Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə20/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   16   17   18   19   20   21   22   23   ...   157

94 

 

sümüyün  içindəki  şüşənin  görünən  tərəfinə  diqqətlə 



baxdı. 

“Yenidən  barmağınla  vur”,  -  o  pıçıldadı.  “Lap 

astadan”. 

Lenqdon  sümüyü  astaca  tərsinə  çevirdi.  Yenə  də 

balaca hissəcik boru boyunca hərəkət edərək səs çıxardı 

və dayandı. 

“Bir də”, - Sienna dedi. “Aramla”. 

Lenqdon prosesi təkrarladı və borudan yenə həmin səs 

çıxdı. 

Bu dəfə içəridəki işıq daha zəif parladı və dərhal yox 



oldu. 

“Çox güman ki, test borucuğudur”, - Sienna bildirdi

- “içindəki isə qanşdmcı kürədir”. 

Lenqdon  dəmir  bankalardakı  sprey  boyaların  içində 

bu  cür  kürəciklərin  olduğunu  bilirdi.  Onlar  bankanı 

tərpətdikcə rəngi qarışdırmaq üçündür. 

“Yəqin  ki,  içində  fosforlu  kimyəvi  tərkib  var”,  - 

Sienna dedi. “Ya da qıcıqlanarkən və ya oyadılarkən işıq 

saçan kimyəvi orqanizm”. 

Lenqdon isə başqa şey düşünürdü. 

O,  kimyəvi  işıq  görmüşdü,  hətta  işıq  saçan  dəniz 

planktonlarmın  yaşadığı  yerə  qayıq  toxunduqda  işıq  - 

buraxdıqlarından da xəbəri var idi. Amma o, əmin idi ki, 

downloaded from KitabYurdu.org




95 

 

əlində tutduğu silindrin içindəki bunların heç biri deyil. 



O,  astadan  daha  bir  neçə  dəfə  işıqlanıb-qaralanadək 

boruya vurdu. Gözlədiyi kimi solğun qırmızı şüa  əmələ 

gəlir, dərisinin üzərində əks olunurdu. 

208  səviyyəli  IQ  sahibinin  hərdən  səhv  etdiyini 

görmək xoşdur. 

“Bura  bax”,  -  Lenqdon  dedi  və  borunu  möhkəm 

çalxamağa  başladı.  İçindəki  əşya  sürətlə  dala-qabağa 

hərəkət edirdi. 

Sienna arxaya çəkildi. “Sən nə edirsən?” 

Lenqdon əlindəki borunu yellədə-yellədə ayağa durub 

işığı söndürdü və mətbəxə qaranlıq çökdü. “İçindəki test 

borusu deyil”, - hələ də onu möhkəm çalxalayaraq dedi. 

“Faradey çubuğu”. 

Bir  tələbəsi  ona  buna  bənzəri  bir  şey  bağışlamışdı. 

Mühazirələrdə  istifadə  etdiyi  lazer  çubuğu  üçün  tez-tez 

AAA batareyası almalı olurdu. Bundan bezirdi. Faradey 

çubuğunu  bir  neçə  saniyə  silkələyib  kinetik  enerjidən 

yaranan  şüadan  istifadə  etmək  onun  işini  xeyli 

yüngülləşdirmişdi. 

Alət  silkələnən  kimi  içindəki  metal  kürə  o  tərəf-bu 

tərəfə hərəkət edərək kiçik generatoru işə salırdı. Yəqin 

ki  kimsə  bu  borunun  da  içinə  eyni  çubuqdan 

yerləşdirmək qərarına gəlib. Qədimi oymalı sümük örtük 

downloaded from KitabYurdu.org




96 

 

müasir elektrik oyuncağı sanki gizlətmək üçün idi. 



Artıq  çubuqdan  intensiv  işıq  gəlirdi.  Lenqdon 

Siennaya nigaran bir gülüşlə baxdı. “Nümayiş vaxtıdır”. 

O,  işığı  mətbəxin  boş  divanna  tərəf  tutdu.  Divarda 

əmələ gələn surət Siennanm zəhrini yardı. Lenqdon isə 

təəccübdən geri atıldı. 

Bu,  adi  lazer  nöqtə  deyildi.  Aydın  və  son  dərəcə 

dəqiqliklə əks olunan şəkil idi. 

“Aman  Allahım!”  Divarda  açılan  bu  müdhiş  əksin 

təsirindən  Lenqdonun  əlləri  titrəyirdi.  “Ölümlə  bağlı 

qarabasmalar gördüyümə təəccüblənmirəm artıq”. 

Yanında  dayanan  Sienna  heyrətdən  əli  ilə  ağzını 

tutmuşdu.  O,  gördüyündən  təsirlənərək  qeyri-ixtiyari 

qabağa addım atdı. 

Bu  naxışlı  sümükdən  çıxan  işıq,  divarda  insan 

iztirablarını əks etdirən təsvirlər yaratmışdı - cəhənnəmin 

ayn-ayrı  qatlarında  minlərlə  insan  zülmə  məruz  qalırdı. 

Yerin kəsilmiş bir hissəsi aşağıya doğru çarpazlaşan, bir 

növ, qıf formasında görüntülənirdi. Bu cəhənnəm qıfınm 

aşağıya doğru azalan çıxıntıları cürbəcür günah törətdiyi 

üçün əzab çəkən insanlarla dolu idi. 

Lenqdon bu rəsmi dərhal tanıdı. 

Qarşısındakı  sənət  əsəri  -  La  Mappa  Dell’Inferno  - 

italyan  intibahının  böyük  simalarından  biri  Sandro 

downloaded from KitabYurdu.org




97 

 

Botiçelli  (Botticelli)  çəkmişdi.  Yeraltı  dünyanın  daha 



inandırıcı  işlənmiş  təsviri  olan  “Cəhənnəmin  xəritəsi” 

ölümdən sonrakı həyatı əks 

etdirən  əsərlərdən  ən  təsirlisi  idi.  Qaranlıq,  xoşagəlməz 

və vahiməli - hələ də insanları bir anlıq dayanıb dəhşətlə 

ona baxmağa sövq edir. Canlı və rəngarəng olan “Bahar 

və  Veneranın  doğuşu”  əsərlərindən  fərqli  olaraq, 

Botiçelli  “Cəhənnəmin  xəritəsi”ni  qırmızı,  siyah  və 

qəhvəyinin qəmgin çalarlannda işləyib. 

Lenqdonun  ağrıları  birdən  geri  qayıtdı  və  naməlum 

xəstəxanada ayıldığı vaxtdan bəri ilk dəfə tapmacanın bir 

hissəsinin 

onun  üçün  aydınlaşdığını  hiss  etdi. 

Qarabasmaların  bu  məşhur  rəsmlə  tanışlıqdan  sonra 

gözünə gördüyü açıq-aydın idi. 

“Mən  yəqin  ki,  Botiçellinin  “Cəhənnəmin  xəritəsi” 

əsərinə  baxıbmışam”,  -  deyə  Lenqdon  düşündü.  Lakin 

niyə baxdığı heç cür yadına gəlmirdi. 

Rəsm  təsirli  olsa  da,  Lenqdonun  artan  təşvişinin 

səbəbi müəllifin ideya mənbəyi idi. Lenqdon bu şedevrin 

ideyasının  Botiçelliyə  məxsus  olmadığını  çox  yaxşı 

bilirdi...  bu,  ondan  iki  yüz  il  əvvəl  yaşamış  birinin 

düşüncəsinin məhsulu idi. 

Bu mükəmməl sənət əsəri digərindən qaynaqlanmışdı. 

Botiçellinin  “Cəhənnəmin  xəritəsi”  əslində,  on 

downloaded from KitabYurdu.org



98 

 

dördüncü  əsrə  aiddir  və  tarixin  ən  məşhur  yazılarından 



biri  əsasında  yaranıb...  cəhənnəmi  təsvir  edən  və 

günümüzədək aktual qalan əsər. 

Dantenin cəhənnəmi. 

Küçənin o biri başında isə Vayenta xidməti pilləkənlə 

“Pensione  la  Fiorentina”nm  dammdakı  kiçik  eyvana 

çıxırdı. Lenqdon konsulluqdan gələn adamla görüş üçün 

mövcud olmayan otaq nömrəsi vermişdi. 

Vayentanın işində bu, “aldadıcı görüş” adlanırdı. Bu 

məşhur üsulla Lenqdon əsl yerini tapılmazdan əvvəl özü 

təyin  edə  biləcəkdi.  Adətən,  saxta  və  “aldadıcı”  yer 

seçilirdi,  çünki  bu  halda  şəxsin  həqiqi  ünvanından 

uydurduğu yerə aydın mənzərə açılırdı. 

Vayenta ətrafı geniş görsün deyə damın uyğun yerini 

seçdi. Baxışlan asta-asta küçənin o biri tayındakı binaya 

tuşlandı. 

Sizin növbənizdir, Cənab Lenqdon. 

Rəis  “Mendasium”un  qırmızı  göyərtəsinə  çıxıb 

Adriatikin  duzlu  havasını  sinəsinə  çəkərək  dərindən 

nəfəs alırdı. Gəmi illər 

boyu onun evi olmuşdu. Amma Florensiyada baş verən 

son  olaylar  onun  yaratdığı  hər  şeyi  dağıtmaq  təhlükəsi 

vəd edirdi. 

Onun  sahə  agenti  -  Vayenta  hər  şeyi  risk  altına 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə