MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə13/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   9   10   11   12   13   14   15   16   ...   256

____________Milli Kitabxana____________

35

Buna görə də, necə olursa-olsun, cənab Raffaellinin missiyasının başa



çatması, Minsk konfransının öz proqramının və qoşunların Kəlbəcər

rayonundan çıxarılmasının nəzərdə tutulmuş cədvəlinin yerinə yetirilməsinə

başlaya bilməsi üçün biz güzəştli variant tapdıq: cənab Raffaelli özünün

nümayəndə heyəti ilə Bakıdan Tbilisiyə uçur, Tbilisidən hərbi vertolyotlarla

Xankəndiyə yollanır, Xankəndidən geriyə, Tbilisiyə və oradan da Bakıya

qayıdır.


Cənab Raffaelli və onun bütün nümayəndə heyəti iyulun 12-də Ağdamda

olarkən orada baş vermiş dağıntıları, Ermənistan birləşmələrinin təcavüzkar

hərəkətləri üzündən Ağdam rayonunda yaranmış çətin vəziyyətin nəticələrini

öz gözləri ilə görmüşlər.

Yəqin ki, bu barədə cənab Raffaelli özü də danışacaq, mən bunu ona görə

deyirəm ki, o yaddan çıxarmasın. O demişdir ki, bir il əvvəl Ağdamda

olmuşdu və əlbəttə, ötən dövrdə burada çox mühüm, çox ciddi dəyişikliklər

baş verməsindən olduqca təəssüflənir. Bunu deyərkən o, erməni silahlı

birləşmələrinin hərbi əməliyyatları, hücumları, atəşləri nəticəsində şəhərin

dağılmasını nəzərdə tutur. Iyulun 12-də biz axşam cənab Raffaelli ilə

görüşərkən o, əlbəttə, dedi ki, orada heç bir mina yox idi və ümumiyyətlə,

erməni tərəfinin irəli sürdüyü tələblərin nə ilə bağlı olduğu aydındır.

Buna görə də biz Xankəndiyə Tbilisidən getmək variantına razılaşdıq və

cənab Raffaelli dünən səhər təyyarə ilə Tbilisiyə, sonra isə, indi məlum

olduğu kimi, vertolyotlarla Xankəndiyə uçmuşdur. Biz dünən onun Tbilisidən

Bakıya qayıdacağını gözləyirdik. Lakin artıq sizə dediyim kimi, axşamdan

xeyli keçmiş biz mətbuat konfransını günün axırına təyin etdik, sonra isə saat

23-ə keçirdik. Lakin sonradan məlum oldu ki, orada hansısa texniki səbəblər

olmuşdur və hava şəraiti imkan verməmişdir. Bir sözlə, nümayəndə heyətinin

üzvləri Xankəndidə gecələməli olmuş və bu gün səhər vertolyotlarla

Yerevana yola düşmüş, oradan təyyarə ilə buraya, Bakıya gəlmişlər.

Bir az əvvəl yekun danışıqlarımız oldu və biz sizin yanınıza, mətbuat

konfransına gəldik. Əlbəttə, mən təfsilata varmayacağam, lakin biz çox

təəssüflənirik ki, Minsk konfransı, cənab Raffaellinin nümayəndə heyəti

tərəfindən təklif olunmuş və bizim də qəbul etdiyimiz, habelə, cənab

Raffaellinin dediyinə görə, Ermənistan Respublikasının rəhbərliyi tərəfindən

də qəbul olunmuş cədvəl Dağlıq Qarabağda qəbul edilməmişdir. Cənab

Raffaellinin bu gün bizə dediyi kimi, orada bəzi mülahizələr irəli

sürülmüşdür. Bu mülahizələr razılığa gəlməyə imkan verməmişdir ki, onlar

bu sənədi yenə də imzalasınlar və bundan sonra cədvəlin həyata

keçirilməsinə başlansın. Halbüki hələ srağagün axşam biz cənab Raffaelli ilə

məsələni müzakirə edərkən o demişdi ki, onlar bacardıqca tez qayıtmalıdırlar.

Buna görə də dünən axşam nümayəndə heyətinin üzvləri bizimlə

danışıqlardan sonra Romaya yola düşməli idilər ki, orada nəzərdə tutulmuş

təqvimin əməli surətdə həyata keçirilməsinə başlasın-



____________Milli Kitabxana____________

36

lar. Təqvimdə isə iyulun 16-da müşahidəçilərin Kəlbəcər rayonuna gəlməsi,



iyulun 18-də onların yerləşdirilməsi və iyulun təxminən 20-21-də erməni

silahlı birləşmələrinin Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulur.

Bunun bizim üçün çox mühüm məsələ olduğunu nəzərə alaraq, təkrar

edirəm, cənab Raffaelli ilə danışıqlara əməli şəkildə yanaşmaq yollarını biz

həmişə axtarıb-aramışıq. Hətta müəyyən dərəcədə güzəştə də getmişik,

məsələn, Xankəndiyə necə gedib çıxmaq problemində, habelə digər hallarda

da. Bunların hamısı ona görədir ki, cədvəlin yerinə yetirilməsinə daha tez

başlansın.

Lakin indi, mənim başa düşdüyüm kimi, daha doğrusu, cənab Raffaellinin

özü bu barədə konkret olaraq demişdir ki, bu cədvəl, onların nəzərdə

tutduqları kimi, ayın 16-də yerinə yetirilməyəcək, çünki cənab Raffaelli və

onun nümayəndə heyəti indi Dağlıq Qarabağın rəhbərliyindən bəzi məsələlər

barəsində rəsmən məlumat istəməli və onlardan rəsmi cavab almalıdırlar.

Cənab Raffaellinin dediyinə görə, onlar orada üç bənddən ibarət bəzi

mülahizələrini bildirmişlər. Onun dediyinə görə, ilk iki bəndi əsassız sayır,

üçüncü bənd isə, cənab Raffaellinin bildirdiyi kimi, bir sıra məsələlərlə

bağlıdır və mən də elə hesab edirəm ki, bunlar çox asanlıqla həll oluna bilər.

Misal


üçün, söhbət

ondan gedir ki, erməni silahlı birləşmələrinin

Kəlbəcərdən çıxarılmasına başlanır, oraya müşahidəçilər daxil olacaqlar,

Azərbaycan tərəfinin nümayəndələri daxil olacaqlar, hansı silah növü

olacaq... Belə bir variant nəzərdə tutulur ki, orada yüngül silah olacaq. Bəs

yüngül silah nə olan şeydir, yüngül silah dedikdə nə nəzərdə tutulur, yaxud

müşahidəçilərin nə kimi mandatı olacaqdır...

Mən cənab Raffaellinin məlumatından belə başa düşdüm ki, bütün bu

məsələlər sırf texniki və asan həll edilə bilən məsələlərdir. Hər halda

nümayəndə heyətinin başçısı hesab edir ki, bu səbəbləri aradan qaldırmaq

üçün onlar Dağlıq Qarabağın rəhbərlərinə rəsmi sorğu verməli, rəsmi cavab

almalı və öz təqvimini yalnız bundan sonra, bir neçə gün keçdikdən sonra,

həyata keçirməyə başlamalıdırlar.

Cənab Raffaelli bu gün bizə məlumat verdi ki, iyulun 16-da Vyanada

Minsk konfransı, ATƏM-in 9 iştirakçısı bu məsələ üzrə yenidən

toplaşacaqdır. Həmin məsələ orada müzakirə ediləcəkdir. Cənab Raffaellinin

bu məlumatından belə başa düşmək olardı ki, söhbət məsələnin bir qədər

təxirə salınmasından gedir, hərçənd Dağlıq Qarabağ rəhbərlərinin və ya

hazırda Dağlıq Qarabağı idarə edən adamların mövqeyi kifayət qədər aydın

deyil, hətta şübhəlidir.

Məsələn, şəxsən məndə bu, böyük təəccüb doğurdu. Dünən Moskvadan

gecə saat 12-də "Novosti" proqramında belə bir xəbər verildi ki, Dağlıq

Qarabağda Minsk konfransının, cənab Raffaellinin nümayəndə heyətinin

təklifləri ilə razılaşmayıblar və məsələlərin həllini guya Azərbaycanda daxili

siyasi vəziyyətin sabit olmaması ilə əlaqədar bir aylığa təxirə salıblar. Bu cür



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə