlbəttə,

təfsilata varmadan, qısaca təhlil etməyə imkanımız oldu. Odur ki, bu məsələ

üzərində indi də dayanmağa lüzum yoxdur.

Biz, sadəcə olaraq qeyd etdik ki, Minsk konfransının, hörmətli

beynəlxalq təşkilat olan ATƏM-in və Birləşmiş Millətlər



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə