99
qoymuşdu və bu tapşırıq bitdikdən sonra onun xidmətdən
uzaqlaşdırılacağına baxmayaraq, rəisin hələ də ona
ehtiyacı var idi.
Yaxşısı budur ki, yaratdığı bu qarmaqarışıqlığı özü də
yoluna qoysun.
Arxasında sürətli addım səsləri eşitdi. Rəis çevrilib
qadın koordinatorlardan birinin təlaşla ona yaxınlaşdığını
gördü.
“Cənab?”, - koordinator təngnəfəs halda dedi. “Bizdə
yeni məlumat var”. Qadının səsinin sərtliyi sanki səhərin
havasını kəsirdi. “Robert Lenqdon Harvard e-mail
hesabına açıq IP ünvandan daxil olub”. O, susub rəisin
gözlərinə baxdı. “Lenqdonun dəqiq yerini artıq izləmək
mümkündür”.
Lenqdon kimdirsə, onun bu qədər axmaq olduğuna
təəccüblənmişdi. Deməli, bu hər şeyi dəyişir. O, qollarını
sinəsində çarpazlayaraq gözlərini sahil xəttinə dikdi.
Olanları fikirləşirdi. “MHD dəstəsinin durumundan
xəbərdanqmı?”
“Bəli, cənab. Lenqdonun olduğu mövqedən üç
kilometrlik məsafədə”.
Qərar vermək üçün rəisə cəmi bir saniyə lazım idi.
15
fəsil
“L’INFERNO DI DANTE”, - Sienna pıçıldadı.
downloaded from KitabYurdu.org
100
Mətbəxinin divarında əks olunan yeraltı dünyanın çılpaq
simasına heyranlıqla baxırdı. Qeyri-ixtiyari divara tərəf
addımladı.
“Dantenin cəhənnəmlə bağlı təsəvvürü”, - Lenqdon
fikirləşdi, - “burada canlı-canlı əks olunub”.
Dünya ədəbiyyatının ən görkəmli əsərlərindən biri
olan “Infemo” Dante Alqiyerinin 14 min 233 sətirlik
“İlahi komediya” poemasının üç hissəsindən - “Inferno”,
“Purgatorio” və “Paradiso” - ən çox oxunanı və
yaddaqalanıdır.
Poema Dantenin yeraltı dünyaya səyahətindən bəhs
edir. Dözülməz cəhənnəm əzablarından başlayaraq,
durulub cənnətə gedən yol təsvir olunur.
Dante Alqiyerinin 1300-cü illərin əvvəllərində
yazdığı poema orta əsr günah anlamının, bir növ,
təyinedicisi idi. Cəhənnəm məfhumu buna qədər kütlələri
belə maraqlandırmamışdı. Qəfildən Dantenin əsəri
cəhənnəmin
abstrakt anlayışını aydın və qorxunc mənzərə ilə
əvəzləmişdi - dözülməz, aşkar və unudulmaz. Heç
təəccüblü deyil ki, poemanın çapından sonra katolik
kilsəsi Dantenin təsvir etdiyi yeraltı dünyadan uzaq
olmaq istəyən nigaran günahkarların məbədə axınından
xoşhallanmışdı.
downloaded from KitabYurdu.org
101
Dantenin yeraltı əzab qatlarını qıf şəkilində qurduğu
cəhənnəmin qorxunc təsvirini Botiçelli rəsmə çevirir.
Yeraltı dünyanın alov, kükürd, çirkab və qulyabanılarla
dolu mərtəbələri və ən aşağıda - özəkdə şeytanın özü.
Cəhənnəmin doqquz çevrəsinə uyğun olaraq, mənzərə də
doqquz qatdan ibarətdir. Hər bir qatda işlətdiyi günahın
dərəcəsinə əsasən günahkarlar təsvir ediliblər. Yuxanya
yaxın hissədə şəhvətpərəst və ya “ehtirasının əsirləri” öz
nəfsinə sahib çıxa bilməməyin rəmzi olaraq əbədi
fırtınaya məhkum olublar.
Onlardan aşağıda tamahkar insanlar kanalizasiya
çirkabı içində üzü üstə uzanmağa məcbur ediliblər.
Ağızları isə öz nəcisləri ilə doludur. Daha bir qat aşağıda
əbədi yanğınla lənətlənmişlər, alovdan işaran tabutlar
içində kafirlər təsvir
olunub. Bu, lap aşağıyadək davam edir... getdikcə daha
da pisləşir.
Çap olunduqdan sonrakı yeddi əsr ərzində Dantenin
cəhənnəm təsviri yazarlar, tərcüməçilər və tarixin bir çox
yaradıcı simalan üçün mövzu qaynağı olur. Lonqfello
(Longfellow), Çauçer (Chaucer), Marks (Marx), Milton,
Balzak (Balzac), Borxes (Borges) və bir neçə papa
Dantenin “Infemo”su əsasında əsərlər yaratmışlar.
Monteverdi, Lizst, Vaqner (Wagner), Çaykovski
downloaded from KitabYurdu.org
102
(Tchaikovsky) və Puçini (Puccini) Dantenin əsərindən
ilhamlanaraq
musiqi
bəstələmişlər.
Lenqdonun
müasirlərdən sevimli sənətçisi olan Lorena Makennit
(Loreena McKennitt) də “İnferno”dan qaynaqlanan bir
musiqi parçası ifa etmişdi. Hətta çağdaş dövrün müxtəlif
video oyunları və İpad tətbiqi proqramlannda da Dante
ilə əlaqəli sonsuz təkliflər vardır.
Bu məşhur italyan zəkasının zəngin simvol dünyasını
tələbələri ilə bölüşməkdən zövq alan Lenqdon hərdən
Dante və əsrlər boyu ondan ilhamlanan digər dühalann
əsərlərində
təkrarlanmış
surətlər
mövzusunda
mühazirələr deyərdi.
“Robert”, - Sienna divardakı əksə yaxınlaşaraq dedi.
“Bura bax!” O, qıfşəkilli cəhənnəmin dibinə yaxın
hissəyə işarə etdi.
Onun işarə etdiyi hissə “Malebolge” adı ilə tanınırdı,
mənası “şeytan arxlan”dır. O, səkkizinci və ya axırdan
ikinci halqadır və on bərabər xəndəyə bölünüb. Hər biri
müxtəlif cür yalanı əks etdirir.
Sienna bir az da həyəcanla barmağını oraya uzatdı.
“Bax! Sən yuxuda bunu gördüyünü söylədin, elə
deyilmi?”
Lenqdon gözünü qıyıb Sienna göstərən yerə baxsa da,
heç nə görmədi. Kiçik proyektorun gücü tükənir və şəkil
downloaded from KitabYurdu.org
103
itməyə başlayırdı. O, yenidən aləti yellətdi, parlaqlıq geri
qayıtdı.
Sonra isə Lenqdon divardan uzaqlaşdı, mənzərəni
divarda daha aydın görsün deyə. Proyektoru kiçik
mətbəxdəki dolabın üstünə qoyub Siennaya yaxınlaşdı.
Bir az yana çəkilib diqqətlə əksə baxmağa başladı.
Sienna yenə barmağı ilə cəhənnəmin səkkizinci
halqasına işarə etdi. “Bax. Özün demədin ki,
qarabasmalannda yerdən çıxan və üzərinə “R” hərfi
döyülmüş ayaqlar görürdün?” O, divardakı eyni təsvirə
toxundu. “Bu da eynisi!”
Lenqdonun az qala, əzbər bildiyi “Malebolge”-nin
onuncu xəndəyində bədənləri yerə basdırılıb ayaqları
havada qalan günahkarlar təsvir olunub.
Lakin qəribəsi bu idi ki, indi bir cüt ayağın üzərinə
palçıqla “R” hərfi yazılmışdı. Eynilə Lenqdonun gözünə
göründüyü kimi.
İlahi! Lenqdon bu kiçik detala bir az da yaxından
baxmağa başladı. “Bu “R” hərfi... dəqiq Botiçellinin
orijinalında yoxdur!”
“Başqa hərf də var”, - Sienna işarə edərək dedi.
Lenqdon onun barmağının tuşlandığı yerə -
“Malebolge”dəki on xəndəkdən birinə baxdı. Başı tərsinə
qoyulmuş yalançı peyğəmbərin üzərinə “B” hərfi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |