134
Dante obrazını sizin üçün daha da ümumiləşdirməkdən
ötrü onun Piazza Di Santa Crocedəki heykəlini təqdim
edirəm... və təbii ki, Bargella məbədindəki Giotto
tərəfindən hazırlanmış freskam”.
Lenqdon ekranda Giottonun freskasım saxladı və
səhnənin ortasına doğru yeridi.
“Heç şübhəsiz ki, siz Dantenin ədəbi abidə sayılan
“İlahi komediya” əsəri ilə tanışsız.
Əsər müəllifin cəhənnəmə enişi, təmizlənmə
mərhələsindən keçməsi və tədricən cənnətə yüksələrək
Allahla görüşməsindən bəs edir. Müasir standartlar
baxımından yanaşsaq, “İlahi Komediya”nm komediya ilə
heç bir əlaqəsi yoxdur. Əsər başqa bir məqsədlə
komediya adlandırılıb. İtaliya ədəbiyyatı XIV əsrdə
dövrün tələbinə uyğun olaraq, iki hissəyə bölünmüşdü:
faciə - ali ədəbiyyatı ifadə edir və rəsmi italyanca qələmə
alınırdı; komediya - səviyyəcə aşağı ədəbiyyat sayılır,
kütlələrə daha yaxın danışıq dilində yazılırdı”.
Lenqdon ekrandakı şəkli dəyişdi. Mişelinonun
(Michelino) Florenisya divarları yanında və əlində “İlahi
komediya” tutaraq dayanmış Dante freskası. Freskanm
arxa fonunda cəhənnəmin darvazalarından yüksələn
təmizlənmə məbədi görünür. Bu rəsm hazırda
Florensiyanm daha çox İl Duomo kimi tanınan Santa
downloaded from KitabYurdu.org
135
Maria del Fiore Kafedralarındadır.
“Adından bəlli olduğu kimi”, - Lenqdon çıxışına
davam etdi, - “İlahi komediya” danışıq dilində -
insanların anlayacağı tərzdə yazılıb. Bununla belə, əsər
din, tarix, siyasət, fəlsəfə və sosial icmalı məzmunca
bədii, eyni zamanda kütlələrin anlayacağı tərzdə ustalıqla
təfsir edir.
Poema İtaliya mədəniyyətinin elə bir sütununa çevrilir
ki, Dantenin yazı üslubu müasir italyan dilinin
kodlaşdırılması kimi qəbul olunur”.
Lenqdon bir anlıq dayanaraq sözlərinin auditoriyada
hansı təəssürat oyatdığını yoxladı; sonra pıçıltı ilə davam
etdi. “Əziz
dostlar, Dante Alqiyeri yaradıcılığının özündən sonrakı
təsirini qeyd etməmək mümkün deyil. Tarix boyu,
müqəddəs kitabları çıxmaq şərtilə, çox güman ki, “İlahi
komediya”dan başqa heç bir yazı, incəsənət və ya musiqi
nümunəsi, bədii əsər bu sayda nəzirələr, müxtəlif
variantlar və annotasiyalar üçün qaynaq olmamışdır”.
Dantenin epik poeması əsasında əsərlər yaradan
məşhur bəstəkarlar, rəssamlar və yazıçıların adlarını
sadaladıqdan sonra Lenqdon dinləyicilərə nəzər saldı:
“Burda aramızda yazıçı varmı?”
Əllərin, təqribən, üçdə biri havaya qalxdı. Lenqdon
downloaded from KitabYurdu.org
136
çox təəccübləndi. “Ya bu, dünyanın ən kamil
auditoriyasıdır, ya da ki, internet sayəsində nəşriyyat öz
yerini genişləndirib”.
“Bütün qələm adamlanna bəlli olduğu kimi, kitabının
uğurlu təqdimatı üçün yazıçı hansısa dahinin bir sətirlik
kəlamından istifadə etməyə üstünlük verir. Bu yolla
oxucuları cəlb etmək daha asan olur. Orta əsrlərdə də
eyni üsuldan istifadə olunurdu. Bu dahilərdən biri də
məhz Dante idi”.
Lenqdon rəsmi dəyişdi. “Kitabınızın ön səhifəsində
bu yazının olmasını istərdinizmi?”
Yer üzündə ondan böyük şəxs yaranmamışdır.
Mikelancelo
Dinləyicilər arasında təəccüb dolu pıçıltı gəzdi.
“Bəli”, - Lenqdon dedi, - “bu Sistine məbədi və
Daviddən tanıdığınız həmin Mikelancelodur. Mükəmməl
rəssam olmaqla yanaşı, Mikelancelo həm də gözəl şair
idi. Nəşr edilmiş, təxminən, üç yüz şeri arasında “Dante”
adlı əsərini o, cəhənnəmin görüntüsünü mükəmməl
şəkildə təsvir etmiş Danteyə həsr etmişdi. Bu şəxsiyyət,
həm də Mikelancelonun “Sonuncu hökm” əsərinin
yaranmasının səbəbkarı idi.
Mənə inanmırsınızsa, Dantenin “Cəhənnəm”indəki
üçüncü nəğməni oxuyun və sonra Sistine məbədinə baş
downloaded from KitabYurdu.org
137
çəkin; səcdəgahın üstündə eyni mənzərəni görəcəksiniz”.
Lenqdon ekrandakı rəsmi başqasıyla əvəzlədi; böyük
bir bərədə bir-birinə qısılmış insanlann üzərinə hücum
edən əzələli nəhəng yırtıcı. “Dantenin cəhənnəm bərəçisi
insanları avar ilə döyür”.
Ekranda başqa bir şəkil canlandı - Mikelancelonun
“Sonuncu hökm” əsərindən ikinci detal idi - çarmıxa
çəkilən adam.
“Bu isə Agagitedən Hamandır, müqəddəs kitabda
göstərildiyi kimi, asılmışdır. Fəqət Dantenin poemasında
o, çarmıxa çəkilir. Sistine məbədində gördüyünüz kimi,
Mikelancelo Dantenin versiyasını Tövratdakı təsvirdən
üstün tutmuşdur”. Lenqdon gülümsəyərək pıçıltı ilə əlavə
etdi: “Bunu Papaya söyləməyin”.
Dinləyicilər gülüşdü.
“Dantenin “Cəhənnəm”i dövrünə qədərki insan
təxəyyülünün təsəvvür edə bilmədiyi dərəcədə zülm və
əzab dünyasının görüntüsünü yaratmaqla yanaşı,
cəhənnəmlə bağlı müasir anlayışımızın da əsasını
qoymuşdur”. Lenqdon dayandı. “Və inanın ki, katolik
kilsəsi Danteyə minnətdar olmalıdır. Onun “CəhənnənT’i
inanclı insanlan əsrlər boyu təlatümə salmış və kilsə
davamiyyətini üç dəfə artırmışdır”.
Lenqdon ekranı söndürdü. “Bu, həm də bizim buraya
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |